Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == == Toponimikası == Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. == Əhalisi == == Mədəniyyəti == 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir == İqtisadiyyatı == Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976) — Danimarkanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur.Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. == Tarixi == Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər. Bu mənbələr fikirlərini əsaslandırmaq üçün 1573-cü ildə bağın tamamilə dağılmasına səbəb olan güclü zəlzələyə işarə edirlər.
Fin dili
Fin dili, (fin suomi, suomen kieli) — fin-uqor dilləri qrupunun baltikyanı-fin budağına aiddir və aqqlyuativ dil kimi xarakterizə edilir. Fin-uqor dilləri və samodiy dilləri (enes dili, nenes dili, nqanasan dili, selkup dili) ural dilləri ailəsini təşkil edirlər. Yazısı latın əlifbası əsasındadır.
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. == Mənbə == Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. == Ümumi xarakteristika == Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fin Argus
Steffan Fin Argus (1 sentyabr 1998) — amerikalı aktyor, musiqiçi və modeldir. == Həyatı == Arqus 1 sentyabr 1998-ci ildə İllinoys ştatında anadan olub. Onların Sadi adlı böyük bacısı və Leysi adlı kiçik bacısı var. Argus geydir və onlar əvəzliklərindən istifadə edir. O, gender qəribədir.
Pin-Lin Çay Muzeyi
Pin-Lin Çay Muzeyi (çin. ənən. 坪林茶業博物館, pinyin: Pínglín Cháyè Bówùguǎn), — Pinlin Çay Muzeyi kimi də tanınan, Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən muzeydir. Bu muzey çaya həsr olunmuş dünyanın ən böyük muzeyidir.Pin-Lin rayonu Pouçon çayının istehsalı ilə məşhurdur. "Yaz çay"ının yığımı mart ayının sonunda başlayır. == Tarixi == Muzey 12 yanvar 1997-ci ildə açılmışdır. == Açılış tarixi == Muzey hər gün səhər saat 9-dan axşam saat 5-ə qədər, həftə sonları isə səhər saat 9-dan axşam saat 7-ə qədər fəaliyyət göstərir. Muzey hər ayın ilk bazaz ertəsi günü bağlı olur. == Qəbulu üzrə abunə haqqı == Muzey 2016-cı ilin yanvar ayının 7-sindən istifadəçilər üçün pullu olmuşdur. Haqqı isə 80 yeni tayvan dollarıdır.
Üsamə bin Laden (fil)
Üsamə bin Laden — ümumilikdə 27 nəfəri (digər mənbələrə görə 14 nəfər) öldürərək, hind kəndlərinin sakinlərini qorxuya salan məşhur Asiya fili. == Həyatı == Fil məşhur terrorçu Üsamə bin Ladenin şərəfinə adlandırılıb. Erkək cinsindən olan filin boyu üç metr idi. O, iki il Hindistanın Assam ştatını əhalisini qorxuya saldı. Fil yüzdən çox evi dağıtmışdı, kənd tarlalarını məhv etmişdi və yerli sakinləri öldürmüşdür. Görünür fil ağıllı idi, çünki təqibdən gizlənə bilirdi, qaldığı yeri tez dəyişirdi və və ovçular üçün iz buraxmırdı. Bildirilmişdir ki, fil fişəng və oddan çəkinmir, və tələ onun üçün qorxulu deyil. Onun vəhşiliyinin miqyası o hüdudlara gəldi ki, yerli sakinlər qəzəblənmiş fili aradan qaldırılması üçün hərbi dəstə və polis bölməsi göndərmək məcburiyyətində qaldılar, bundan əlavə əməliyyata təcrübəli meşə gözətçiləri cəlb olundu. 18 dekabr 2006-cı ildə yaxın məsafədən Üsəma ben Laden təxmin edilən fil güllələndi. Həmin filin məhz o olduğuna və ya səhvən başqasının öldürüldüyünə dair birmənalı məlumat yoxdur.
Fin-uqor dilləri
Türk mənşəyli . Fin-uqor dilləri (uqro-finadı variantı da işlənir) — ural dil ailəsində qohum dillər qolu. Rusiya, Finlandiya, Estoniya, Macarıstan və bir sıra digər ölkələrdə yayılıb.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Fin dilinin tarixi
Fin dilinin yaranması tarixinin əsası bizim eranın 1-ci əsrdən götürülür. Bu zamanda baltikyanı-fin dillərinin bölünməsi baş vermişdir. Bu dillərin özü də prabaltikyanı-fin dilinə əsaslanmışdır, hansından ki, bizim eradan əvvəl 1500-1000-ci illərdə, prasaam dili ayrılmışdır.
