Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Formant
Formant (lat. formans (formantis) – doğuran, formalaşdıran) – nitq səslərinin tezliyinin səviyyəsi ilə əlaqəli olan və səsin tembrini əmələ gətirən akustik xarakteristikasıdır. Formantalar – səs tonu spektrinin hissəsidir, ortalama tezlik qiymətinə görə müəyyən edilmiş tezliklər oblastıdır. Səsin tanınması prosesi əsas etibarlı ilə formantların qavranılması ilə şərtlənir. Formant nitq siqnalının spektrini (enerjinin və ya amplitudun tezliklər üzrə paylanmasını) xarakterizə edən vacib parametrdir, formantı məhdud tezlik oblastında enerjinin konsentrasiyası kimi müəyyən etmək olar. Formant tezlik, en və amplitud ilə xarakterizə edilir. Formantın tezliyi olaraq maksimal amplitudun tezliyi götürülür. Başqa sözlə, formant – spektrin qrafikində amplitudun müəyyən kəskin yüksəlişi, onun tezliyi isə bu yüksəlişdə pikin tezliyidir. Şəkildə tezlikləri F0, F1, F2, F3 olan dörd formant göstərilib. F0 formantı nitq siqnalının əsas ton tezliyi də adlanır.
Fərsəng
Fərsəx; fərsəng; pərəsənk (fars. پارسنگ٫ پاره‌سنگ‎ parasang) — 12 min addıma (təxminən 5–8 km-ə) bərabər olan qədim İran uzunluq ölçü vahidi. Müasir İran fərsəngi dəqiq 10 000 m-dir. == Ümumi məlumat == Fərsəngin dəqiq ölçüsü məlum deyil və yolun növünə və hərəkət sürətinə görə fərqli olmuşdur. Bəzi yerlərdə hər fərsəngdən bir daş və ya ağacdan işarə qoyulduğu uçün daş, ağac da deyilirdi. Muxtəlif ərazilərdə ölçusü fərqli olurdu. Bəzi yerlərdə fərsəng hətta 9,5 km-ə, digər yerlərdə isə 5–6 km-ə bərabər idi. Orta əsrlərdə Yaxın Şərq ölkələrində, Azərbaycanda, Orta Asiyada və s. yerlərdə geniş yayılmışdı. == Yeni fərsəng == 1926-cı ildə İran parlamentinin qəbul etdiyi qanunla uzunluğu 10 km-ə bərabər olan yeni metrik ölçü vahidi təsis edildi və fərsəng adlandırıldı.
Seqment
Seqment — dairənin qövsü ilə bu qövsə söykənən vətər ilə əhatə olunan hissəsinə deyilir. 1 0 . {\displaystyle 1^{0}.} Ədəd oxunun seqmenti-ədədi parçanın sinonimi. 2 0 . {\displaystyle 2^{0}.} Qabarıq müstəvi fiqurunun seqmenti- Əgər fiqur hər hansı əyri ilə məhdudlanıbsa, fiqurun hər hansı vətəri və əyrinin bu vətərə uyğun qövsü ilə məhdudlanmış hissəsi. Radius R = h + d = h / 2 + c 2 / 8 h {\displaystyle R=h+d=h/2+c^{2}/8h} Qövsün uzunluğu s = θ R {\displaystyle s=\theta R} (haradakı θ {\displaystyle \theta } bucağı radianla ifadə olunmuşdur) Vətərin uzunluğu c = 2 R sin ⁡ θ 2 = R 2 − 2 cos ⁡ θ = 2 h ( 2 R − h ) {\displaystyle c=2R\sin {\frac {\theta }{2}}=R{\sqrt {2-2\cos \theta }}=2{\sqrt {h(2R-h)}}} Hündürlük, bəzən onu seqmentin oxu da adlandırırlar, h = R ( 1 − cos ⁡ θ 2 ) = R − R 2 − c 2 4 {\displaystyle h=R\left(1-\cos {\frac {\theta }{2}}\right)=R-{\sqrt {R^{2}-{\frac {c^{2}}{4}}}}} Bucaq θ = 2 arccos ⁡ d R {\displaystyle \theta =2\arccos {\frac {d}{R}}} Dairəvi seqmentin sahəsi aşağıdakı düsturla hesablanır: S = 1 2 R 2 ( θ − sin ⁡ θ ) {\displaystyle S={\frac {1}{2}}R^{2}(\theta -\sin \theta )} , haradakı θ {\displaystyle \textstyle \theta } — bucaq radianla ifadə olunub. S = R 2 arccos ⁡ ( R − h R ) − ( R − h ) 2 R h − h 2 {\displaystyle S=R^{2}\arccos \left({\frac {R-h}{R}}\right)-(R-h){\sqrt {2Rh-h^{2}}}} S = R 2 arccos ⁡ ( d R ) − d R 2 − d 2 {\displaystyle S=R^{2}\arccos \left({\frac {d}{R}}\right)-d\,{\sqrt {R^{2}-d^{2}}}} S = R 2 arcsin ⁡ ( c 2 R ) − c 4 4 R 2 − c 2 {\displaystyle S=R^{2}\arcsin \left({\frac {c}{2R}}\right)-{\frac {c}{4}}\,{\sqrt {4R^{2}-c^{2}}}} S = 1 4 ( h 2 + c 4 16 h 2 + c 2 2 ) arccos ⁡ ( c 2 − 4 h 2 c 2 + 4 h 2 ) − 1 4 ( c 3 4 h − h c ) {\displaystyle S={\frac {1}{4}}\left(h^{2}+{\frac {c^{4}}{16h^{2}}}+{\frac {c^{2}}{2}}\right)\arccos \left({\frac {c^{2}-4h^{2}}{c^{2}+4h^{2}}}\right)-{\frac {1}{4}}\left({\frac {c^{3}}{4h}}-hc\right)} 3 0 . {\displaystyle 3^{0}.} Qabarıq fəza fiqurunun (cismin) seqmenti-Əgər cisim müəyyən səthlə hüdudlanıbsa, bu fiqurun kəsən müstəvi ilə müstəvinin səthdən ayırdığı hissənin arasında qalan hissəsi.Məsələn, kürə seqmenti kürənin ,onu kəsən müstəvi ilə sferanın hissələrindən biri arasında qalan hissəsidir. Kürə seqmentinin həcmi V = π H 2 ( R − H 3 ) {\displaystyle V=\pi H^{2}\left(R-{\frac {H}{3}}\right)} düsturu ilə hesablanır. Burada H {\displaystyle H} seqmentin hündürlüyü, R {\displaystyle R} kürənin radiusudur.
Serpent
Serpent (fr. - ilan) qədim nəfəsli musiqi aləti , bir neçə müasir nəfəsli alətlərin əcdadı. XVI əsrdən məlumdur. Öz adını ilanvari qıvrılmış formasına görə alıb. == Alətin quruluşu == Serpent müxtəlif materiallardan hazırlanırdı, məsələn : Ağac , mis, sink və ya Gümüş. Bəzən Fil sümüyündən və ya digər heyvanların sümüyündən hazırlanan dərin piyaləli Mundştuku var ki , müasir mis nəfəsli alətlərin mundştukuna çox bənzəyir. Alətin korpusunda əvvəllər 6 dəlik olurdu. Sonrakı modellərdə artıq bir neçə klapan da yerləşdirilirdi. Kilsə musiqisində , xüsusən də , kilsə xorunun "bas" səslərini müşayiət etmək üçün istifadə olunurdu.
Sərməst
Sərməst — İranın Kirmanşah ostanının Gilan Qərb şəhristanının Govar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,434 nəfər və 515 ailədən ibarət idi.
Vermont
Vermont — ABŞ ştatı. Mərkəzi Monpelye şəhəridir. 1777-ci ildə Britaniyadan müstəqillik əldə etmiş və Vermont Respublikası qurulmuşdur. 1791-ci ildə isə 14-cü ştat olaraq ABŞa birləşmişdir.
