Şiləvəngə (Yardımlı)
Şiləvəngə — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
== Tarixi ==
Şiləvəngə kənd camaatı Cəlilabad rayonundakı Şiləvəngə kənd camaatı ilə qohumdur. Əski zamanlarda Cəlilabaddaki kənd qışlaq və Yardımlıdakı kənd yaylaq kimi istifadə olunurdu. İranın Germi bölgəsində də 6 kənd əhalisi (Salala, Daşdibi, Geygal, Qarabulağ, İlxanlar və Təzəkənd) Şiləvəngədən köçmədirlər və özlərini şiləvəngəli kimi tanıdırlar.[mənbə göstərin]Oykonim talış dilinəki şilə (çuxur, çökək) və vəngə (yer) komponentlərindən düzəlib, "çuxur yer" və ya şilə (çubuqla hörülmüş bənd), məkan bildirən vən sözündən və -gə şəkilçisindən ibarət olub, "çubuqla hörülmüş bənd olan yer" kimi izah olunur. Yaşayış məntəqəsi həqiqətən də əkin sahələrini suvarmaq üçün bənd çəkilmiş çökək ərazidə yerləşir.