Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Caynizm
Caynizm (sanskr. जैन, cayna, sanskr. जिन, cina, "qalib" sözündən) — e.ə. VI əsrdə Hindistanda yaranmış qeyri-ortodoks qədim hind dini. Caynizm "qalib" mənasında olan Cina və ya "böyük qəhrəman" mənasında olan Mahavira ləqəbli bir şahzadə olan Vardhamana Jinata tərəfindən qurulan dini bir hərəkatdır. Hindistana mənsub olan bir din olaraq, caynizm e.ə. VI əsrdə ortaya çıxmışdır. Caynizm milli bir xarakterə sahib olub, Hindistandan kənara çıxmamışdır. Hindistanda ən çox yaşadıqları ərazilər Uttar-Pradeş və Madhyadır. Hazırda caynistlərin sayı təqribən 3 milyona çatır.
Manisa
Manisa — Türkiyənin Egey regionunda şəhər və Manisa ilinin inzibati mərkəzi. "Şahzadələr şəhəri" olaraq da tanınır. Antik dövrdə "Magnesia", Roma İmperiyası dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq xatırlanmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır. Ənənəvi Beynəlxalq Mesir pastası Festivalı təşkil edilir. Festivalı fəaliyyətlərinə qürur qonağı ölkələr üçün gecə təşkil edilir.
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Canis
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. Əhalisi 1,33 mln. (2003). Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.
Actinella carnosa
Aynişah Sultan
Aynişah Sultan (1463, Amasya ili – 1514, Konstantinopol) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1475-ci ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Şirin Xatundur. Uşaqlıq illəri Amasyada keçən Aynişah Sultan və anası 1480-ci ildə Trabzon sancaqbəyi təyin edilən qardaşı Şahzadə Abdullahla birlikdə Trabzona, ertəsi il isə Konyaya yollandı. Qardaşının ölümünədək burada qalan Aynişah Sultan və anası daha sonra Bursaya getdi. 1489-cu ildə Aynişah Sultan atasının istəyilə, Ağqoyunlu sultanı Uzun Həsən Osmanlılara sığınan oğlu Uğurlu Məhəmmədlə bibisi Gövhər Sultanın oğlu Gödək Əhməd bəylə nigahlandı. Bir neçə il sonra Şərqi Anadoluda başlayan taxt mübarizəsinə qatılan Gödək Əhməd qısa müddət hakimiyyətdə qaldıqdan sonra 1497-ci ildə qətlə yetirildi. Bu müddət ərzində İstanbulda qalan Aynişah Sultan müxtəlif xeyriyyə işləriylə məşğul oldu. 1506-cı ildə Fatehdə sübyan məktəbi inşa etdirdi və vəfatından sonra vəsiyyətinə əsasən, bu məktəbin həyətinə dəfn edildi.
Baccharis cyanosa
Baccharis cyanosa (lat. Baccharis cyanosa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Caucalis carnosa
Yabanı yerkökü (lat. Daucus carota) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yabanı yerkökü kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir. Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq, tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur. Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür. Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda şəkər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis olur. Yerkökünün tərkibində orta hesabla 4–12% şəkər, 0,53–2,23% zülal, 0,1–0,7% yağ, 0,54–3,50% sellüloza, 0,4–2,9% pektin maddəsi, 2,3–5,6% azotsuz ekstraktlı maddə, o cümlədən dekstrin və nişasta, 0,6–1,7% kül olur.
Litrisa carnosa
Mikania carnosa
Mikania carnosa (lat. Mikania carnosa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Othonna carnosa
Trilisa carnosa
Çayqoşa (Oğuz)
Çayqoşa — Oğuz rayonu ərazisində çay.. Daşağıl çayının sol qolu olub, 10 kilometrə qədər uzanaraq ana çayla qoşa axdığı üçün belə adlanır.
Doria carnosa
Othonna retrofracta (lat. Othonna retrofracta) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin othonna cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Doria retrofracta (Jacq.) Less. === Heterotipik sinonimləri === Doria carnosa DC. Othonna pinnatilobata Sch.Bip.
Amblyseius carnis
Amblyseius carnis (lat. Amblyseius carnis) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius carnis Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Körpübaşı (Manisa)
Körpübaşı (türk. Köprübaşı) — Manisa ilinin ilçəsi. == Təhsil == İlçədə 4 ibtidai təhsil məktəbi, 1 çox proqramlı lisey, 1 Anadolu lisesi və Cəlal Bayar Universitetinə bağlı 1 Peşə Yüksekokulu var.
Manisa Tarzanı
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Manisa ili
Manisa ili — Manisa, Türkiyənin bir ili və ən sıxlıq on dördüncü şəhəri. 2014 etibarilə 1.363.995 əhaliyə malikdir. Ege Bölgəsində iştirak edən ildə 17 ilçe tapılar. Əhali baxımından İzmirdən sonra bölgədəki 2. böyük ilidir. "Şehzadeler Şəhəri" olaraq da bilinir. Şəfalı Mesir pastası və Sultaniyə Üzümü ilə tanınır. Antik dövrdə "Magnesia", Roma İmperatorluğu dövründə tam adıyla "Magnesia ad Sipylum" olaraq adlandırılmışdır. Dünya dillərindəki maqnit və maqnezium sözlərinin mənşəyi Manisanın adıdır.
Manisa relyefi
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. == Təsvir == Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.
Nanisa (Əcəbşir)
Nansa (fars. نانسا‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 899 nəfər yaşayır (234 ailə). Əhalisi Azərbaycan türkləridir. Bu kəndin əhalisi türkcə danışırlar.
Rosa canina
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Salvia cynica
Salvia cynica (lat. Salvia cynica) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Viola canina
Viola canina (lat. Viola canina) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinin bənövşə cinsinə aid bitki növü. Viola pulchella Salisb. Viola sylvestris Lam. Viola sylvestris var. typica Maxim. Viola canina subsp. canina Viola canina subsp. ruppii (All.) Schübl. & G.Martens Viola canina subsp.
Mixael Hayniş
Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[…] – 26 fevral 1940[…], Vyana) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti. Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi. Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur. Mixael Hayniş siyasi partiyalardan uzaq idi.