Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sesar (departament)
Sesar (isp. Departamento del Cesar) — Kolumbiyanın departamentlərindən biri, Karib bölgəsinin şimal hissəsində yerləşir. Sesar departamenti şimalda Quaxira, qərbdə Maqdalena və Bolivar, cənubda Santander, cənubi-şərqdə Şimali Santander və şərqdə Venesuela ilə sərhəddə yerləşir.
Sesar Azpilikueta
Sesar Azpilikueta Tanqo (28 avqust 1989[…])- İspaniyalı futbolçu. Cinah müdafiəçisi kimi çıxış edir.
Sesar Qaviria
César Augusto Gaviria Trujillo (d. 31 mart, 1947) iqtisadçı və Kolumbiyalı siyasətçi. 1990-1994-cü illərdə Kolumbiya prezidenti olmuşdur. 1994-2004-cü illərdə Amerika Dövlətləri Təşkilatı baş katibi, 2005-2009-cu illərdə Kolumbiya Liberal Partıyası sədri olmuşdur. == Həyatı == Pereyrada anadan olan Gaviria ailəsi 30 ildən artıqdır ki, Kolumbiya siyasətində və iqtisadiyyatında mühüm fiqur olub. Sezar Qaviriya 1988-1997-ci illərdə Bancolombia-nın baş direktoru olmuş Xose Narces Qaviriyanın uzaq əmisi oğludur. Xose N. Qaviriya Sezar Qaviriyanı erkən uşaqlıqda Kolumbiya Konqresinə namizəd olmağa təşviq etmişdir. O, ilk dəfə 1974-cü ildə Konqresə seçilib. O, Virgilio Barko hökumətində əvvəlcə maliyyə naziri, sonra isə daxili işlər naziri vəzifələrində çalışıb. Tələbə ikən Qaviriya AFS Mədəniyyətlərarası Proqramları ilə ABŞ-da mübadilə tələbəsi olaraq bir il keçirdi.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur.Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir. Setar bir çox şərq xalqları, o cümlədən hindlilər arasında geniş yayılmışdır.
Beşar vilayəti
Beşar vilayəti — == Ərazisi == Beşar vilayətinin ərazisi 162 200 km2-dır. Beşar vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Beşar vilayətinin əhalisi 270 062 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bəşar (şəhər)
Bəşar (ərəb. بشار‎)‎ — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafiya == Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir. Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır. == Əhali == 2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir; 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir. Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).
Bəşar vilayəti
Beşar vilayəti — == Ərazisi == Beşar vilayətinin ərazisi 162 200 km2-dır. Beşar vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Beşar vilayətinin əhalisi 270 062 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bəşar Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Hüma Sərşar
Hüma Sərşar-İran yəhudilərindən olan və 1979-cu il İran İslam İnqilabından sonra ABŞ da sakin olan yazıçı və jurnalist.
Kesar kəsiyi
Sezar kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz sezar kəsiyi ilə dünyaya gəlmişdir. == Tarixçəsi == Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Sevar xan
Sevar xan (bolq. Севар; VII əsr – 753) — Bulqar xanı. 721-737 yaxud 738-753 illərində hökmdarlıq etmişdir. == Hakimiyyəti == Bizans qaynaqlarının onun haqqında söz açmamasının səbəbi olaraq hakimiyyətinin sülh içində keçməsi qeyd olunur. 17-ci əsr mənbəsi Cəğfər Tarixinə əsasən Kermek adlı övladı olmuş, onun da Toktu xan və Kardam xan adlı hökmdar övladları olmuşdur. == Toponimlər == Antarktikada Livinqston adasında Sevar nöqtəsi onun şərəfinə adlanmışdır.
Sezar (titul)
Sezar və ya qeysər (lat. Cæsar, yun. καισαρ — kaisar, ər. qeysər — قيصر) — Roma imperatorlarının titul adıdır. Sezar əslində Romalı dövlət adamı Qay Yuli Sezarın ləqəbidir (lat. cognomen — qondarma ad və ya ləqəb deməkdir). Ondan sonra gələn imperatorlar sezar sözünü adlarına əlavə etmişlər. Daha sonralar xüsusən tetrarxiya zamanında bu titul cavan imperatorlara verilmişdir ki, bu da Avqust ilə müqayisədə hakimiyyət məhduddiyətinə malik olması ilə fərqlənir.
Sezar Frank
Sezar Frank (César Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 10 dekabr 1822[…], Lyej, Niderland birləşmiş krallığı[d] – 8 noyabr 1890[…], Paris, Fransa) — Belçika əsilli Fransa bəstəkarı və orqanisti.
