Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yevgeniya Qomon
Yevgeniya Yevgeniyevna Qomon (25 mart 1995, Zaporojya) — Ukraynanı təmsil edən bədii gimnast. Yevgeniya Qomon 2012 və 2016-cı ildə Ukraynanı Olimpiya Oyunlarında təmsil etdi. Qomon həm də I Avropa Oyunlarında bir gümüş və bir bürünc medal, Universiada Oyunlarında isə bir qızıl, üç gümüş və iki bürünc medal qazanıb. Yevgeniya Qomon birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. London şəhərində baş tutan yarışlarda o, komanda yoldaşları ilə birgə 54.375 xal topladı və 5-ci yeri tutdu. Yevgeniya Qomon 2016-cı ildə Ukrayna bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Olena Dmitraş, Oleksandra Qridasova, Valeriya Qudim və Anastasiya Voznyak ilə birgə final yarışlarında 34.282 xal topladı və 7-ci yeri tutaraq mübarizəni dayandırdı.
Qnomon
Günəş saatı — Günəşin səmadakı mövqeyinə görə qnomonun kölgəsinin uzunluğunun dəyişməsi və kölgənin siferblat üzərindəki hərəkətinə əsasən vaxtın təyin edilməsinə imkan verən qurğu. Adi günəş saatı dizaynlarında, şaquli şəkildə yerləşdirilmiş çubuğun kölgəsi, üfüqi şəkildə yerləşdirilmiş səthdə günün saatlarını göstərən siferblatın üzərinə düşür. Günəş səmada hərəkət etdikcə saatın üzərindəki çubuğun kölgəsi müxtəlif saat xətləmələri ilə üst-üstə düşərək hərəkət edir. Bu qurğularda çubuq Yerin fırlanma oxuna uyğunlaşdırılmalıdır. Buna görə də bu növ günəş saatının düzgün vaxtı göstərməsi üçün çubuq maqnit şimalını deyil, coğrafi şimalı göstərməlidir. Bundan əlavə, çubuğun üzərində dayandığı üfüqi səthlə yaratdığı bucaq saatın yerləşdiyi coğrafi enliyə bərabər olmalıdır. Ancaq bu iki xüsusiyyətə uyğun olmayan, lakin fərqli prinsiplər çərçivəsində işləyən günəş saatları da qurula bilər. Bu saatları dairənin ortasına çubuq qoyaraq və kompasdan istifadə etməklə (o, şimalı göstərməlidir) kölgənin hər saatın tamamında düşdüyü yeri işarələməklə etmək olar. Amma buludlu günlər və gecə kimi amillər bu tip saatları yararsız hala salır.
Reomon
Reomon (fr. Réaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38331. Kommunanın 2012-ci il üçün əhalisi 1000 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 309 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 26 km şimal-qərbdə yerləşir.
Xromon
Xromon piran həlqəsində əvəzolunmu ketoqrup ilə benzopiranın törəməsidir. Bu maddə kumarin izomeridir. Xromonun törəmələri “xromon” kimi məlumdurlar. Bütün xromonlar olmasa da, çoxları fenilpropanoidlərdir. Xromonlar təbii birləşmələrdir. Onlar benzol və g-piron həlgələrin kondensləşməsi nəticəsində əmələ gəlirlər. Öz təbiətinə görə onlar flavonoid və kumarınə çox yaxındır. Kumarinlər kimi xromonlar da oksi-, metoksi-, alkoksi-, alkil və başqa törəmələr əmələ gətirir. Xromonlar furan həlqəsi ilə kondensləşəyək furanxromonlar əmələ gətirirlər. Bunlardan tibbdə geniş istifadə olunur.
Domon
Domon (fr. Domont) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Anq'yan-le-Ben. Əhalisi — 14.883 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 20 km şimalda, Serji belediyyənin 20 km şərqdə yerləşir. == Demoqrafiya == Əhalinin dinamikası (Cassini и INSEE): == Qardaşlaşmış şəhərlər == Qermerinq, Almaniya (1984) Şepşed, Böyük Britaniya (1989) Volştın, Polşa (2005) Buya, İtaliya (2009) == Tanınmış şəxsiyyətlər == Remi Mareval, fransız futbolçu.
