TƏNHA

I
прил.
1. одинокий:
1) находящийся, пребывающий где-л. отдельно от других. Tənha ağac одинокое дерево, tənha məzar одинокая могила
2) не имеющий семьи, родственников, близких. Tənha qoca одинокий старик
3) происходящий, проходящий, совершаемый без других, в отсутствии других. Tənha gəzinti одинокая прогулка
2. пустынный, безлюдный. Tənha küçə безлюдная улица
3. укромный (уединённый, скрытый от взглядов посторонних). Tənha yer укромное место, tənha guşə укромный уголок
II
нареч. одиноко, в одиночестве. Tənha ömür sürmək одиноко прожить жизнь; tənha qalmaq:
1) остаться в одиночестве
2) остаться одиноким; tənha gəzmək гулять в одиночестве; özünü tənha hiss etmək чувствовать себя одиноким
TƏNGNƏFƏSLİK
TƏNHALAŞMA
OBASTAN VİKİ
Gülağa Tənha
Gülaga Məmi oğlu Qəmbərov (d. 20 may, 1959, Ərkivan) — Gülağa Tənha adı ilə tanınan azərbaycanlı şair və iş adamı. == Həyatı == Gülağa Tənha 1959-cu il mayın 20-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. == Təhsil == Əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində fəhlə kimi başlayıb, istehsalatdan ayrılmadan Moskva İnşaat Mühəndisləri institutunu bitirib. SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Tikintiyə aid iki monoqrafiya və 5 metodik vəsaitin müəllifidir. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq rektorudur. Əfqanıstan müharibəsi iştirakçısıdır. == Fond == "Gülaga Qəmbərov Fondu"nun prezidentidir. Rəhbərlik etdiyi fond Azərbaycanda təhsilin, səhiyyənin, idmanın və mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirir, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.
Tənha adam
Tənha adam (türk. Issız Adam) — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib. Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır. Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb. Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi. Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.
Tənha (roman)
Tənha — Avqust Strindberqin romanı. “Tənha” romanı Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burada adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir. “Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir. Roman ATV Kitab layihəsi çərçivəsində Rəbiqə Nazimqızı tərəfindən rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2015-ci ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə nəşrə hazırlanmışdır.
Tənha iş
Tənha iş (ing. orphan work) — müəllif hüquqları ilə qorunan, lakin müəllifinin və ya hüquq sahibinin müəyyən edilə və ya tapıla bilmədiyi əsərə deyilir. Bu cür işlərə sahib olan şəxslər ya tanınmır, ya da onlarla əlaqə saxlamaq mümkün olmur. Tənha işlər ədəbiyyat, musiqi, sənət əsərləri, filmlər və digər yaradıcılıq sahələrində mövcud ola bilər. Problemin kökü ondan ibarətdir ki, müəllif hüquqları ilə qorunan işlərin istifadəsi üçün icazə tələb olunsa da, hüquq sahibini tapmaq mümkün olmadıqda icazə alınması çətinləşir. == Əsas problemləri == İcazənin alınmasının çətinliyi Tənha işlərdə əsas problem ondan ibarətdir ki, müəllif hüquqları ilə qorunan bir işdən istifadə etmək üçün lazımi icazəni almaq mümkünsüzdür, çünki hüquq sahibinin kim olduğu məlum deyil və ya onun harada olduğu bilinmir. İstifadə məhdudiyyətləri Hüquqi icazə olmadan tənha işlərin istifadəsi müəllif hüquqlarının pozulmasına səbəb ola bilər. Bu səbəbdən, bir çox tədqiqatçılar, muzeylər, arxivlər və digər təşkilatlar bu cür işlərdən istifadə etməkdən çəkinirlər, çünki məhkəmə iddiaları ilə üzləşə bilərlər. Mədəni irsə çıxışın məhdudlaşdırılması Tənha işlər çox vaxt mədəni irsin bir hissəsi olaraq böyük dəyərə malikdir. Bu işlərin cəmiyyətə açıqlanması və geniş istifadəsi çətin olduğu üçün, mədəni irsə çıxış məhdudlaşır.