Ərmənət
Ərmənət (keçmiş adı Oğuzyeri) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə, Xalxal kəndinin şərqində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Xalxal inzibati ərazi dairəsinə daxildir. Kəndin əhalisi (749 nəfər) taxılçılıq, heyvandarlıq və bağçılıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana, 50 yerlik ATS, tibb məntəqəsi var. Qədim tarixi olan məşhur Qovurqala (Xaçmaz Qovurqalası) kəndin şimalındakı Qaladağın zirvəsindədir. Kənddə ticarət və iaşə obyektləri var. Ərmənətə Oğuz-Xalxal avtobus marşrutu ilə getmək olur. == Toponimikası == Ərmənət oyk, düz. Oğuz rayonunun Xalxal i.ə.v.-də kənd.
Erməni
Ermənilər (erm. հայեր) — Qafqaz və Yaxın Şərqdə halk. Özlərini "Hay", ölkələrini "Hayastan" adlandırırlar. Ermənistan əhəlisin əsasını təşkil edirlər. Bundan əlavə İran, Türkiyə, Livan, Suriya, və Azərbaycanda da məskunlaşmışlar. Sayları 2010-cu ilə olan təxminlərə əsasən 6–8 milyon nəfərdir. Ermənistandankı ermənilərin sayı rəsmi rəqəmlərə görə 3 milyona yaxındır. Türkiyədə ermənilərin sayı müxtəlif mənbələrə görə 35000 ilə 50000 arasında olub, demək olar ki, hamısı İstanbul və ətrafında yaşamaqdadır. 19-cu əsrə kimi əksəriyyəti Osmanlı İmperiyası və İranda yaşayan ermənilər bu dövrdən sonra müxtəlif səbəblərdən dünya ölkələrinə səpələnib və bu səpələnmə nəticəsidə dünyanın müxtəlif ölkələrində yaşayan erməni topluluqlarına erməni diasporası adı verilib. Erməni diasporasının ən güclü olduğu ölkələr ABŞ, Rusiya və Fransadır.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır.Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Fərməş
Fərməş — yorğan-döşəyi yığmaq üçün ağzını gözəmək məqsədilə ilgəklər tikilmiş yarım metr hündürlüyündə, 1,2 metr enində, iki metr uzunluğunda bəzəkli xalça. Fərməşə bəzi bölgələrdə məfrəş də deyilir.
Sement
Sement (lat. caementum – ovulmuş daş) və ya ağ sement — süni qeyri-orqanik bərkidici tikinti materialı. Əsas inşaat materiallarından biri. Su, su məhlulları və başqa maye ilə qarışdırıldıqda, tədricən bərkiyib daşa dönən elastik kütlə əmələ gətirir. Əsasən beton istehsalı və tikinti məhlullarında istifadə olunur. Sementin xüsusiyətlərindən biri rutubətdə daha da bərkiməsidir. Bu onu prinsipial olaraq başqa, ancaq havada bərkiyən mineral bərkidici maddələrdən (gips, əhəng) fərqləndirir.
Femen
FEMEN (Ukraynca: Фемен) 2008-ci ildə Anna Hutsol tərəfindən təsis edilib. Anna Hutsol qrupu təsis etdikdən sonra, Femen təşkilatını yaratmasının səbəbini onların ölkələrində fəal qadınların olmaması və kişi yönümlü Ukrayna cəmiyyətinə olan reaksiyası ilə izah edir. Qrupun beynəlxalq nikah agentlikləri, gender ayrı-seçkiliyi və digər beynəlxalq və milli sosial problemlərlə bağlı keçirmiş olduğu etiraz aksiyaları mövcuddur. Qrup dünyada xüsusilə seks turizminə qarşı həyata keçirmiş olduğu yarıçılpaq nümayişləri ilə tanınır. Qrupun məqsədi Ukraynada yaşayan qadınların mədəni və mənəvi dəyərlərini, eləcə də onların liderliyini inkişaf etdirməkdir. Bununla da Ukrayna dünya miqyasında həm imicini yaxşılaşdırmış, həm də öz şəhərinin qadınlarına yeni və daha yaxşı imkanlar vermişdir. 8 Mart Beynəlxalq Qadınlar Günündə İstanbula etiraz aksiyası keçirməyə gələn FEMEN üzvləri keçirmiş olduqları etiraz aksiyasından sonra saxlanılaraq deportasiya edilmişdirlər.
