Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Küsnət
Küsnət (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küsnət (Qəbələ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Usenet
Usenet yaxud User Network (azərb. İstifadəçi şəbəkəsi‎) — Ünsiyyət və faylları dərc etmək üçün istifadə olunan kompüter şəbəkəsi. Usenet istifadəçilərin də göndərə bildiyi xəbər qruplarından ibarətdir. Məlumatlar serverlərdə saxlanılır və onlar bu məlumatları öz aralarında mübadilə edirlər. Usenet müasir veb-mədəniyyətin inkişafına böyük təsir göstərib: ayama (NICKNAME), smaylik (SMILEY), imza (SIGNATURE), moderator, trollinq (TROLLING), flud (FLOOD), fleym (FLAME), BAN, FAQ və SPAM kimi anlayışların geniş yayılmasına təkan verib. Usenet bu gün də geniş istifadə olunan “qocaman” şəbəkələrdəndir. O, geniş ictimaiyyətin İnternetə çıxışının olmadığı vaxtda – 1980-ci ildə meydana çıxıb. Sistem Duke Universitetində işlənib hazırlanıb. Hazırda Usenet ayrıca şəbəkə olmayıb, İnternetin bir hissəsidir. Praktiki olaraq Usenet-trafikin hamısı İnternet üzərindən ötürülür, məlumatların formatı və onların ötürülmə üsulu elektron poçta çox bənzəyir.
Küsnət (Quba)
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. == Tarixi == Quba rayonunun ən qədim kəndlərindən biridir. == Toponimikası == Küsnət oyk., sadə. Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır; Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar.
Küsnət (Qəbələ)
Küsnət — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Küsnət adına həmçinin Quba rayonunda da rast gəlinir. Qəbələ rayonundakı Küsnət kəndinin sakinlərinin də elə Qubadan gəldiyi güman olunur. Kənd ağsaqqallarının dediyinə görə XIX əsrin əvvəllərində Quba rayonunun Küsnət kəndində iki tayfa arasında dava düşür, nəticədə tayfalardan biri öz yurdunu tərk etməli olur. Həmin tayfa öz var-dövlətini, qoyun sürülərini götürərək dağları aşaraq Qəbələyə (keçmiş Nuxa qəzası, Qəbələ sultanlığı) keçirlər. Dağların qoynunda yerləşən bu ərazini özlərinə yurd seçirlər və burada da məskunlaşırlar. Əhalinin bir qisminin isə erməni-müsəlman davası dövründə qadın və uşaqları qorumaq üçün Qubadan köçüb burda məskunlaşdığı deyilir. Azərbaycan maarifçi nəsrinin müəllifi general-mayor, əslən Qəbələdən (Qutqaşın mahalı) olan İsmayıl bəy Qutqaşınlı (1806–1869) yaylaqlanmaq üçün bura — Küsnət kəndinə gəlirmiş. Onun burada yay evi də olmuşdur. İ. Qutqaşınlının da əsasən, XIX əsrin birinci yarısında yaşayıb yaratdığını nəzərə alsaq, deməli, kənd sakinlərinin dediyi kimi bu kənd XIX əsrin ilk illərində və bəlkə də daha əvvəl yaranıbdır.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Tuşet itburnu
Tuşеt itburnu
Tuşet itburnusu
Tuşet itburnusu (lat. Rosa ×tuschetica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda (Beşit) yayılmışdır. Naxçıvan MR (Biçənək, Nurqut) ərazisində rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU A2c+3c. Subalp və alp qurşaqlarında daşlı qayalı yerlərdə yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Təbiətdə hündürlüyü 1 m-ə qədər olan koldur. Qopartikanları 2 cürdür, qaidə hissəsi bir qədər enliləşmiş düz, bizvarı qopartikanlar və qılvarı xırda qopartikancıqları vardır. Çiçək daşıyan budaqlarda qopartikancıqlar daha çox olur.