Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alan Turinq
Alan Metison Türinq (ing. Alan Mathison Turing [ˈtjʊərɪŋ]; 23 iyun 1912[…], Meyda-Veyl[d], Böyük London – 7 iyun 1954[…], Uimslou[d], Çeşir[d]) — informatika elminin inkişafına mühüm təsir göstərmiş ingilis riyaziyyatçısı, məntiqçi və kriptoqrafı. Britaniya İmperiyasının Ordeni kavaleri (1945) və London kral cəmiyyətinin üzvü (1951). Alimin 1936-cı ildə təklif etdiyi və hal-hazırda bütün ümumi təyinatlı kompüterlərin modeli sayılan mücərrəd "Türinq hesablama maşını", alqoritm anlayışı formallaşdırmağa imkan vermiş və indiyə qədər keçirilən çoxlu nəzəri və təcrübi tədqiqatlar zamanı istifadə olunmuşdur. A. Türinqin elmi əsərləri – informatikanın əsaslarına (və xüsusilə süni intellekt nəzəriyyəsinə) verilən həqiqi töhfədir. İkinci Dünya müharibəsi zamanı Alan Türinq Bletçli parkda yerləşən və kod və şifrləri tədqiq edən Hökumət məktəbində işləyirdi; həmin bu mərkəzdə Berlin-Roma-Tokio oxu tərəfindən yaradılan çoxsaylı kod və şifrlər sındırılırdı (bunu elmi dildə kriptoanaliz adlandırırlar). Bundan başqa o, Almaniya hərbi dəniz donanması tərəfindən göndərilən məlumatların kriptoanalizinə cavabdehlik daşıyan xüsusi Hut 8 qrupuna rəhbərlik edirdi. Türinq müdaxilə və deşifrə üçün bir sıra metodları işləyib hazırlamışdır, o cümlədən, Bombe alətinin nəzəri bazası üçün (Bombe – Eniqma kodunun oxunması məqsədilə yaradılmış elektron-mexaniki maşındır). Müharibədən sonra Türinq Milli fizika laboratoriyasında çalışmışdır; burada onun layihəsi üzrə ACE proqramını yaddaşında saxlayan dünyanın ilk kompüterinin yaradılması həyata keçirilmişdir. 1948-ci ildə alim Mançester Universitetinin hesablama laboratoriyasında çalışan Maks Robert Nyumanın yanına işə düzələrək, məşhur "Mançester kompüterlərinin" yaradılmasında ona köməklik göstərmiş, bir müddət sonra isə riyazi biologiya nəzəriyyəsi ilə maraqlanmışdır.
Turinq testi
Türinq testi — 1950-ci ildə “Mind” jurnalında Alan Türinq tərəfindən ortaya atılmışdır. Kompüterin və ya başqa bir sistemin insanlarla eyni zehni bacarığa sahib olub-olmadığını müəyyən etmək məqsədi daşıyır. Ümumi mənada bu test bir mütəxəssisin, maşının performansı ilə bir insanınkını ayırd edib edə bilməyəcəyini ölçür. Əgər ayırd edə bilməzsə, maşın insanlar qədər zehni bacarığa sahib deməkdir. Bu testdə təcrübəni edən adam kompüter və insanı görmür. Təcrübəni edən hansıyla əlaqədə olduğunu bilmədən bunların ikisinə də sual verir. Təcrübəni edən adamın soruşduğu suallar və təcrübədə iştirak edən maşın və insanın verdiyi cavablar bir ekranda yazılı olaraq verilir. Məqsəd, təcrübəni aparanın uyğun suallar ilə bunlardan hansının insan, hansının kompüter olduğunu tapmasıdır. Əgər təcrübəni edən adam etibarlı bir şəkildə bunu söyləyə bilməzsə, o zaman kompüter Türinq testini keçər və insanlar qədər qabiliyyətli olduğu fərz edilər. Bu testin çatışmayan cəhətlərini tənqid edən Con Sörl Çin otağı adlandırılan xəyali eksperiment təklif etmişdir.
