Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Umnisə Musabəyova
Umnisə Süleyman qızı Musabəyova (9 oktyabr 1902 – 15 noyabr 1974) — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi (1957). Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə Qutqaşendə (Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında mühafi zə olunan, vaxtaşırı ekspozisiya və sərgilərində nümayiş etdirilən 26 adda materialları—fotoşəkillər, sənədlər, kitablar və şəxsi əşyaları kəmiyyətcə çox olmasa da, elmi dəyəri etibarı ilə Ü.Musabəyovanın görkəmli alim, ictimai xadim və gözəl pedaqoq kimi çoxcəhətli fəaliyyətini işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Materialları Ü.Musabəyovanın yeganə övladı vaxtilə Muzeyin Yeni Tarix şöbəsinin əməkdaşı olmuş, tarix elmləri doktoru Dilarə İbrahim qızı Musabəyova 1960-cı ilin yanvarında Muzeyə hədiyyə etmişdir. Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir. Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir.
Umnisə xanım (film, 1969)
Film gözəl insan, istedadlı həkim, təcrübəli cərrah, alim və ictimai xadim Umnisə xanım Musabəyovaya həsr olunmuşdur. Umnisə xanım çalışdığı Mərkəzi Göz Klinikasında lentə alınmışdır. Burada əsas yer həkimin xəstələrlə tanışlığına, cərrahiyyə əməliyyatı aparmasına, həkimlərlə söhbətinə ayrılıb. Bu epizodlarla bərabər onun haqqında ictimai xadim kimi də söhbət gedir. Filmdən bəlli olur ki, o, bir çox ölkələrdə olmuş, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişdir.
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Amfisa
Amfisa (yun. Άμφισσα) — Yunanıstanda qəsəbə. Dəniz səviyyəsindən 180 metr yüksəklikdə, Qyona dağının ətəyində, Lamiyadan 41 kilometr cənubda, Levadiyadan 44 kilometr şimal-qərbdə, Delfidən 12 kilometr şimal-qərbdə, Navpaktdan 50 kilometr şimal-şərqdə və Afinadan 132 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Fokida periferik vahidindəki Delfi icmasının (dima) inzibati mərkəzidir. Əhalisi 2011-ci il siyahıyaalınmasına əsasən 6,919 nəfərdir. Sahəsi 61,961 kvadrat kilometrdir. Şəhər Yunan Pravoslav Kilsəsinin Fokida mitropoliyasının inzibati mərkəzidir. Şəhərdə arxeoloji muzey var.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. Alberto Alesina and Enrico Spolaore. 2003.
Amnis
Amnis — Kritin şimalında yerləşən Tunc dövrünə aid yaşayış məntəqəsi. Minoy padşahlığının paytaxtı Knossun limanı kimi istifadə olunmuşdur. Amnisin adı ən qədim yunan ədəbi mənbələrində, eləcə də mifologiyada xatırlanır, lakin daha əvvəl, tarixdən əvvəlki dövrlərdə yaranmışdır. 1932-ci ildə aparılan qazıntılar nəticəsində bir sıra mühüm kəşflər, o cümlədən divarlarını bəzəyən freskaların əsas motivinə görə adlandırılan "Zanbaqlar evi"nin villası da tapılmışdır. Limanın minoyca adı yunanca "Amnisos" olaraq yenidən qurulan "a-mi-ni-so"dur.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Manisa Tarzanı
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Manisa ili
Manisa ili — Manisa, Türkiyənin bir ili və ən sıxlıq on dördüncü şəhəri. 2014 etibarilə 1.363.995 əhaliyə malikdir. Ege Bölgəsində iştirak edən ildə 17 ilçe tapılar. Əhali baxımından İzmirdən sonra bölgədəki 2. böyük ilidir. "Şehzadeler Şəhəri" olaraq da bilinir. Şəfalı Mesir pastası və Sultaniyə Üzümü ilə tanınır. Antik dövrdə "Magnesia", Roma İmperatorluğu dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq adlandırılmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. == Təsvir == Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Muniba Mazari
Muniba Mazari (urdu منیبہ مزاری?, 3 mart 1987, Rəhim Yar Xan, Pəncab) — Pakistan rəssamı və sosial-siyasi fəalı. O, 21 yaşında avtomobil qəzasına uğramışdır və Pakistanın əlil-arabasından istifadə edən ilk modelidir. Yaradıcılıqla yanaşı, tez-tez müxtəlif tədbirlərdə motivasiya natiqi kimi çıxış edən Muniba BMT Qadınlar təşkilatının Pakistan üzrə milli səfiridir. Muniba 3 mart 1987-ci ildə Pakistanda anadan olmuşdur. Əslən bəlucdur. 18 yaşında ilə həyatı quran Munibanın 2007-ci ildə, 21 yaşında avtomobil qəzası zamanı onurğası zədələnir. Munibanın Nil adlı övladlığa götürdüyü oğlu var. Muniba xeyriyyəçi kimi fəaliyyət göstərməklə yanaşı, özünün "Munibanın lövhəsi" adlı markasını yaratmışdır. Muniba Mazari müxtəlif kampaniyalarında iştirak etmiş, bir müddət Pakistanın milli televiziyasında aparıcı kimi işləmişdir. Hal-hazırda Pakistanın BMT Qadınlar təşkilatının xoşməramlı səfiridir.
