DAVAN

I
(Mingəçevir, Şəki)
araba təkərində şin geydirilən qövsvari ağac hissə. – Arava:n davanı sınıtdı (Şəki); – Hər davana iki diş düşür (Mingəçevir)
II
(Basarkeçər, Başkeçid, Qazax, Tovuz)
bax daban I. – Hasan dayı, də:rmanın davannı endir, unu umşağ üyüssün (Qazax); – Də:rmanın davanın qaldır iri eləsin, endir yumşax üyütsün (Başkeçid)
III
(Mingəçevir, Şəki)
bax daban II
◊ Davan yarpağı (Çənbərək, Füzuli, Oğuz) – 1. tütün bitkisinin ilk yarpağı (Oğuz, Çənbərək). – Dünən öz sahəmin davan yarpağını yığmışam (Çənbərək); 2. baramaqurduna verilən ilk xırda yarpaq (Füzuli). – Mürüncüyə əvvəlcə davan yarpağı verrix’
DAVALLAX
DAVANA