Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Havuş
Havuş (əvvəlki adı: Avuş) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibindəki Avuş kəndi Havuş kəndi adlandırılmış, Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Şavun
Şavun-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şavun-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Avun
Avun — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Avun kəndi Çay Üzü kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Urakəran kəndi mərkəz olmaqla Urakəran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi adını ərazidəki eyniadlı çaydan almışdır. Toponim yerli əhalinin dilində Ovun kimi tələffüz edilir. Tədqiqatçıların bir qisminə görə, hidronim talış dilindəki ov (su) sözündən və həm məkan, həm də cəmlik bildirən -on şəkilçisindən ibarət olub, "sulu yer" deməkdir. Tədqiqatçıların digər qismi isə bu toponimi "ov, ovlaq" kimi izah edir. Əslində türk dillərində avun "sakitləşdirən, təsəlli verən, ovudan", "ram olan, sakitləşən" deməkdir. Deməli, Avun hidronimini "sakit çay" kimi qəbul etmək daha məqsədəuyğundur. Toponimikada Amur çayının adı da eyni məna ilə açıqlanır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Viləşçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Hamun gölü
Hamun gölü və ya Hamun vahəsi — Əfqanıstan-İran sərhədindəki Sistan bölgəsində yerləşən Sistan qapalı hövzəsindəki göl və bataqlı ərazi. İranda Sistan gölü olaraq da tanınır. Hamun yazda yaxınlıqdakı dağlarda qar əriməsinin nəticəsində İranın cənub-şərqindəki səhralarda və Əfqanıstan ilə Pakistanın ona bitişik ərazilərində adətən mövsümi xarakter daşıyan dayaz göllərə aid ümumi termindir. Hamun çoxlu mövsümi su qolları ilə qidalanır. Əsas qolu Əfqanıstandakı Hindikuş dağlarından başlanan çoxillik Helmand çayıdır. Müasir dövrdə kənd təsərrüfatının suvarılması üçün bəndlərin inşasından əvvəl daşqınlar daha böyük göllər meydana gətirərdi.
Harun Alqayev
Harun Məhəmməd oğlu Alqayev (14 iyul 1992; Balakən rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Harun Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində İ. Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Harun Alqayev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2015-2016-cı illərdə Taqım Komandirinin müavini, 2016-cı ildən isə Taqım Komandiri vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Harun Alqayev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Harun Batukayev
Harun Mahmudoviç Batukayev (23 sentyabr 1914, Qroznı, Terek vilayəti – 1999) — ilk peşəkar çeçen rejissoru, Çeçen-İnquş Dram Teatrının baş rejissoru, Cambul şəhərində Rus Regional Dram Teatrının qurucusu, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti. == Həyatı == Harun Batukayev 23 sentyabr 1914-cü ildə Staraya Sunjada tacir ailəsində anadan olub. İbtidai sinif müəllimləri kurslarını bitirmişdir. Şali kəndində kənd müəllimi olaraq çalışmışdır.Batukayev məktəbdə dram dərnəyi yaratmışdır. Bu dərnəyin uşaqları daim hər cür incəsənət yarışmalarında qalib gəlirdilər. Onda həvəskar rejissor istedadı görüldü və Proletbat klubuna rəhbərlik etmək üçün Qroznıya dəvət edildi. Batukayev tamaşaların mətnlərini və ssenarilərini özü yazıb, səhnədə quruluş vermişdir. Tədricən onun rəhbərlik etdiyi klub populyarlaşdı.Batukayevin potensialını görən şəhər rəhbərliyi onu Moskvaya oxumağa göndərdi. O, 1936-cı ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirdi. == Peşəkar karyerasının başlanması == Qroznıya qayıdaraq Çeçenistan Dövlət Dram Teatrının direktoru oldu.
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. == Bioqrafiyası == Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.
