Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sikkə
Sikkə — metaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır. Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər. == Etiomologiya == Sikkə sözu ərəb mənşəli sözdur. Dilimizə ərəb işğalından sonra keçmişdir. == Tarix == İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur.
Bilon sikkə
Bilon sikkə — natamam qiymətli xırda metal pul. Bilon sikkənin nominal dəyəri ibarət olduğu metalın və kəsilməsinə xərclənən xərcin dəyərindən yüksək olur; bu fərq dövlət büdcəsinə sikkə gəliri kimi daxil edilir. Bilon sikkə qızılın əvəzedicisi və nəticə etibarilə dəyər nişanıdır.
Sikkə çevrəsi
Sikkə çevrəsi — sikkə, dairəvi jetonlar, medallar və s. kənarı. Sikkə çevrələri adətən tərtib edilmiş olurlar. Tərtib edilməmiş çevrənin xarici görünüşü sikkənin istehsal texnologiyasından asılıdır. Əvvəlcədən hazırlanmış nümunələr üzrə zərbedilmə işi zamanı o, zəif tərtib edilmiş hamar düz silindrə bənzəyir; sikkə metal zolaqdan kəsildiyi zaman isə zəif tərtib edilmiş çoxüzlüyə oxşayır.
Sike Aleksandresku
Sike Vasile Aleksandresku (rum. Sică Vasile Alexandrescu; 15 avqust 1896, Buxarest – 6 avqust 1973, Kann) — Rumıniya rejissoru. == Həyatı == Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
1000 manatlıq sikkə
1000 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 1000 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
100 manatlıq sikkə
100 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 100 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
10 qəpiklik sikkə
10 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 10 qəpiklik sikkələr Qarabağ mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 10 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 10 qəpiklik sikkələrin ölçüsi isə 22,25 mm, çəkisi isə 5,25 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
1 qəpiklik sikkə
1 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. Bu sikkə Azərbaycanın digər sikkələri ilə müqayisədə ən aşağı nominal dəyərə malikdir. == Mövzusu == Hazırda dövriyyədə olan 1 qəpiklik sikkələr mədəniyyət mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 1 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsü və kütləsi == 2006-cı ildə dövriyyəyə buraxılmış 1 qəpiklik sikkələrin ölçüsi isə 16,25 mm, kütləsi isə 2,8 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
500 manatlıq sikkə
500 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 500 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 manatlıq sikkə
50 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 50 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
50 qəpiklik sikkə
50 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 50 qəpiklik sikkələr iqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan yeganə bikolor sikkə – 50 qəpiklik sikkələr latun və nikellə örtülmüş ikirəngli – qızılı və gümüşü rəngdədir. Yan tərəfləri fərdi üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 50 qəpiklik sikkələrin ölçüsi isə 25,5 mm, çəkisi isə 7,7 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
5 batlıq sikkə
5 batlıq sikkə (tay เหรียญ 5 บาท) — Tailandda işlədilən bat sikkələrindən biri. 1988-ci ildən dövriyyədədir. 500 satanqa bərabərdir. Sikkənin ön tərəfində Tailand kralı Bhumibol Adulyadeyin portreti, arxa tərəfindən isə Banqkokda yerləşən Vat Bençamabofit buddist mədəninin görünütüsü əks olunmuşdur. == 2009-cu il dəyişiklikləri == 2 fevral 2009-cu ildə Tailand Xəzinə Departamenti sikkə ilə bağlı bir neçə dəyişiklik tətbiq edəcəyini açıqlamışdır. Sikkənin ağırlığı 7,5 qramdan 6 qrama düşürülmüşdür və qalınlığı azaldılmışdır. Lakin metal tərkibi və digər xüsusiyyətlər olduğu kimi saxlanılmışdır.
5 manatlıq sikkə
5 manatlıq sikkə — Azərbaycan Respublikasının xatirə sikkələrindən biri. == Həmçinin bax == 5 manatlıq əsginas == İstinadlar == == Xarici keçidlər == Mərkəzi Bank tədavülə 5 manatlıq gümüş yubiley pul nişanı buraxıb Pul.
5 qəpiklik sikkə
5 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. 2023-cü ildə yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb. Hər iki sikkə paralel olaraq dövriyyədə olacaq. == Mövzusu == Hazırda dövriyyədə olan 5 qəpiklik sikkələr tarix mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 5 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 5 qəpiklik sikkələrin ölçüsi isə 19,75 mm, çəkisi isə 4,85 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
20 qəpiklik sikkə
20 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 20 qəpiklik sikkələr təhsil və gələcək mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 20 qəpiklik sikkələr latunla örtülmüş qızılı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 20 qəpiklik sikkələrin ölçüsi isə 24,25 mm, çəkisi isə 6,6 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
3 qəpiklik sikkə
3 qəpiklik sikkə — Azərbaycanda işlədilən qəpik sikkələrindən biri. 2006-cı ildən dövriyyədədir. == Mövzusu == Hazırda dövriyyədə olan 3 qəpiklik sikkələr yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur. == Təsviri == Dövriyyədə olan 3 qəpiklik sikkələr mislə örtülmüş qırmızı rəngdədir. Yan tərəfləri individual üsulla hazırlanmışdır. == Ölçüsi və çəkisi == 2006-cı ildə dövriyyəyə buraxılmış 3 qəpiklik sikkələrin ölçüsi isə 18 mm, çəkisi isə 3,45 qramdır. == İstinadlar == == Xarici keçidlər == cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı Pul.
