Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Edişə
Edişə (Cəlilabad)
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Udine
Udine — İtaliyanın Friuli-Venesiya-Culiya regionunda şəhər.
Udulu
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Dudə
Dudəhə (fars. دودهه‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə neçə nəfərin yaşaması naməlumdur.Əhalisi Qəzvin ostanının çoxlu bşaq bölgəri olduğu kimin azərbaycan türklərindən ibarətdir.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Dust
Dust — toz halında olan pestisid. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Duzə
Duzə-İranın Fars ostanının Cəhrom şəhristanının Siməkan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 790 nəfər və 178 ailədən ibarət idi.
Duçe
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul. 1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir. Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir, lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Ruse
Ruse — Bolqar dilində qədim adı Ruşuk, türk dilində Rusçuk olan Ruse Bolqarıstanın beşinci böyük şəhəridir. Əhalinin sayı 146 min nəfərdir. Şəhər Dunay çayının sahilində yerləşir və demək olar ki, bu çay da Bolqarıstanın ən böyük limanıdır. Tarixi mənbələrə görə, müasir Rusenin ərazisində 5000 il bundan əvvəl insanlar məskunlaşmağa başlayıblar. Bizim eranın birinci əsrində İmperator Vespasian burada qala və Seksaqinta Prista (60 gəmi) limanı inşa etdirir. Qala Belqraddan Dunayın deltasına və Qara dənizə gedən əsas yolun üzərində idi. 250-ci ildə qot tayfaları qalanı dağıtsalar da, əsrin sonunda romalılar onu yenidən bərpa edirlər. Dördüncü əsrdə qala şimaldan gələn barbar tayfaları tərəfindən yenidən dağıdılır. IX-X əsrlərdə bolqarlar qalanı yenidən bərpa edərək onu gənc döyüşçülərin himayədarı şərəfinə Ruse adlandırdılar. XIX-XX illərdə avropalılar şəhəri "Parçalanmış Dunayın Vyanası" adlandırmağa başladılar, çünki şəhər binalarının arxitekturası Qərbi Avropa dövlətlərinin paytaxtlarını xatırladırdı.
Umus
Li Siçonq (Uyğ. — Umus) — Uyğur şahzadəsi, Çindexanın ikinci oğlu idi. Mənbələrdə adı ilk dəfə 840-cı ildə çəkilir. Uyğur xaqanlığının parçalanmasından sonra şahzadə Umusun başçılığı ilə bir qrup uyğur Çinə pənah gətirmişdi. 841-ci ildə isə Uge xan özünü Uyğurların xaqanı elan etmişdi. Nə Yağlakar sülaləsindən, nə hakim Ediz klanından olan Ugenin hakimiyyəti uyğurlar tərəfindən tanınmadı. Şahzadə Umusun pənah gətirdiyi Tiandenin qubernatoru Tian Mu isə imperatora üsyankara (Umusa) qarşı hərəkət etməyi məsləhət gördü. İmperatorun baş naziri Li Deyun isə Uge xandan əvvəl Çinə gəlmiş Umusun üsyankar ola bilməyəcəyini irəli sürərək bu təklifi rədd etdi. Nəhayət 842-ci ildə Umus və 2200 uyğur əsilzadə Çinə tabe oldu. İmperator Vuzonq, həmin il Umusa "Xuayxua knyazı" titulunu verdi, ardıyca isə sərkərdə rütbəsi verildi.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Ürse
Ürse (fr. Urçay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03293. 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şüşə
Şüşə — Na2CO3 + SiO2 = Na2SiO3 + CO2CaCO3 + SiO2 = CaSiO3 Öz keyfiyyət göstəricilərinə görə insan həyatında böyük rol oynayan süni material. Fiziki kimyəvi xüsusiyyətlərinə görə qeyri-üzvi maddə, bərk cisim, strukturuna görə anorf, izotrop; bütün şüşə növləri ilkin materialın əridilməsi nəticəsində kristallaşma müddətində ən yumşaq vəziyyətdən şüşə vəziyyətinədək gəlib çatırlar. Şüşənin ərimə temperturu 300-dən 2500 °C-dək olaraq şüşə əmələgətirən (oksidlərin, ftoridlərin, fosfatların və s.) miqdarından asılıdır. Şüşə materialları strukturlarına görə möhkəm olmurlar və zərbəyə davamsızdırlar. Materialın adı müxtəlif dillərdə eyni cür səslənir. Roman dillərində olan adlar (it. vetro, fr. verre, isp. vidrio, port. vidro) (lat.
Uduq
Uduq (şum. 𒌜), sonralar akkad dilində utukku — qədim Mesopotamiya mifologiyasından bəzən yaxşı, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu, ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır. Bütün Mesopotamiya demonları arasında uduq ən az aydın şəkildə müəyyən olunanıdır. Bu söz əvvəlcə sözügedən demonun yaxşı və ya pis olduğunu ifadə etmirdi. İki Qudeya silindrindən birində Laqaş padşahı Qudeya (e.ə.