Türinq mükafatı
Türinq mükafatı (ing. Turing Award) — kompüter sahəsindəki görkəmli elmi və texniki töhfələrə görə Hesablama Texnikası Assosiasiyası tərəfindən verilən ən prestijli mükafat. Mükafat Hesablama Texnikası Assosiasiyası tərəfindən ilk elektron kompüterlərin meydana çıxmasından çox əvvəl hesablama qabiliyyətinə dair ilk dərin nəticələri alan görkəmli ingilis alimi Alan Türinqin şərəfinə təsis edilmişdir. Mükafat hər il bu sahəyə verdiyi töhfələr hesablama cəmiyyətinə güclü və davamlı təsir göstərən bir və ya daha çox kompüter aliminə verilir. Mükafat bir adama bir dəfədən çox olmayaraq verilə bilər. İnformasiya texnologiyaları sahəsində Turing mükafatı akademik elmlərdə Nobel mükafatına bənzər bir statusa sahibdir. İlk dəfə Türinq mükafatı 1966-cı ildə kompilyator texnologiyasının inkişafına görə Alan Perlisə verildi. 2000-ci illərdə mükafat fondu Intel və Google tərəfindən maliyyələşdirildi, illik mükafat 250.000 dollar idi, 2014-cü ildən bu yana illik mükafat fondu 1 milyon dollara qaldırıldı və Google mükafatın tək sponsoru oldu.
Türinq maşını
Tubin (Hurand)
Tubin (fars. توبين‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 278 nəfər yaşayır (47 ailə).
Kuçinq
Kuçinq (ing. Kuching) — Malayziyanın şərqində, Kalimantan adasının şimal-qərbində şəhər. Saravak ştatının inzibati mərkəzidir. Kuçinq çayının Cənubi Çin dənizinə töküldüyü yerdə limandır. Ticarət mərkəzidir. Kauçuk, istiot, kopra emal olunur. Gəmi tərsanəsi, doklar var.
Pudinq
Pudinq (ing. pudding) — yumurta, şəkər, süd və undan ibarət qaynar suda hazırlanan ingilis deserti. Pudinqə meyvələr və ədviyyatlar əlavə olunur.Pudinqin soyudulması xüsusi formada edilir. İngiltərədə pudinq milad süfrəsinin ənənəvi yeməyi hesab olunurdu.Uzun yüzilliklər ərzində Britaniya adalarının əhalisinin süfrəsində Milad bayramı zamanı ət bulyonunda bişirilmiş xüsusi sıyıq - "plam poric" (plum - gavalı + porridge - sıyıq) olurdu.Bu sıyığa çörək qırıntıları, kişmiş, badam, qara gavalı, bal əlavə edərək onu süfrəyə çox isti şəkildə verirdilər. XIII əsrin əvvəllərində bu ad milad süfrəsinin ənənəvi yeməklərindən biri olan plam-puddinq adına şəklini dəyişmişdir. Süfrəyə verilməmişdən əvvəl onun üzərinə konyak axıdır və yandırdıqlarından bu sıyığı "alovda olan pudinq" adlandırırdılar. Luis Kerrolun "Alisa Güzgülər arxasında" əsərinin doqquzuncu başlığında Alisa ilk dəfə pudinqlə tanış olur. Aqata Kristi "Milad pudinqinin macəraları" adlı hekayələr toplusu yazmışdır. Çarlz Dikkensin "Böyük ümidlər" əsərinin ikinci başlığında qəhrəmanı pudinq üçün xəmir yoğurmağa məcbur edirlər.
Rutinq
Rutinq — Rutinq Android ƏS-də çalışan telefon (planşet) sahibinə "superuser" hüquqları — qoşulma və dəyişiklik etmə imkanı verir.
