Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konotop
Konotop (ukr. Конотоп) — Ukraynanın şimalındakı Sumı vilayətində yerləşən şəhər, eyniadlı rayonun idarəetmə mərkəzi. Konotop şəhəri Sumıdan 129 km məsafədə yerləşir. Şəhər ərazisində Konotop aerodromu yerləşir. == Tarix == Bu ərazidə ilk dəfə olaraq XVII əsrin əvvəllərində kazaklar məskən salmışlar. Yaşayış məntəqəsinin adına ilk dəfə 1634-ci ildə müxtəlif mənbələrdə Novoselitsa olaraq rast gəlinmişdir. 1642-ci ildə polyaklar burada qala tikmiş və həmin qalanı bu ərazinin yaxınlığından keçən çayın adı ilə Konotopka adlandırmışlar. Bu qala sonralar Moskva dövlətinə qarşı mübarizədə istehkam vasitəsi olaraq mühüm rol oynamışdır. 1659-cu ildə şəhərin yaxınlığında baş tutan Konotop döyüşü zamanı İvan Vıqovskinin rəhbərliyi altında olan kazaklar (polyaklar və krım tatarları ilə birlikdə) Çar Rusiyası qoşunlarını məğlubiyyətə uğratmışdır. 1782-ci ildə Konotop şəhər statusu almışdır.