Bin
Bin, Ben — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Bin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,699 nəfər və 3,141 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Cin
Cin (ərəb. جن‎) İbrahim dinlər və müasir və ya qədim dinlər və inanclarda mövcud olan ruhani mifaloji varlıqdır. Müxtəlif inanclarda müxtəlif formalarda göstərilir. Cin İslamda gözlə görünməyən və fərqli formalara sahib olan varlıq kimi göstərilir. Bəzilərinə görə isə cinlər insanlara cinsi əlaqədə ola bilər və insanlara təsir edə bilərlər. Quranda cinlərin Allah tərəfindən "tüstüsüz od"dan yaradıldığı yazılır. == Qədim Roma və Yunanıstan == Qədim Roma və Qədim Yunanıstan inanclarında cinlər yarı tanrı və ya başqa bir formada olan ruhlar olaraq düşünülmüşdür. İnanclara görə cinlər insanlardan üstündür. Cinlər Qızıl Əsrdə ölən və yaşayan insanları qoruyan ruhlar idi. Amma indiki dövrdə qəhrəmancasına ölən insan da öldükdən sonra cin ola bilər.
Din
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütün və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.Din Allah tərəfindən insanları dünya və axirət səadətinə qovuşduran ilahi inanc sistemidir. Din dedikdə mənbəyi yaradana dayanan inanc sistemi nəzərdə tutulur.
FHN
Fövqəladə Hallar Nazirliyi — fövqəladə hallar sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının qurumu. Nazirliyə hazırda Kəmaləddin Heydərov rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hallar Nazirliyi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. == Fəaliyyət istiqamətləri == Mülki müdafiə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunması, neft və neft məhsullarının qəza nəticəsində axımları ilə əlaqədar yaranmış fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətini və tənzimlənməsini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir. Mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahələrində, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sistemi çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir. Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət-yoxlama funksiyalarını həyata keçirir. Mülki müdafiəni əhalinin və ərazilərin fövqəladə hallardan və yanğınlardan qorunmasını, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, dövlət material ehtiyatları fondlarının yaradılmasını və idarə olunmasını, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, obyektlərin və qurğuların mühafizəsini, fövqəladə hallarda çevik reaksiya verilməsini və humanitar yardımların idarə olunmasını təşkil edir və həyata keçirir. Nazirliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir. Nazirlik qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
Fil
Fil , Xortumlular dəstəsinin fillər (Elephantidae) ailəsini təşkil edən məməli heyvandır . Ümumi olaraq iki növ ayrılırlar: Asiya fili ( Elephas maximus ) və Afrika fili ( Loxodonta africana ) Lakin mənbəələrlə əsaslasaq, Afrika savanna filinin ( L. africana ) və Afrika meşə filinin ( L. cyclotis ) hər birinin də iki ayrı növ olduğu irəli sürülür. Fillərə əsasən Afrikanın cənub-şərqində, Cənubi və Cənub-Şərqi Asiyada rast gəlinir. Mamontlar və mastodonlar kimi nəsli kəsilmiş növlərin də daxil olduğu proboscis dəstəsindən bu gün yalnız fillərin nəsli davam edir. Quruda yaşayan ən böyük heyvan hesab edilən Afrika filinin erkəyinin boyu 4 m, çekisi isə 7000kq-a çatır. Fillərin gözə çarpan və fərqləndirici xüsusiyyətləri arasında onların uzun Xortumu var ki, bu da müxtəlif məqsədlər üçün istifadə olunur, misal olaraq, obyektləri tutmaqda. Əlavə olaraq uzun və uclu kəsici dişlərindən əşyaları hərəkət etdirmək və torpağı qazmaq üçün istifadə edə bilirlər. Fil sümüyü mənbəyi hesab olunan bu kəsici dişlərdən qədim dövrlərdən bu yana döyüş zamanı silah kimi də istifadə edilir. Filin böyük və enli qulaqları onun bədən temperaturunu idarə etməyə xidmət edir. Afrika fillərinin qulaqları Asiya fillərinə nəzərən daha böyük olur və kürəyi konkav(dərə) formalıdır.
Firn
Firn (alm. Frin- keçənilki, köhnə‎) — qar sərhəddindən yuxarıda, buzlağın qidalanma sahəsində düşən qarın günəş şüalarının təsiri altında əriməsi, gecə isə donması nəticəsində əmələ gələn buz kristalları (ölçüsü 5–10 mm-ə qədər). Firn tədricən sıxlaşır, bərkiyir və buzlaq buzuna çevrilir. == Firn hövzəsi == Firn hövzəsi bərk atmosfer çöküntülərinin gəliri buxarlanmaya və əriməyə sərf edilən miqdardan üstün olduğu, qar sərhəddindən yuxarıda yerləşən sahədir. Firn hövzəsinə buzlağın qidalanma sahəsi də deyilir.
Fön
Fön (alm. Föhn‎, fr. fœhn) — dağlardan dərələrə əsən, temperaturu xeyli yüksək, nisbi rütubəti az olan küləkdir. Fön dağ silsiləsinin bir tərəfində havanın təzyiqi yüksək,o biri tərəfində isə alçaq olanda baş verir. Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun temperaturu orta hesabla hər 100 m-də 0,6 dərəcə selsi aşağı düşür. Rütubətini itirmiş hava dağ silsiləsini aşaraq o biri yamac üzrə endikcə onun temperaturu orta hesabla hər 100 m-dən bir 1 dərəcə selsi artır.Buna görə də enən hava quru və isti olur.