Düsen Kaseinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Düsen Kaseyinov
Düsen Kurabay oğlu Kaseyinov (qaz. Дүйсен Құрабайұлы Қасейінов; 10 mart 1947, Biysk, Altay diyarı) — TÜRKSOY-un baş katibi (2008—2022-ci illərdə), Qazaxıstan Respublikasının mədəniyyət naziri (2003—2004-cü illərdə). == Bioqrafiya == 1947-ci ildə anadan olmuşdur. Ali təhsillidir, Kurmanqazı adına Almatı konservatoriyasını və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib.
Edişə (Cəlilabad)
Edişə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kövüzbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Edişə oyk, sadə. Burovar silsiləsinin ətəyindədir; Xocavənd r-nunun Xocavənd i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişe adlı dörd kənd qeydə alınmışdır. Edişe adlı tayfanın XII-XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 735 nəfər əhali yaşayır.
Edişə (Xocavənd)
Edişə — Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edişə kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Etnotoponimdir. Keçən əsrdə Şimali Qafqazda Edişa adlı dörd kənd qeydə alınmışdır. Edişə adlı tayfanın XII–XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycana gəlmələri ehtimal olunur. XIX əsrdə Qars əyalətində Edişə adlı yaşayış məntəqəsi olmuşdur. Gürcüstan ərazisindəki Edisə toponimi də bu etnonimlə bağlıdır == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Freedom House
Freedom House (ing. dilindən tərcümədə "Azadlıq Evi" deməkdir) Vaşinqtonda yerləşən, demokratiya, siyasi azadlıqlar və insan hüquqları ilə bağlı tədqiqatlar və onların müdafiəsi üzrə məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatıdır. O, hər ölkədə demokratik azadlıqların qorunması dərəcəsini qiymətləndirən illik hesabatlar hazırlayır ki, onlardan siyasi elmlərdə tədqiqatlar zamanı istifadə olunur. Təşkilat 1941-ci ilin oktyabrında yaradılıb, onun fəxri sədrləri Vendell Villki və Eleonora Ruzvelt olub. Freedom House özünü "dünyada demokratiya və azadlıqların carçısı" kimi təsvir edir. == Hazırladığı reytinqlər == Mərkəzi və yerli hakimiyyət haqqında. 2005-ci ildən başlayaraq Freedom House təşkilatı oxucuları mərkəzi və yerli hakimiyyət haqqında təfərrüatlı analizlə təmin etmək məqsədiylə onlara dair ayrıca analiz və reytiqnləri tətbiq etməyə başlamışdır. Reytinqlər Freedom House təşkilatının, onun akademik məsləhətçilərinin və bu hesabatın müəllifnin apardığı araşdırmalar və sorğuların nəticələrini əks etdirirlər. == Hesabatları == === Azərbaycanın hesabatlarda yeri === Mətbuat azadlığı (2011) - 196 ölkə içərisində 171-ci yer; İnternet azadlığı (2011) - 37 ölkə arasında İnternetə çıxışda maneələr olan və istifadəçilərin hüquqları pozulan «qismən azad ölkə» statusu.
Jıqan ulusu
Jıqan ulusu (saxa Эдьигээн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Jıqansk kəndidir. == Coğrafiyası == Sahəsi - 140,2 min km²-dir. Saxanın şimalında yerləşir. Şimaldan Bulun ulusu ilə, şərqdən Even-Bıtantay, cənub-şərqdən Kobyay, cənub-qərbdən Vilyoy və qərbdən Olenok ulusları ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut yaylasında, Verxoyansk silsiləsinin ətəklərində yerləşir. Ulus Lena çayını cənubdan şimala keçir. Lenanın çoxsaylı qolları ulus ərazisindən axır - Linde, Muna. Yanvar ayının orta temperaturu −36 ... −40 °C, iyul + 14 ...
Kapital uçuşu
Kapital uçuşu və ya qaçışı — sərmayələrini daha etibarlı və gəlirli etmək, habelə özgəninkiləşdirilməsini, yüksək vergiyə cəlb olunmasını və inflyasiyadan gələn zərərləri qarşısını almaq üçün dövlət tərəfindən tənzimlənməyən kortəbii, hüquqi və fiziki şəxslər tərəfindən xaricə kapital ixracı. Ödəniş balansında kapital qaçışı iki maddədə əks olunur: "İdxal müqavilələri üzrə pul köçürmələri, uydurma qiymətli kağızlar əməliyyatları üzrə köçürmələr qarşı vaxtında alınmayan ixrac gəlirləri, mal və xidmətlər" və "Xalis səhvlər və səhvlər". Sərmayə axını və kapital axını qarışdırılmamalıdır. Böyük həcmdə kapital axını müsbət ticarət balansı olan bütün ölkələr üçün xarakterikdir və birbaşa ondan asılıdır. Məsələn, Çində kapital ixracatı ildə 1 trilyon dollara çatır. == Müzakirə == === Qanuni === Sərmayə axını milli qanunlara görə qanuni və ya qanunsuz ola bilər. Qanuni kapital qaçışı köçürmə həyata keçirən hüquqi və ya fiziki şəxsin kitablarında qeyd olunur və faiz, dividend və əldə edilmiş kapital qazancından əldə olunan gəlir ümumiyyətlə mənşə ölkəsinə qaytarılır. Qanunsuz maliyyə axınları olaraq da bilinən kapital uçuşu, mənşə ölkəsindəki hər hansı bir qeyddən yox olmaq üçün nəzərdə tutulmuşdur və ölkədən qeyri-qanuni kapital uçuşundan əldə edilən gəlir adətən mənşə ölkəsinə qaytarılmır. Bu, ölkənin tədiyyə balansında itkin pul kimi qeyd olunur. === Ölkə daxilində === Sərmayə axını, bəzən bir ölkənin daxilindəki bir şəhərdən və ya bölgədən sərvət və varlıqların axınını ifadə etmək üçün də istifadə olunur.
Kobyay ulusu
Kobyay ulusu (saxa Кэбээйи улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Sanqar qəsəbəsidir. == Coğrafiyası == Sahəsi — 107,8 min km²-dir. Mərkəzi Saxanın şimal hissəsində yerləşir. Şimaldan Even-Bıtantay ulusu, şimal-şərqdən Verxoyansk, şərqdən Tompon ulusu, cənubdan Ust-Aldan, Nam və Qornı ulusları ilə, qərbdən Vilyoy ilə və şimal-qərbdən Jigan ulusu ilə həmsərhəddir. === Təbii şərait === Ulusun relyefi dağlıq və düzəndir: şimalda və şimal-şərqdə Verxoyansk silsiləsi, ulusun qalan hissəsi Mərkəzi Yakut ovalığı. Yanvar ayının orta temperaturu dağlarda −36 ° C-dən, vadidə −40 ° C-yə, iyul ayı dağlarda +10 ° C-dən, vadidə +18 ° C-ə qədərdir. Yağıntının miqdarı illik olaraq düzənliklərdə 200–250 mm, dağlarda isə 500–600 mm-ə düşür. Əsas çayları: Lena (Aldan və Linda çayları) və Vilyoy. Digər çayları: Lampu.ka (uzunluğu 299 km), Lunkubey (uzunluğu 114 km), Mundalıq (103 km uzun), Balamakan (65 km).
Kudüs TV
Kudüs TV — Türkiyədə fəaliyyət göstərən televiziya kanalı. == Haqqında == Kanal 2008-ci ildə Nurəddin Şirin tərəfindən qurulub və internet üzərindən yayımlanmağa başlayıb. Kudüs TV 13 avqust 2013-cü ildə peyk üzərindən də yayımlanmağa başlayıb. 1 noyabr 2016-cı ildə Türkiyə Radio və Televiziya Ali Qurumu tərəfindən kanalın yayımı dayandırılıb, binası möhürlənib və avadanlıqları müsadirə edilib. Kanal isə mətbuat açıqlaması verərək buna etiraz edib. TV 31 dekabr 2016-cı ildə yenidən fəaliyyətə başlayıb. Kanalın "kudustv.com" adlı rəsmi saytının domeni 2021-ci ilin iyulunda ABŞ Hökuməti tərəfindən 18 U.S.C. §§ 981, 982 və 50 U.S.C. 1701-1705 Sənaye və Təhlükəsizlik Bürosu, İxracın Mühafizəsi İdarəsi və Federal Təhqiqat Bürosu tərəfindən hüquq-mühafizə tədbirləri çərçivəsində bloklanıb.
Lena ulusu
Lena ulusu (saxa Лиэнскэй улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Lensk şəhəridir. == Coğrafiyası == Respublikanın cənub-qərbində, Prilenski yaylasının daxilində yerləşir. Rayonun ərazisi 77,0 min km²-dir. Ulus şimaldan respublikanın Mirnin, şimal-şərqdən Suntar, şərqdən Olyokmin ulusları, qərbdən və cənubdan İrkutsk vilayəti ilə həmsərhəddir. Böyük çayı: Lena çayı. Digər çayları: Vitim, Nuya, Peleduy. == Tarixi == Rayon 30 yanvar 1930-cu ildə yaranmışdır. == Əhalisi == Urbanizasiya Şəhər şəraitində (Lensk şəhəri, Vitim və Lepeduy qəsəbələri) ulus əhalisinin 87,15 % -i yaşayır. == Yerli özünü idarəetmə == Lena ulusu ərazisinə 3 şəhər və 8 kənd inzibati vahidliyinə ümumilikdə 19 yaşayış məntəqəsi daxildir.