Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Olea cayana
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Çayna Enn MakKlayn
Çayna Enn MakKlayn (25 avqust 1998), ABŞ-lı gənc müğənni, söz yazıçısıdır. MakKlayn Bacıları qrupunda müğənnidir. Karyerasına 2005-ci ildə başlamışdır. 2005-ci ildə İncil Kitabı filminə çəkilmişdir. Daha sonra 2007-ci ildə Taylr Perrinin Peyni Evi serialında Cazmin Peyni roluna çəkilmişdir. Ən məşhur rolu isə Disney Channelın serialı Bacarıq Fermasıdadır, bu serialda Çayna Parks roluna çəkilmişdir. == Filmoqrafiyası == === Filmlər === === Seriallar === == Mahnıları == Bacarıq Fermasında 6 mahnısı vardır: "Calling All The Monsters", "Dynamite" , "Unstoppable",Exeptional,My Crush, Beatiful, amma yalnız Calling All The Monsters və Dynamite'in kliplərini çəkmişdir.
Cyanea
Sianeya (lat. Cyanea) — heyvanlar aləminin dalayıcılar tipinin sifoidlər sinfinin yastımeduzlar dəstəsinin sianeyalar fəsiləsinə aid heyvan cinsi.
Cynara
Artişok, Ənginar (lat. Cynara) – mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda artişokun iki növü əkilir [becərilir]. Bunların biri əkin artişoku, digəri isə İspaniya artişoku adlanır. Hər iki növ çoxillik, göy – yaşıl rəngdə bitkidir, 2 m-ə qədər hündürlükdə yerüstü gövdəsi var. Çiçəkləri qırmızı və ya bənövşəyidir, meyvəsi qutucuqdan ibarətdir. Bitki iyul ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Əkin artişoku Azərbaycanda Lerik, Şamaxı rayonlarında və Mərəzədə becərilir. Abşeronda da becərilməsi yaxşı nəticə verir. Əkin artişoku ilə yanaşı respublikamızda İspaniya artişoku (Cynara cardunculus) da becərilir.
Haynan
Haynan (çin. 海南; dənizin cənubu) — Çinin cənubunda yerləşən Cənubi Çin dənizində yerləşən ada. Adada eyni adlı vilayət yerləşir. Adanın və vilayətin mərkəzi Hanoy şəhəridir. Son iyirmi il ərzində adı əlayət şəhərindən 1,5 milyon əhalisi olan meqapolisə çevrilmişdir. Digər iri şəhərləri isə Sanya, Dunfan, Dançjoy və Syonhay şəhərləridir. Vilayətin əhalisi 8 671 518 nəfər təşkil edir. 2010-cu il məlumatına görə vilayət əhali sayı baxımından Çinin 29 əyalətidir. == Coğrafiyası == Tropik ada olaraq Çinin cənubunda yerləşir. Havay adaları ilə eyni enlikdə yerləşir.
Qayana
Qayana (ing. Guyana) və ya rəsmi adı ilə Qayana Kooperativ Respublikası (ing. Co-operative Republic of Guyana) – Cənubi Amerika dövlət. Qayana Cənubi Amerikanın şimal-şərqində yerləşir. Qərbdə Venesuela, cənub-qərb və cənubda Braziliya, şərqdə Surinamla həmsərhəddir. Şimalda isə Atlantik okeanına çıxışı vardır. Paytaxtı və ən böyük şəhəri Corctaun şəhəri, ümumi sahəsi 214,970 kvadrat kilometrdir. == Adın etimologiyası == Yerli hindu dilində Qayana "çoxlu sular ölkəsi" deməkdir. == Tarix == Ərazisi XV əsrdə ispanlar tərəfindən kəşf edilmişdir. XVI əsrin əvvəllərindən ispan, sonradan isə ingilis müstəmləkəçilərinin diqqəti Cənubi Amerikanın şimal hissəsinin geniş torpaqlarına yönəlmişdi.
Qaynama
Qaynama — mayenin bütün həcmində buxar əmələgəlmə hadisəsi. Qaynama zamanı doymuş buxarla dolu olan qabarcıqlar hidrostatik və atmosfer təzyiqlərinə üstün gələrək mayenin səthinə çıxıb dağılır və həmin buxarı fəzaya buraxır. Qaynama temperaturu mayenin növündən və xarici təzyiqdən asılıdır. Məsələn, su 1 atmosfer təzyiqində 100°C-də qaynadığı halda 15,5 amosfer təzyiqdə 200°C-də qaynayır. Xarici təzyiq sabit olduqda qaynama zamanı mayenin temperaturu dəyişmir və ona verilən istilik miqdarı tamamilə buxar əmələ gəlməsinə sərf olunur. Həmin təzyiq artdıqca qaynama temperaturu da artır (əksi də doğrudur) və onun ən böyük qiyməti böhran temperaturuna bərabər olur. Saf maye öz qaynama temperaturundan yuxarı temperaturlara qədər qızdırıla bilir və bu zaman qaynama baş vermir. Belə maye ifrat qızmış maye adlanır. Bu hal metastabildir. Həmin mayeni tərpətdikdə və ya ona başqa qatışıqlar əlavə etdikdə qaynama dərhal başlayır.
