Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Floris de Eno
Floris (Florent) de Eno (fr. Floris (Florent) de Hainaut; təq. 1255 – 23 yanvar 1297) — 1289-cu ildən 1297-ci ilə qədər hakimiyyətdə olmuş Axeya knyazı. Floris Jan d'Aven və Hollandiyalı Adelaidanın kiçik oğlu idi. Atasından Zelandiyada ştathalterliyini almışdır. Zelandiyanı tərk edən Floris 1287-ci ildə Neapol kralı II Karlın xidmətinə daxil olmuşdur. Araqona qarşı müharibədə fərqlənmış və Karl tərəfindən Siciliya konnetablı təyin olunmuşdur. Floris 1289-cu ildə İzabella de Villarduen ilə evlənmişdir. Axeya knyazlığında nizam-intizamı bərpa etmək istəyən və baronların istəklərinə qulaq asan Karl Floris və İzabellanın toyu günü onlara Axeya knyazı və knyaginyası titulları vermişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bon, Antoine (1969).
Manova Qounda Sent-Floris Milli Parkı
Manova Qounda Sent-Floris Milli Parkı — Afrika qitəsində, Mərkəzi Afrika Respublikasında yerləşən milli park. UNESCO-nun Dünya irsi siyahısına daxil edilmişdir. == Haqqında == Milli Parkın ümumi sahəsi 1.740.000 hektardır və Mərkəzi Afrika Respublikasının ən böyük Milli Parkıdır. Bu parkın əhəmiyyəti flora və faunasının zənginliyindən irəli gəlir. Bu otlaqlarda qara kərgədanlar, fillər, bəbirlər, hepardlar, çöl itləri, qırmızı sinəli ceyranlar və bufalolar, həmçinin şimal su hövzələrində çox müxtəlif növdə su quşları bu Milli Parkda yaşamaqdadır. Üstün təbii formalaşması və təbii həyat növləri səbəbiylə Park WHS elan edilmişdir. Parkda üç çay və Bonqo sıra dağları yerləşir. 1988-ci ildə Manova Qounda Sent-Floris Milli Parkı 475-ci üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
Florida
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Flüorit
Flüorit Ca F2 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İttroflüorit (17 %-dək Y2O3), seriumlu flüorit (15-%-dək Y2O3 və 18,5 %-dək Ce2O3), radioflüorit – radiumsaxlayan flüorit, xlorofan (pirosmaraqd) – yaşıl fosforessensiya edən flüorit. == Xassələri == Rəng – rəngsiz, sarı, bənövşəyi, yaşıl, mavi, göy, çəhrayı qarayadək; çox vaxt rəngi zonal və ləkəli olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; təmiz rəngsiz şəffaf kristalları optik flüorit adlanır; Sıxlıq – 3,1-3,2; Sərtlik – 4; Kövrəkdir; Ayrılma – {111} üzrə mükəmməl; Sınıqlar – pilləli, qabıqvarı; Lüminessensiya – flüoressensiya, fosforessensiya, termolüminessensiya, tribolüminessensiya; Bənövşəyi, mavi, yaşıl və qırmızı şüalanma səciyyəvidir; Başqa xassələr – bəzən pyezoxromatizm – təzyiq altında mineralın rənginin dəyişməsi təzahür edir; diamaqnitdir; Morfologiya – kristallar: heksaedrik, nadir hallarda oktaedrik, çox vaxt əyri üzlü; İkiləşmə: qarşılıqlı nüfuzetmə; çox vaxt {111} üzrə; Mineral aqreqatları: bütöv, sıx, torpaqvari (ratovkit), çubuqvari, radial-şüalı kütlələr, druzalar, pirit, qalenit, kalsit, barit və başqa minerallar üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində əmələ gəlir. Maqmatik flüorit bəzi intruziv və effuziv süxurların aksessor mineralıdır. Karbonatitlərdə, dağ bülluru saxlayan qranit peqmatitlərində qeyd edilir. Qreyzenlərdə geniş yayılmışdır. Bəzən isti bulaqların çöküntülərində və fumarolların fəaliyyətinin məhsulu kimi müşahidə edilir. Hidrotermal flüorit ən çox inkişaf etmişdir, adətən, polimineral damarlarda əlvan və nadir metal minerallarını müşayiət edir, bəzən isə, demək olar ki, monomineral damarlar təşkil edir.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Aruba florini
Aruba florini (Niderlandca: Arubaanse florijn; ISO 4217 : AWG) - 1986-cı ildən bəri Arubada istifadə edilən rəsmi pul vahididir. 1 Aruba florini təqribən 100 sentə bərabərdir. Aruba florini Aruba Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır.4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Aruba florini = 0.558659 ABŞ dolları.
