TUTQUN

sif.
1. Batqın, batmış, batıq (səs haqqında).
Mərsiyəxan … bir neçə nərə çəkib, tutqun səsi ilə çığırdı. Çəmənzəminli.
Tutqun kal səsilə telefon yenə; – Dur gəl, sözüm vardır! – deyir Hüseynə. M.Rahim.

2. məc. Qəmli, kədərli, məyus, pərişan, qəmgin, qaşqabaqlı. Tutqun üz. Tutqun görünüş.
– Tutqun, məhzun sima ilə sakit, şirin yatmışdır; Döşündəki az yaradan qan fəvvarə atmışdır. A.Səhhət.
Cəlal dəyişmişdir, Cəlal tutqundur; Xəyalı dağınıq, fikri uçqundur. S.Vurğun.

3. Açıq olmayan, buludlu. Tutqun hava. Göyün üzü tutqundur.
// məc. Kədərləndirici, cansıxıcı, darıxdırıcı.
…Getdikcə hava sərtləşir, tutqun payız ruzgarı sərt bir qışa çevrilməyə başlayırdı. S.Rəhimov.
Hava tutqun olan kimi Əziz də bikef idi. Ə.Vəliyev.

4. məc. Üstüörtülü, aydın olmayan, dumanlı, anlaşılmaz. Tutqun iş.
[Bəhlul:] Düşünməli, bir çox tutqun mətləbləri aydınlaşdırmalı oldum. B.Bayramov.

5. Zəif, ölgün, donuq.
Yağışın arasında küçələrdə yanan elektrik işıqları tutqun bir ziya nəşr edirdi. S.Hüseyn.
Çırağın tutqun işığında [Qaragünənin] iri, ətli üzündəki çopurlar daha dərin görünürdü. M.Rzaquluzadə.

6. məc. Gərgin, qızğın.
İşin ən tutqun vaxtı, yorğun və əzgin bir halda hisli-paslı paltarın içində Nadir yatmaq üçün evə gəldi. B.Talıblı.

7. Açıq olmayan, tünd (rəng haqqında).
[Boz Ukrayna qaramalı] əsasən boz, gümüşü, yaxud tutqun polad rəngindədir, belində uzunu ağımtıl zolaq vardır. Qaramal”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TUTQUN tutqun bax 1. boz 3; tünd 3
  • TUTQUN buludlu — dumanlı — qaranlıq
  • TUTQUN məyus — qəmgin — kədərli
  • TUTQUN donuq — sönük — ölgün
  • TUTQUN qaraqabaq

Antonimlər (əks mənalı sözlər)

  • TUTQUN TUTQUN – GÜNƏŞLİ Hava bu gün səhərdən tutqun idi (S.Vəliyev); Hava o qədər xoş, o qədər mülayim və günəşli idi ki, dərhal bir yüngüllük hiss etdi (M
TUTQAC
TUTQUNLAŞMA
OBASTAN VİKİ
Tutqun ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Görünüşü == Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. == Arealı == Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
63-ün tutqun payızı (film, 2003)
63-ün tutqun payızı qısametrajlı sənədli televiziya filmi rejissor Orman Çingizoğlu tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir. == Məzmun == Film 1963-cü ildə Sumqayıtdakı anti-sovet mitinqindən bəhs edir.1963-cü il noyabrın 7-də Oktyabr inqilabının növbəti ildönümünə həsr edilmiş nümayiş zamanı Boru Prokat Zavodunun bir qrup fəhləsi əsas dəstədən ayrılaraq şəhər rəhbərliyinin dayandığı tribunaya sarı getmiş, mədəniyyət evinin fasadından Nikita Xruşşovun böyük portretini qopararaq ayaqlar altına atmışdılar. 600-800 nəfərə qədər adam 3 gün ərzində Sumqayıtı bir-birinə qatmışdı.Xruşşov dövrünün son iri kütləvi qarşıdurması kimi dəyərləndirilən Sumqayıt hadisələri kütləvi psixologiyada baş verən incə transformasiyaları anlamaqda əyani nümunədir.
Tutqunçay
Tutquçay — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Tutquçay Tərtər çayının sağ qoludur. Bəzən səhvən Tutqunçay da adlanır. Tipik dağ çayı olub, dar dərələrdən axır. Sahil qayalarının kölgəsi dar dərələrdən axan çayın rəngini tutqunlaşdırdığından ona belə ad verilmişdir.

Digər lüğətlərdə