Qaynaq
Qaynaq (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Qaynaq (texnika) — hissələrin bir-biri arasında atomar əlaqə yaratmaq üçün istilik və ya təzyiqdən istifadə etməklə birləşdiirlməsi üçün texnoloji üsul.
Taynaq
Taynaq — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. == Adının mənası == Ağcabədi rayonunun Sancalı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Oykonim tay (bir çox: xalqların toponimiyasında "yüksəklik", "suayrıcı", "iki çay və ya göl arasındakı quru sahə", "meşəlik" və s. mənalarda işlənir) və -naq (-laq şək.-sinin yerli tələffüz forması) komponentlərindən düzəlib, kəndin Qarqar və Kür çayları arasında və ya Qarqar çayı ilə Ağgöl bataqlığı arasında yerləşməsi ilə bağlı yaranmışdır. Rayonun ərazisində Kür və Qarqar çaylarının yatağı boyunca uzanan kiçik tuğay meşələri də bu adın yaranmasına səbəb ola bilər.
Vaynax
Vaynax (ansambl)
Çaydam
Çaydam (monq. Цайдам) — tektonik düzənlik, Tibet öndağlığının şimal-şərqində qərarlaşır. Səhra hər tərəfdən dağlarla örtülüdür. Cənubdan Bokalıktaq və Burxan-Budda, şimal-şərqdən Nanşan, şimal-qərbdən isə Altıntaq dağları ilə əhatələnir. Çaydam düzənliyi inzibati cəhətdən Xaysi-Monqol-Tibet muxtar rayonu ərazisində yerləşir. == Xüsusiyyətləri == Çaydam düzənliyi 700 uzunluğa və 100–300 km enə malikdir. Şimal-qərbi qum-gilli suxurlardan təşkil olunmuşdur. Burada hündürlük 2600—2900 metr olduğu halda cənub-şərqi aşağı nisbətən aşağıdır. Şoranlıqlar 1600 km² əraziyə malikdir. İqlimi kəskin kontinentaldır.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Çaykara
Çaykara (türk. Çaykara) — Trabzon ilinin ilçəsi.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir... == Ümumi məlumat == Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meylliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır.
Çaynamaz
Namazlıq — dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunan kiçik xalça növü. Namazlıq xalçalar Dini mərasimlərin yerinə yetirilməsi üçün istifadə olunur. Adətən, namazlıqlar bir insanın namaz qılması üçün nəzərdə tutulurdu. 2-3 və daha çox adamın eyni zamanda namaz qılması üçün nəzərdə tutulan namazlıq xalçalar az-az istehsal olunurdu. Namazlıq xalçalar adətən format etibarilə kiçik xalçalardır (50x100sm-dən 80x130sm-ə qədər). "Namazlıq xalçalar" İslam dininin meydana gəlməsindən sonra toxunmuş xalçalardır. Böyük ölçüdə toxunmuş "Namazlıq xalçaları" adətən "Kollektiv Naşazlıq xalçaları" adlandırılırdı. "Kollektiv Namazlıq xalçaları"nın toxunulmasında əsas məqsəd bir neçə nəfərin eyni zamanda ibadət etməsindən irəli gəlmişdir. Kollektiv Namazlıq xalçalarına xalq arasında "Ailəvi Namazlıq xalçaları"da deyilir. Kollektiv Namazlıq xalçaları adətən, böyük ailələr üçün toxunulurdu (6 – 7 nəfərlik).
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Çayoba
Çayoba (əvvəlki adı:Telman (?-2015)) — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılmışdır. Kəndin ən ilk adı Dızdəvişə (talışca "dızd"-oğru, "vişə"-meşə) olmuş, Sovet hakimiyyəti illərində Telman adlanmışdır.
Çayrab
Çayrabçay — Balakən rayonu ərazisində çay. == Toponimikası == Çayrabçay Balakənçayın qoludur. Yerli əhalinin verdiyi məlumata görə, çayın adı çay (su hövzəsi) və ərəb (etn.) sözlərindən düzəlib. "Ərəb çayı" mənasındadır. Əslində, çay (su hövzəsi) və -rab (avar. -lı şəkilçisi) komponentlərindən düzəlmiş bu hidronim "çaylı, çay yatağı" deməkdir.
Çayxana
Çayxana və ya Çay evi — ilk növbədə çay və digər yüngül içkilər xidmət edən bir məkan.Onun funksiyası mədəniyyətlə asılı olaraq geniş dəyişməsinə baxmayaraq, çay evləri çox vaxt sosial qarşılıqlı əlaqə mərkəzləri kimi xidmət edirlər.