Munira məscidi
Munira məscidi — Başqırdıstanın Ufa şəhərinə daxil olan Leninski rayonu ərazisində Nijeqorodka yaşayış məntəqəsində cümə məscidi. Şəhərin bu hissəsinin yeganə məscididir. Dolqoe gölünün sahilində yerləşir. Munira məscidi Munira Bayqildinin şəxsi vəsaiti hesabına inşa edilmişdir. O, müsəlman qadınları cəmiyyətinin sədridir. Məscid 100 nəfərlikdir. Məscidin memar Vəkil Davleçtindir. O, həmdə Lalə-Tülpan Kafedral məscidinin memarıdır. Məscidin tikintisinə 2002-ci ildə başlanılır. Təntənəli açılış 2011-ci ildə baş tutur.
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.
Sinişa Mixayloviç
Sinişa Mixayloviç (20 fevral 1969, Vуkоvаr – 16 dekabr 2022, Roma) — Yarımmüdafiəçi və müdafiəçi kimi çıxış etmiş Serbiyalı futbolçu. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçi olub. Cərimə zərbələri ustası kimi tanınır. Mixayloviç cərimə zərbəsindən vurduğu 28 qolla cərimə zərbələrindən vurulan qollara görə A Seriyasında rekord sahibidir. Futbolçu karyerası ərzində müdafiəçi və ya yarımmüdafiəçi kimi çıxış edib. O, 1991 -ci ildə "Srvena Zvezdanın heyətində Avropa Çempionlar Kubokunu qazanıb və karyerasının böyük hissəsini İtaliya A Seriyasında oynayıb, "Roma", "Sampdoriya", "Latsio" və "İnter" klublarında toplam 353 oyun keçirib və sonuncu iki klubla liqa çempionu olub. Bir çoxları tərəfindən bütün zamanların ən yaxşı cərimə zərbəsi vuran oyunçuları arasında hesab edilən o, 28 qolla cərimə zərbələrindən İtaliya A Seriyasında ən çox qol vuran futbolçudur. O , 1991-ci ildən 2003-cü ilə qədər Yuqoslaviya yığmasında 63 oyun keçirib və 10 qol vurub, bunlardan 1991-ci ildə ilk dörd oyunu SFR Yuqoslaviyanı təmsil edib və 1998 FIFA Dünya Kuboku və UEFA Avro 2000 turnirlərində oynayıb. Mixayloviç 2006-cı ildə karyerasını bitirərək "İnter"də baş məşqçinin köməkçisi olub. O, 2008-ci ildən 2022-ci ilə qədər "Bolonya" ilə başlayan və bitirən, həmçinin "Fiorentina", "Torino" və "Milan" klublarıda daxil olmaqla altı A Seriyası klubunu idarə edib.
Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.
