Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Petrovka
Azərbaycanda Petrovka (Cəlilabad) — Cəlilabad rayonunda mövcud olmuş kənd. Belarusda Petrovka (Belarus) — Belarusda kənd. Ermənistanda Petrovka (Loru) — Loru mahalında kənd. Rusiyada Yeni Petrovka (Xaybulla) — Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd.
Serbovka
Serbovka (y.sorb Serbowka) — Praqadakı Sorb Katolik tələbələri və lisey şagirdlərinin birliyi idi. Serbovka 21 oktyabr 1846-cı ildə Vendish Seminariyasında yaradılıb və Almaniyadan kənarda ilk Sorb tələbə birliyi hesab olunur. Assosiasiyanın əsas məqsədi sorb dilini və mədəniyyətini qorumaq və təbliğ etmək və bununla da Sorb milli şüurunu onun üzvləri arasında möhkəmləndirmək idi. Digər slavyan xalqlarının tələbə birlikləri ilə canlı mədəni mübadilə baş verirdi. Miklausz Andritsky (1871-1908) - Sorb yazıçısı Yakub Buk (1825-1895) - Sorb yazıçısı Mixal Vesela (1863-1927) - Sorb şairi Yan Heydushka (1915-1944) - Sorb şairi Mixal Qornik (1833-1894) - Sorb yazıçısı Gandriy Duchman (1836-1909) - Sorb şair və yazıçı. 1858-1860-cı illərdə "Serbovka"ya rəhbərlik etmişdir Piotr Duchman (1839-1907) - Sorb ictimai xadimi, həkim və fotoqraf. Serbolujitski teatrının yaradıcısı Miklausz Zhur (1821-1887) - Sorb yazıçısı, dramaturqu və ictimai xadimi. 1885-1886-cı illərdə "Serbovka"ya rəhbərlik etmişdir Yuri Kral (1864-1945) - Sorb filoloqu Yuri Qustav Kubaş (1845-1924) - publisist və ictimai xadim Mixal Leshava (1843-1965) - illüstrasiyalı Sorb jurnalının yaradıcısı Josef Nowak (1895-1978) - Sorb şairi Yakub Bart-Çişinski (1856-1909) - Sorb yazıçısı Yan Çesla (1840-1915) - Həkim, sorb şairi Mixal Czok (1851-1922) - Sorb müəllim və şair Mixal Şevçik (1870-1903) - Sorb yazıçı, tarixçi və publisist Yakub Şevçik (1867-1935) - Sorb şair və ictimai xadim Zdeněk Boháč: Pražzký studentský spolek Serbowka koncem 19. století [Der Prager Studentenbund Serbowka am Ende des 19. Jahrhunderts].
Petrovka (Bakalı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Yeni Ursay kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 35 km, kənd sovetliyindən (Yeni Ursay): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 80 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (95 %) üstünlük təşkil edir.
Petrovka (Loru)
Qurdqala, Petrovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Rayon təşkil edilənədək Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Toponim türk mənşəli qurd etnoniminə qala sözünün birləşməsindən əmələ gəlib "qurd tayfasına mənsub qala yanında salınan kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur.
Marina Çernova
Marina Çernova — Rusiyalı akrobatika gimnastıdır. Rusiya Federasiyasını 2015-ci ildə Avropa Oyunlarında təmsil etdi və 3 qızıl medal qazandı. Marina xanım Georgi Pataraya ilə birgə Azərbaycan paytaxtında çoxnövçülük, balans hərəkətləri və temp hərəkətlərində qızıl medal qazandı. Rusiyanın əməkdar idman ustasıdır. 2014-cü ilin Dünya Çempionatınında qızıl medalçısıdır. == Həyatı == Marina Çernova 7 mart 1996-cı ildə anadan olmuşdur. == Karyerası == Marina Çernova ilk uğurunu 2014-cü ildə Fransada qazandı. O Levallus-Perredə Dünya Çempionatının qızıl medalını qazandı. 1 il sonra isə Marina xanım 2015-ci ildə Azərbaycan paytaxtında böyük uğur qazandı. O Bakıda Avropa Oyunlarında Georgi Pataraya ilə birgə 3 qızıl medal qazandı.