Atakamanın florası
Dünyanın ən quraq səhrası olan Atakamanın florası (Çili) qeyri-sabit bitki örtüyü ilə xarakterizə olunur. Adətən El Nino fazaları ilə üst-üstə düşən nisbətən daha əlverişli yağışlı dövrün vaxt çərçivəsi ilə ciddi şəkildə məhdudlaşır. == Təsviri == Səhranın cənub yarımkürəsində yerləşdiyinə görə, Atakamada iqlim baharı sentyabr-noyabr ayları arasında, səhrada leysan yağışlarının baş verdiyi və quru çay yataqlarının müvəqqəti axınlarla dolduğu zaman baş verir. Bu zamanda yerli otların və xüsusilə uzun illər nəm ehtiyatı saxlaya bilən soğanlı bitkilərin sürətli, lakin qısa müddətli çiçəklənməsi başlayır. Bu fenomen çiçəklənən səhra adlanır. Aktiv bitki örtüyü yalnız nisbətən daha rütubətli illərdə baş verir. Çiçəkləmə həşəratların, quşların və kərtənkələlərin sürətli çoxalması dövrü ilə müşayiət olunur. Bu fenomen ən çox cənubda Vallenar şəhərindən şimalda Kopiapo şəhərinə qədər olan ərazidə özünü daha aydın göstərir və El Nino iqlim hadisəsinin ən çox təzahür etdiyi illərdə sentyabrdan noyabr ayına qədər həm sahilyanı, həm də Andyönlü səhra zonasına təsir göstərir. Belə illərdə yazda yağıntının miqdarı maksimum olur. Atakamada orta illik yağıntı 12,0 mm-dir.
Avstraliya florası
Avstraliya florası — Avstraliyanın hüdudları daxilində mövcud olan bitki örtüyü. Avstraliyanın üzvi aləmi uzun müddət başqa materiklərdən təcrid olunaraq inkişaf etmişdir. Odur ki, materikin florası yüksək dərəcədə endemikdir (75%-i) və ayrıca Avstraliya biocoğrafi sahəsinə ayrılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Australia's Virtual Herbarium What's its name?
Azərbaycan florası
Azərbaycan Respublikasının ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayrı sortlu bitki növü yayılmışdır. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir. Respublikada rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir. Azərbaycan Respublikası üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və s. göstərmək olar. Respublikada 240 endemik bitki növü mövcuddur. Azərbaycan florasının tərkibində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yaylımışdır.
Belarus florası
Belarusiya florası — Belarusiya florası, tarixən Belarusiya ərazisində inkişaf etmiş bitki növlərinin toplusudur. Belarusiya ərazisindəki iqlim, geomorfoloji və torpaq-hidroloji şərtlər heterogendir. Belarusiyanın müasir bitki örtüyündə təxminən 1600 yüksək bitki var. Bunlar arasında likopodiofita, at quyruğu (Equisetopsida), ferns (Pteridophyta), qymnosperms (Gymnospermae), anqiosperms (Magnoliophyta) var. Növlərin müxtəlifliyinə təxminən 1000 göbələk, 400 yosun daxildir. == Müasir floranın xüsusiyyətləri == Belarusiyanın müasir florası coğrafi və genetik olaraq dünyanın müxtəlif təbii və tarixi bölgələri, iqlim zonaları və qitələri ilə əlaqəlidir. Belarusiya florasında dağ Avropa növləri (dağ mayo (Arnica montana), dağ çinası (Lathyrus linifolius), ayı soğanı (Allium ursinum)), Arktik tundra növləri (lapar söyüd (Salix lapponum), cırtdan ağcaqayın (Betula nana) var. Belarusiyanın bitki örtüyünün xarakterik bir xüsusiyyəti, Qərbi Avropa və çöllərin yarpaqlı meşələrinin nümayəndələri olan çox sayda taiqa bitkisidir. Buzlaqlararası dövrlərin qorunan relikt bitkiləri dir. Çiçəkli bitkilər ailəsi növləri ilə zəngindir.