Ferents Hirzer
Ferents Hirzer (mac. Hirzer Férénc; 21 noyabr 1902, Budapeşt – 28 aprel 1957, Trento) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Ferents karyerasını bitirdikdən sonra İtaliyada yaşayaraq orada məşqçi işləyib. Macarıstan yığmasında 32 oyunda iştirak etmiş və 14 qol vurub. == Karyera == Hirzer karyerasına 1913-cü ildə Macarıstan Dəmir Yolları Nazirliyinə məxsus Budapeştdəki "Törekvesh" klubunda başlayıb.1923-cu ildə, ölkəsində 10 il oynadıqdan sonra doğma ölkəsini tərk edərək Çexoslovakiyaya yollanır. O burada Brno şəhərininin Yəhudi icmasına mənsub olan "Makkabi" klubuna keçir. Bu komanda Çexoslovakiyanın Yəhudi komandaları üçün olan turnirdə oynayırdı.Hirzer növbəti mövsümdə Hamburqun bölgələrindən biri olan Altonanın "Union 03" klubuna keçir. Hirzer burda oynadığı zamanlarda Şimali Almaniya millisində də bir oyun keçirib. Hirzer yeni mövsümə yenidən başqa ölkəyə keçir.
Ferents Kazintsi
Ferents Kazintsi (mac. Kazinczy Ferenc; 27 oktyabr 1759[…], Şimian[d], Bihor judeçi – 23 avqust 1831 və ya 22 avqust 1831, Sefalom[d]) — Macarıstan yazıçısı, şairi, tərcüməçisi, neologisti. O, XIX əsrdə macar dili və ədəbiyyatının bərpasına böyük töhfələr vermişdir. Bu gün onun adı, macar dilinin elmi inkişafa uyğunlaşması və 1844-cü ildə dövlətin rəsmi dilinə çevrilməsi üçün minlərlə sözün birləşdirildiyi və ya yenidən gündəmə gətirildiyi XIX əsr Dil İslahatı ilə əlaqələndirilir. Linqvistik və ədəbi əsərlərinin əhəmiyyəti nəzərə alınaraq, o, David Baroti, Ferents Verşeqhi, Dyörd Beşşeney, Matyaş Rat və Yanoş Kişlə bərabər Macarıstanda islahat dövrünün mədəni qurucularından biri hesab olunur. == Həyatı == === İlk illəri === Ferents Kazintsi Macarıstan krallığının Bihar medyesində yerləşən Erşemyendə (indiki Şimiyan, Rumıniya) anadan olmuşdur. Atası Yojef Kazintsi de Kazints (1732-1784) əsil-nəcabətli ailənin üzvü olub Abov judetsində magistrat kimi işləyirdi. Ferentsin dörd qardaşı və dörd bacısı var idi. Səkkiz yaşına çatanadək onu ana babası Ferents Boşşani böyütmüşdür. Bu yeddi il ərzində xarici dildə bir kəlmə belə eşitməmişdir.İlk məktubunu 1764-cü ilin dekabrında o zamanlar Alşoreqmeçdə yaşayan valideynlərinə yazmışdır.