Nadejda Çernova
Nadejda Çernova (rus. Надежда Михайловна Чернова; 15 yanvar 1947 və ya 1947, Bayanaul[d], Qazaxıstan SSR, SSRİ) — rus əsilli qazax şairəsi, tərcüməçi və jurnalist, publisist, ədəbiyyatşünas. Qazaxıstan Yazıçılar Birliyinin üzvü. Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Prostor jurnalının şeir şöbəsinin müdiridir. Ədəbiyyata gedən yol Aleksandr Puşkinin əsərlərini oxumağı sevən atası Mixail Timofeeviç Çernovun göstərişi ilə başlayır. Uşaqlığını Semipalatinskdə keçirmişdir. Nadejda Çernova 10 yaşında şeirlər yazmağa başlamış və 15 yaşında "Günəş" şeiri "Leninski Smena" və "Kazakhstanskaya Pravda" qəzetlərində dərc edilmişdir. Məktəbi bitirdikdən sonra Kirov adına Qazax Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olur. Sonra iyirmi beş il Prostorda çalışdı, burada ədəbiyyat sahəsində məşhur şəxsiyyətlərlə tanış oldu: Moris Simaşko, Viktor Vasiliev, Anatoli Kim, İlyas Yesenberlin, Mixail Pak və başqaları.
Tamara Çernova
Tamara Aleksandrovna Çernova (rus. Чернова Тамара Александровна; d. 2 yanvar 1928, Sverdlovsk, RSFSR) — Sovet kino və teatr aktrisası, RSFSR əməkdar artisti (1966). Tamara Çernova 1928-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) dünyaya gəlmişdir. Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olmuşdur. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı ekiz bacısı və Klara adlı böyük bacısı olmuşdur. Böyük Vətən Müharibəsi illərində "Uralmaş" zavodunda çalışmış, həmçinin hospitallarda növbətçi olmuşdur. 1947-ci ildə Kiyevdə rus teatrının teatr studiyasını bitirmiş, daha sonra Leninqrada yollanaraq burada Teatr institutunun aktyorluq fakültəsinə qəbul olunmuş və bir ilə yaxın burada təhsil almışdır. 1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlara çıxan "Qoçaq insanlar" ("Смелые люди") filmində debüt edən Tamara dərhal məşhurlaşdı. Həmin il ailə quran aktrisa tezliklə ana olduğu üçün yeni filmlərdə çəkilmək təkliflərinə razı olmurdu.
Yuliya Çernova
Yuliya Çernova (d. 2 mart 1986) — Ukraynanı təmsil edən bədii gimnast. Yuliya Çernova 2004-cü ildə Ukraynanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Yuliya Çernova 2004-cü ildə Ukraynaın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mariya Bila, Olena Dziubçuk, Yelizaveta Karabaş, İnna Kojoxina və Oksana Paslas ilə birgə təsnifat mərhələsində 42.150 xal toplayaraq 9-cu yeri tutdu və mübarizəni dayandırdı.
Petrovka (Starıe Matı)
Petrovka (başq. Петровка, rus. Петровка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 26 km, kənd sovetliyindən (Starıe Matı): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə kryaşenlər (90 %) üstünlük təşkil edir.
Verbovka çayı (Çir)
Verbovka çayı — Rostov vilayəti ərazisindən axan çay. Verbovka çayı Çir çayının sağ qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Çir çayının mənsənibə 222 km qalmış ona tökülür. Çyornaya çayının uzunluğu 36 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 401 km²-dir. Çay sistemi: Verbovka → Çir → Don → Azov dənizi. Verbovka çayı öz başlanğıcını Rostov vilayətinin Bokovski rayonuna daxil olan Platov xutorundan götürür. Mənbə Platov xutorun cənubunda yerləşir. Sonradan Malaxovski və Verbovka yaşayış məntəqələri axır.
