ÇAYNİK

is. [ çin. çay və rus. …nik] Çay dəmləmək və ya su qaynatmaq üçün dəstəsi və lüləyi olan qab. Elektrik çayniki.
– Ənvər bərk susamışdı, bir stəkan çay içmək üçün samovarın başından çayniki götürdü. Ə.Vəliyev.
Tükəzban xala çayı dəmləyəndən sonra … çayniki dəsmalla bürüyüb dəmə qoydu. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇAYNİK çaynik bax çaydan 1
ÇAYLAMAQ
ÇAYPULU
OBASTAN VİKİ
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Çaynikli ev
Çaynikli ev — Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər. Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü fərqlidir. Belə ki, onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib. Tikilinin keçmiş sahibi Əli Əliyev 1970-1980-ci illərdə uzun müddət Gəncə Çini qablar zavodunda çalışıb. Elə həmin vaxt istehsal prosesinə yararsız sayılan məhsullardan səmərəli istifadə edərək bu evi tikib. 1985-ci ildə inşa edilən bu ev 1993-cü ildə başqasına satılıb. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır.

Digər lüğətlərdə

бу́тса вкрепля́ть градообразу́ющий звездови́дно испепеле́ние колдо́вка компре́ссорный насека́ть овощеконсе́рвный парсу́нный свекро́вин играть на́ руку ненау́чный содержа́тельно централизова́ться antimetathesis baby talk blind-storey distortionless headmistress pinioned shea nuts недифференцированный рождаться чей-либо