Harun Tazıyev
Harun Tazıyev (11 may 1914[…], Varşava, Rusiya imperiyası – 2 fevral 1998, Parisin 4-cü rayonu[d], Paris, Fransa) — tatar əsilli fransız vulkan alimi və geoloq. Vulkan partlayışları və lava axıntıları haqqında çox sayda məşhur sənədli filmin və vulkanlar haqqında çox sayda kitabın yazıçısıdır. == Həyatı == O dövrdə Rusiya imperiyası sərhədləri daxilində yer alan Varşavada anadan olmuşdur. Atası tatar əsilli həkim, anası isə rus əsilli kimyaçı və politologiya üzrə doktor dərəcəsinə sahib şəxsdir. Haroun Tazıyevin anası Zenitta Klupta (1886-1984), Dvinskdə bir yəhudi həkim atası İllias Klupt və ortodoks xristian anadan, Dvinsk qalasının qubernatoru Sawa Philipoviçin qızı Sophie Arianoff von Arian, uşaqları Arianoff adını aldı. Zénitta Illiassovna Tazieva təbiət elmləri və kimya üzrə doktor idi və Sərbəst Brüssel Universitetini siyasi elmlər üzrə bitirmişdir. Brüsseldə gənc rus tələbələr Zénitta və Sabirlə görüşdü. 1906-cı ildə orada evləndilər. Onların ilk övladı Salvator vardı, yalnız iki ay yaşayırdılar. Məhz 1913-cü ildə Rusiyaya qayıtdılar.
Harun Tletseruk
Harun Tletseruk (d. 1879, Osmanlı imperiyası, Düzcə - ö. 7 dekabr 1938, Türkiyə Respublikası, Düzcə) — Tletseruk ailəsinə mənsub Adıgey əsilli maarifçi və yazıçı. == Həyatı == Harun Tletseruk 1864-cü ildə Çərkəz sürgünü zamanı Şimali Qafqazdan Osmanlı imperiyasına köç edən Hacı Yusif bəyin oğludur. Təhsilini Düzcədə və İstanbul Fateh Mədrəsəsində tamamlamışdır. == Fəaliyyəti == Harun İstanbulda müəllimlik etmişdir. 1908-ci ildə Çərkəz İttihad və Təavün Cəmiyyətinin üzvləri arasında yer alaraq mühüm vəzifələrdə çalışmışdır. Ərəb hərfləri ilə Adıge dilində hazırladığı əsər İstanbul İttihad və Təavün Cəmiyyətinin nəşrləri arasında yayımlanmışdır. 1911-ci ildə bəzi çərkəz ziyalıların formalaşdırdığı qrupla Qafqaza getmişdir. Ərəb hərfləri ilə adıgecə əlifba hazırlayıb nəşr etdirmişdir.
Harun Təkin
Harun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Harun Yəhya
Adnan Oktar (2 fevral 1956, Ankara; təxəllüsü: Harun Yəhya, türk. Harun Yahya) — Türkiyədə Adnan xoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi. == Həyatı == Adnan Oktar 1956-cı il fevralın 2-də Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Atası Yusif Oktar Arslan, anası isə Mədiha Oktar Aslanoğludur. === Təhsili === Orta təhsilini Ankarada bitirir. 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Universiteti incəsənət fakültəsinə daxil olur. == Elmi-dini fəaliyyəti == Düşünülür ki hələ universitetdə oxuyarkən elmi-dini fəaliyyətlə məşğul olmağa başlamış və təkamül, materiyalizm, komunizm, massonluq, sionizm kimi ateist fəlsəfi nəzəriyyələrinə qarşı çıxmış və bu sahələrə qarşı, əksfikirli əsərlər yazmağa başlamışdır. Bundan başqa yazıçı dini mövzulu: Quran və Mehdiçilik mövzusunda da kitablar yazmışdır.
Harun islamda
Harun (ərəb. هارون‎; ivr. ‏אַהֲרֹן‏‎) — Quranda adı çəkilən peyğəmbər; Musa peyğəmbərin (s.a.s) böyük qardaşı. Qurani-Kərimdə bu barədə qeyd olunur: "Və öz mərhəmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ona bəxş etdik."Allah Musanı peyğəmbər seçdiyini və onu Fironun yanına getməsini əmr etdikdə, Musa dedi: ""Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir, dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver - qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək və Səni çox zikr edək (daim yada salıb şükür-səna edək).
