Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tauqum
Tauqum (yəni Dağqum)(qaz. Тауқұм / Tauqum) — Mərkəzi Asiyada, Qazaxıstanda yerləşən səhra. Balxaş-Alagöl dərəsində, Balxaş gölü və İli çayının cənubunda qərarlaşır. Səhranın sahəsi 10 000 km² təşkil edir. Uzunluğu 240 km, eni isə 40–60 km arasında dəyişir. Qum dyunlarının hündürlüyü 10—15 metrdir. == Flora == Səhrada cuzqun, ayrıqotu, saksaul, yovşan və s. bitkilər bitir. Taukumun cənub sərhədlərindən kol-ağac tipli bitkilərə rast gəlinir. Tuqay meşələri məhz bu bölgədə yerləşir.
Trigun
Trigun (yap. トライガン) — Satoşi Nişimura tərəfindən yaradılmış yapon anime serialı. == Məzmun == Trigun "Vaş Qasırğa" adlanan qəhrəmanın və "Bernardelli Sığorta Cəmiyyəti"-nin iki işçiləri olan Meril Strayf və Milli Tompsonun macəralarının üstündə əsaslanıb. == Əsas personajlar == Vaş Qasırğa (ヴァッシュ・ザ・スタンピード, Vasshu za Sutanpīdo, ingilis versiyasında Vash the Stampede) seriyanın baş qəhrəmanı və "Humanoid Qasırğa" adlanan enerji mənbəyi. Meril Strayf (メリル・ストライフ, Meriru Sutoraifu, ingilis versiyasında Meryl Stryfe) və ya "Darrincer Meril", Bernardelli Sığorta Cəmiyyətinin işçisidir. Milli Tompson (ミリィ・トンプソン, Mirī Tonpuson, ingilis versiyasında Milly Thompson) və ya "Bayıltıcı silah Milli", Bernardelli Sığorta Cəmiyyətinin işçisi və Merilin köməkçisidir. Nikolas D. Vulfvud (ニコラス・D・ウルフウッド, Nikorasu Dī Urufūddo, ingilis versiyasında Nicholas D. Wolfwood), bəzən "Cəzalandırıcı Nikolas" kimi tanınır, Mayklın Gözü təşkilatının üzvüdür. == Həmçinin bax == 5 Centimeters Per Second Ninja Scroll Cowboy Bebop == İstinadlar == == Xarici keçidlər == Trigun — Internet Movie Database saytında.
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Tudun
{{}}Tudun — Xaqan soyundan olan və ölkədəki nəzarəti və oradaki vergi toplama işini təşkil edən valilərin ünvanıdır. Əsasən şəhərlərə təyin olunurdu və şəhərin hakimi tərəfindən ona təqdim edilən vergini xaqana aparırdı.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Tütün
Tütün (lat. Nicotiana) — quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. 40-a yaxın növü məlumdur. XVI əsrə qədər tütün yalnız Şimali və Cənubi Amerikada bitirdi. == Sinonimləri == AmphipleisRaf. BlenocoesRaf. DittostigmaPhil. EucapniaRaf. DilsdorfiaRaf. LehmanniaSpreng.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Tuğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. == Tarixi == == Toponimikası == Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Coğrafiyası == Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. == Əhalisi == Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Tsuquo Takahaşi
Tsuquo Takahaşi (yap. 高橋二雄; d. 17 yanvar 1951) — Yaponiya diplomatı. 2013–2017-ci illərdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.
Turqun Almas
Turqun Almas(30 oktyabr 1924, Qaşqar şəhəri — 11 sentyabr 2001) — Uyğur şairi, dramaturqu. == Həyatı == Turqun Almas 30 oktyabr 1924-cü ildə Qaşqar şəhərində doğulmuşdu. İlk təhsilini doğulduğu şəhərdə alan şair sonra Qulca şəhərinə gedərək orada oxuyur. Urumçi şəhərindəki Darülmuəllimini bitirən Almas Qaraşəhərə müəllim işləməyə göndərilir. 1947-ci ilin mayında Turqun Almas və dostları Kaşqarda mitinq təşkil edirlər. Mitinqin təşkilatçılarını həbs edirlər. 1948-ci ilin aprelin 8-də xalqın təzyiqi altında Turqun Almas və yoldaşlarını həbsdən buraxmaq məcburiyyətində qalırlar. Həbsdən çıxan şair həmin il Qulca şəhərinə gedərək orada "Alma" qəzetində işə girir. Sora da isə Urumçi şəhərindəki "Tarım" jurnalında əmək fəaliyyətini davam etdirir. 1990-cı ildə Aktu rayonunun Barın kəndində baş verən silahlı toqquşmalardan sonra senzor nəzarəti artır və yazıçı, şair, jurnalistlər və sənət adamlarına qarşı təqiblər başlayır.
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Tuyqun (Təbriz)
Tuyqun (fars. طويقون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (79 ailə).
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Kuqun-Arıta
Kuqun-Arıta — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Qərbində Kyorsyase-Tyebyoleqe şərqində isə Kuqun-Tyebyoleqe qolları onun sahillərini yuyur. Şimslında Kasyan-Arıta, cənubunda isə Kyorsyase-Kumaqa adası yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir. Elədə böyük olmayan göllərə sahibdir.
