Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qopnik
Qopnik (rus. го́пник) — rus dilində aşağı sosial statusa sahib, aşağı gəlirli, az təhsilli, kontingent mənəvi dəyərləri olmayan, adətən disfunksional ailələrdən gələn, yeganə əks-mədəniyyət altında birləşən, özünütəsdiq axtararaq özünü digərlərindən üstün hiss etmək məqsədilə kriminal, dağıdıcı yollara əl atan qeyri-rəsmi təbəqənin gənc üzvləri üçün jarqon söz. Termindən Rusiya və postsovet ölkələrində XX əsrin axırlarından bəri geniş miqyasda istifadə olunur. Baxmayaraq ki, altmədəniyyətin kökləri Rusiya imperiyasına qədər gedib çıxır, bu, SSRİ-nin ilk illərində əhəmiyyətli dərəcədə inkişaf etmişdir. «QOP» termini «Государственное общежитие пролетариата» (azərb. Proletariatın dövlət yataqxanası‎) abbreviaturasıdır. Vladimir Leninin vəfat etməsinin ardınca, 24 yanvar 1924-cü il tarixində Sankt-Peterburq şəhərində qurulan «QOP» daha sonra bütün Rusiyaya yayılmışdır. Buralarda şəhərətrafı ərazilərdən gələn sakinlər, əsasən də küçə uşaqları yaşayırdı. Bu yataqxana sakinlərinin "cəmiyyətə zidd" hərəkətləri onların «ГОПниками» (qopniklər) ləqəbini almaları ilə nəticələnmişdir. Bu altmədəniyyət 2000-ci illərdə yüksəliş dövrünü yaşamış, 2010-cu illərin axırları və 2020-ci illərin əvvəllərində demək olar ki, məhv olmuşdur, lakin qopniklərə bənzəyən gənc bandalar (məsələn, A.U.E.) Rusiya və postsovet məkanında hələ də fəaliyyət göstərirlər.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Uqanik adası
Uqanik adası (ing. Uganik) — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak arxipelaqına daxil olan ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. Kadyak adasının şimal-qərb sahili yaxınlığında yerləşir. Kadyak Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsidir. İlk dəfə 1805-ci ildə rus səyyahı Yuri Lisyanski tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən xəritəyə salınmışdır. Adanın uzunluğu təxminən 25 km, eni isə 8 km-dir. Sahəsi 146,7 km²-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 219 m yüksəklikdədir. Adanın daimi əhali yoxdur.
Mixal Qornik
Mixal Qornik (y.sorb Michał Hórnik, alm. Michael Hornig‎; 1 sentyabr 1833 – 22 fevral 1894, Bautzen, Saksoniya) — Sorb alimi, din xadimi və 19-cu əsr Sorb ədəbiyyatının ən mühüm himayədarlarından biri. Mixal Qornik 1833-cü ildə Kamenets yaxınlığındakı Vorkletsy kəndində anadan olub. Qornik 1847-ci ildə Bautzendə orta məktəbi bitirdikdən sonra Praqadakı Sorb seminariyasına daxil olub. Qornik həmçinin Lesser Town Gimnaziyasında və Çarlz Universitetinin İlahiyyat fakültəsində təhsil alıb. Praqada oxuyarkən Sorbia seminariyasında fəaliyyət göstərən "Serbovka" tələbə dərnəyinin üzvü, sonra isə rəhbəri olub. 1852-ci ildə "Tydźeńske Nowiny" qəzetində ilk ədəbi əsəri olan "Brançeleji" nəşr etdirdi. Praqada tələbə olarkən o, Serbovka qardaşlığı tərəfindən nəşr olunan "Kwětki" ədəbi jurnalında 40-a yaxın şeir və tərcümələrini, o cümlədən "İqorun kampaniyası haqqında nağıl"ın Yuxarı Sorb dilinə tərcüməsini dərc etdirib. 1856-cı ildə vətənə qayıdır və 24 sentyabr 1856-cı ildə keşiş təyin edilir. 1871-ci ildə Bautzendəki Müqəddəs Məryəm kilsəsinin rektoru təyin edilir.