Turbin
Turbin (lat. turbare — dönən) ― mayelərin, qazların kinetik enerjisini fırlanma hərkətinə çevirən enerji maşınlarına aid edilir. Tətbiq olunan mayenin şırnağı rotorda oturdulmuş pərlərə dəyərək onu fırladır. Əldə edilən güc rotora bərkidilmiş iş maşının, məsələn, generatorun valına ötürülür. İş maşınının sabit dönmə momenti turbinin fırlanmasını tənzim edir. Turbinlər elektrik enerjisinin alınması üçün atom və istilik elektrik stansiyalarında, həmçinin gəmilərdə, təyyarələrdə hidrodinamik ötürmənin tərkib hissəsi kimi tətbiq olunurlar. Turbinlərlə oxşarlığı olan, əksinə işləmə prinsipnə malik olanlara nasoslar və kompressorlar aiddirlər. Turbinlər insan tərəfindən indiyə kimi hazırlanmış ən böyük maşın hesab olunur. Onların gücü 1,5 GVatt həddində ola bilir. Sıxılan mayelərlə işləyən (istilik maşınları) Qaz turbini Buxar turbini Şırnaqla işləyən turbin Sıxılmayan mayelərlə işləyən (hidravlik maşınlar) Külək turbini Su turbini Konstruksiyasına görə Axial quruluşlu (məs.
Turbina
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Rivea bernoulliana (Peter) Hallier f.
Tyuninq
Tyuninq (ing. Tuning — «sazlama») — ingilis dilli termin. Avtomobil tyuninqi — həm yeni , həm işlənmiş avtomobilin həm zavod, həm kənar şirkətlər tərəfindən keyfiyyətinin yaxşılaşdırılması. Kompüter tyuninqi (moddinq) — kompüterin və kompüter şəbəkəsinin yenidən işlənməsi.
Tüfəng
Tüfəng — odlu silah olub, uzun lüləyə malikdir. Lüləyinin uzunluğu ən azı 30 sm ölçüsündə olur. Onun ümumi uzunluğu isə ən azı 60 sm-dir (qundaq, çaxmaq, lülək). Tüfəngdən hücum, müdafiə, siqnal vermək, ov, idman və ya oyunlarda istifadə edilə bilər. Tüfənglər adətən atəş zamanı əldə tutulduğundan onlara əl silahı da deyirlər. Bu gün bizə məlum olan tüfəng hələ 1300-cü ildə məlum olan atəşli silahın əsasında inkişaf etdirilmişdir. İlk vaxtlarda bu tökmə yolu ilə hazırlanmış borudan ibarət idi. Bu boru kiçik deşikdən alovlandırılırdı. İlk əl boruları çox qeyri dəqiq idi. XVI əsrin ortalarında hazırlama texnologiyasının inkişafı nəticəsində onların dəqiqliyi artır.
Bulinq
Zorbalıq, bəzən bulliyinq (həmçinin bullinq, ing. bullying) və ya təkləmək kimi qeyd olunur — bir insanın qəsdən başqa bir insana zərər verdiyi aqressiv davranış forması. Buna ad qoymaq, ələ salmaq, sataşmaq, şayiələr yaymaq, döymək və əşyaları götürmək daxildir. Zorbalıq müxtəlif izah olunur. Birləşmiş Krallıqda zorbalığın hüquqi izahı olmasa da, ABŞ-nin bəzi ştatlarında zorbalığa qarşı qanunlar var. Zorbalıq əsas dörd növə bölünür - emosional (bəzən əlaqəli kimi qeyd olunur), şifahi, fiziki və kiber. Zorbalıq fərdi və ya qruplaşma forması ala bilər. Zorbalıq mədəniyyəti insanların bir-biri ilə qarşılıqlı olduğu hər hansı bir kontekstdə inkişaf edə bilər. Zorbalıq adətən məktəbdə, ailədə, iş yerində, evdə və qonşuluqda mövcüd olur. Zorbalıq üçün əsas platforma sosial şəbəkə saytlarıdır.
Kubin
Kubin — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Hişgədərə kənd inzibati ərazi vahidinin Kubin kəndi Miyanku kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsinin adı talış dilindəki ku "dağ" və bin "alt", "dib" komponentlərindən yaranmışdır (Dağdibi kəndi). Əhalisi 561 nəfərdir.
