Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Malus hopa
Alosa
Alosa (lat. Alosa) — siyənəkkimilər dəstəsinin siyənəklər fəsiləsinə aid balıq cinsi. Üst çənəsi çənəarası sümüklərdə kəsiklidir. Qarnının orta xətti boyunca kil pulcuqları uzanır.Quyruq üzgəcinin əsası yaxınlığında bir cüt uzanmış pulcuq vardır. Anal üzgəcin son süaları uzanmışdır. Fəqərələrinin sayı 43-49-dur.Bədənin hər iki tərəfində, qəlsəmə qapaqlarının gerisində tünd rəngli xal vardır. Bəzən bu xalların gerisində bir neçə xallardan əmələ gələn iri xallar da olur. Xəzər dənizində siyənəklərin 6 növü və bir çox yarımnövü, Azərbaycanın ərazi sularında isə 5 növü yaşayır. Alozalara şişqarın siyənəklərin 20-ədək növü daxildir. Uzunluğu 18 sm- dən 100 sm-ədək olur.
Aloya
Əzvay (lat. Aloe) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Quşqonmazçiçəklilər sırasının dərman əhəmiyyətli növlərindən biri də aloe (əzvay) bitkisidir. O, isti ölkələrdə geniş yayılmışdır. Ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloe uzun, yaşıl, lətli-şirəli, kənarları tikanlı yarpaqlara malik çoxillik sukkent bitkidir. Təbii halda ən çox Afrikanın cənub-şərq hissəsində, yarımsəhra yerlərdə yayılmışdır. Azərbaycanda Abşeron istixanalarında becərilir. Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Xalq təbabətində aloe şirəsini bal ilə qatıştırıb ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəısində istifadə edirlər.
FLOPS
FLOPS (həmçinin flops, flop/s) (ing. FLoating-point Operations Per Seconddən akronim, flops kimi tələffüz edilir) — kompüterlərin sürətini qiymətləndirmək üçün istifadə edilən ölçü vahidi. Hesablama sisteminin bir saniyədə neçə əməliyyat həyata keçirmə göstəricisidir. == Mənbə == TOP500 Рейтинг суперкомпьютеров TOP500 (ing.) The Performance Database Server Большая база данных производительности вычислительных систем (ing.) Roy Longbottom’s PC Benchmark Collection Arxivləşdirilib 2008-03-26 at the Wayback Machine Подборка тестовых программ для ПК (включая LINPACK) и результатов испытаний (ing.) История суперкомпьютеров (англ.
Flora
Flora — Azərbaycanda çox işlədilən qadın adı. Flora Kərimova — Azərbaycanın məşhur estrada və opera müğənnisi, Azərbaycanın xalq artisti (1992). Flora Xəlilzadə — azərbaycanlı jurnalist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Flora Qasımova — Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Flora Əliyeva — Azərbaycan Respublikasında 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi. Flora Əhmədova — Flora Əlimirzəyeva-Mustafayeva —Digər Flora (mifologiya) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Flora (botanika) — bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən vilayət, zona, rayon Flora və Zefir — fransız akademik rəssamı Vilyam Buqro tərəfindən 1875-ci ildə işlənmiş rəsm əsəri.
Hampa
Hampa (Tikantəpə)
Harpa
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Hiloba
Hiloba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Qusar rayonunun Hil kənd inzibati-ərazi vahidi tərkibindəki Hiloba kəndi Quxuroba kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Oykonim Hil (kənd adı) və oba komponentlərindən düzəlib, "Hil kəndinin obası, qışlağı" deməkdir. Kənd keçmişdə Hil kəndinə məxsus qışlaq yeri olmuşdur. Kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 476 nəfər əhali yaşayır.
Klapa
Klapa (xorv. Klapsko pjevanje) — Xorvatiyanın Dalmaçiya vilayətində ənənəvi a kapella oxuma forması. 2012-ci ildə klapa YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. == Haqqında == "Klapa" sözü "dostlar dəstəsi" kimi tərcümə olunur və onun kökləri sahilboyu kilsə oxumasına gedib çıxır. Ənənəvi klapa oxuması kilsə mərasimləri və sadə insanların gündəlik həyatı ilə bağlı olaraq, xorun köməyilə insanların daxili tələbatlarından yaranan ünsiyyətini səciyyələndirir. Adətən, bayram şəraitində kişilərdən ibarət heyət çıxış edir. Klapa mahnılarında bayram, sevgi, şərab, vətən və dəniz kimi mövzular daha əsasdır. Bu istiqamətin əsas elementləri harmoniya və ahəngdarlıqdır. Ritm isə çox nadir hallarda vacib hesab olunur. Vəziyyətdən asılı olaraq, mahnı şən və şövqlü, yaxud da kədərli və sirli ola bilər.