Ferents Kölçei
Ferents Kölçei (mac. Kölcsey Ferenc; 8.08.1790 — 24.08.1838) — macar yazıçısı, Macarıstan milli marşının müəllifi. == Həyatı == Ferents Kölçei Transilvaniyadan olan aristokrat ailəsində anadan olmuşdur. Debreçendəki Protestant Kollecində hüquq təhsili almışdır. Valideynlərinin həyatdan erkən köçməsi F.Kölçenin xarakterinə ciddi təsir göstərir və keçirdiyi təbii çiçək xəstəliyindən sağ gözünü itirir. O, 16 yaşında ilk əsərlərini yazmağa başlamışdır, lakin onları məhv etmişdi. XIX əsrin əvvəllərində Macarıstan ədəbiyyatının ən əhəmiyyətli nümayəndələrindən biri hesab olunurdu. Dostu Ferents Kazintsi ilə birgə, macar ədəbiyyatının və macar dilinin canlanması üçün mübarizə böyük səylər göstərmişlər. Kölçenin poeziyasında harmonik bir şəkildə klassisizmi, fransız maarifçiliyi və alman romantizmi əks etdirmişdir. Kölçei də görkəmli tənqidçi və siyasi yazıçı idi.
Ferents Puşkaş
Ferents Puşkaş (mac. Ferenc Puskás, ilk adı Ferents Purtselad idi; 1 aprel 1927, Budapeşt – 17 noyabr 2006[…], Budapeşt) ― Macar futbolçu və məşqçi. O bütün zamanların ən yaxşı oyunçularından biri və beynəlxalq məşhurluq qazanan ilk idmançılardan biri hesab olunur. Məhsuldar hücumçu olan Puşkaş Macarıstan millisinin heyətində 85 matçda 84 qol vurmuş, İspaniya komandasında dörd beynəlxalq oyun keçirmiş və Macarıstan və İspaniya liqalarında 529 matçda 514 qol vurmuşdur. O, 1952-ci ildə Olimpiya çempionu oldu və ölkəsini 1954 Dünya Kubokunun finalına çıxardı. O, üç Çempionlar Kuboku (1959, 1960, 1966), 10 ölkə çempionatı (5 Macarıstan və 5 İspaniya Primera Divizyonu)) və 8 yüksək fərdi mükafat qazanmışdır. 1995-ci ildə IFFHS tərəfindən 20-ci əsrin ən böyük çempionat bombardiri elan etdi. Karyerası ərzində rəsmi oyunlarda vurduğu 808 qolla, o, bütün zamanların üçüncü ən yaxşı bombardiridir.Onun atası Ferents Puşkaş böyük da futbolçu idi. Puşkaş karyerasına Macarıstanda, Honved klubunda başlamışdır. Dörd dəfə Macarıstan Liqasının bombardiri və 1948-ci ildə Avropanın ən yaxşı bombardiri olmuşdur.
Fərhəng Hüseynov
Fərhəng Rəhim oğlu Hüseynov (16 iyul 1949 – 16 fevral 2010) — Azərbaycan bəstəkarı, skripkaçı, Azərbaycanın əməkdar artisti (2009), "Böyük İpək Yolu" Beynəlxalq müsabiqənin (Yaponiya, 1991) "Sülh naminə" Beynəlxalq müsabiqənin (ABŞ, 1995) "Xose Asunsyon Flores" adına I Beynəlxalq müsabiqənin laureatı (Argentina, 2000). == Yaradıcılığı == === Operalar === "Balaca şahzadə" (1990) — Antuan de Sent-Ekzüperinin eyniadlı əsəri əsasında "Kodayu (opera)" (1993) – libretto Eyko Aokinindir, yapon dilində ilk opera === Simfonik əsərlər === Simfonik orkestr üçün "Zaman üzrə səyahət" (1990); Solistlər, xor və simfonik orkestr üçün "Qoy dünyada sülh olsun!" (1995); Simfonik orkestr üçün "Quarani kapriççiosu" (2000); === Digər === Orqan üçün "Mərasimlər" (1991); "Kiçik kantata" (1996); 4 Romans (1997); Skripka və piano üçün Sonata (1997); Soprano və simli kvartet üçün "Stabat Mater" /"Ümumdünya insan hüquqları Deklarasiyası"nın 50 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin mükafatına layiq görülüb/ (1998); 2 saylı Simli kvartet (2000).
