Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
TBA
To Be Announced (TBA) (azərb.
Tsa
Ծ, ծ (Adı: tsa, erm. ծա) - erməni əlifbasının 14-cü hərfi. Transkripsiya "s". Tələffüzü "ts". Rəqəm işarəsi "50".Mesrop Maştots tərəfindən 405-406-ci illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
TİA
Turan İnformasiya Agentliyi və ya qısaca TİA — 1990-cı ildən Azərbaycanda fəaliyyət göstərən informasiya agentliyi. == Haqqında == Turan İnformasiya Agentliyi 1990-cı ilin mayında bir qrup jurnalist tərəfindən SSRİ-də ilk müstəqil informasiya agentliklərindən biri kimi yaradılıb. Turan İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevdir.Agentlik xəbərlər, Azərbaycanla bağlı analitik məqalələr və icmallar hazırlayır. İnformasiya məhsulları siyasət, iqtisadiyyat, energetika, maliyyə, kommunikasiya, market, qanunvericilik, din, mədəniyyət, idman, fotomaterillar, məlumat və arxiv materiallarından ibarət bloklar şəklində təqdim olunur.
Beta Tea
Beta Tea — çay brendi.1994-cü ildə baş verən iqtisadi böhran səbəbilə istehsalçı şirkət brendi fərqli bazarlara soxmaq məcburiyyətində qalmışdır. Beləliklə, "Beta Tea" Türkiyəyə idxal çayı gətirən ilk firma olmuşdur. Brend 1990-cı illərin əvvəllərində postsovet məkanındakı dövlətlərin bazarlarına daxil olmuşdur. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz "Beta" olmuşdur. Şirkət indiki dövrdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir.
Tea LaFond
Tea LaFond (5 aprel 1994) — Dominikalı üçtəkanla tullanan atlet. Tea LaFond Dominikanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Tea LaFond birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar üçtəkanla tullanma yarışlarında təsnifat mərhələsində 12.82 m məsafəyə tullanaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Tea Leoni
Tea Leoni (ing. Elizabeth Téa Pantaleoni) - ABŞ aktrisası və prodüseridir. == Həyatı == Tea Leoni 8 fevral 1966-cı ildə ABŞ-nin Nyu-York şəhərində Emili Patterson və Entoni Pantaleoni ailəsində dünyaya gəlmişdir. Uşaqlığını Nyu Cersi ştatının İnqlvud şəhərində və Nyu-York şəhərində keçirmişdir. Nyu-York şəhərinin Brirli (ing. Brearley School) və Vermont ştatının Patni (ing. The Putney School) məktəblərinin məzunu olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Nyu-York ştatının "Sarah Lourens Kolleci"nə (ing. Sarah Lawrence College) daxil olmuşdur. Kollecdə antropologiya və psixologiya kateqoriyaları üzrə təhsil almağa başlayır.
Tia Karrere
Tia Karrere (ing. Cloris Leachman; 2 yanvar 1967) — ABŞ aktrisası, model və ifaçıdır. 2011-ci ildə "Ən yaxı Havay Albomu" olan "Huana Ke Aloha" albomuna görə "Qremmi mükafatı"na layiq görülür. Asia Karreraya bənzərliyi vardır. == Həyatı == Tia Karrere 2 yanvar 1967-ci il tarixində ABŞ-nin Havay adasının paytaxtı Honolulu şəhərində Filippin, İspan və Çin əsilli ailədə anadan olmuşdur. 1986-cı ildən etibarən film və televiziya seriallarında iştirak etməyə başlayır. 1986-cı ildə "Zombi qarabasması" filmində Emi rolunu ifa etmişdir. 1990-cı ildə Dolf Lundqren və Brendon Li ilə birgə Kiçik Tokioda mübahisə filminə çəkilir. 1992-ci ildə Elia Samaha ilə evlənmiş və 2000-ci ildə ayrılmışdır.1994-cü ildə Arnold Şvartseneqqer ilə "Yalan doğru" filmində çəkilmişdir. 2002-ci ildə Simon Ualkelin ilə ailə həaytı qurur.