Tənha (Avqust Strindberq)
Tənha — Avqust Strindberqin romanı. “Tənha” romanı Strindberqin mənəvi axtarışlarının nəticəsidir. Yazıçının özü bu əsəri avtobioqrafik romanları sırasına aid edir. Əsərdə müəllifin həyatının bir dövrü, özü də onun həyatında tez-tez rast gəlinməyən harmonik bir dövrü əks olunub. Yazıçı elə bir reallıq və adamların dövrəsindədir ki, ruhi-mənəvi böhrandan xilas olur, onu zəncirləyən problemlərdən uzaqda dayana bilir. Tənhalıq burada adamlardan zahiri təcrid kimi anlaşılmır, əksinə, varlığın mənası ilə bağlı axtarışların tarıma çəkdiyi şüurun dərin qatlarına başvurmanı ehtiva edir. “Tənha” romanı Hamsunun “Aclıq” və “Misteriyalar”, Hessenin “Yalquzaq” kimi romanları ilə bir sırada dayanır, Avropa nəsrinin bu mənada şedevrlərindən hesab edilir. Roman ATV Kitab layihəsi çərçivəsində Rəbiqə Nazimqızı tərəfindən rus dilindən azərbaycan dilinə tərcümə olunmuş və 2015-ci ildə Parlaq İmzalar nəşriyyatı tərəfindən Bakıda nəşr olunmuşdur. Əsər Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin iştirakı ilə nəşrə hazırlanmışdır.
Tənha kişi (roman)
Tənha kişi — Kristofer İşervudun 1964-cü ildə nəşr edilmiş romanıdır. Romanda hadisələr 1962-ci ildə baş verir. Romanın baş qəhrəmanı Los-Anceles Universitetinin professoru olan orta yaşlı ingilis Corcdur. Ola bilsin ki, romanda İşervudun bir müddət dərs dediyi Los-Anceles Kaliforniya Dövlət Universiteti təsvir edilmişdir. 2009-cu ildə moda dizayneri Tom Ford romanın film adaptasiyasını hazırlamış, lakin bu adaptasiyada süjet xəttinə bəzi kiçik dəyişikliklər edilmişdir. Filmdə Corc rolunu Kolin Fört canlandırmış, premyera isə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Film Qızıl Şir mükafatına namizəd göstərilmiş, Kölin Fört isə Volpi Kuboku qazanmışdır. Eyni zamanda film üç Qızıl Qlobus mükafatı qazanmış, Oskar mükafatına namizəd göstərilmişdir. Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
Tənha qadın (mahnı)
Tənha kişi (film)
Tənha kişi (ing. A Single Man) — 2009-cu ildə Kristofer İşervudun eyni adlı romanı əsasında çəkilmiş ABŞ dram filmidir. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-cu ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört “Ən Yaxşı Aktyor” nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir. Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra “The Weinstein Company” onun ABŞ və Almaniyada distribütorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-də 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir. Filmdə baş verən əsas hadisələr bir gün ərzində, yəni 30 noyabr 1962-ci ildə baş verir, süjet isə, Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc Falkoner barədə bəhs edir. Falkoner tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
Tənha Narın Nağılı (1984)
Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Tənha Qurd (teleserial, 2022)
Tənha Qurd (türk. Yalnız Kurt) — ilk bölümü 28 yanvar 2022-ci ildə yayınlanan və davam edən, detektiv, dram və macəra janrına əsaslanan Türk serialı. Prodüseri, məşhur "Qurdlar Vadisi" seriyasının prodüseri Osman Sınavdır. Baş rollarda Cihan Ünal, Həsən Dənizyaran, Damla Colbay və digərləri vardır. ATV kanalında Cümə günləri Türkiyə vaxtı ilə saat 20.00, Azərbaycan vaxtı ilə saat 21.00-da yayınlanır.