Turin
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa. Digər Tülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bao Yuqinq
Bao Yuqinq (23 sentyabr 1993, Çjetszyan) — Çini təmsil edən bədii gimnast. Bao Yuqinq, 2016-cı ildə Çini XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Bao Yuqinq, 2016-cı ildə Çin bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Şu Siyao, Yanq Ye, Janq Linq və Jao Jinqnan ilə birgə təsnifat mərhələsində 32.133 xal topladı və 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Harvi Kuşinq
Harvi Villiams Kuşinq (8 aprel 1869[…], Klivlend, Ohayo – 7 oktyabr 1939[…] və ya 8 oktyabr 1939, Nyu-Heyven[d], Konnektikut) — Amerikalı neyrocərrah, patoloq, yazıçı və rəssam idi. Beyin cərrahiyyəsinin qabaqcıllarından biri, ilk müstəsna neyrocərrah və Kuşinq xəstəliyini təsvir edən ilk insan idi. Üç cilddə olan Uilyam Oslerin tərcümeyi-halını yazmışdır. Harvi Kuşinq Ohayo ştatının Klivlend şəhərində anadan olub. Valideynləri Elizabet Maria "Betsey M." Uilliams və Henri Kirke Kuşinqdir, Əcdadları 17-ci əsrdə Puritanlar kimi Massaçusets ştatının Hingham şəhərinə gəlmişlər. Harvi on uşağın ən kiçiyi idi. Uşaq ikən Kuşinq Klivlend Manual Təlim Məktəbində oxudu və bu, onun elmə və tibbə marağını genişləndirdi. Məktəbin eksperimental təlimə xüsusi diqqət yetirməsi və təhsilə "fizika yönümlü" yanaşması Kuşinqin tibbi cərrahiyyə sahəsində karyerasına doğru irəliləməsində mühüm rol oynadı. Məktəbin əl çevikliyi təlimi proqramı da Kuşinqin cərrah kimi gələcək uğuruna öz töhfəsini verdi. O, 1891-ci ildə Yale Universitetini AB dərəcəsi ilə bitirib, burada Scroll and Key və Delta Kappa Epsilon (Phi fəsil) üzvü olub.
Kuşinq sindromu
Cushing sindromu kortizol kimi qlükokortikoidlərə uzun müddət məruz qalma nəticəsində yaranan əlamətlər və simptomlar toplusudur. Simptomlar və əlamətlər arasında yüksək qan təzyiqi, qarın piylənməsi, lakin nazik qollar və ayaqlar, qırmızımtıl uzanma izləri, yuvarlaq qırmızı üz, çiyinlər arasında piy kütləsi, zəif əzələlər, zəif sümüklər, sızanaqlar və zəif sağalmış kövrək dəri ola bilər. Qadınlarda daha çox saç və nizamsız menstruasiya ola bilər. Bəzən əhval dəyişikliyi, baş ağrıları və xroniki yorğunluq hissi oluna bilər. Cushing sindromu ya həddindən artıq kortizol kimi dərmanlar, məsələn, prednizon, ya da böyrəküstü vəzilər tərəfindən həddindən artıq kortizol istehsal edən və ya onun istehsalı ilə nəticələnən bir şişdən qaynaqlanır. Hipofiz adenoması ilə əlaqəli hallar Cushing xəstəliyi kimi tanınır və bu, Cushing sindromunun dərman qəbulundan sonra ikinci ən çox yayılmış səbəbidir. Hipofizdən kənarda yerləşdiyinə görə tez-tez ektopik adlandırılan bir sıra digər şişlər də Cushing xəstəliyinə səbəb ola bilər. Bunlardan bəziləri çoxlu endokrin neoplaziya tip 1 və Carney kompleksi kimi irsi xəstəliklərlə əlaqələndirilir. Diaqnoz bir sıra addımlar tələb edir. İlk mərhələ bir insanın qəbul etdiyi dərmanları yoxlamaqdır.