Hadrut sikkə dəfinəsi
Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar. == Tapılma yeri və ümumi məlumat == Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. == Səciyyəvi xüsusiyyətləri == Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 qGəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98Qarabağ xanlığı NF 34580.
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. == Məzmun == Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875-2010). Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir. Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
Sikoz
Sikoz — stafilokokklarin törətdiyi xroniki iltihabi xəstəlik.
Sikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Simgə
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. == Ümumi məlumat == Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. == Hazırlanma qaydası == == Sirkə təbabətdə == Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Sirte
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Spike
Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, atəş aç-unut prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin "Rafael Advanced Defence Systems" şirkəti tərəfindən istehsal olunur. 2016-cı il məlumatlarına əsasən, Spayk ailəsinə aid təqribən 25,600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). == Variantları == Spayk-SR "Spayk" ailəsinin ən kiçik nümayəndəsi daşınan "Spayk-SR" (Short range- kiçik məsafə) kompleksidir. Raketin buraxılışı tank əleyhinə qumbaraatanlar kimi çiyin üstündən edilir. Silahın qısa məsafəli versiyası 2012-ci ildə təqdim olunub.
Sukre
Sukre (Sucre) — Boliviyanın paytaxtı. Şəhərdə ölkənin Ali Məhkəməsi yerləşir. Digər hökumət rezidensiyaları əvvəlki paytaxt La Pasda yerləşir. Əhalisi 2006-cı ildə 247 300 nəfər olmuşdur. == Tarixi == Şəhər 1538-cu ildə kapitan Peransures tərəfindən salınıb. Müstəmləkəşilik dövründə Çarkas, müstəqillik elan ediləndən 1839-cu ilə qədər Çukisaka adlanıb.
Tikmə
Tikmə — müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma. == Tarixçə == Qədim ənənələrə malik olan Azərbaycan tikmə sənətinin təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Buraya müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallar daxildir. Tikmə sənətində ən çox rəngli ipək saplar işlədilir. Lakin keçmişdə bu məqsədlə qızıl və gümüşdən kəsilmiş incə tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən hətta qiymətli daşqaşdan da geniş istifadə edilmişdir. Tikmə sənəti əsrlər boyu qadınların sevimli məşğuliyyəti olmuşdur. Yalnız xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra onunla kişilər də məşğul olmağa başlamışdır. Azərbaycan tikmələri barədə məlumata IX–XI əsr ərəb müəlliflərinin və klassik şairlərin (Nizami, Füzuli) əsərlərində rast gəlirik.
Şibyə
Şibyələr (lat. Lichenes). Bu qrupa 400 cins-13000-ə yaxın növ daxildir. Şibyələr təbiətdə çox geniş yayılmışdır. Onların nümayəndələrinə qütblərdən tutmuş mülayim iqlim qurşaqlarına qədər hər yerdə rast gəlmək olur. Mülayim və soyuq iqlim qurşaqlarında şibyələr daha geniş yayılmışdır. Tundra şəraitində şibyələrin geniş talaları vardır. Şibyələr dağlarda, qayaların, ağacların üzərində daha çox olur. Ümumiyyətlə, başqa bitkilərin yaşaya bilmədikləri yerlərdə şibyələr yaxşı bitir və daşların, qayaların üzərini bəzən tamamilə örtür. Şibyələr məhv olduqdan sonra onların yaşadıqları yerlərdə mamırların və başqa bitkilərin yayılması üçün əlverişli torpaq sahələri yaranır.
Şilvə
Şilvə-i Ülya (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Şilvə-i Süfla (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Şivlə
Şivlə — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Şivlə kəndi Lerik rayonun mərkəzindən təqribən 25 km aralı məsafədə yerləşir. Bu kənd Biləvər, Geskon, Osyodərə və Çeşman kəndləri ilə həmsərhəddir. Şivlə kəndi Lerik rayon mərkəzindən qərbdə yerləşir. Osyodərə inzibati ərazisinə daxildir. Əhalisinin sayına görə ərazidə üçüncü kənddir (538 nəfər).[mənbə göstərin] Əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıqdır. == Tarixi == Təqribən XIV əsrin birinci yarısında yaranmışdır. Qədim ərəb mənbələrində Şiblə kimi qeyd olunur. Mənası övliya, müqəddəs deməkdir. 1935-ci ildə kənddə ilk talışdilli məktəb yaradılıb.