Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İvan Larionov
İvan Petroviç Lariоnоv (rus. Иван Петрович Ларионов) (1830, Perm — 1889, Saratov) — Rus bəstəkar və folklorşünası.1860-cı ildə dünyada bəlkə də ən çox tanınan rusca Kalinka mahnısını bəstələdi. İvan Larionov 4 fevral 1830-cu ildə Rusiyanın Perm şəhərində anadan olmuşdu. İvan Larionov 4 may 1889-cu ildə Rusiyanın Saratov şəhərində vəfat edb.
Baranov adası
Baranov adası (ing. Baranof) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. 1805-ci ildə kapitan Yuri Lisyanski tərəfindən Aleksandr Baranovun şərəfinə adlandırılmışdır. Orada yaşayan Tlinqit hinduları onu Sheet’-ká X'áat’l (çox vaxt sadəcə "Şi") adlandırırlar. Admiralteyski və Çiçaqov adaları ilə birlikdə "ABC adaları" adlanan adaları əmələ gətirir. 2000-ci ildə əhalinin sayı 8532 nəfər olmuşdur. == Coğrafiya == Adanın sahəsi 4162 km², maksimum uzunluğu təxminən 160 km, eni isə 50 km-dir. Bu Aleksandr arxipelaqının ən dağlıq adası və Alyaskanın səkkizinci ən böyük adasıdır. Dünyanın ən böyük adaları siyahısında 135-ci yerdədir. Adanın demək olar ki, bütün ərazisi inzibati cəhətdən şimalda Çiçaqova adasına qədər uzanan Sitka şəhərinin məhəlləsinin bir hissəsidir.
Dmitri Baranov
Şaronov binası
Yevgeni İvanoviç Şaronovun binası - Taqanroq şəhərinin mərkəzində, XX əsrin əvvəllərində inşa edilən bina. Şaronovun binası Taqanroq şəhəri Frunze küçəsi, ev 80 ünvanında yerləşir. Bina 1912-ci ildə modern stilində inşa edilmişdir. Şaronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. Bina layihəsinin rəhbəri Fyodr Opisoviç Şextel olmuşdur. Bina 1912-ci ildə Fyodr Opisoviç Şextelin layəsi əsasında modern stilində inşa edilmişdir. 1917-ci ilə qədər binanın sahibi un məmulatları taciri Yevgeni İvanoviç Şaronovun olmuşdur. O, binanı qızının şərəfinə tiktirmişdir. 1920 - 1922 illərdə binada ipəkçilik stansiyası yerləşirdi. Böyük Vətən müharibəsi dönəmində binada Almaniyanın 1-ci tank diviziyasının qərargahı yerləşirdi.