Külək turbini
Külək turbini — küləyin kinetik enerjisini mexanik enerjiyə çevirən fırlanan mexanizmdir. Əgər mexanik enerji birbaşa istehsalda (nasos, bülov daşı) istifadə olunursa, o halda mexanizm yel dəyirmanı adlanır. Əgər mexanizm mexanik enerjini elektrik enerjisinə çevirərsə, onda o külək generatoru, külək turbini, aerogenerator adlanır. Külək turbinlərin tikintisi daimi olaraq sürətli küləklərə malik olan yerləri tələb edir. Bu şəraitləri analiz edəndə külək turbininin istehsal edilidiyi enerjinin miqdarını qiymətləndirmək mümkün olur. Tikiliş üçün uyğun yerləri təyin etməkdə ən çox istifadə olunan meyar – Külək Gücünün Sıxlığı KGS (ingiliscə: Wind Power Density – WPD). Bu müəyyən yerdə küləyin gücünün qiymətləndirilməsi deməkdir və hündürlükdən asılıdır. Müəyyən ərazi üçün rəngli qeydlərlə xəritələr tərtib olunur, misal üçün "İllik Orta Külək Gücünün Sıxlığı 50 metr hündürlüyündə. Turbinlər onların fırlandığı istiqamətdən asılı olaraq iki növə bölünə bilər: Horizontal istiqamətdə fırlanan turbinlər – daha yayılmış növdür. Vertikal istiqamətdə fırlanan turbinlər – nisbətən daha az istifadə olunurlar.
Lois Abbing
Loys Abbinq (nid. Lois Abbing; 13 avqust 1992, Qroningen) — Niderlandı təmsil edən həndbolçu. Lois Abbing Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Lubanq adası
Lubanq adası (filip. Lubang)- Cənubi-Çin dənizində Filippin adalarına məxsus ada. Bu ada Mindora adasından 20 km şimal-qərbdə, Filippinin paytaxtı Manila şəhərindən isə 115 km cənub-qərbdə yerləşir. Mənşəyinə görə vulkanik olub, sıx meşəliklərlə örtülüdür. Onun yaxınlığında yerləşən üç ada ilə Ambil (2010-cü ildə 1882 nəfər), Kabra (2010-cu ildə 2839 nəfər), Qolo ilə həmçinin sahilboyu riflərlə birlikdə Lubanq adaları qrupunu yaradır. Adanın uzunluğu-30 km, eni isə- 8,5 km-dir. Adanın ər iri şəhəri də Lubanq adlanır, onun şimal-qərbindədir. Ən hündür nöqtəsi isə dəniz səviyyəsindən 417 m hündürlükdə olan Maunt-Qoatinq dağıdır. 2010-cu ilin statistik məlumatlarına görə adada 28 000 adam yaşayır. Sahəsi isə 185 km²-dir.
Lubanq arxipelaqı
Babuyan arxipelaqı — Cənubi Çin dənizində yerləşən, Filippinə məxsus olan arxipelaq. Arxipelaqın sahəsi 245,4 km², əhalisi 32 826 nəf. (2010) təşkil edir. Mindoro adasından 52 km şimal-qərbdə yerləşir. Arxipelaq şimal-qərbdən cənub-şərqə doğru uzanır: Kabra Lubanq — arxipelaqın ən böyük adası. Ambil. Qolo. Lubanq arxipelaqına yuxarında adı çəkilən adalardan başqa (Mandaui, Talinas və s.) kiçik adalar, riflər və su altı qayalıqlar daxildir. Lubanq Qərbi Mindoro vilayətinə daxildir və 2 rayona bölünür: Lubanq (Lubanq adasının qərbi və Karba a.) — 23 068 nəf; 113,1 km². Look (Lubanq adasının şərqi, Ambil, Qolo və dgər kiçik adalar) — 9758 nəf; 132,3 km².
Lüdmila Şubina
Lüdmila Şubina (d. 9 oktyabr 1948; Kazan, Rusiya) — Sovet İttifaqını təmsil edən Azərbaycanlı sabiq həndbolçu. Lüdmila Şubina, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında qızıl medal qazanıb. Lüdmila Şubina 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu.
Martin (tüfəng)
Martin təklüləli tüfəng növüdür. Orijinal adı Martini-Henri idi və 1871-ci ildən İngilis ordusunda istifadə edilmişdir. Silah, özünü təkmilləşdirən Fridrix von Martini və Aleksandr Henrinin adını daşıyır. Osmanlı ordusu tərəfindən 93 müharibəsində ruslara qarşı istifadə edilmişdir. Martini-Henri Martin və Hekimoğlu da daxil olmaqla, bir çox xalq mahnısının mövzusu olmuşdur.