Malopa
Bəzi əlamətlərinə görə malopa əməköməciyə oxşayır.Buna görə bitki yunancadan tərcümədə Malope-"əməköməciyə oxşar" kimi tərcümə olunur.Bitkinin 3 məlum növündən dekorativ gülçülükdə ancaq M.trifida geniş istifadə edilir.Üçhissəli malopa (M.trifida Cav.) yabanı halda Şimali Afrikada vı İspaniyada bitir.Gülxətmi ilə oxşarlığına görə malopanı yay əməköməcisi adlandırırlar.Onun çiçəkləri çəhrayı ya da qırmızı rəngdə olur.Əsasən əməköməcinin iki bağ forması Qrandiflora və Qrandiflora preksos becərilir: Qrandiflora formasının hündürlüyü 1 m-dir.Çiçəkləri iri,al-qırmızı ya da çəhrayı rəngdədir.Qrandiflora preksos-formasının hündürlüyü isə 60 sm-dir.Gülləri əvvəlki növə nisbətən xırdadır,rəngi eynilə al-qırmızı və ya çəhrayıdır.Malopanın toxumlarını torpağa əkməklə çoxaldırlar,sıra ya da qrupla əkmək olar.Bitkilər arasındakı məsafə 25-30 sm olmalıdır.Malopadan dəstələrin düzəldilməsində istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Havpa
Havpa (sor. هاوپا, Hāwpā, hərf. eynitipli şəxs), həmçinin Kürd Milli Sosialist Partiyası (kurm. Partiya Sosyalîst a Neteweyî ya Kurdî, qısaca forma "PSNK") — İraq Kürdüstanında kürd neonasist və hökumət əleyhinə yeraltı hərəkat.Havpa 21 mart 2020-ci ildə Ərbildə gənc tələbələr tərəfindən Novruzun ilk günündə qurulmuşdur. Onların tez-tez vurğuladıqları təşkilatın əsas məqsədi Kürdüstanda yalnız etnik kürdlərin yaşaya bilməsidir. Havpa sionist işğal hökuməti konspirasiya nəzəriyyəsinə inanır, Kürdüstan Regional Hökumətinin hakim Bərzani və Təlabani ailələri kürd hökumətinin yəhudi işğalçıları olduğunu bildirir. "Instagram" və "Telegram" kimi müxtəlif onlayn platformalar vasitəsilə Havpa ərəblərin Kürdüstan bölgəsindən qovmaq, türkmanlar və aysorlara qarşı soyqırımı keçirmək ideyasını təbliğ etmək üçün kampaniya həyata keçirdi.Bundan əlavə, Havpa İraq Kürdüstanının hər yerində plakatlar nümayiş etdirərək fəallıq göstərir.
Lota lota
Lota lota (lat. Lota lota) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinin lotidae fəsiləsinin lota (balıq) cinsinə aid heyvan növü.
Hoğa
Üçbulaq – Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Füzuli rayonunun Hoğa kəndi Üçbulaq kəndi adlandırılmışdır. Kənd 1992-ci il martın 31-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 2020-ci ildə İkinci Qarabağ müharibəsinin gedişində işğaldan azad olunmuşdur. == Tarixi == Kəndin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Оsmanlı qaynağında Hоğa kəndi haqqında bilgi var. 1727-ci ilə bağlı qaynaqda yazılır: "Dizaq nahiyəsinə tabe оlan Hоğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinc əkirdilər. Baramaçılıqla ilgilənənlər də vardı.
Loda
Loda — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 218 nəfərdir. == Toponimiyası == Yerli əhali kəndin adını talış dilindəki lo (qarğa) və daidə (dərə) sözlərindən ibarət “qarğa dərəsi” mənası verən eyniadlı oronimlə bağlayır. Bəzi tədqiqatçılar da bu fikri təsdiq edirlər.
Lota
Lota — Çili şəhəri. Ərazisi 136 km². 49.089 nəfərdir (2002).
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
SOPA
Stop Online Piracy Act (SOPA və ya H.R. 3261) — 26 oktyabr 2011-ci ildə Lamar Smit və 12 nəfər həmmüəlliflər tərəfindən ABŞ-nin Nümayəndələr Palatasına təqdim olunmuş qanun layihəsidir. Qanun layihəsi Amerika hüquq-mühafizə orqanlarına İnternetin gizli kontinenetlərinə, müəllif hüquqları ilə qorunan intellektual mülkiyyətin ticarətinə və kontrafaktlara qarşı mübarizədə imkanlarını genişləndirir.
Alosa braschnikowi
Dolgin siyənəyi (lat. Alosa braschnikowi) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Orta və Cənubi Xəzərdə yayılıb. Buzaçi yarıçıxışının ətrafında və Prorva-Çilov dili adaları ətrafında da rast gəlinir. == Morfoloji əlamətləri == Digər siyənəklərlə müqayisədə iri olub uzunluğu 45-47 sm-ə çatır. Böyük ağzı vardır. Yuxarı çənə şaquli istiqamətdə gözün kənarlarına kimi uzanır. Dişləri yaxşı inkişaf edib. Belində 15-19 şüa üzgəci (ilk 3-4 şüa şaxəsizdir), anal 19-23 (ilk 3-4 şüa şaxəsizdir), yan xətt pulcuqlarının sayı 51-54-dür. Bədəni üstdən yaşıl rəngə çalır.