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Somon
Somon, və ya Sum və ya Sumu və ya Sumon (Çin dilində 苏木 — (sumu), monqol dilində sum, tuva dilində sumon) — Çində və Monqolustanda, həmçinin Pusiyada çox da böyük olmayan inzibati ərazi bölgüsü. Çin Xalq Respublikasının yalnız Daxili Monqolustan adlanan hissəsində inzibati ərazi vahididir. ÇXR-da somonların ümumi sayı — 181-dir. Somon kənddən böyük, xoşundan kiçikdir. Etnik milli somon — (<in dilində 民族苏木, mintszu sumu) — Çin Xalq Respublikasında milli azlıqların üstünlük təşkil etdiyi somonlar üçün istifadə olunan termindir.2010-cu ilin məlumatına əsasən yalnız bir etnik milli simon — Evenk milli somonu mövcuddur.
Cyomon mədəniyyəti
Cyomon (saxsı qablar) mədəniyyəti — Neolit (yeni daş dövrü) Yaponiya ərazisində e.ə. 8-ci minillikdən - e.ə. 300-cü ilədək olan dövrü əhatə edir. Neolit dövründə saxsı məmulatlarının istehsalı başlanır və ipli saxsı qablar (cyomon) meydana gəlir. Məhz buna görə də, yapon arxeoloqları neolit dövrünü "Cyomon mədəniyyəti dövrü" adlanırırlar. Cyomon mədəniyyətinin izləri ilk dəfə XIX əsrin sonlarında amerikan Eduard Mors tərəfindən aşkar edilmişdir - o, böyük balıqqulağı topası (kaycuka) aşkar etmişdi. Məhz balıqqulağı topası altında qədim dövrə dair tapıntılar aşkar edilmişdir. II Dünya Müharibəsinə qədər Cyomon dövrünə sinonim olaraq "daş dövrü" ifadəsindən də istifadə olunmuşdur. Bu dövr üçün ikiqulplu alətləri, ox və kaman, daş və sümükdən hazırlanmış alətlər xarakterikdir. Bu dövrdə qayıqlar da hazırlanmışdır.
Lü Quojon
Li Quojenq (7 mart 1980) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Quojenq Çin 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin sahibi olub.
Soqomon Teyliryan
Soqomon Teyliryan (erm. Սողոմոն Թեհլերյան; 2 aprel 1896 – 23 may 1960, San-Fransisko, Kaliforniya) — Tələt Paşanı qətlə yetirmiş erməni terrorçusu. Soqomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci dünya müharibəsi başlayanda, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (Nemezis əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi" ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib, sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb. Alman polisi Teyliryanı həbs edib, qısa sürən məhkəmə prosesi erməni millətçilərinin tamaşasına çevrilib, onlar bu prosesdən erməni soyqırımının reklamı üçün istifadə ediblər. Dərhal Soqomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən, varlı ermənlər bu fonda vəsait köçürüblər. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln universitetinin hüquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmənin Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
OMON
Xüsusi Təyinatlı Polis Dəstəsi (abreviatur: XTPD) və ya OПОН (rus. ОПОН Отряд Полиции Особого Назначения) — 1990–1995-ci illərdə Daxili İşlər Nazirliyinin tərkibində olan Xüsusı Təyinatlı Polis Dəstəsi. OMON-a Rövşən Cavadov rəhbərlik edirdi. Azərbaycan Daxili İşlər Nazirliyinin XTPD 12500 nəfərdən ibarət üçpilləli bir təşkilat idi. Birinci pillə SSRİ Daxili İşlər Nazirliyinin XTPD bölməsidir. Bura 1500 nəfər daxildir. 1990-cı ilin sentyabrından SSRİ Daxili İşlər Nazirliyi tərəfindən yaradıldı və maliyyələşdirildi. İkinci pillə: 1990 -cı ilin avqustunda AzSSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılan Azərbaycan Daxili İşlər Nazirliyinin OMON-u. AzSSR Daxili İşlər Nazirliyinə tabedir. Əsas dislokasiya məntəqələri: Bakı, Sumqayıt, Qazax, Naxçıvan, Quba, Əsgəran, Mingəçevir.
