Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurugöl
Qurugöl - İranın Şərqi Azərbaycan ostanının ərazisində yerləşən, adsız yüksəkliklərlə əhatələnmiş göl. Bostanabaddan 18 km şimal-qərbdə, Təbrizdən isə 40 km cənub-qərbdə yerləşir. Alyuvial çökəklikdə yerləşən göl, dəniz səviyyəsindən 1905 m hündürlüyə malikdir. Ətraf əraziləri bataqlıqlaşmışdır. Gölün sahəsi 129 ha, dərinliyi 5,0 m, həcmi isə 3 milyon kub. metr su tumumuna malikdir. Gölün qidalanmasında əsas rolu çaylar oynayır. Onlarda öz növbəsində qar suları ilə qidalanır. 23 iyun 1975-ci ildən Ramsar Konvensiyası ərazisinə daxil edilmişdir.
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.
Surqut
Surqut (rus. Сургут) — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir. == Adı == Türk dillərində Surqut/Sürgüt sözünün bir neçə anlıamı var: «bir şeyin olmasını çox istəmək», «bir şeyin olmasına səbəb olmaq», «işlətmə dərmanı».
Sürgün
Sürgün — məhkəmənin hökmü ilə cəza olaraq bir şəxsin məcburi surətdə başqa, adətən uzaq bir yerə köçürülməsi. Sürgün Çar Rusiyasında məhkəməsiz olaraq çarın, bəzi qubernatorların (1850-ci illərdən), Daxili İşlər Nazirliyinin orqanlarının (1860-cı illərdən) əmri ilə tətbiq olunurdu. Sovet qanunvericiliyində inzibati sürgün nəzərdə tutulmamışdı, lakin ondan qanun pozuntusuna reaksiya kimi istifadə edilmişdir. == İstinadlar == == Xarici keçidlər == ССЫЛКА В СИБИРЬ В XVII — ПЕРВОЙ ПОЛОВИНЕ XX вв. «Устав о ссыльных» Российской империи «Свод уставов о предупреждении и пресечении преступлений» Российской империи, включающий положения об административной ссылке" История пенитенциарной политики Российского государства и Сибирь XVIII—XXI веков Arxivləşdirilib 2016-03-16 at the Wayback Machine «Тюрьма без решеток» Страны Советов.
Sürücü
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Aratlı-Curuğlu
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. == Tarixi == Aratlı Curuğlu Ağsu rayonunun Ərəbuşağı inzibati ərazi vahidində kənd. Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus-Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır.
Aratlı Curuğlu
Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır. == Tarixi == Aratlı Curuğlu Ağsu rayonunun Ərəbuşağı inzibati ərazi vahidində kənd. Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus-Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). == Həyatı == 15 noyabr 1956-cı ildə doğulub. === Uşaqlıq və gənclik dövrü === Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. === Ailəsi === İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Qurugöl (Əhər)
Qurugöl (fars. قوري گل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (8 ailə).
Turaqul Kunabayev
Turaqul Abay oğlu Kunabayev (qaz. Тұрағұл Абайұлы; həmçinin Turaqul İbrahimov (qaz. Тұрағұл Ибрагимов); 1875, Abay rayonu, Şərqi Qazaxıstan vilayəti — 6 mart 1934, Çimkənd, Qazaxıstan SSR) — Qazaxıstan şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadim. Abay Kunanbayevin Aygerim adlı həyat yoldaşından oğlu. == Həyatı == 1875-ci ildə Abay rayonunda anadan olmuşdur. Atasının yanında böyüyən Turaqul təhsilini kənd mollasından almışdır.. Rus, ərəb, fars dillərini bilirdi. Dombra və skripka çalırdı. 1900-cü ildə Çingiz volostunun qubernatoru seçilən qardaşı Maqauiyanın müavini oldu. 1904-cü ildə özü volost vəzifəsnə keçir, amma növbəti il ​​istefa verir.
