Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Haubitsa
Haubitsa (alm. haubitze‎, çex. houfnice, ilkin mənası — daş atmaq üçün silah (sapand)) — açıq və örtülü yerlərdəki (səngər, xəndək) hədəfləri, habelə səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı növü. 70°-dək yüksələn bucaq altında atəş aça bilər. Haubitsanın lüləsi topa nisbətən qısadır (20–30 kalibr), mərmisinin başlanğıc sürəti və təsir məsafəsi isə eyni kalibrli adi toplarınkından azdır.
Özüyeriyən haubitsa
Özüyeriyən haubitsa və ya Özüyeriyən Artilleriya Sistemi (SPG), başqa bir nəqliyyat vasitəsinin çəkmə gücünə ehtiyacı olmadan təkərli və ya tırtıllı şassi üzərində hərəkət edə bilən bir artilleriya növüdür. Bu termin həm özüyeriyən haubitsalar, həm də raket siniflərini əhatə edir. Bu nəqliyyat vasitələri, ümumiyyətlə, üstündə haubitsalar, minaatanlar, raket və ya idarəolunan raketlər daşıyan yüksək hərəkət qabiliyyəti olan tırtıllı nəqliyyat vasitələridir. Bu silahlar döyüş regionlarında uzun mənzilli olduqlarına görə lazım olan atəş qüvvəsini təmin edirlər. Keçmişdə özüyeriyən haubitsalar qrupuna hücum topları və tank məhv edənlər də daxil edilmişdilər. Bu ağır zirehli maşınlar əvvəlcə piyada birləşmələrini dəstəkləmək üçün istehsal edilmişdi və daha sonra tank əleyhinə silahlara çevrilmişdirlər. Modern dövrdə özüyeriyən haubitsa sistemləri görünüşü ilə tanka bənzəsə də, incə zirehlərinə görə yaxın döyüşə dəstək ola bilmirlər. Zirehləri heyəti yalnız yüngül atəşli silahlardan və ya qəlpə qırıntılarından qoruya bilər. Bir çoxunun piyadaların atəşinə qarşı pulemyotları vardır. Bu silahların ən böyük üstünlüyü, onları çəkməyə başqa bir vasitəyə ehtiyacı olmadan tapşırıq yerinə çox tez gedə bilmələridir.
Maritsa avtomagistralı
Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub. Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi. 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu. Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır. == Tikintisi == 2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu. Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı.
Maritsa çayı
Meriç çayı (bolq. Марица, yun. Εβρος, türk. Meriç ) — Yunanıstan ilə Türkiyə sərhədinin bir hissəsini əmələ gətirib Bolqarıstandan Türkiyəyə axaraq Egey dənizinə tökülən çay. == Xüsusiyyətləri == Balkan yarımadasındakı böyük çaylardandır. Plovdiv düzənlikdən Ədirnə şəhərini Qərbi Frakiyayı suladıqdan sonra Egey dənizinə tökülür.
203 mm Haubitsa M-1931 (B4)
B-4 203 mm-lik (8 düym) sovet istehsalı olan ağır sinifə məxsus haubitsasıdır . Haubitsin rəsmi adı 203 mm-lik haubitsa modeli 1931-dir (rus: 203-мм гаубица образца 1931 года (Б-4)).Bu haubitsa xüsusi ilə də şəhərlərdə baş vermiş olan toqquşmalar zamanı Nasist Almaniyasının ordusu hesab edilən Vermaxtın sığınacaqlarının və binalarının dağıdılmasında faydalı olmuşdur. Atış sürəti dəqiqədə 1 mərmi olub, maksimum atəş məsafəsi 18 km, lülənin qalxma bucağı isə 0° ilə 60° arası təşkil etmişdir.