Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Flamenko
Flamenko (isp. flamenco, isp. cante flamenco) — ispan xalq rəqs (baile) və musiqisi (cante). Flamenko Əndəlüsdə yaranmış musiqi və rəqs növüdür. XVIII əsrə aid olan və flamenko kimi tanıdığımız bu rəqs əndəlüs rəqs və musiqisinə əsaslanır. == Ümumi məlumat == Flamenkonun mənşəyi barədə müxtəlif mübahisəli fikirlər olsa da onlardan heç biri öz tarixi sübutunu tapmamışdır. Baxmayaraq ki, RAE(Real Academía Española-İspaniya Real Akademiyası) lüğəti bunu yalnız qaraçı etnosları ilə əlaqələndirir, amma bu onun mənşəyinə uyğun deyil, lakin qaraçıların flamenko rəqsinə verdiyi töhfələrə heçkim şübhə etmir. Ən geniş yayılmış nəzəriyyə isə isə bu rəqsin qaraçı-mur mənşəli olmasıdır. Bu, Əndəlüsdə(müsəlmanlar, inmiqrantlar, yəhudilər, qaraçılar və b)baş vermiş mədəni oyanışla bağlı olmuşdur. Qaraçılar dünyanın bir çox yerlərində var və flamenko tək Əndəlüsdə yaranmasına baxmayaraq, dinindən və etnik tərkibindən asılı olmayaraq bütün əndəlüslülərin zəngin irsi hesab olunur.
Flamenkin
Flamenkin (isp. flamenquín) — İspaniyanın Əndəlus mətbəxinə xas olan yemək. Yemək donuz ətindən hazırlanır, ona suxarı, yumurta əlavə olunur və qızardılır. Flamenkin öz adını qırmızı rəngdə olduğu üçün almışdır. İspanlar yeməyin adını Müqəddəs Roma imperatoru V Karlla birlikdə İspaniyaya gələn qızılı saçlı flamandların adı ilə adlandırmışlar. Flamenkini bəzən pendirdən və kolbasadan da hazırlayırlar. Flamenkin süfrəyə çox vaxt kartof püresi və mayonezlə birlikdə verilir.
Flaminqo
Qızılqaz (lat. Phoenicopterus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılqazkimilər dəstəsinin qızılqazlar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Qızılqazlar (qırmızı flaminqolar) nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Afrikadan tutmuş, Orta Şərq, Qafqaz, Avropanın Aralıq dənizi sahillərində yayılmışlar. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayırlar. Ən stabil qışlama yerləri – Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Eləcə də İranda Urmiya və Maharlı göllərində. Duzlu göllərdə və dəniz körfəzlərində məskunlaşması yüksək duzluluğu olan sularda balıqların yoxluğu şəraitində qızılqazların əsas qidası xərçəngkimilərinin geniş yayılmasıdır. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır. == Çoxalması == Nadir hallar istisna olmaqla Azərbaycanda yuvalamır.
İrina Klimenko
Allin Vlasenko
Allin Qriqoryeviç Vlasenko (ukr. Аллі́н Григо́рович Вла́сенко; 30 iyun 1938, Çelyabinsk – 23 noyabr 2021, Kiyev) — Sovet və Ukrayna dirijoru, Ukrayna SSR-nin əməkdar artisti, Ukraynanın xalq artisti (2000), Pyotr Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının professoru. == Həyatı == Allin Vlasenko zabit ailəsində anadan olub. Valideynlərinin, qohumlarının gözəl səsləri olduğu üçün uşaqlıqdan ukrayna mahnılarının melodiya, ahəngi və ruhunu mənimsəyib. == Təhsili == Vlasenko, Xarkovda (atasının xidmət yerində) musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və uşaq xorunda solist olub. Musiqiçi olmağında ona Xarkov Konservatoriyasının o vaxtkı rektoru Vladimir Komarenko ilə tanışlığı kömək edib. Konservatoriyanın nəzdində müəllim Q.Rıkovla birlikdə xüsusi onillik musiqi məktəbində, klarnet sinfinin orkestr şöbəsində təhsil alıb. === Konservatoriya, aspirantura === Allin Vlasenko, 1958-ci ildə Xarkov Konservatoriyasının orkestr şöbəsinə daxil olub. Üçüncü kursda Xarkov Opera Teatrının simfonik orkestrinin klarnet qrupunun rəhbəri olub. Onun dirijorluğa üçüncü kursdan həvəsi olub.
Svetlana Stanko-Klimenko
Svetlana Stanko-Klimenko (13 may 1976) — Ukraynalı marafonçu. Svetlana Stanko-Klimenko Ukraynanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Svetlana Stanko-Klimenko birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 26 saniyəyə qət edərək 157 marafonçu sırasında 66-cı yeri tutdu.
Acer negundo f. flamingo
Amerika ağcaqayını (lat. Acer negundo) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amеrikada, Yеni Mеksikada, Şərqi Arizоnada dağlıq sahələrdə yayılıb. == Botaniki təsviri == Hündürlüyü 25 m, gövdəsinin diamеtri 1 m-ə qədər оlan sеyrək çətirli ağacdır. Gövdəsinin qabığı bоz, cavan budaqları göyümtül-yaşıl rəngdədir. Yarpaqları 3-5, bəzi hallarda 7-9 ədəd yarpaqcıqdan ibarət оlub, tək lələkşəkillidir. Yarpaqcıqları yumurtavari, еllipisvari, nеştərvari, kənarları dişli, dilimli və ya tamkənarlıdır, qaidəsi dairəvi və ya nizəvaridir, uzunluğu 5-13 sm, еni 2,5 sm-dir. Yarpaqlar hər iki tərəfdən tükcüklərlə örtülü оlur, sоnradan isə çılpaqlaşır. Bitki ikiеvlidir, yarpaq açmazdan qabaq çiçəkləyir. Çiçəkləri yarpaq tumurcuqlarının hər iki tərəfində yеrləşmiş хüsusi çiçək tumurcuğundan inkişaf еdir.