Sezar Romero
Sesar Xulio Romero (ing. Cesar Julio Romero; 15 fevral 1907, Nyu-York, Nyu-York ştatı, ABŞ - 1 yanvar 1994, Santa Monika, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Sezar Sampson
Sezar Sampson (alm. Cesár Sampson‎; d. 18 avqust 1983, Linz, Avstriya) — Avstriya müğənnisi, bəstəkarı və modeli. O, "Nobody but You" mahnısı ilə Avstriyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Sezar Sampson 18 avqust 1983-cü ildə Avstriyanın Linz şəhərində anadan olmuşdur. O illərlə sosial işçi olaraq fəaliyyət göstərmişdir. Musiqi sahəsində isə Sezar Symphonix International musiqi birləşməsinin üzvü olaraq çalışır. == Avroviziya Mahnı Müsabiqəsi == Sezar Sampson 2016 və 2017-ci illərdə Bolqarıstanın Avroviziya təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. 5 dekabr 2017-ci il tarixində Avstriyanın ÖRF telekanalı Sezar Sampsonun "Nobody but You" mahnısı ilə Avstriyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyini elan etmişdir. Mahnının bəstəkarları Boris Milanov və Sebastian eyni zamanda Bolqarıstana Avroviziyada iki il ard-arda yüksək nəticələr qazandırmışdırlar.
Sezar amanitası
Amanita caesarea (lat. Amanita caesarea) — fungi aləminin basidiomycota şöbəsinin agaricomycetes sinfinin agaricales dəstəsinin amanitaceae fəsiləsinin amanita cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Qısa morfoloji təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir.
Sezar kəsiyi
Sezar kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz sezar kəsiyi ilə dünyaya gəlmişdir. == Tarixçəsi == Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Sezar mükafatı
"Sezar" (fr. César) — 3 aprel 1976-ci ildə təsis edilmiş Fransanın film mükafatlarıdır. Namizədlər "Académie des Arts et Techniques du Cinéma" üzvləri tərəfindən təyin olunar. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur. Mükafatın adı Fransız heykəltaraş Sezar Baldaççinidən (1921-1998) götürülmüşdür.
Sezar salatı
Sezar salatı – məşhur salat növü.
Sezar şifrəsi
Sezar şifrəsi — dünyada ən qədim bəlli olan şifrələrdən biridir. Məşhur Roma sərkərdəsi Yuli Sezar öz yazışmalarında indi onun adını daşıyan şifrdən istifadə edirdi. Adi latın əlifba yazılırdı, sonra onun altında həmin əlifba, lakin sola hərf dövri sürüşmə ilə yazılırdı. Sezar şifrəsini yerini dəişmə (əvəz etmə) şifrə kimi təsnif etmək olur. Şifrənin mükəmməlləşdirilmiş formasına Vijiner şifrəsi deyilir. Müasir kriptoqrafiyada Sezar şifrəsi dözümsüz kimi sayılır. == Riyazi reallaşdırılma == y = ( x + k ) m o d n {\displaystyle y=(x+k)\ mod\ n} x = ( y + n − ( k m o d n ) ) m o d n {\displaystyle x=(y+n-(k\ mod\ n))\ mod\ n} x {\displaystyle ~x} — açıq tekstin simvolu, y {\displaystyle ~y} — şifrələnmiş tekstin simvolu, n {\displaystyle ~n} — əlifbanın gücü, k {\displaystyle ~k} — açar. == Misal == Fərz edək ki k = 4 {\displaystyle k=4} . Onda "V" hərifi yerini dəişərək "A" hərifi olacak: Əsas əlifba: ABCÇDEƏFGĞHXIİJKQLMNOÖPRSŞTUÜVYZ Şifrələnmiş: ÇDEƏFGĞHXIİJKQLMNOÖPRSŞTUÜVYZABC Mətn: vikipediya açıq ensiklopediya Şifrələnmiş mətn: aqmqşgfqbç çəkn gpuqmorşgfqbç == Ədəbiyyat == David Kahn, The Codebreakers — The Story of Secret Writing, 1967. ISBN 0-684-83130-9.
Sisar (Sərdəşt)
Sisar (fars. سي سر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 915 nəfər yaşayır (146 ailə).
Steven Sisar
Steven Sisar (9 sentyabr 1986) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Steven Sisar ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Steven Sisar 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.436 saniyəlik nəticəsi ilə 63-cü yeri tutdu.
Səvar (Bünab)
Səvar (fars. صور‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (52 ailə).