Səkəşam
Sekəşan — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd.
Səkə komponenti fars dilindəki səkən sözündən olub "ev", "məskən", "yaşayış yeri", şam topokomponenti isə qədim türk dillərində "yüksəklik", "hündürlük" mənasındadır (Yüksəkdə yerləşən kənd).
Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.