TABAQ

is. Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab.
Böyük tabaqlara buğda töküb isladardılar. H.Sarabski.
[Fatma arvad] obaşdandan qalxıb çirmənmiş, tabağı qabağına qoyub, pud yarım buğda unundan xəmir yoğurmuşdu. Mir Cəlal.

// Təknə.
Bəzən Mələk bacı işdən qayıdarkən eyvanda stolun üstündə dəyirmandan yenicə gətirilmiş bir tabaq un, təzə bişirilmiş çörək və ya bir dolça süd görərdi. Ə.Sadıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TABAQ təknə — çanaq
  • TABAQ tabaq bax təknə

Etimologiya

  • TABAQ Buna təknə də deyirlər. Tabaq ərəb sözüdür, təbəqə sözü ilə qohumdur, “qab” deməkdir. Mənbələrin verdiyi məlumata görə, boşqab yerinə də tabaq (təbəqe
TAB-TAVAN
TABAQÇA
OBASTAN VİKİ
Tabaq
Tabaq — Azərbaycanda məişətdə işlədilən qab. Ağacdan hazırlanır və təknəyə nisbətən dayaz və yüngüldür. Xəmir yoğurmaq, çörək və s. ərzaq məhsulları saxlamaq üçün istifadə edilir. Həm əl üsulu ilə, həm də xüsusi dəzgahda düzəldilir. Azərbaycanda erkən orta əsrlərdən istifadə edildiyi məlumdur. Qonşu Şərq və Qafqaz xalqları arasında da geniş yayılmışdır. Keçmişdə Orta Asiya xalqlarında Tabaq dənəvər və səpələnən şeylərin (taxıl, un, qum və s.) ölçü qabı kimi də işlədilmişdir.
Tabaqlı (Bostanabad)
Tabaqlı (fars. طبقلو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (15 ailə).

Digər lüğətlərdə