Buğa qoyon
Buğa Uqulay Qorçi oğlu Cəlayır (XIII əsr – 16 yanvar 1289 və ya 1289) — Cəlayır elinin Cadaran oymağından Elxanilər dövrünün sərkərdəsi. Sarayda mühüm vəzifəsi olan Buğa Arqun xanın taxta çıxarılmasında mühüm rol oynamışdır. 1284-cü ildə Arqun yeni xan olduqdan sonra Buğa onun əsas vəziri, məsləhətçisi olmuş, beləliklə də bu vəzifədə Şəmsəddin Cüveynini əvəzləmişdir. Cüveyni vəzifədən azad edildikdən sonra edam edilmişdi. == Həyatı == === Erkən illəri === Buğa Cəlair tayfasından idi və yetim idi. Atası olan Uqulaq Qorçu Hülakü xanın ordusunda kəşfiyyatçı kimi döyüşmüşdü. Ataları öldükdən sonra o və qardaşı Aruq yetim kimi Abaqa xanın sarayına verilmiş və orada böyümüşdülər. === Abaqa və Təkudar xan dövründə === O, Abaqa xana onun etibarlı məsləhətçisi kimi xidmət etmiş, xəzinədən və möhürdən cavabdeh şəxs olmuşdur. Bu zaman da onun oğlu Arqun ilə dostlaşmışdır. 1282-ci ildə Abaqa xanın ölümündə sonra o, Arqunun Əhməd Təkudara qarşı taxt iddiasını dəstəkləmişdir.
Comon dulusçuluğu
Comon dulusçuluğu (縄文土器, Comon doki) – Yaponiyada e.ə. 10.000 – e.ə. 300-cü illərdə davam etmiş Comon dövrünün dulusçuluq sənəti. Comon dulusçuluğuna aid nümunələr Kuril adalarından Ryukyu adalarına qədər Yaponiyanın müxtəlif yerlərində tapılmışdır. Comon dövrünün dulusçuluq məmulatlarının növləri zamandan və yerdən asılı olaraq müxtəlifdir. Qəhvəyi rəng və sap naxışlar bu keramikaların tipik xüsusiyyətləri arasındadır. == Adlandırma == Bu dulusçuluq üslubunun adları əvvəlcə "Qabıq kurqanı dulusçuluğu" və ya "Aynu dulusçuluğu" idi. "Comon dulusçuluğu" termini isə ilk dəfə Edvard Morze tərəfindən 1879-cu ildə yazılmış bir bildirişdə işlədilmişdir. Morze Comon dulusçuluğunu kəşf edən arxeoloq olmuşdur və onu yapon dilindən tərcümədə "sap naxışlı" mənasına gələn "Comon" sözü ilə adlandırmışdır. Bu söz daha sonra Comon dövrünü adlandırmaq üçün də istifadə olunmuşdur.
Göman (Sərdəşt)
Göman (fars. گمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (63 ailə).
Şomon (rayon)
Şomon (fr. Chaumont) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Marna. Suprefektura — Şomon. Rayon əhalisi 2006-cı ildə 67 738 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 27 nəf / km². Rayon sahəsi — 2476 km². Şəhər Marne çayı üzərində dayanır və 1856-cı ildə inşa edilmiş 52 m (171 ft) hündürlüyü və 600 m (2000 ft) uzunluğundakı bir viyadük üzərində işləyən Paris və Basel'i birləşdirən dəmir yolu üzərində yerləşir.
