ƏŞ
ƏŞƏDD
OBASTAN VİKİ
Əbu Musa əl-Əşari
Əbu Musa Abdullah ibn Qeys bin Süleym əl-Əşari (d.? - ö. 662)— Həkəm vəqasında Həzrət Əlini təmsil edən fəqih səhabə. Yəmənin Zəbid şəhərində oturan, əxlaq və məziyətləri Həzrət Peyğəmbər tərəfindən öyülən Əşar qəbiləsindəndir. Anası Zabyə (Tufyə) bint Vəhb Mədinəyə hicrət edib orada vəfat edən səhabədəndir. Həzrət Peyğəmbərin xalqı İslama dəvət etdiyi duyulunca Əbu Musa ilə iki qardaşının da aralarında olduğu əlli iki nəfərlik bir heyət onun yanına getmək üzrə bir gəmiyə mindi; fəqət gəmi pis hava şərtləri üzündən Həbəşistana sürükləndi. Heyət mənsubları, Cəfər ibn Əbu Talib və yoldaşlarının orada olduğunu öyrənincə bir müddət Həbəşistanda qaldılar.628-ci ildə Xeybərin fəthi sırasında Həbəşistandakı müsəlmanlarla birlikdə Mədinəyə döndülər və Həzrət Peyğəmbərin Xeybərdə olduğunu öyrənincə oraya getdilər. Ələ keçən qənimətdən onlara pay verən Rəsul-i Əkrəm, həm Həbəşistana, həm də Mədinəyə hicrət etmələri səbəbiylə iki hicrət səvabı aldıqlarını söyləyərək onları təbrik etdi;. Əbu Musanın müsəlman olmasıyla ilgili bilgi verən bəzi qaynaqlar isə onun Məkkədə İslamiyəti qəbul edərək məmləkətinə döndüyünü və daha sonra müsəlman olan Əşarilərlə birlikdə Cəfər ibn Əbu Talib və yoldaşlarının Həbəşistandan döndükləri tarixdə Mədinəyə getdiklərini, dolayısıyla Həbəşistana hicrət etmədiklərini qeyd edir. Əbu Musa Xeybərin fəthindən sonra aparılan qəzvə və səriyyələrə qatıldı.
Əşareyi-Mübəşşirədəndir
Əşareyi-Mübəşşirə (ərəb. العشرة المبشرون بالجنة‎) — İslam termini olub, Məhəmməd peyğəmbər tərəfindən sağlığında Cənnət-lə müjdələnmiş (Cənnətə girəcəkləri Allah tərəfindən vəd edilmiş) on nəfər üçün istifadə edilən ifadə. Hamısının ilk müsəlmanlardan olmaları İslamı və İslam Peyğəmbərini axıra qədər qoruyacaqlarına Hudeybiyyə günündə söz vermiş olmaları Əbu Bəkr Ömər ibn Xəttab Osman ibn Əffan Əli ibn Əbu Talib Təlhə ibn Ubeydullah Zübeyr ibn Əvvam Əbdurrəhman ibn Ovf Səd ibn Əbu Vəqqas Səid ibn Zeyd Əbu Übeydə ibn Cərrah Əhməd ibn Hənbəl, 1-ci cild, səh.
Əşareyi-Mübəşşirə

Digər lüğətlərdə