Alosa caspia
Alosa caspia (lat. Alosa caspia) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Xəzər dənizində geniş yayılıb. Aqraxan körfəzindən Ural və Embaya qədər olan sahədə kürü tökürlər. Azsulu illərdə Volqa deltasına girir və xeyli yuxarı qalxırlar. == Morfoloji əlamətləri == Qəlsəmə dişcikləri çoxsaylı (50-180), nazik, uzundur. Bel üzgəcində 13-15, anal üzgəcində 15-20 şüa vardır. Qəlsəmə qapaqları arasında başın hər iki tərəfində bir tünd ləkə vardır. Bu cür ləkələr bədənin yanlarında da mövcuddur. Çənələrində dişlər zəif inkişaf etmiş, nazikdir.
Alosa curensis
Alosa curensis (lat. Alosa curensis) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. Az saylı yerli (endemik) növdür. A.N.Svetavidov bu növü Alosa braschnikowii növünün yarımnövü kimi qeyd etmişdir. == Xarakterik morfoloji əlamətləri == Bədənin: bel tərəfi göy-yaşıl, yanları və qarnı ağ olur. Ağızda inkişaf etmiş dişlər vardır. Yetkin fərdlərin uzunluğu 11.0 – 24.5 sm, kütləsi 45 - 150 q-a qədər olur. == Yaşayış yeri və həyat tərzi == Xəzər dənizinin şortəhər yerlərində yaşayır, çoxalmaq üçün kürüsünü Kürağzı ərazilərə və Qızılağac körfəzində tökür. Orta ömrün uzunluğu 5 - 6 il olub, cinsi yetkinliyə 2 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir.
Alosa fallax
Alosa fallax (lat. Alosa fallax) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü.
Alosa kessleri
Alosa kessleri (lat. Alosa kessleri) — siyənəklər fəsiləsinin alosa cinsinə aid balıq növü. == Yayılması == Qarabel siyənək Xəzərin hər yerində yayılmışdır. Yazda dənizin hər yerində təsadüf edilir (Şimali Xəzərin ən şərq hissəsindən başqa). Qışı Cənubi Xəzərdə, İran sahillərində keçirib, yazda dənizin qərb sahilləri ilə şimala doğru hərəkət edir. == Morfoloji əlamətləri == D III–IV 12–16 (14,2), ümumi sayı 16–20 (18,2), A III 16–20 (18,1), ümumi sayı 19–23 (21,1)-dir. Qəlsəmə dişicikləri iri fərdlərdə yoğun və kobud, ucları qırıq və bəzən tamamilə qırıq olur. Kiçik fərdlərdə qəlsəmə dişicikləri nazik və nisbətən uzun olur. Dişləri yaxşı inkişaf etmişdir. Çənələri bərabər uzunluqda olur, bəzən alt çənə bir qədər önə çıxır və ön tərəfdə altda çıxıntı olur.
Alosa saposchnikowii
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
Alosa saposhnikowii
İrigöz şişqarın (lat. Alosa saposchnikowii) — siyənək cinsinin nümayəndəsidir. == Yayılması == Orta və Şimali Xəzərin qərb sahillərinə yaxın yayılmışlar. Cənubi Xəzərdə az miqdarda təsadüf olunur. == Morfoloji əlamətləri == Bədəni uzunsov-hündürdür. Bel üzgəcində 12–15, anal üzgəcində 15–21 şüa var, qəlsəmə dişcikləri seyrəkdir, uzun və kobuddur, sayı 27-dən 40-a qədərdir. Gözləri iri, dişləri möhkəmdir. Hər iki çənədə və xış sümüyündə yaxşı inkişaf etmiş dişlər vardır. Ən irisinin uzunluğu 35 sm-ə çatır, əksəriyyəti 14–21 sm uzunluqda olur, 8 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Daim dənizdə yaşayan irigöz şişqarına Xəzərin hər yerində təsadüf olunur.
Alosa sphaerocephala
Aqraxan siyənəyi (lat. Alosa sphaerocephala — Alosa cinsinə daxil olan balıq növü. Xəzər dənizinin endemik növüdür. Xəzər dənizinin şimal-şərq hissəsinin səth sularında (təxminən 3 m) yayılır. Şirin suya girmirlər. Kürüləmə mayın ortalarından iyun ayının sonuna qədər, suyun temperaturu 18-20 °C olduqda baş verir. Payız mövsümündə sonlarına cənuba doğru hərəkət edir. == Mənbə == Froese, Rainer, and Daniel Pauly, eds. (2006). "Alosa sphaerocephala" FishBase saytında.