Belarusiya florası
Belarusiya florası — Belarusiya florası, tarixən Belarusiya ərazisində inkişaf etmiş bitki növlərinin toplusudur. Belarusiya ərazisindəki iqlim, geomorfoloji və torpaq-hidroloji şərtlər heterogendir. Belarusiyanın müasir bitki örtüyündə təxminən 1600 yüksək bitki var. Bunlar arasında likopodiofita, at quyruğu (Equisetopsida), ferns (Pteridophyta), qymnosperms (Gymnospermae), anqiosperms (Magnoliophyta) var. Növlərin müxtəlifliyinə təxminən 1000 göbələk, 400 yosun daxildir. == Müasir floranın xüsusiyyətləri == Belarusiyanın müasir florası coğrafi və genetik olaraq dünyanın müxtəlif təbii və tarixi bölgələri, iqlim zonaları və qitələri ilə əlaqəlidir. Belarusiya florasında dağ Avropa növləri (dağ mayo (Arnica montana), dağ çinası (Lathyrus linifolius), ayı soğanı (Allium ursinum)), Arktik tundra növləri (lapar söyüd (Salix lapponum), cırtdan ağcaqayın (Betula nana) var. Belarusiyanın bitki örtüyünün xarakterik bir xüsusiyyəti, Qərbi Avropa və çöllərin yarpaqlı meşələrinin nümayəndələri olan çox sayda taiqa bitkisidir. Buzlaqlararası dövrlərin qorunan relikt bitkiləri dir. Çiçəkli bitkilər ailəsi növləri ilə zəngindir.
Ceksonvill (Florida)
Ceksonvill (ing. Jacksonville) — ABŞ-nin Florida ştatında ən sıx əhalisi olan şəhər.
Cocoa, Florida
Kakao, Amerika Birləşmiş Ştatlarının Florida əyalətində olan və Brovard dairəsinin bir şəhərdir. 26 Noyabr 2009-cu il tarixində şəhərin əhalisi ümumilikdə 17.140 nəfər təşkil etmişdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya almaya görə, şəhər əhalisinin 16.412 nəfər, 6.939 ev və 4.232 ailə olduğu təyin olunmuşdur. Şəhərdəki əhali bölgüsü 64,0% Ağ, 33,0% Afro-Amerikalı, 0,1% Yerli Amerikalı, 1,2% Asiyalı və 0,6% digər xalqlardan ibarət olduğunu müəyyən etmişdir.
Daphne florida
Adi canavargiləsi (lat. Daphne mezereum) — canavargiləsi cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın meşə zonasında, Avropanın şimalında, Qərbi Sibirdə, Şimali Qafqazda, Zaqafqaziyada və Dağıstanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1,5 m, möhkəm gövdə və budaqlı, yarpağı tökülən, az budaqlanan koldur. Yarpaqları növbəli,qısa saplaqlı, tünd yaşıl, alt tərəfi göyümtül, kənarları tükcüklü, uzunsov, uzunluğu 3-8 sm, eni 1-2 sm-dir, əks lansetvari, sadə, kənarları bütöv, zoğların uclarında yerləşmişdir. Tumurcuqları növbəli, çoxsaylı, spiral formasında yerləşmiş pulcuqlu, haşiyəlidir, ucda olanların uzunluğu 5–7 mm -dir , yanda olanlar xırdadır. Çiçəkləri ikicinsli, çox vaxt çəhrayı, bəzən ağ və digər çalarlı, ətirli, balvericidir, əsasən keçən ilki tökülən yarpaqların qoltuqlarında, çılpaq zoğlarda dəstələrlə - iki-beş və ya tək oturur. Çiçək yanlığı sadə, dörd bölümlü, diametri 1-1,5 sm-dir, boruvari bitişmiş, ləçəkvari kasayarpaqlardan əmələ gəlmişdir. Çiçək tacı dörd ləçəklidir. Erkəkcikləri 8 ədəd oturaqdır.