Harun peyğəmbər
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Harun Əfəndi
Harun Osman Osmanoğlu (22 yanvar 1932, Dəməşq) — Osmanlı sülaləsinin on birinci rəisi və Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Harun Əfəndi 1932-ci ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Harun atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, doğumundan dərhal sonra atası siyasi mübarizəylə bağlı Hindistana səfərə çıxmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Fərzad xanımla evləndi və bu evlilikdən 3 övladı dünyaya gəldi. Orxan Osmanoğlu (d. 25 avqust 1963, Dəməşq) — 22 dekabr 1985-ci ildə Nuran Yıldızla evləndi və 4 övladı oldu.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Havuş (dəqiqləşdirmə)
Havuş — Azərbaycanın Şərur rayonunda kənd. Yeni Havuş — Azərbaycanın Şərur rayonunda kənd. Havuş piri — Şərur rayonunun eyni adlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Havuş dağı- Azərbaycanın Şərur rayonunda dağ. Havuş qız qalası - Şərur rayonunda abidə.
Havuş dağı
Havuş — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayrıcında, Havuşçayın sağ sahilində, Havuş kəndindən təqribən 800 m şimal-qərbdə dağ (hünd. 2338,0 m). Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş, şimal-şərq yamacı sıldırımlı günbəzvarı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında izlənilən Havuşçay üstəgəlməsinin şimal-qərb asılı qanadındakı Havuş antiklinalının şimal-qərb qanadında yerləşir. Zirvə hissəsi və yamaclarında çoxsaylı şimal-qərb və şimal-şərq istiqamətli fay-yerdəyişmə və əks-fay qırılmaları izlənilir.
Havuş mədəni
Havuş mədəni — Şərur rayonunun Havuş kəndinin içərisində tarixi abidə. Hаvuş mədən istismаr yеri. Еyniаdlı kəndin içərisində dərin dərədədir. Hаvuşçаyın sоl sаhilində Dərələyəz sırа dаğlаrının ətəklərində yеrləşmişdir. Yеrаltı filizçıхаrmа məntəqəsində təmizləmə işləri аpаrılmış, Оrtа əsrlərə аid kеrаmikа məmulаtı аşkаr еdilmişdir. Filizin аnаlizi göstərmişdir ki, Hаvuş mədən istismаr yеrindən əsаsən qurğuşun çıхаrılmışdır. Lаkin filizin tərkibində digər qаrışıqlаr dа оlmuşdur . == İstinadlar == == Mənbə == “Naxçıvan abidələri ensiklopediyası”, Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 154.
Havuş piri
Havuş piri — Şərur rayonunun eyniadlı kəndinin şimal-şətq qurtaracağında, sıldırım qayalar arasında ziyarətgah. Dərinliyi 15 m-dən artıqdır. Eni 3, bəzi yerlərdə 4 m-dir. Giriş hissəsi tağvarı formadadır. İçərisində cızma və qazma üsulu ilə həkk edilmiş əli nizəli döyüşçü rəsmləri var. Mağarada 1x1 m ölçüdə təmizləmə işi aparılmış, 40 sm dərinlikdə insan skeletləri aşkar edilmiş, 1 m dərinlikdən iti uclu qara rəngli silah sınığı tapılmışdır. Qədim insan məskəni olması ehtimal edilən mağaranın pirə çevrilməsi əcdadlara və onların ruhlarına olan inamlarla bağlıdır. Buradakı tək armud ağacından da pir kimi istifadə edilir; övladı olmayan qadınlar ağacın budaqlarından nənni asır və arzularını diləyirlər. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.155.
Havuş qəbiristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Havuş qəbristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Katolikos Harun
Katolikos Harun — Albaniyanın XXVIII katolikosu.
Yeni Havuş
Yeni Havuş — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kənd inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Yeni Havuş kəndi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Yeni Havuş kəndi Axura kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Havuş kəndi mərkəz olmaqla, Havuş kənd inzibati ərazi dairəsi yaradılmışdır.