Yeni Petrovka (Xaybulla)
Yeni Petrovka kəndi (başq. Яңы Петровкa) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ufa kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yeni Petrovka kəndinin milli tərkibi: ruslar (54 %), başqırdlar (29 %) Məsafələr: rayon mərkəzindən (Akyar): 34 km., kənd sovetliyindən (Antinqan): 10 km ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 90 km. Tanalık çayının sahilində yerləşir. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Yeni Petrovka (Şaran)
Yeni Petrovka (başq. Яңы Петровка, rus. Новопетровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Miçurinsk): 17 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası):77 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (91 %) üstünlük təşkil edir.
Çertoza-di-San-Martino
Çertoza di San Martino (it. Certosa di San Martino, müqəddəs Martinin kartezian monastırı) - Neapolda yerləşən keçmiş kartezian monastırı. Şəhərin tarixi mərkəzindən cənub-qərbdə, yüksək Vomero təpəsində yerləşir. Çertoza şəhərin istənilən nöqtəsindən görünür və əksinə oradan Neapol körfəzi və Vezuviyə görüntü açılır. Kartezian monastrının tikintisi 1368-ci ildə kraliça I Covannanın dövründə tamamlanmışdı. Turlu müqəddəs Martinin şərəfinə adlandırılıb. Monastırda XVI əsrdə və XVII əsrin birinci yarısında fəal şəkildə yenidən qurulma işləri aparılmışdır. Monastrın indiki şəkli neapolitan barokkosunun sayılıb seçilən nümunələrindən sayılır. Abidənin bu stili memar Kozimo Fanzaqo tərəfindən yaradılmışdır. XIX əsrin əvvəllərində fransızlar monastırı bağlamış və karzetian ordenini ləğv etmişdilər.
Veryovka adına Ukraynanın Milli Əməkdar Akademik Xalq xoru
Veryovka adına Ukraynanın Milli Əməkdar Akademik Xalq xoru (ukr. Національний заслужений академічний народний хор України імені Григорія Верьовки) — 1943-cü ildə Ukrayna SSR Xalq Komissarları Sovetinin 246 saylı “Dövlət Ukrayna Xalq Xorunun təşkili haqqında” qərarı ilə Xarkovda yaradılmış Ukrayna bədii kollektivi. 1944-cü ildən komanda Kiyevdə yerləşir. Qrupun təşkilatçısı və ilk rəhbəri 1965-ci ildən xor adlandırılan Qriqori Quryeviç Veryovka (1895-1964) olub. Elə həmin il xor kollektivi Əməkdar fəxri adına layiq görülüb. 1971-ci ildə kollektivə akademik fəxri adı verilmiş, 1997-ci ildə isə milli status verilmişdir. 1965-2016-cı illərdə xora SSRİ xalq artisti (1983), SSRİ Dövlət mükafatı laureatı (1978), Ukrayna Qəhrəmanı (2003) Anatoli Avdiyevski rəhbərlik edib. 2016-cı ildən xora Ukraynanın xalq artisti Zinovi Korinets rəhbərlik edir. Xorun repertuarının əsasını Ukrayna folkloru, eləcə də digər xalqların mahnıları təşkil edir ki, onların çoxu Q.Veryokanın aranjimanını edir. Onun üçün, alçaq qadın səsinin melodiyası, ikisəsin unisonlarla növbələşməsi, oktava budaqları, beşlik, üçlük paralellikləri, triadalar, variasiya-tekstura harmonik işlənmə prinsipinin tətbiqi, subvokal texnikanın texnikası, timbral polifoniya elementləri kimi texnikalar xarakterik idi.