Comon dövrü
Cyomon (saxsı qablar) mədəniyyəti — Neolit (yeni daş dövrü) Yaponiya ərazisində e.ə. 8-ci minillikdən - e.ə. 300-cü ilədək olan dövrü əhatə edir. Neolit dövründə saxsı məmulatlarının istehsalı başlanır və ipli saxsı qablar (cyomon) meydana gəlir. Məhz buna görə də, yapon arxeoloqları neolit dövrünü "Cyomon mədəniyyəti dövrü" adlanırırlar. Cyomon mədəniyyətinin izləri ilk dəfə XIX əsrin sonlarında amerikan Eduard Mors tərəfindən aşkar edilmişdir - o, böyük balıqqulağı topası (kaycuka) aşkar etmişdi. Məhz balıqqulağı topası altında qədim dövrə dair tapıntılar aşkar edilmişdir. II Dünya Müharibəsinə qədər Cyomon dövrünə sinonim olaraq "daş dövrü" ifadəsindən də istifadə olunmuşdur. Bu dövr üçün ikiqulplu alətləri, ox və kaman, daş və sümükdən hazırlanmış alətlər xarakterikdir. Bu dövrdə qayıqlar da hazırlanmışdır.
Comon Suqi
Comon Suqi (縄文杉) – Yaponiyanın Kaqoşima prefekturasında yerləşən və yapon kriptomeriyası növündən olan ağac. 1993-cü ildə YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmiş Yakuşima adasında yerləşir. Yaşının 2.170–7.200 arasında olduğu təxmin edilir. == Tarixi == Ağac 1966-cı ildə kəşf olunmuş və Yaponiyada davam etmiş Comon dövrünün adı ilə adlandırılmışdır. Ağaca xüsusi təbiət abidəsi statusu verilmişdir. 1993-cü ildə Yakuşima adasına YUNESKO-nun Dünya irsi statusunun verilməsindən sonra ağac dünyada tanınmağa başlamışdır. == Xüsusiyyətlər == Ağacın hündürlüyü 30 metr, gövdəsinin çevrə uzunluğu 16,1 metr təşkil edir. Digər yapon kriptomeriyası ağaclarından fərqli olaraq alçaq olması və gövdəsinin odun üçün əlverişli olmaması səbəbilə ağac əsrlər boyunca böyüyə bilmişdir. Comon Suqinin dəqiq yaşı məlum deyil. Aparılan ilkin araşdırmalar zamanı yaşının 7.200 olduğu təxmin edilmişdir.
Agemon (Korinf çarı)
Agemon (q.yun. Ἀγήμων) — yunan mifologiyasında personaj. O, Korinf çarı Aristomedin qardaşı və davamçısıdır. Korinf çarı Agemon Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Korinf çarı Aristomed vəfat etdikdən sonra onun kiçik oğlu Telest hələ də azyaşlı idi, bu səbəbdən Agemon onun regenti olmuşdur. Buna baxmayaraq, Agemon bu vəzifədən sui-istifadə edərək taxtı ələ keçirmişdi. Agemonun ölümündən sonra onun oğlu Aleksandr taxtın varisi olmuşdur.
Kelli Rassel Aqodon
Kelli Rassel Aqodon (ing. Kelli Rassel Aqodon; 1969, Sietl, Vaşinqton) — Sietldə anadan olmuş amerikalı şair, yazıçı və redaktor. O, Two Sylvias Pressin həmtəsisçisidir və Pasifik Lüteran Universitetində aşağı səviyyəli XİN rezidentura proqramı olan Rainier Writing Workshopda poeziya şöbəsində xidmət edir. == Həyatı == O, Seattleda böyüyüb və Vaşinqton Universitetində və Sakit Okean Lüteran Universitetində Rainier Yazı Emalatxanasını yazıçılıq üzrə magistr dərəcəsi ilə bitirib. O, Vaşinqton ştatında yaşayır. Onun işi Atlantic Monthly, American Poetry Review, Prairie Schooner, North American Review, Image, 5 am, Meridian, Calyx.,Poets.org, və The Los Angeles jurnallarında dərc olunub. Nəzərdən keçirin. Şimal-qərbdə yaşayır.[10] O, 2009–2014-cü illərdə Crab Creek Review jurnalının baş redaktoru olub. O, Two Sylvias Pressin həmtəsisçisidir. O, Sahildəki Şairlər: Qadınların Həftəsonu Yazıçılarının Retreatının həmdirektorudur.
Bomon-syür-Uaz
Bomon-sür-Uaz (fr. Beaumont-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 8.776 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimalda, Serji belediyyənin 20 km şimal-şərqdə yerləşir.