Ta' Qali
Ta' Qali — Maltada yerləşən kənd. İkinci Dünya Müharibəsi dövründə burada hərbi aerodrom yerləşirdi.
Ta-Dmeyrek
Ta-Dmeyrek (malta Ta' Dmejrek) — Malta dövlətinin ən hündür nöqtəsi. Hündürlüyü 253 metrdir. Faktiki olaraq Dinqli təpələrinin ən hüdür nöqtəsidir. Burada Dinqli kəndi yerləşir. Zirvə Malta adasının cənub-qərbiundə yerləşir. == Tarixi == İlk əvvəllər Maltanın ən hündür nöqtəsi Dinqli kəndindən qərbdə yerləşən 232 metrlik zirvə hesab edilirdi. Sonradan isə bu zirvədən cənub-şərqdə yerləşən 235 metrlik zirvə olur. Bir müddət sonra 241 metr hündülüyə malik Maqdalena kapellası təyin edilir. Ta-Dmeyrek Maltanın ən hündür təbii zirvəsi olaraq təsdiq edilmişdir. == İstinadlar == == Mənbə == "Ta' Dmejrek" (ingilis).
Ta-Seti
Ta-Seti (transkripsiyası Ta-kens, q.misir tȝ-stj; mənası: "Ox (silah) ölkəsi", "Satis (mineral) ölkəsi", "Satis (tanrıça) ölkəsi", "Əyrilmiş"). Yuxarı Misirin e.ə. XXIII-XXII əsrlərində yaranmış Nil çayı boyu yerləşən ən cənub vilayəti. Yunan-Roma dövründə Ombos ya Kom-Ombo nomu ,(lat. Nomos Ombites) adlandırılırdı. Nomlar misirşünaslar tərəfindən nömrələrlə təsnif olunduğuna görə Yuxarı Misirin birinci (I) nomu sayılır. Sülalə öncəsi dövrdə (e.ə. III minillikdə) vilayət Aşağı Nubiya, Sülalələr dövrü isə Elefantina kimi tanınırdı.
22-Ləkəli tea parabüzəni
22-Ləkəli tea parabüzəni (lat. Thea 22-punctata L. ) — Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. == Biologiyası == Bitkilərin cavan budaqları və başqa vegetativ orqanları ilə qidalanırlar, zərərvericidir. Göbələklərdən də imtina etmirlər. Azərbaycan şəraitində il ərzində iki bütöv nəsil verir. İlk yumurtaqoyma aprel ayının sonunda başlayır və may ayının ikinci yarısında başa çatır. İyununn sonunda yumurtaların, sürfələrin və böcəklərin say dinamikası daha yüksək olur. Bir qayda olaraq yumurtalarını aşağı yaruslara qoyurlar. Qışı qidalandıqları sahələrdə xəzəlin və çöplərin altında keçirilər. Nadir hallarda ağacların koğuşunda və qabıq altında qışlayırlar.