Doral, Florida
Doral — ABŞ-nin Florida ştatındakı Mayami dairəsində yerləşən şəhərdir. 26 noyabr 2009 tarixində şəhərin əhalisinin 54116, metropoliya əhalisinin isə 5.422.000 nəfər olduğu bildirilmişdir. 6 iyun 1963-cü ildə qurulmuş və əməliyyat sahəsi Mərkəzi və Cənubi Amerika ilə Karib dənizi hövzəsini əhatə edən və Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin 11 Vahid Döyüş Komandanlığından biri olan ABŞ Cənub Komandanlığının (ing. United States Southern Command (USSOUTHCOM)) mərkəzi Doral şəhərində yerləşir. == Demoqrafiya == === 2010 siyahıyaalınması === 15 mart 2010-cu ildə aparılmış siyahıyaalmaya əsasən, şəhərin əhalisinin 29,358 nəfərdən, 3.105 evdən və 2.855 ailədən ibarət olduğu müəyyən edilmişdir. Şəhər əhalisinin bölgüsünün 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalılar, 0,05% Asiya mənşəlilər, 0,45% isə digər qruplardan ibarət olduğu müəyyən edilmişdir. === 2000 siyahıyaalınması === 1 aprel 2000-ci il tarixdə aparılmış siyahıyaalmaya əsasən, şəhər əhalisinin 8261 nəfərdən, 3.047 evdən və 2.404 ailədən ibarət olduğu müəyyənləşdirilmişdir. Şəhərin əhalisinin bölgüsündə 97,84% ağ, 0,10% Afro-Amerikalı, 0,25% yerli amerikalı, 0,05% Asiya mənşəli, 0.45% isə digər qruplardan ibarət olduğu olduğu müəyyən edilmişdir.
Florent Maluda
Floran Maluda (fr. Florent Malouda; d. 13 iyun 1980) — Çelsi tərəfindən Fransanın Lion komandadan transfer edilmiştir. Sürətli, texniki bacarıqlı və yaxşı zərbələr çıxaran bir futbolçudur.Fransa milli futbol komandası ilə 2006 FİFA Dünya Kubokunda oynadığı futbol ilə adamları heyran etdi.
Florian Albert
Florian Albert (15 sentyabr 1941[…] – 31 oktyabr 2011, Budapeşt) — Macarıstan milli komandasının və "Ferentsvaroş" klubunun sabiq futbolçusu. "Qızıl top" mükafatının sahibi (1967). == Karyerası == === Klub === Florian Albert bütün karyerasını "Ferentsvaroş" klubunda keçirib. === Milli === Yığmada 75 matçda 31 dəfə fərqlənən mərhum futbolçu 1962 və 1966-cı il dünya çempionatlarında, eləcə də 1960-cı il Yay Olimpiya Oyunlarında iştirak edib. == Uğurları == 4 dəfə ölkə çempionluğu qazanıb. Olimpiadada bürünc medal qazanıb. "Qızıl top" mükafatının sahibi olub (1967). == Xatirəsi == 2007-ci ildə "Ferentsvaroş"un stadionuna Albertin adı verilib. == Mənbə == "Qızıl top"un sahibi öldü.
Florian Faber
Florian Faber (5 oktyabr 1997) — İsveçrəli oxatan. Florian Faber İsveçrəni 2015-ci ildə XXXXVIII Dünya Oxatma Çempionatında təmsil etdi. == Karyerası == Florian Faber birinci dəfə Dünya çempionatına 2015-ci ildə qatıldı. O, Kopenhagendə baş tutan XXXXVIII Dünya Oxatma Çempionatında fərdi yarışlarda, təsnifat mərhələsində 132-ci yeri tutdu və 1/64 finala vəsiqə qazana bilmədi.
Florian Vellbrok
Florian Vellbrok (19 avqust 1997) — Almaniyalı üzgüçü. Florian Vellbrok Almaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Florian Vellbrok birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:23.88 saniyəlik nəticəsi ilə 32-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Florida (Çili)
Florida — Çilidə şəhər.