Zenisa Universiteti
Zenisa Universiteti (bosn. Univerzitet u Zenici) — Bosniya və Herseqovinanın Zenisa şəhəri ərazisində yerləşən dövlət universiteti. Universitet 18 oktyabr 2000-ci ildə Sarayevo Universitetinin bəzi fakultələrinin onun tərkibindən çıxarılıb Zenisaya köçürülməsindən sonra təşkil olunmuşdur. Universitetdə 6000 tələbə təhsil alır. Təhsil ocağı 135 professor və 210 müllimlə fəaliyyət göstərir. 2013-cü ildə universitetdə birinci dövr ərzində 26 tədris proqramı və ikinci tədris dövründə 39 tədris proqramı təşkil edilmişdir. Universitetin rektoru Damir Kuçiçdir. Zenisa Universitetinin sələfi 1950-ci ildə qurulan Metallurgiya kollecidir. Təhsil ocağı 1961-ci ildə Sarayevo Universitetinin Metallurgiya fakültəsinə çevrilmişdir. Sonradan Zenisada Universitetin bir çox fakültələri meydana gəlmişdir.
Şahzadələr (Manisa)
Şahzadələr (türk. Şehzadeler) — Türkiyənin Manisa ilinin bir ilçəsidir. Bura 12 noyabr 2012-ci ildə Türkiyə Böyük Millət Məclisində qəbul edilən 6360 saylı qanun ilə Manisa mərkəz mahalının ikiyə bölünməsi nəticəsində ilçə olmuşdur. İlçənin qərbində və şimalında Yunusemre, şərqində Saruhanlı, cənub-şərqində Turgutlu ilçələri, cənubunda isə İzmir ili yerləşir. 67 məhəllədən ibarət olan ilçənin sahəsi 515 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 171,138 nəfərdir.
Ərnisa (Urmiya)
Ərnisa (fars. ارنسا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (60 ailə).
Dupnisa mağarası
Dupnisa (türk. Dupnisa, bolq. Дупница, «дупка» — «çüxur», «deşik») — Türkiyənin qərbində yerləşən karst mağarası. Mağara Şərqi Frakiyada, Yıldız (Stranca) dağlıq massivində yerləşir. == Ümumi məlumat == Dupnisa mağarası Kırklareli ilində, Demirköy şəhərindən on km qərbdə yerləşir. Mağara bir biri ilə əlaqəli olan üç mağaradan ibarətdir. Mağaraya güriş sayı üçdür. Girişlər iki fərqli səviyyədə yerləşib. Girişlər arasında hünüdürlük fərqi 30 metrdir. Mağaradan bir çox mənbələrə görə Rezovska çayı öz başlanğıcını götürür.
Mişa
Mişa — ad. Mişa Büluri — Almaniya azərbaycanlılarından olan sənətçi, rəssam və şair. Mişa Blek — yəhudi-ingilis dizayner və arxitektor. Mişa Kross — Polşa pornoaktrisası. Mişa Kollins — Amerikalı aktyor.
Nisa
4-cü surə ən-Nisa (Qadınlar) surəsi (Mədinədə nazil olmuşdur, 176 ayədir) Surədə iman və ədalətə dəvət, keçmiş ümmətlərdən ibrət götürülməsi, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılması, yetimlərin himayəsi, izdivac və irs hökmləri, ilahi rəhbərə itaətin zəruriliyi, Allah yolunda hicrət və cihad barədə danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğuna görə surə "Nisa", yəni "qadınlar" adlandırılmışdır. Surənin 58-ci ayəsinin Məkkədə nazil olması haqqında da iddialar yer alır.
Inga unica
Inga unica (lat. Inga unica) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Maisa Bey
Maisa Bey (1950, Ksar əl-Buxari[d], Medea vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Maisa Bey 1950-ci ildə Əlcəzairin Ksar əl-Buxari şəhərində anadan olub və Sid Bel Abbes Universitetində fransız dili tədris edir. Maissa Bey müxtəlif ölkələrdə mədəni tədbirlərin təşkil edilməsi ilə məşhurlaşıb. O, “Əlcəzair xəbərləri”, “Dağlara çəkilin”, “Mavi, ağ, yaşıl” kimi romanların müəllifidir.
Munis Abbaslı