Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kseniya Sankoviç
Kseniya Andreyevna Sankoviç (27 iyul 1990; Minsk, Belorusiya SSR, SSRİ) — Belarusu təmsil edən bədii gimnast. Kseniya Sankoviç 2008 və 2012-ci illərdə Belarusu Olimpiya oyunlarında təmsil edib. == Karyerası == Kseniya Sankoviç 2008-ci ildə Belarus bayrağı altında Çinin paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Qlafira Martinoviç, Anastasiya İvankova, Zinaida Lunina, Olesya Babuşkina və Alina Tumiloviç ilə birgə finalda 34.900 xal toplayaraq 3-cü yeri tutub və Olimpiya oyunlarının bürünc medalını qazanıb. Kseniya Sankoviç növbəti dəfə Olimpiya oyunlarına 2012-ci ildə Böyük Britaniyanın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. O, qrup yarışlarında komanda yoldaşları Marina Qançarova, Nataliya Leşçik, Aleksandra Narkeviç, Anastasiya İvankova və Alina Tumiloviç ilə birgə finalda 55.500 xal toplayaraq 2-ci yeri tutub və Olimpiya oyunlarının gümüş medalını qazanıb.
Sadovıy (Xaybulla)
Sadovıy kəndi (başq. Садовый) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Akyar kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Sadovıy kəndinin milli tərkibi: başqırdlar 77 % Məsafələr: rayon mərkəzindən (Akyar): 6 km., kənd sovetliyindən (Akyar): 6 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 64 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.