Milan fərmanı
Milan Tolerantlıq Fərmanı, Milan Fərmanı və ya Milan Edictum (Latınca: Edictum Mediolanense, Müasir Yunanca: Διάταγμα των Μεδιολάνων, Diatagma tōn Mediolanōn) — Roma İmperiyası daxilindəki xristianlara kömək məqsədi ilə 313-cü ilin fevralında imzalanan razılaşma. Balkanlara nəzarət edən İmperator Licinius və Qərbi Roma İmparatoru I Konstantin, Mediolanumda (indiki Milan) bir araya gələrək, digər şeylərdən başqa, xristianlara qarşı siyasətlərini dəyişdirməyə razı oldular. Bu fərman imperator Galerius tərəfindən iki il əvvəl Serdicada imzalanmış fərmanlardan sonra verilmişdir. Milan Fərmanı, xristianlara hüquqi bir status verdi, ancaq Xristianlığı Roma İmperiyasının dövlət kilsəsi etmədi; Bu, 380-ci ildə, imperator I Theodosius dövründə Saloniki Fərmanı ilə həyata keçirildi.
Serdika fərmanı
Serdika edikti, həmçinin Qalerinin tolerantlıq haqqında fərmanı — 311-ci ildə Serdikada (indiki Sofiya, Bolqarıstan) Roma imperatoru Qaleri tərəfindən verilmiş fərman. Roma imperiyasında xristianlığın təqibinə rəsmi ilə son qoymuşdur.Fərman dolayısı ilə xristianlığa "religio licita" statusu vermişdir.
Tomas Sercent
Tomas Sercent (ing. Thomas John Sargent; 19 iyul 1943[…], Pasadena, Kaliforniya) — amerikalı iqtisadçı. 2011-ci ildə Xristofor Simslə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Tomas Sercent 1943-cü ildə Kaliforniyada doğulmuşdur və təhsilini də bu ştatda, Kaliforniya Universitetində almışdır. 1964-cü ildə universitetdəki uğurlu nəticələrindən dolayı universitetin Şərəf medalına layiq görülmüşdür. Aspirantura təhsilini 1968-ci ildə Harvard Universitetində almışdır. 1967-ci ildə Karnegi Texnologiya İnstitutunda (ing. Carnegie Institute of Technology) araşdırmaçı olaraq çalışmağa başlamışdır. Daha sonra 1970–1971-ci illərdə Pensilvaniya Universitetində, 1971–1987-ci illərdə Minnesota Universitetində, 1991–1996-cı illərdə Çikaqo Universitetində, 1991–1998-ci illərdə Stanford Universitetində çalışmışdır. 2002-ci ildən bu yana Nyu York Universitetində professor olaraq çalışmağa davam edir.
Vermont Respublikası
Vermont Respublikası (ing. Vermont Republic) — Tarixşünasların 1777–1791-ci illərdə mövcud olan Vermont hökumətinə verdiyi ad. Şimali Amerika tarixində ilk dəfə rəsmi yazılı konstutsiya məhz 1777-ci ilin 8 iyulunda Vermontda qəbul edilir. Konstutsiyaya görə ilk dəfə dünyada kişilərə seçki hüququnun verilməsi, quldarlığın qadağan edilməsi, və dövlət məktəblərinin dövlət hesabına təmin edilməsini nəzərdə tuturdu. Respublika ərazisində quldarlıq 1777–1791 ci illərdə qadağan edilsədə, ştata çevruldikdən sonra yenidən tətbiq edilir və yalnız 1858-ci ildə qadağa tətbiq olunur. Öz valutasını buraxması, dövlət atributları olması və idarə etmə orqanlarının fəaliyyətinə baxmayaraq, onun müstəqil dövlət olması ilə bağlı bir sənəd yoxdur. 2003-cü ildə Vermont ştatı ərazisinə İkinci Vermont Respublikası hərəkatı başlamışdır. Hədəf isə Vermontun yenidən müstəqil olmasıdır. == Dövlət başçıları == Dövlət rəhbəri Texas Respublikası və Kaliforniya Respublikası kimi ölkələrdən fərqli olaraq Vermontda Prezident deyil Qubernator adlanırdı. Qubernatorlardan Tomas Cittender 1778–1789 və 1790–1791 illərdə, Mozes Robinson isə 1789–1790 ci illərdə ölkəni idarə etmişdir.
