Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sirkonium
Sirkonium (Zr) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 40-cı element. (fars dilinden زرگون/ zargoon) Poladın əldə edilməsində, vakuum tiplərində, cərrahi tətbiqlərdə, flaş lampalarda, partlayıcılardan və süni ipəyin əldə edilməsində istifadə edilir. Paslandırıcı maddələrlə çalışan kimya sahələrində də geniş istifadə olunur. Niobiumla birləşdiyində, aşağı temperaturda super keçirici xüsusiyyət göstərir. Sirkonium oksid, istilik şokuna dayanıqlı laboratoriya materialları istehsalında, metallurgiya sobaların örtülməsində və istiliyə dayanıqlı maddə olaraq şüşə-keramika sənayələrində istifadə edilir. Bundan başqa, çalğı alətlərinin və soba kərpiclərinin istehsalında da sirkoniumdan faydalanılır.
Lil sirkəni
Türkmən sirkəni
Türkmən sirkəni (lat. Atriplex leucoclada) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Təbii yayılması == Kiçik və Orta Asiya, İran, Rusiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == 20-75 sm hündürlüyündə, qollu-budaqlı, şaxələnmiş, ağımtıl budaqları olan çoxillik yarımkoldur. Yarpaqları kiçik, uzunsov-yumurtavari, təxminən oturaq, küt, oyuq-dişli, hər iki tərəfdən möhkəm, ağımtıl və ya gümüşü-unludur. Çiçəkləri qoltuqlarda sünbülvari çiçək qruplarında yerləşir. Dişi çiçəklərin çiçəkyanlığı yoxdur, erkəkcikləri beş üzvlüdür. İyul-avqust aylarında çiçəkləyir. Sentyabr-oktyabr aylarında meyvə verir. == Ekologiyası == Gilli, adətən şorlaşmış torpaqlarda bitir.
Şoranlıq sirkəni
Şoranlıq sirkəni (lat. Atriplex halimus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.
Mərkəzi asiya sirkəni
Mərkəzi Asiya sirkəni
Mərkəzi Asiya sirkəni (lat. Atriplex centralasiatica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü.