Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tülen adaları
Tülen adaları (qaz. Түлен аралдары) və ya Suiti adaları — Xəzər dənizinin şimalında Manqışlaq körfəzi çıxışında yerləşən arxipelaq. İnzibati cəhətdən Qazaxıstanın Manqıstau vilayətinə daxildir. Ada əsasən gil və qum suxurları ilə örtülüdür. Aripelaqın ümumi sahəsi 130 km²-dir. Yarımsəhra bitkiləri yıyəlmışdır. Arxipelaqa 5 ada daxildir: Kulalı adası, Morskoy adası, Podqornıy, Novıy adası, RibaçiySuiti adalarının ən iri adası Kulalı adasıdır. Onun sahəsi 68 km² təşkil edir. Balıqçılıq inkişaf etmişdir. == Tarixi == 1667-cı ilik yayındа Stepan Razinin tərəfdarı olan 200 quldur Qurevdən (Atırau) Kulalı adasına qaçır.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Mulen
Mulen (fr. Moulins [mu.lɛ̃]) — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi və üçüncü böyük şəhəri. Keçmiş Burbon əyalətinin tarixi paytaxtı. Adı "dəyirman" kimi tərcümə olunur. Əhalisi — 21,9 min nəfərdir. == Coğrafiyası == Alye çayının sağ sahilində yerləşir. Şəhər Mərkəzi massiv dağlarının şimalında yerləşir, lakin ərazi yalnız bir qədər dağlıqdır. Mulen Fransanın bir neçə kommunalarından biridir, bəziləri müxtəlif kantonlara aiddir. == Tarixi == Şəhərin tarixi 1327-ci ildən, Mulen, kimi tanınan Berbank hersoqluğunun tarixinə əsaslanır.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tülin
Tülin — qadın adı. Tülin Şahin — Türk əsilli modelyer, aparıcı və aktrisa.DigərTülin (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tüllen
Tüllen (fr. Tullins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tüllen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38517. Kommunanın 2007-ci il üçün əhalisi 7612 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 179 ilə 784 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Tülər
Tülər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Tülər oyk., sadə. Quba r-nunun Tüləkəran i.ə.v.-də kənd. Ağçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi adını ərazidəki dağın adından almışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1110 nəfər əhali yaşayır.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4.Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir.Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. == Tarixi == Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi. İlk yerli yepiskop Müqqədəs Qonorat olub. 889-cu ildə Toulon ərəblər tərəfindən dağıdıldı.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını “Kralın Əmrində” kimi düşünsə də, dostlarının məsləhəti ilə onu “Gülən Adam” olaraq dəyişib.Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca"L'Homme qui rit" - " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen - əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üüşün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq plmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Mulen (dəqiqləşdirmə)
Mulen — Fransanın mərkəzində yerləşən şəhər, Alye departamentinin inzibati mərkəzi. Mulen (rayon) — Fransada region. Mulen (Ena) — Fransada kommuna.
Mulen (rayon)
Mulen (fr. Moulins) — Fransanın Overn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Alye. Suprefektura — Mulen. Rayon əhalisi 2006-cı ildə 105 957 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 35 nəf / km². Rayon ərazisi — 2996 km².
Tulan xaqan
Tulan xaqan — birləşmiş Göytürklərin sonuncu xaqanı hesab olunur. == Hakimiyyəti == 588-ci ildə taxta çıxmışdır. Atasının həyat yoldaşı şahzadə Kvancin ilə evlənmişdi. 593-cü ildə Suy sülaləsinin Göytürklərdəki səfiri Pey Çju idi. Pey Çju xaqanın qardaşına şahzadəni öldürməyi, əvəzində Suy sülaləsindən bir şahzadə ilə evlənməyi təklif etmişdi. Xaqan şahzadəni öldürsə də yeni Suy şahzadəsi 597-ci ildə qardaşı ilə evləndi. Beləliklə Suy sülaləsinə qarşı düşmən münasibəti bəsləməyə başladıqda Tardu xaqanla birlikdə ittifaq quraraq Çinə yürüş etdi. Çin onları məğlub edərək Tulan xaqanı 599-cu ildə səhrada öldürdü. Yerinə Tulan xaqanın qardaşı Yami xaqan keçdi. Yami xaqan Çin vassalı oldu.
Tulon (rayon)
Tulon (fr. Toulon) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Var (departament). Suprefektura — Tulon. Rayon əhalisi 2006-cı ildə 555 302 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 428 nəf / km². Rayon sahəsi — 1296 km².
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tülan (Germi)
Tülan (fars. تولان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 96 nəfər yaşayır (15 ailə).
Tülin (Germi)
Tülin (fars. تولير‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 119 nəfər yaşayır (24 ailə).
Tülin Şahin
Tülin Şahin (d. 13 dekabr 1980, Odense)—Türk əsilli modelyer, aparıcı və aktrisa. == Həyatı == Tülin Şahin Danimarkanın Odense şəhərində doğuldu və uşaqlığını orada keçirdi.
Tümen vilayəti
Tümen vilayəti (rus. Тюменская область) — Rusiya Federasiyasının subyektlərindən biri. İnzibati mərkəzi Tümen şəhəridir.
Tümən (dəqiqləşdirmə)
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Tümən (qoşun)
Tümən (q.türk 𐱅𐰇𐰢𐰤, tümän, monq. түмэн, tümen, türk. tümen, mac. tömény), tarixi türk və monqol dövlətlərində iştənilən bir qoşun növü idi. Bir tümən on min əsgərdən ibarətdir. == Etimologiya == Tümən sözünün köhnə türkcədən tərcüməsi "on min"-dir, bəzi mənbələrdə diviziya sözünün qarşılığı kimi işlənilir.