1. Toyuq, qartal; qırqovul və bəzi başqa quşların bir və ya ikiillik xoruzu.
Qoca qartal dağ başında qərar tutub, hər səhər; Uçurduğu çolpaları bu minvalla seyr edər.
Xanpəri o gün işə çıxmayıb, iki çolpa kəsdirmiş, bir qazan zəfəranlı plov bişirmişdi.
2. Həmin xoruzun bütöv şəkildə qızardılmışı.
Tapdıq çolpanın ikinci budunu da dişinə çəkdi…
[Arvad] qazmağı bir boşqaba, çolpaları da ayrı boşqaba qoyub süfrəyə gətirdi.
3. məc. zar. Uşaq.
[Qurban:] Pah atonnan, ay Telli, belə getsə sənin bu çolpan böyük alim olacaq.