Lin
Lin — ad. Lin (Roma papası) — Müqəddəs Pyotrdan sonra 2-ci Roma Papası. Lin Leyşram — Hindistanlı model və aktrisa. Lin Luder — Koulman Strit Qəyyumluq Klubunun üzvü.
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Tin
Tin—etrusk mifologiyasında baş tanrı. Baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, önəmli məsələlərin çözümü şura gənəşməsindən keçirdi . == İstinadlar == == Həmçinin bax == Etrusklar == Xarici keçidlər == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
VIN
Nəqliyyat vasitəsinin identifikasiya nömrəsi - (ing. Vehicle identification number, qısaca VIN) — nəqliyyat vasitəsinin 17 simvoldan ibarət olan unikal kodudur. Kodda istehsalçı və nəqliyyat vasitəsinin xarakteristikaları haqqında informasiya və buraxılış ili göstərilmişdir. Kod strukturu ISO 3779-1983 və ISO 3780 standartlarına əsaslandırılmışdır. İdentifikasiya olunmuş nömrələr kuzovda və ya şassidə xüsusi olaraq nömrəli lövhəciklərdə göstərilmişdir. == VIN (İdentifikasiya nömrələri) strukturu == VIN-də latın əlifbasının simvollarından və ərəb rəqəmlərindən istifadə etməyə icazə verilmişdir : 0 1 2 3 4 5 6 7 8 9 A B C D E F G H J K L M N P R S T U V W X Y Z I, O, Q hərflərindən istifadə qadağandır, çünki onlar 1, 0 rəqəmlərinin şəkli formasına oxşardır. VIN 3 hissədən ibarətdir: WMI (World Manufacturers Identification) — ümumdünya istehsalçı indeksi VDS (Vehicle Description Section)— təsviri hissə VIS (Vehicle Identification Section) — fərqləndirici hissə == Xarici keçidlər == ISO 3779:2009 FMVSS 115, Part 565 VIN entry in the National Transportation Library FAQ Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine == VİN-in skan edilməsi == Hal-hazırda skan edilmə və VIN tanınması imkanı mövcuddur. Bu proses xüsusi skanerlərin köməyi ilə, həm də iOS və Android platformalarına yüklənən xüsusi proqramların köməyi ilə, fotokameradan istifadə edərək mümkündür. Skan edilmə nəticəsində alınmış kod avtomobil haqqında ətraflı informasiyanın axtarışı üçün internet resurslarından istifadə edir.
XİN
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Nazirlik öz fəaliyyətini bilavasitə və Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, o cümlədən Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında nümayəndəlikləri, habelə tabeliyində olan təşkilat və digər qurumlar vasitəsi ilə həyata keçirir. == Tarixi == Minilliklər boyu dünya siyasətində mühüm yer tutmuş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı.
Мир ПК
"PC World" — ABŞ aylıq kompüter texnologiyası jurnalı. Jurnal 1983-cü ildən 2013-cü ilə qədər "International Data Group" tərəfindən nəşr olunmuşdur. 2013-cü ilin avqust ayından başlayaraq jurnalın çap versiyası dayandırılmış və onun redaksiya heyəti tamamilə onlayn formata keçmişdir. Jurnalın məqalələri fərdi kompüterlər, serverlər və iş stansiyaları üçün aparat və proqram təminatının işlənib hazırlanması, onların həm istehlakçı şəraitində, həm də müəssisələrdə tətbiqi məsələlərinin geniş spektrini əhatə edirdi. Publikasiyanın məzmunu müxtəlif ixtisaslara malik olan oxuculara yönəlmişdir == Tarixi == Jurnal 1982-ci ilin noyabrında "COMDEX"də elan edilmiş və ilk növbədə "Personal Computer World" adlandırılmışdır. Jurnal "VNU" və "Ziff Davis Publishing" daxil olmaqla naşirlər tərəfindən bir neçə dəfə yenidən satılmışdır.1999-cu ilin fevralında jurnal rekord tirajla 1 milyon nüsxə ilə nəşr olunmuşdur. Bu, o zaman belə rəqəmlərə nail olan ilk və yeganə kompüterlə bağlı jurnal idi.2013-cü ildə jurnalın sahibi "International Data Group" şirkəti "PC World" jurnalının 30 il davam etmiş nəşriyyatının dayandırıldığını elan etmişdir. 2013-cü ilin avqust nömrəsi "PC World" jurnalının çap olunan sonuncu nömrəsi idi. Jurnalın redaktorları fəaliyyətlərini onlayn formatda davam etdirmişdir.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
Oton (Эн)
Oton (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.