Sibel Tüzün
Sibel Tüzün.(d. 29 sentyabr 1971) - Türkiyəli müğənni. Türkiyəni Yunanıstanın paytaxtı Afinada keçirimiş 51-ci Avroviziya mahnı müasbiqəsində Super star mahnısı ilə təmsil edərək yarışmada 11-ci yeri qazanmışdır.
Suqun yarımadası
Suqun yarımadası (rus. Сугун) — Novosibirsk vilayəti, Tandovo gölünün şimalında yerləşən yarımada. Uzunluğu 8 km, eni 0,5 km təşkil edir. Yerli əhəmiyyətli təbiət abidəsidir. == Təbiəti == Təbiət abidəsi ərazisində meşə-çöl zonası üçün qeyri-adi olan təbii bərpa olunan şam və ağcaqayın meşələrinin fraqmentləri vardır. === Qorunan bitki növləri === Burada nadir və nəsli kəsilməkdə olan bitki növləri yayılmışdır: Stípa pennáta, ural biyanı, Paeónia anómala, Lílium mártagon. === Qorunan heyvan növləri === Yarımadada böyük xallı qartal, kərkincək qızılquş, ördəktutan qızılquş, uzunquyruq yapalaqca, Maxaon, və s. kimi canlılar yaşayır.
Tulun (Germi)
Tulun (fars. تولون‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 336 nəfər yaşayır (89 ailə).
Tulun (dəqiqləşdirmə)
Tulun — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir. Tulun (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Tütün mozaikası
Tütün mozaikası virusunu ilk dəfə Dmitri İvanovski kəşf edib. Bu xəstəlik 1892-ci ildə kəşf olunub. Tütün mozaikası virusu yalnızca canlı hüceyrələrdə çoxala bilir. Bu, tütün bitkisinin kök, gövdə və yarpağında olur. Xəstəlik damarlar arasında sarı, yaşıl və ya daha açıq yaşıl rənglərdə özünü göstərir. Tütün mozaikası virusu tütündə, pomidorda, kartofda, şalğamda, bibərdə və bunlar kimi 300-dən çox bitkidə xəstəlik meydana gətirə bilir.
Yuyçzülyü Tulun
Yuyçzülyü Tulun (v. 492) - Jujan dilindəki adı ilə "Daimi xaqan" 485-cü ildə atasından sonra taxta çıxmış jujan xaqanı idi. == Hakimiyyəti == Hakimiyyəti dövründə daim Şimal Vey sərhədlərinə axınlar olsa çox güclü döyüşlər olmurdu. Nazirlərindən biri olan Şiloxeu ona sülh təklif etsə də o naziri vətənə xəyanətlə günahlandıraraq edam etdirdi. Xaqanın hakimiyyəti bir çoxları tərəfindən zülm kimi görünürdü. 12 ailədən ibarət Fufuluo qəbiləsi ona üsyan edərək şimala qaçdı və Qaoçe Ulu Bəyliyini qurdu. Dövlətin ard-arda məğlubiyyətlərinə dözməyən jujanlar saray çevrilişi edərək Tulunu devirdilər və taxta onun əmisi Naqayı gətirdilər.
İbrahim Tuqan
İbrahim Əbdülfəttah Tuqan (ərəb. إبراهيم عبد الفتاح طوقان‎; 1905[…] və ya 1905, Nablus – 2 may 1941 və ya 1941, Qüds) — fələstinli şair və İraq himninin ("Mövtini") sözlərinin müəllifi.
İnjiç-Çuqun
İnjiç-Çuqun (abq. Йынджьыгь-ЧӏкІвын, qaraç.-balk. Гитче Инджик, kab.-çərk. Инджыдж цӏыкӏу) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikası, Abazin rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiya == Kənd kiçik Zelençuk çayının sağ sahilində, Abazin rayonunun qərb hissəsində yerləşir. Çerkessk şəhərindən 37 km cənub-qərbdə, Xabez rayonunun mərkəzi olan Xabez kəndi ilə üzbəüz ərazidə qərarlaşır. Kənd yaşayış məntəqəsinin sahəsi 60.3 km²-dir. Yaşayış məntəqələri ilə həmsərhəddir: şimalda Elburqan və qərbdə Xabez. Kənd respublikanın dağətəyi zonasında yerləşir.
Əsl tütün
Əsl tütün (lat. Nicotiana tabacum) — tütün cinsinə aid bitki növü.
Yaşar Tüzün
Yaşar Tüzün (18 yanvar 1966, Biləcik) — iş adamı və siyasətçi; Biləcik Bələdiyyəsinin sədri (1999—2002), Türkiyə Böyük Millət Məclisinin 22, 23, 25, 26, 27 və 28-ci çağırış deputatı. == Həyatı == Yaşar Tüzün 1966-cı ildə Biləcik ilində anadan olub. Ticarət Peşə Liseyini bitirib. Biləcik Gənc İş adamları Dərnəyinin sədri, Biləcik İdman Klubunun sədri, TESK Biləcik İdarə Heyətinin sədr müavini olub. Siyasətə Sosial Xalqçı Partiyasında (SHP) qoşulub, Cümhuriyyət Xalq Partiyasında (CHP) isə davam edib. CHP Biləcik ilçə və il sədri olub. 1994-cü ildə Biləcik Bələdiyyəsinin Məclis üzvü, 1999-cu ildə Biləcik Bələdiyyəsinin sədri seçilib. 2002, 2007, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Biləcik ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 2017-2018-ci illərdə parlamentin sədr müavini olub. Daxili işlər Komissiyasının üzvüdür.