LOPA
( Göyçay, Qazax, Şəki, Şəmkir)
1. məşəl (Göyçay, Qazax, Şəmkir). – Gəlin aparanda lopa aterıx; – At kişniyer, lopuyu yandır, görəx’ toylada nə var (Qazax)
2. alov (Şəki). – Lampanın lopası qırmızıdı
II
(Cəbrayıl, Xocavənd, Zəngilan)
evin üstünə döşəmək üçün yonulmuş ağac. – Lopa palıt və qoz ağaşdarınnan daha yaxşı olur (Cəbrayıl)
III
(İrəvan)
sabun bişirilərkən çıxan qalıq, çöküntü, tullantı. – Bir para adamlar lopanı sabun əvəzinə işdədillər
IV
(Kürdəmir)
hissə, topa, parça. – Bir lopa qar gəti
V
(Şuşa)
ot topası
VI
(Ağdam)
manqalda yandırmaq üçün yumrulanmış kömür xəkəsi. – Bir kisə xəkə alıf lopa qayıtdırdım