"Sun Tea" Çay Fabriki
"Sun Tea" Çay Fabriki — Azərbaycanda çay məhsulları istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == "Azərsun Holdinq"in müəssisəsi olaraq 1996-cı ildə fəaliyyətə başlayan "Sun Tea" Çay Fabriki ümummilli lider Heydər Əliyevin iştirakı ilə istismara verilib. İllik 15000 ton istehsal gücünə malik olan fabrikdə 180–200 işçi qüvvəsi çalışır. Müəssisə regionda ən müasir texnologiyaya sahib, yüksək istehsal gücü ilə fəaliyyətə başlayan çay qablaşdırma fabriklərindən biridir. Fabrikdə dəmir qutu, karton qutu, şəffaf poşet, eləcə də birdəfəlik qablaşdırmada qara çay, yaşıl çay, meyvəli və bitkili çaylar geniş məhsul çeşidləri ilə istehsal edilməkdədir. == Fəaliyyəti == Müəssisənin tərkibində həmçinin Azərbaycanın subtropik ərazilərdən olan Lənkəran bölgəsində ilkin çay emalı fabriki, Astara bölgəsində 15 hektar çay əkin sahələri, Masallının Kolatan kəndində 100 hektar ərazidə çay plantasiyası var. Bu müəssisələrdə mövsümə uyğun olaraq 60–100 nəfər işçi çalışır.Fabrikdə "Azerçay", "Maryam", "Final", "Berqa", "Golden Pasha", "Pürrəngi" adlı çay markaları 200-ə yaxın məhsul çeşidi ilə istehsal olunur. Yüksək keyfiyyətli çay markalarımızın çeşidləri dünya bazarında çox böyük rəğbət qazanaraq Rusiya, Ukrayna, Belarus, Litva, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan, ABŞ, Avropa, Çin, İraq, Ərəbistan kimi ölkələrin çay bazarında mövcuddur.Ətirli və ləzzətli çayların istehsalçısı olan "Sun Tea" Çay Fabriki fəaliyyətə başladığı gündən bir çox beynəlxalq sertifikatlara layiq görülüb. Keyfiyyət İdarəetmə Sistemi üzrə TSE — İSO 9001, Ətraf Mühitin İdarəetmə Sistemi üzrə TSE — İSO 14001, Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik İdarəetmə Sistemi üzrə TSE — İSO 45001, Qidanın Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə TSE — İSO 22000 sertifikatları bunun göstəricisidir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları
ПМА «В-1» və ПМА «В-2» - polimetakrilat tipli özlülük aşqarları olub molekul kütlələri 3000-4300 (ПМА «В-1») və 12000—17000 (ПМА «В-2»)-dir. == Xassələri == ПМА «В-1» aşqarı mexaniki destruksiyaya qarşı yüksək davamlılığa və nisbətən aşağı molekul kütləyə görə orta dərəcədə qatılaşdırıcılığa malikdir. ПМА «В-2» aşqarı ПМА «В-1» aşqarı ilə müqayisədə daha yaxşı qatılaşdırıcılıq qabiliyyətinə malikdir, lakin mexaniki destruksiyaya qarşı davamlılığa görə ondan geri qalır. == Alınması == ПМА «В-1» və ПМА «В-2» metakrilat turşusunun СН2=С(СН3)СООН monomerinin sintetik yağ spirtlərinin C7-C12 (ПМА «В-1») və С8-С13 (ПМА «В-2») fraksiyaları ilə efirlərləşməsindən alınan polimerlərin yağda məhlullarıdır. ПМА «В-1» aşqarı ТУ 6-01-979—84 üzrə alınır və polimetakrilatların МС-8 yağında 58-65%-li məhlulundan ibarətdir. ПМА «В-2» aşqarı ТУ 6-01-692—77 üzrə alınır və yüksək keyfiyyətli aşqar polimetakrilatların И-20А yağında 30-35%-li məhlulundan ibarətdir. == Tətbiqi == ПМА «В-1» və ПМА «В-2» aşqarları duru yağların özlülüyünü və özlülük indeksini artırmaq üçün istifadə edilir. ПМА «В-1» aşqarı motor, transmissiya və hidravlik yağlarda 18% qatılığa qədər istifadə olunur. ПМА «В-2» aşqarı motor yağlarında və hidravlik sistemlərin işçi mayelərində 6% qatılığa qədər tətbiq olunur. == Mənbə == Электронная библиотека: Топлива, смазочные материалы, технические жидкости. www.bibliotekar.ru/5-toplivo-smazka/43.htm Синтез и исследование функциональных свойств комплексных полифункциональных присадок.
APA
Azərbaycan Press Agentliyi və ya qısa olaraq APA — 2005-cü ildən fəaliyyət göstərən Azərbaycanın informasiya agentliyi. "APA" informasiya agentliyi 2005-ci ildən fəaliyyət göstərir. 2012-ci ilin 3 oktyabrında agentliyin əsasında "APA Holdinq" təsis olunub. Holdinqə Azəri Press Agentliyi, "Lent.az" İnformasiya Agentliyi MMC, "Vesti.az" İnformasiya Agentliyi MMC, "Kulis.az", "APASport.az" İnformasiya Agentliyi MMC, APA TV, "APA ADVERTİSEMENT PR" MMC, "APA SERVİS" MMC daxildir.2018-ci ildə bir müddət fəaliyyətini dayandırıb.Holdinqin prezidenti Vüsalə Mahirqızı, Direktorlar Şurasının sədri isə Nurşən Quliyevdir.