Şuragöl mahalı
Şörəyel mahalı – indiki Ermənistan Respublikası) ərazisində XX yüzilin sonlarına qədər əhalisinin əsas hissəsini Erməni təşkil etdiyi tarixi mahal. == Coğrafiyası == Şirak əyaləti Axuryan çayının orta və aşağı hövzəsini tutur. Gavar ərazisi 3730 km² -dir. Şirak yaylasının orta hündürlüyü dəniz səviyyəsindən 1530 metr yüksəkdir. Şirak tarixi Ermənistan Ayrarat vilayətinin əyalətlərindən biridir. Şirak yaylasının orta hündürlüyü dəniz səviyyəsindən 1530 m yüksəkdir. Yaylada qara torpaq örtüyü var. Şirakdan axan ən böyük çay Arpi gölündən başlanan və Şirak Yaylasını cənubdan iki yerə bölərək Araza qoşulan Axuryandır. Çayın dərəni suvaran bir neçə qolu var. == Həmçinin bax == Şörəyel sultanlığı Qərbi Azərbaycan mahalları Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Burcugül Çubuq
Burcugül Çubuq (1985, Afyonqarahisar ili) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Burcugül Çubuq 1985-ci ildə Afyonqarahisar ilinin Emirdağ ilçəsində anadan olub. 2001-ci ildə Antalyada liseydə təhsil alan illərdə İnqilabçı Lisey Şagirdlərinin (DEV-LİS) üzvü olub. Anadolu Universiteti Təhsil Bölməsindən məzun olub. Gənc-Sən Tələbə Gənclər Birliyinin qurucularından olub. SDP üzvü olub. Qadınların Azadlığı Qrupunda təmsil olunub. 2009-cu ildə Sülh Naminə Qadınlar Təşəbbüsünün yaradılmasında yer alıb. 2015-ci ildə İnqilabçı Partiyasının qurucularından olub və sədr müavini vəzisində təmsil olunub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Böyük sürgün
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır. == Ərəfə == 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü. 21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır.
Panurq sürüsü
Panurq sürüsü — öz rəhbərinə kor-koranə tabe olan, onun hərəkətlərini təqlid edən və ya onun iradəsinə tabe olan insan qrupunu nəzərdə tutan ifadə. Eyni zamanda, bu cür itaətkarlıq bəzən ən ağır nəticələrə gətirib çıxara bilər. "Panurq sürüsü" ifadəsi öz yaranmasını XVI əsr fransız yazıçısı Fransua Rablenin "Qarqantüa və Pantaqrüel" əsərinə borcludur. == Mənşəyi == "Qarqantüa və Pantaqrüel"in dördüncü kitabında əsas qəhrəmanlardan biri Panurq qoyun ticarəti ilə məşğul olan Dindeno (fr. Dindenault) ilə savaşır. Pantaqrüelin xahişi ilə baş tutan barışıqdan sonra, Panurq tacirdən onun qoyunlarının birini satın almaq istəyir. Tələb olunan qiyməti ödədikdən sonra sürüdəki "ən gözəl və ən iri" qoyunu seçib götürür. Tacir bu uğurlu al-verinə sevindiyi vaxt, Panurq heç bir söz demədən seçdiyi qoyunu dənizə atır. Bunun ardınca digər qoyunlar da özlərini dənizə atmağa başlayırlar. Basabas düşür və bütün qoyunlar özlərini digərlərindən əvvəl dənizə atmaq üstündə yarışırlar.
Sürgün (mahnı)
Sürgün - Azərbaycan musiqiçisi Qara Dərvişin Məktub albomuna daxil olan mahnısı. == Mahnı haqqında == Mahnının sözləri, bəstəsi və aranjemanı Qara Dərvişə aiddir.