Tənha adam (film, 2008)
Tənha adam (türk. Issız Adam) — rejissoru Çağan İrmak olan, 2008-ci il istehsalı türk melodram filmi. Baş rollarda Melis Birkan və Camal Hünalın çəkildiyi film, Alpər adlı aşpazla, uşaq geyimlərinin dizaynı və tikilməsi ilə məşğul olan Ada adlı gənc qızın sevgisindən və xüsusilə müasir həyatın insanları necə təcrid etdiyini izah edir. Çəkilişləri beş həftə çəkən film 2008-ci il noyabrın 7-də Türkiyədə kinoteatrlarda nümayiş etdirilib. Türkiyəli tamaşaçıların böyük marağına səbəb olmuş film, 15-ci həftəsində 2 milyon 765 min izləyiciyə çatmışdır. Film 2009-cu ildə Rhode İsland film festivalında (ABŞ) "Ən Yaxşı Film Mükafatı"na layiq görülüb. Alpər öz restoranında aşpazdır. Dəbdəbəli yaşamağı, işində uğur qazanmağı sevən lakin günlərini hər gün fərqli qadınlarla keçirərək şəxsi həyatını nizamlaya bilmirdi. Ada, Alpərin müasir həyatından fərqli olaraq, çox təvazökar, həyatda eniş-yoxuşları çox olmayan, Taksimdə uşaq geyimləri dizaynı və tikişi ilə məşğul olan gənc qızdır. Bir gün köhnə bir kitab tapmaq üçün Bəyoğlu ətrafında gəzərkən Alpər və Ada eyni kitab evinə girirlər və onlar üçün sevgi ilə ziddiyyətli bir həyat başlayır.
Tənha kişi (film, 2009)
Tənha kişi (ing. A Single Man) — 2009-cu ildə Kristofer İşervudun eyni adlı romanı əsasında çəkilmiş ABŞ dram filmidir. Tom Fordun debüt işi olan filmdə əsas rolu Kolin Fört canlandırmışdır. Filmdə Cənubi Kaliforniyadakı Britaniya Universitetində 1962-cu ildə professor işləmiş depressiv gay Corc Falkoner obrazına görə Kolin Fört “Ən Yaxşı Aktyor” nominasiyasında Oskar mükafatına namizəd göstərilmişdir. Filmin premyerası 11 sentyabr 2009-cu ildə 66-cı Venesiya Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin 34-cü Toronto Beynəlxalq Film Festivalında göstərilməsindən sonra “The Weinstein Company” onun ABŞ və Almaniyada distribütorluq hüququnu əldə etmişdir. Filmin 82-ci Oskar mükafatlarına namizədliyini təmin etmək üçün ABŞ-də 11 dekabr 2009-cu ildən məhdud yayıma başlanmış, 2010-cu ildən isə filmin geniş yayımına start verilmişdir. Filmdə baş verən əsas hadisələr bir gün ərzində, yəni 30 noyabr 1962-ci ildə baş verir, süjet isə, Los-Anceles Universitetlərinin birində dərs deyən Britaniyalı ədəbiyyat professoru Corc Falkoner barədə bəhs edir. Falkoner tək yaşayır, çünki onun partnyoru Cim səkkiz ay əvvəl avtomobil qəzasında həlak olmuşdu. Onlar on altı il idi ki birlikdə yaşayırdılar.
Tənha ruh (film, 1998)
Film general Səməd bəy Mehmandarovun keşməkeşli həyat yolu haqqındadır.
Tənha evin yaşlı qadını
Tənha evin yaşlı qadını (一つ家の鬼婆, Hitotsuya no uba) və ya Asaciqahara ifritəsi (浅茅ヶ原の鬼婆, Asaciqahara no onibaba) – Yaponiya folklorunda əfsanə. Əfsanəyə görə VI əsrdə Senso məbədinin yerləşdiyi ərazi Asaciqahara adı ilə tanınırdı. İnsanların seyrək məskunlaşdığı bu ərazidən keçən yolçular qaranlıq düşəndə azmamaq və soyulmamaq üçün göl qırağında yerləşən köhnə bir daxmada gecələməli olurdular. Daxmanın sahibləri "İfritə" kimi tanınan yaşlı qadın və onun qızı idilər. Yaşlı qadın evində gecələməyə gələn yolçuları yuxularında öldürü, başlarını bir daş parçası ilə əzir, pullarını oğurlayırdı. Daha sonra cəsədlərini gölə atırdı. Qızı isə onun bu etdiklərindən dəhşətə düşürdü. Yaşlı qadının qurbanlarının sayı 999-a çatandan sonra bir gün bir uşaq gecə onun daxmasında gecələməyə gəlir. Həmişəki kimi yaşlı qadın heç bir tərəddüd etmədən onun başını daşla əzir və öldürür. Lakin öldürdüyü şəxsin əslində öz qızı olduğunu görür.
Tənha bülbülün rəqsi (film, 2003)
Tənha durna uçuşu (film, 2003)
Film-tamaşa uğursuz məhəbbət haqqındadır. Məktəb illərində bir-birini sevən, lakin, yolları ayrılan Nəsiblə (Ötkəm İsgəndərov) Gülgəz (Həmidə Ömərova) uzun illər sonra məzunların görüşündə rastlaşırlar və bütün xatirələr xəyallarda canlanır. Filmdə Nəsibin digər məzunlara göstərdiyi ailəvi şəkildəkilər aktyor Ötkəm İsgəndərovun öz ailəsidir.
Tənha narın nağılı (film, 1984)
Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir. Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır. Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur) Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Sadə ədədlərin tənhalığı (film, 2010)
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?
Tənhalıq
Tənhalıq - insanın emosional vəziyyətlərindən biri. Psixoloji kökləri vardır, sosial izolyasiya nəticəsində yaranır, digər insanlarla emosional əlaqələr mövcud olmadıqda meydana gəlir. İki tənhalıq tipi vardır : pozitiv (özünə qapanma və yaradıcılığı gətirib çıxaran) və neqativ (cəmiyyətdən təcrid olunma). Bir qayda olaraq tənhalıq neqativ anlamda qəbul edilir. Psixologiya İnsan Belyaev, Igor A. and Lyashchenko, Maksim N. (2020) “Socio-cultural determinacy of human loneliness”, Journal of Siberian Federal University. Humanities and Social Sciences, vol. 13, no. 8, pp. 1264–1274, DOI: 10.17516/1997-1370-0640.
Tənhalıq (mahnı)
Tənhalıq — bəstəkar Şəfiqə Axundovanın şair Ənvər Çingizoğlunun sözlərinə bəstələdiyi mahnı. Mahnını vaxtı ilə İslam Rzayev və başqaları ifa edib.
Yüz ilin tənhalığı
Yüz ilin tənhalığı (isp. Cien años de soledad) — Kollumbiyalı yazıçı Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunmuş romanıdır. Romanda Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Roman ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilir. Sehrli realist üslubu və tematik mahiyyəti ilə Yüz ilin tənhalığı üslub baxımından modernizmdən və Kuba avanqard ədəbi cərəyanlarından təsirlənən 1960-1970-ci illərin Latın Amerikası Bumunun mühüm təmsilçi romanıdır. İlk dəfə 1967-ci ilin may ayında Buenos Ayresdə "Editorial Sudamericana" nəşriyyatı tərəfindən nəşr olunduğu gündən bəri əsər 37 dilə tərcümə edilmiş və 50 milyondan çox nüsxəsi satılmışdır. Qarsiya Markesin şah əsəri sayılan roman həm İspan ədəbiyyatında, həm də dünya ədəbiyyatında ən yaxşı roman olaraq sayılır və öz populyarlığını saxlayır. “Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır.
Yüz ilin tənhalığı (roman)

Sadə ədədlərin tənhalığı
"Sadə ədədlərin tənhalığı" (it. La solitudine dei numeri primi) — rejissor Saverio Kostandzonun filmi. Sadə ədədlər yalnız birə və özlərinə bölünürlər. Onlar tək rəqəmlər sırasında olub digərləri tərəfindən anlaşılmazdırlar. Alisa və Mattiya — hər ikisi "sadə ədədlərdir" və hər ikisi uşaqlıqda faciə yaşayıblar: Alisa xizək sürərkən başına gələn hadisə nəticəsində ayağından zədə almış, Mattiya isə əkiz bacısını itirmişdir. Yeniyetməlik dövründə məktəb dəhlizində tanış olan iki gənc bir-birinin acısını hiss edir. Zaman keçdikcə onların həyat yolları özünəməxsus dostluqla kəsişir. Bu kəsişmə fizika bölməsi üzrə universiteti bitirən Mattiyanın xaricdə iş təklifini qəbul etməsinədək davam edir. Uzun müddət bir-birindən ayrı qalan iki gənci baş verən hadisələr yenidən üzləşdirir. Bu dəfə Alisa və Mattiya bu vaxta qədər etiraf etmədiklərini dilə gətirməyə və özləri haqqında suala cavab verməyə məcbur olacaqlar: iki sadə ədəd birlikdə olmaq üçün yol tapacaqlarmı?

Digər lüğətlərdə