Bomon-sür-Uaz
Bomon-sür-Uaz (fr. Beaumont-sur-Oise) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 8.776 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 32 km şimalda, Serji belediyyənin 20 km şimal-şərqdə yerləşir.
Ket-an-Bomon
Ket-an-Bomon (fr. Quet-en-Beaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38329. Kommunanın 2006-cı il üçün əhalisi 63 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 581 ilə 1 664 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Le-Kost-Qozon
Le-Kost-Qozon (fr. Les Costes-Gozon, oks. Las Còstas de Goson) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12078. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 29 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 113 nəfər (15-64 yaş arasında) 77 nəfər iqtisadi fəal, 36 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 63.2%).
Mukali qoyon Cəlayır
Mukali qoyon Cəlayır (1182–1223) — Monqol ulusunun sərkərdəsi, Çingiz xanın silahdaşı Böyük Monqol imperiyasının yaranması həm aristokratiya, həm də sıravi köçərilər içərisindən məşhur sərkərdələr və dövlət xadimləri olmuş istedadlı şəxsiyyətləri meydana çıxardı. Qəbilə tayfa münasibətlərini sındırıb "dövlət ailədən də üçtündür" ideyasını həyata keçirən kursu davam etdirən Çingiz xan onlara böyük səlahiyyətlər verdi. Dövləti qohumlar yox, silahdaşlar möhkmləndirdi. Monqolların dövlət quruluşunun əsasları "ürlüklər"-- funksional vəzifələrinə və mövqelerinə görə—nazirlər institutu tərəfindən qoyuldu. Ilkin tarixi mənbələrdə "Çingiz xanın doqquz ürlükləri"ndən birinci tərif olunanlarından Mukali-qoyon (Mukxoli, Qoa Muxulu, Muxuliday) daima xatırlanır. Onun yüksəlişinə — heç nə, — nə mənşəyi, nə hökmdarın ətrafında dünyanın yarısının cəmləşməsi təkan vermişdi. Silahdaşların nüvəsi o qədər xarici düşmənlərlə deyil, nə qədər daxili düşmənlə, o cümlədən qohumlarla amansız qanlı müharibələrdə formalaşmışdı. Bu vəziyyət Çingiz xanın andası (qan dostu) Van xanla birlikdə tatarlar üzərinə qalibiyyətli yürüş edən zaman curkinlər onun köçərilərinə basqın etmişdilər. Arxadan zərbə vuranlar amansızcasına cəzalandırıldı. Darmadağın edilmiş curkinlər düşərgəsində cəlairlər əyanlarının nümayəndələri də ələ keçirildi.
Comon Sırğaları Muzeyi
Şinto Kəndi Sırğa Muzeyi (榛東村耳飾り館, Şinto-mura Mimikazarikan) – Yaponiyanın Qunma prefekturasının Şinto kəndində yerləşən muzey. Dünyada sırğaya həsr olunmuş yeganə muzeydir. == Tarixi == 1989–1990-cı illərdə Şinto Kəndi Təhsil Şurası tərəfindən Çino xarabalıqlarında qazıntı işləri aparmışdır. Tədqiqatlar zamanı ərazidən Comon dövrünə aid daş alətlər, dulusçuluq məmulatları, ayinlərdə istifadə olunmuş əşyalar tapılmışdır. Tapıntılar arasında sırğalar üstünlük təşkil etmiş, 577 sırğa tapılmışdır. Muzey qazıntı işlərinin nəticələrini göstərmək və sırğaları nümayiş etdirmək məqsədilə 1992-ci ildə yaradılmışdır. 2001-ci ildə muzeyin eksponatları Britaniya Muzeyindəki "Şinto" sərgisində nümayiş etdirilmişdir. == Ekspozisiya == Ekspozisiyanın əsasını Comon dövrünün sırğaları təşkil etsə də, burada dünyanın müxtəlif ölkələrindən gətirilmiş sırğalar da sərgilənir. Muzeyin kolleksiyasına 2000 sırğa daxildir və onların 1000-i sərgilənir. Muzeyin emalatxanasında maqatama və boyunbağı hazırlama vorkşopları keçirilir.