Xatirə Nurgül
Xatirə Nurgül (2 avqust 1981, Bakı) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Xatirə Nurgül 2 avqust 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri 172 saylı orta məktəbi bitirmişdir. İxtisasca hüquqşünasdır. == Fəaliyyəti == 1998-ci ildən dövrü mətbuatda dərc olunur. Azərbaycan , Ulduz jurnallarında, Ədəbiyyat, "Kaspi" qəzetlərində şeirləri, tərcümələri, araşdırma və esseləri çap edilmişdir. 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzində "Göyərçin yuxusu" adlı şeirlər kitabı işıq üzü görmüşdür. 2009-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2003-cü ildə "Vektor" BEM-in "İlin ən yaxşı şeiri", 2004-cü ildə Gənclər Nazirliyinin "İlin gənc şairi" mükafatına layiq görülmüş, 2005-ci ildə QAT-ın "Qarabağ harayı" müsabiqəsinin qalibi olmuşdur. == Şeir kitabları == "Göyərçin yuxusu", şeirlər, Bakı, Vektor.
Nurgül Yeşilçay
Nurgül Yeşilçay (26 mart 1976, Afyonkarahisar) — Türk aktrisası. Sənətçi xüsusilə 2000-ci illərdə oynadığı rollarla tanınır. == Karyerası == Nurgül Yeşilçay 26 mart 1976-cı ildə Afyonkarahisarda anadan olub. Orta təhsilini İzmirdə bitirib. 2001-ci ildə Eskişehir Anadolu Universitetində Teatr Fakültəsini bitirib. O, universitetdə oxuduğu müddətdə rol aldığı "İkinci bahar" serialındakı "Gülsüm" obrazı ilə tanınıb. 2002-ci ildə rejissor Çağan Irmakın çəkdiyi Asmalı Konak serialında "Bahar Karadağ" obrazı ilə daha çox məşhurlaşıb. Elə həmin il Teomanla birlikdə Mumiya Firarda filmində rol aldı. 2003-cü ildə Abdullah Oğuzun rejissoru olduğu Asmalı Konak serialının davamı olan "Asmalı Konak: Hayat" filmində Özcan Dənizlə baş rolu paylaşıb. 2005-ci ildə 12-ci Adana Qızıl Koza Film Festivalında Atıf Yılmazın rejissorluq etdiyi Eğreti Gəlin filmindəki "Kostak emine" roluna görə Ən Yaxşı Qadın Oyunçu Mükafatını aldı.
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib. == İstinadlar == == Xarici keçidlər == Drive — Internet Movie Database saytında.
Balaca sürücü
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
Sürücü (dəqiqləşdirmə)
Sürücü bu mənaları ifadə edə bilər: Sürücü (nəqliyyat) — nəqliyyat vasitəsi idarə edən şəxs. Sürücü yaxud drayver — kompüterin funksiyalarını idarə edən bir növ proqram.
Aratlı-Çuruğlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aratlı Curuğlu bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sürgü qolu
Sürgü qolu müstəvi mexanizminin üzvü olub, hərəkətli üzvlərlə fırlanma kinematik cütləri vasitələri ilə əlaqələndirilərək mürəkkəb hərəkət icra edir. Sürgü qolu porşenin irəli-geri hərəkətini çarxqolunun fırlanma hərəkətinə çevirən çarxqollu-sürüngəc mexanizminin əsas bəndi hesab edilir. Porşenli mühərriklərdə, kompressorlarda və nasoslarda sürgü qolunun içliyi iki tavrlı en kəsiyinə malik olur. Sürgü qolunun porşenlə birləşən hissəsi bütöv, valla birləşən hissəsi isə yağlamanı mümkün etmək üçün söküləbiləndir. == Mənbə == Rezo Əliyev. Maşınqayırma leksikonu. II hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 423 s.
Maltaya sürgün olunanlar
Maltaya sürgün olunanlar — İstanbul işğal olunduqdan sonra 1919–1920-ci illər ərzində işğalçılar tərəfindən həbs olunaraq Maltaya sürgün edilmiş 145 Türk dövlət xadimi, əskər və ziyalılara verilmiş addır.
Sürgün və krallıq
Sürgün və krallıq (fr. L'exil et le royaume) - fransız yazıçı Alber Kamü tərəfindən 1957-ci ildə yazılmış 6 qısa hekayənin toplusu.