Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Uedineniya adası
Uedineniya — Kara dənizinin mərkəzi hissəsində yerləşən ada. Adanın maksimal hündürlüyü 25 metrdir. Ada ətrafında olan dillə birlikdə sahəsi 20 km²-dir. Uedineniya adasının uzunluğu 11.5 km, eni isə 5.2 km-dir. Ada qum suxurlarından ibarətdir. Üzəri tundra bitkiləri ilə örtülüdür. Adanın qərb hissəsi hündürdür. Qərb sahilləri həmdə sıldırımlıdır. Adanın şərq hissəsinə doğru hündürlük azalır. Kiçik axarların böyük hissələri Severnaya laqununa tökülür.