Camna
Camna, Yamuna və ya Cumna — Hindistanda ümumi uzunluğu 1376 km olan çay. Qanqın ən uzun və ən yüksək suyu (ildə 110 km³). Mərkəzi Himalayın cənub yamaclarında başlayır, Yamunotri buzlağından (Zaskar silsiləsi) 3255 m yüksəklikdə axır. Hindistanın Haryana və Uttar Pradeş ştatlarından, həmçinin paytaxt Dehlidən axır. Dehlidən əlavə Mathura və Aqra şəhərləri də Camna üzərində yerləşir. Yamunanaqar şəhərinin yaxınlığında, cənuba dönür, Hind-Qanq düzənliyinə baxır və Allahabad şəhərinin yaxınlığında hindular üçün müqəddəs Sanqam təşkil edərək Qanqa axır.
Canal+
Canal +, 1984-cü ildə qurulan və proqramları əsasən idman və kino tərzi olan Fransanın ilk şifrəli kanalıdır.
Canaq
Canaq – Rusiya Federasiyasının Dağıstan Respublikasının Tabasaran rayonunda yerləşən kənd. Canaq kəndi ""Ərkit kənd sovetliyinə"" daxildir. Milli tərkibi: Azərbaycanlılar. == Toponim == Canaq sözü dəmirçiliklə bağlı olması ehtimal edilir. == Coğrafiyası == Rayon mərkəzi olan Xuçni kəndindən 7,5 km şərqdə yerləşir. == Əhali == 2008-ci il məlumatına görə kənddə 1008 nəfər yaşayır. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad edirlər.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 1,33 mln. (2003). == Coğrafiyası == Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. == Tarixi == Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.
Çanta
Çanta — böyük olmayan əşyaların daşınması üçün nəzərdə tutulmuş, dəri və ya parçadan hazırlanan aksessuar. Bəzi heyvanların balalarını daşıması üçün qarın hissələrindəki dəri yuvalar da çanta adlanır. Daşıyacaqları əşyalardan asılı olaraq çantalar müxtəlif görünüşlərdə və növlərdə olurlar. Çantanın forması, materialı və digər xüsusiyyətləri onun təyinatından və istifadə sahəsindən asılıdır. Buna görə də çantanın bəzi növləri daima dəyişir: bəzilər qədim tarixə qovuşur, digərlər muzey eksponatlarının arasında yer alır, bəzi növləri ümumiyyətlə sadəcə unudulur və hətta adları da dildən itir. Çanta mənasına yaxın olunan sözlər bunardır: torba, kisə, xurcun, heybə, ter, səbət, cib, zənbil. Eyni zamanda texnologiyaların inkişafı ilə və yeni fəaliyyət sahələrin yaranması yeni-yeni çanta növlərinin ortaya çıxmasına səbəb olur. Bununla da dilimizə adətan başqa dillərdən xarici köklü adlar daxil olur: sumka, portfel, diplomat, keys, portmanat, çamadan, klaç və s. İndiki dövrdə çantalar hər bir yaş insanların müxtəlif vəziyyətlərdə lazım gəlir: məktəblilərə — məktəbli çantası, iş adamına — keys, səyyaha — çamadan, idmançıya — idman çantası, qadına — qadın çantası.
Çanza
Çanza və ya şanza (монг. шанз, бур. шаанза) — monqol və buryat simli-mizrablı musiqi aləti. == Alətin quruluşu == Çanzanın xarici görünüşü olduqca orijinaldır. Böyük ölçülü aşıqlar bərkidilmiş boynu hamar səthli oval çanaq-rezonatora birləşdirilib.Adətə görə , çanağına üzünə ilan dərisi çəkilir.3 ipək və ya bağırsaq simlər (pərdə düzümü kvarta-kvintalıdır) özünəməxsus tembrdə titrəşən, xışıldayan, bir qədər zərb duyumu yaradan səs çıxarır. == Alətin tarixi == Çanza alətini XX əsrdə Rusiyada rekonstruksiya ediblər.Bəzi modellərinə 4-cü simi artırılıb, həmçinin , alətin bir neçə növü hazırlanıb. == Çanza aləti əsərlərdə == Orkestrlərdə, Çanza alətinə çox zaman müşayiətçi rol verilir, lakin onu həm solo , həm də tematik partiya ilə ifa etmək olar.Xalq təcrübəsində Çanza xalq mahnılarını oxuyanları müşayiət edir. Buryat bəstəkarları Çanzanı simfonik və XÇA orkestrinə daxil edirlər ki, bu da onun qeyri-adi səslənməsi ilə parlaq təəsürat oyadır.Çanza aləti J.Batuyev və B.Mayzelin "Eşq naminə" baletində Solo çıxış edir.