Aba
Aba (geyim) — bədəvilərə xas geyim. Aba (şəhər) — Nigeriyanın cənubunda, Abia ştatında şəhər. Abalar — türkdilli xalq.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. == Ümumi məlumat == Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Ala
Ala — rəng çalarlarından biridir. "Bu rəng daha çox ağ rəngin başqa rənglərlə qarışığından ibarət olub canlı-cansızdakı rəng əlamətini tanıdır. Yəni "ala" çox-çox "...sözlərin əvvəlində sözün ifadə etdiyi şeydə alalıq, rəngbərənglik, ala-bulalıq, ağ rəng ilə qarışıqlıq, yaxud yarımçıqlıq, qeyri-müəyyənlik, dağınıqlıq, adda-buddalıq, natamamlıq və s. bu kimi xassələr olduğunu bildirir". Bir neçə misala baxaq: alapaça-paçalarının arası ağ olan kəhər və ya kürən at; alaçiy - tam bişməmiş; alaağac -ölkələri ayıran, sərhədlərə basdırılmış ağ-qara zolaqlı ağac (dirək); alanəm - qurumamış, yaş; alakölgə - həm işıqlı, həm kölgəli yer və s. Arxada "ala göz"dəki "ala"nın da rəng bildirdiyini demişdik. Daha bir neçə örnək: "Ala itdən məşhur", "Ala ördək", "Ala qaz", "Alaboyun", "Alabaş" (it adı) və s. Göründüyü kimi, bu misallardakı "ala" bilavasitə rəng deməkdir. Bununla belə, "ala"nın hündür ("Ala çadırın yer üzünə dikdirgil", "Qarşı yatan ala dağdan bir oğul uçurdunsa degil mana" və s.), böyük ("Ala barigah otağını çox görmüşəm", "Ala yorğan içində"), səmt, istiqamət, tərəf ("Başın ala baxar olsam, başsız ağac! Dibin ala baxar olsam dibsiz ağac!") və s.
Ana
Ana — uşağın bioloji valideyni və ya bu rolu sosial daşıyan qadın. Doğma anadan başqa ögey ana da ola bilər. Qadın doğduğu uşağın süd anası sayılır. Reproduktiv tibbin inkişafı ilə əlaqədar olaraq bioloji ananı genetik və surroqat olaraq iki qrupa bölürlər. Burada bioloji ana dedikdə yumurtalığındakı hüceyrələrdən uşaq formalaşan ana başa düşülür. Surroqat ana isə yalnız bətnində uşağı gəzdirən və doğan qadındır. Həmçinin Ana haqqında çoxlu əsərlər və şeirlər var.Bunlara misal olaraq Cəfər Cabbarlının "Ana" şeirini demək olar.Burada C.Cabbarlı balaca ikən itirdiyi anasına olan məhəbbətindən bəhs edilir. Həmçinin şeirin 2-ci və 3-cü bəndində Rusiyaya qarşı olan nifrətdən də bəhs edilir.
Ana!
Ana! – Darren Aronofskinin rejissorluğu və ssenaristliyini etdiyi 2017-ci il ABŞ istehsalı filmidir. Baş rollarda Cennifer Lourens, Xaviyer Bardem, Ed Harris və Mişel Pfayfer iştirak edir. Psixoloji-qorxu janrında olan filmin əsas süjet xətti sakit və durğun həyat sürən qadın və ərinin evinin gözlənilməz qonaqlar tərəfindən basqını üzərinə qurulub. Ana! filmi ilk dəfə 5 sentyabr 2017-ci ildə 74-cü Venesiya Film Festivalında nümayiş etdirildi. Film həmçinin festivalın əsas mükafatı olan "Qızıl Şir" uğrunda müsabiqədə iştirak edib. Büdcəsi 30 milyon $ olan film bütün dünyada 44,5 milyon $ gəlir əldə edib. Film tənqidçilər tərəfindən birmənalı olaraq qarşılanmayıb. Bir çox tənqidçi tərəfindən müsbət rəylər almasına rəğmən film bəzi dini alleqoriyalar və şiddət səhnələrinə görə tənqid olunub.
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Atça
Atça - Türkiyə Respublikasının Aydın vilayəti Sultanhisar ilçəsində bəldə. == Tarix == == Coğrafya == == Kültür == == Əhali == Bəldə əhalisi 2000-ci il rəsmi qeydlərinə görə 7.660 nəfərdir. Bəldəyə bağlı 5 adət kənd ilə 4 məhəlləsi vardır. Məhəllə olaraq: Aydınoğlu, Cumhuriyet, Çelebioğlu və Yenimahalle məhəllələri vardır. == Bələdiyyəsi == Atça Bələdiyyəsi 1867-ci ildə quruldu.
Aya
Aya (Türk mifologiyası)
Aza
Aza (Ordubad)Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə.Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
BNA
Bakı Nəqliyyat Agentliyi — publik hüquqi şəxs statusunda Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin edən dövlət şirkəti. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmışdır. Azərbaycan Prezidentinin 7 fevral 2022 tarixli fərmanına əsasən Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilmişdir. Azərbaycan Prezidentinin 19 aprel 2023-cü il tarixli fərmanı ilə ləğv olunaraq əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına verilmişdir. == Tarixi == Bakı şəhərində nəqliyyat sahəsində idarəetməni tənzimləmək üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmışdır. Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanı ilə "İcra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxs statusu verilmişdir.Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanına əsasən Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi təsdiq olunmuşdur. == Məqsədi == Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir. Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. == Fəaliyyət istiqamətləri == Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirir; yol hərəkətinin təşkilində iştirak edir; nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir; nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir; sərnişindaşıma sahəsinin inkişafını təmin edir.
Barnaul-Т
"Barnaul-T" - HHM avtomatlaşdırma vasitələri dəsti . "Barnaul-T" hava hədəflərinin kəşfiyyatını və əlaqəli aşkarlama sistemlərindən məlumat alınmasını həyata keçirir, hədəflərin trayektoriyası haqqında məlumat verir, zenit bölmələrinin hərəkətləri ssenarisini formalaşdırır və konkret çölmələrin imkanları, onların mövqeləri, döyüş hazırlıqları, döyüş sursatlarının vəziyyəti və s. nəzərə alınmaqla hər bir idarəetmə səviyyəsində hədəflərin paylanmasını həyata keçirir. Kompleksin məhsulları bütün mövcud zenit vasitələri və HHM bölmələrinin radiolokasiya stansiyaları, o cümlədən xaricdə istehsal olunanlar ilə qarşılıqlı əlaqədə qura bilər. Müxtəlif növ zenit qurğularının döyüş imkanlarından maksimum dərəcədə istifadə etməklə sistem kütləvi düşmən basqınının qarşısını effektiv şəkildə əks etdirir. Kompleks modul quruluşa malikdir, xarici müştərilərin tələblərinə uyğun olaraq konkret HHM qruplaşmalarının strukturuna çevik şəkildə uyğunlaşa bilir. AVD daxildir: təkərli şassidə planlaşdırma modulu (MP-K) 9C931-1 tırtıllı şassidə kəşfiyyat və idarəetmə modulu (MRU-B) 9S932-1 tırtıllı şassidə planlaşdırma modulu 9S931 zenit atıcıları bölümünün avtomatlaşdırma vasitələri kompleksi 9C935 Zenit Əleyhinə Raket Qurğularının zenitçi-atıcı tağımının komandiri üçün atəşə nəzarət səyyar modulu (ANSM) 9S9332015-ci ilə olan məlumatlara əsasən xarici müştərilərə 7 modul çatdırılıb.
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.