Florida Keys
Florida Keys, ABŞ-nin Florida əyalətində yerləşən bir qrup arxipelaqdır. Təxminən 1700 adadan ibarətdir. Floridanın 24 kilometr cənubundadır. Ən ucunda yerləşən Key West, Kubadan 140 kilometr məsafədədir. Florida Keys 23,5 ilə 25,5 enlik arasında yerləşir. Bu xüsusiyyətlərinə görə adalarda subtropik iqlim mövcuddur. Adaları "Overseas Highway" ("Xarici magistral") adlanan bir yol birləşdirir. == Əhalisi == Adaların əhalisi 2000-ci il siyahıyaalınmasında 79.535 olaraq müəyyən olunmuşdur. Bir kvadrat kilometrə 223,66 nəfər düşür. Əhalinin 32% -i Key Westdə yaşayır.
Florida Universiteti
Florida Universtiteti (İngiliscə: University of Florida), Amerika Birləşmiş Ştatlarının Florida Əyalətinin Gainesville Şəhərində yerləşən bir dövlət universitetidir. 8,2 kvadrat kilometrlik bir əraziyə uzanan universitet, həm tələbə sayısı baxımından həm də kampus böyüklüyü baxımından Amerikanın ən böyük universitetlərindən biri olmaq xüsusiyyətini daşıyır. Universitetdə təqiqat aparanlar popular enerji içkisi olan Gatoradei zənginləşdiriblər. Universitetin idman komandaları Gators adıyla Amerikadakı bir çox universitet ligasında mübarizə apararkən , Amerikan futbol komandaları uğurları ilə komandalarından bəhs etdirirlər.
Florida boğazı
Florida boğazı — Meksika körfəzi ilə Atlantik okeanı birləşdirir. Şimalda Florida yarımadası və Florida-Kis adalarını Kuba adasından ayırır. Uzunluğu 650 km, eni 150 km, orta dərinliyi isə 150 m təşkil edir. Boğaz ərazisindən Florida cərəyanı keçir. Boğaz ABŞ və Kuba arasında sərhəd təşkil edir.
Florida cərəyanı
Florida cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Amerikanın cənub-şərq sahillərindən hərəkət edir. Karib cərəyanının davamıdır. Şərqə doğru istiqamətlənərək Florida boğazından keçir. Bundan sonra Baham adaları sahillərinə yönəlir. Burada Antil cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını əmələ gətirir. Sürəti 1,8 m/s təşkil edir.
Florida puması
Florida puması (lat. Puma concolor coryi) — ABŞ-nin Florida ştatı üçün səciyyəvi olan və nəsilləri kəsilmək üzrə olan puma yarımnövü. == Haqqında == Pişikkimilər dəstəsinə aid olan və adını yaşadığı Florida ştatından alan bu puma növü ABŞ-nin şərqində yaşayan yeganə puma növüdür. 70-dən az çoxala bilən üzvə sahib olan Florida pumalarının sayı hazırda 87-dir. Florida puması ilk dəfə 1958-ci ildə Florida qanunlarında nəsli kəsilmək üzrə olan heyvan növü kimi qeydə alınmışdır. Ən böyük təbii düşməni Amerika alliqatoru və Amerika timsahıdır.
Florida qaraçöhrəsi
Florida qaraçöhrəsi (lat. Taxus floridana) — qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Florida yarımadası
Florida yarımadası (ing. Florida) — Şimali Amerikanın cənub-şərqində yerləşir. Ərazisinin böyük hissəsi Florida ştatını torpaqlarında yerləşir. Sahəsi 115 min km² təşkil edir. Şərqdə Atlantik okeanın, qərbdə isə Meksika körfəzi onun sahillərini yuyur. Kuba adasında onu Florida boğazı ayırır. Yarımada ərazisində ən hündür zirvə 99 m təşkil edir. Bu yaylada karst məşəlli təbiət abidələrinə rast gəlinir. Yarımadanıb şərq hissəsi nisbətən yüksəlmiş, qərb hissəsi isə nisbətən alçaqdır. Bu hissə laqun və Manqrov meşələri ilə zəngindir.