Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sekst Empirik
Sekstus Emprikus (yun. Σέξτος Εμπειρικός, 160-210) —skeptisizmin Roma dövrünün ən tanınmış nümayəndəsi, bu məktəbin ənənələrinin davamçısı. İskəndəriyyə, Afina və Romada yaşamışdı. Sekstus Emprikus ixtisasca həkim idi. O, “Pirron müddəaları” (yun. Πυῤῥώνειοι ὑποτύπωσεις) və “Riyaziyyatçılara qarşı” (yun. Πρὸς μαθηματικούς) kimi bir neçə kitabın müəllifi idi. Bu kitablarda o şübhəçiliyin tarixi, əsasları və nəzəriyyəsini vermişdir. Sekstus Emprikus skeptik baxışlarını tibb elmi ilə əlaqələndirirdi. O həm də, skeptisizmi başqa fəlsəfi məktəblərin təlimlərindən ayırır, onlarla qarışmağa qarşı çıxırdı.