Vermont Universiteti
Vermont Universiteti (ing. The University of Vermont and State Agricultural College) — Berlinqton şəhərində yerləşən ictimai araşdırma universitetidir. Vermont ştatındakı ən böyük və ən qədim universitetdir. 1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. Hal-hazırda, universitet — 2008-ci ildə 1185 nəfərin çalışdığı, Birləşmiş Ştatların hər yerindən və digər 30 ölkədən 10504 tələbənin təhsil aldığı 1.83 km² ərazidə yerləşən bir neçə kollecdən ibarətdir.. İldə təxminən 1600 məzun buraxır, bunlardan 400-ə yaxını tibb ixtisaslıdır. Universitetdə müxtəlif idman növləri üzrə təxminən 20 idman komandası var. Əsas rənglər sarı və yaşıl, ləqəbi vəhşi pişiklərdir. == Tarixi == Vermont Universiteti 1791-ci ildə özəl bir təhsil müəssisəsi kimi təsis edilmişdir. 1865-ci ildə universitet Vermont Kənd Təsərrüfatı Kolleci ilə birləşdi.
Bahadur Fərman
Bahadur Fərman (azərb. Bahadur Fərman oğlu Abdullayev‎; 1939, Muşavak, Dəstəfur rayonu – 2016) — Azərbaycan Respublikasının Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bahadur Fərman oğlu Abdullayev 1939-cu ildə Daşkəsən rayonunun Muşavaq kəndində anadan olub. === Təhsili === Orta təhsini Gəncə şəhəri 6 №li məktəbdə alıb. 1962- ci ildə H.Zərdabi adına Gəncə Dövlət Universiteti tarix-filologiya fakültəsinə qəbul olub, 1969-cu ildə həmin fakültəni bitirib. Təhsil aldığı müddətdə 3 il hərbi xidmətdə olub. == Fəaliyyəti == === Pedaqoji fəaliyyəti === Daşkəsən rayonu, Kobalt qəsəbəsindəki internat məktəbdə müəllim (1969-1973), “Kirovabad kommunisti” qəzeti redaksiyasında şöbə müdiri (1973-1983), Gəncə şəhər Hacıkənd qəsəbəsindəki səkkizillik məktəbin (1977-1983), 5№li qiyabi orta məktəbin direktoru (1977-1983), Nizami rayon Təhsil şöbəsində metodkabinetin müdiri (1983-1988), 12 və 25 №li məktəblərdə direktor (1988-1998), sonra Gəncə şəhər Təhsil İdarəsində məktəb məsləhətçisi vəzifəsində çalışıb. Təhsil sahəsindəki uzunmüddətli səmərəli və qüsursuz fəaliyyətinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. === Yaradıcılıq fəaliyyəti === Hələ gənc yaşlarından bədii yaradıcılığa maraq göstərib, respublikamızın müxtəlif qəzet, jurnallarında, ədəbi almanaxlarda şeirləri dərc olunub. “Anamın laylası” adlı ilk şeirlər kitabı 1966-cı ildə işıq üzü görüb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
Erməni Ortodoksluğu
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Erməni Sarovu
Sarovlu (əvvəlki adı: Sarov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Sarov (erm.) kəndi Sarovlu kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Sarovlu kəndi Gəncə-Qazax düzənliyindədir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 511 nəfər əhali yaşayır. == Yerləşməsi == Sarovlu kəndi Bakı-Qazax magistral yolunun (İpək Yolu) 349-cu, Bakı-Tbilisi dəmiryolunun 371-ci kilometrliyində yerləşir. == Dövlət müəssisələri == Kənddə əsas məktəb və tibb məntəqəsi var. == İş müəssisələri == Kənddə bazar, market, kafe, avtomobil təmiri sexləri, avtoyuma, kitabxana, avtohissə ehtiyatı mağazaları fəaliyyət göstərir.