Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Cisim
Cisim — canlı və cansız təbiətə aid olan bütün əşyaların ümumi adı. Təbiətdə olan daş, qaya, ağac, göl, insan və heyvan bədəni, su damcısı, daş, qələm və s. müxtəlif cisimlərdir. Lakin bu cisimlərin bəzilərini insan düzəldir. Bəzi cisimlər isə heç kəs tərəfindən düzəldilmir. Bunlar təbiət cisimləridir. Təbiətdə maddə dörd: bərk, maye, qaz və plazma halında olur. Daş, dəmir, buz və s. maddənin bərk halıdır. Qaz halına misal havanı, təbii qazı, oksigeni və s.
Dilim
Dilim (avar. Дилим) — Dağıstanda kənd (aul). Tərkibindəki yeganə yaşayış məntəqəsi olaraq kənd qəsəbəsi statusu daşıyan bir inzibati vahidliyi təşkil edir yaradır. == Coğrafi yerləşməsi == Kənd Mahaçqaladan 108 km qərbdə yerləşir. Ən yaxın qatar stansiyası olan Xasavyurt isə 22 km şimaldadır. Kəndin cənub hissəsindən Sebetar çayı axır. Kənd dəniz səviyyəsindən 655 m yüksəklikdə yerləşir. Sahəsi - 31,6 km². == Tarixi == 1930-cu ildən Kazbekov rayonunun mərkəzi rolunu oynayır. B.Q. Əliyev bildirir ki, kəndin adı çeçen mənşəlidir və "dil" mənasını verir.
Kilim
Kilim — xovsuz xalça növləridən biri. Hər iki üzündən istifadə olunur. == Ümumi məlumat == Kilim texnikasının əsasına da arğac ipinin ərişdən keçirilməsi təşkil edir. Lakin cecim, palaz və şəddədən fərqli olaraq arğac toxunulan məhsulun bütün eni və ya uzunu boyu aparılmır. Kilimdə müxtəlif rəngli arğaclar bir cərgədə düzülə bilər. Beləliklə hər cərgədə müxtəlif rəngli iplərin sayını artırıb azaltmaqla toxucu şaquli istiqamətdə yönəlmiş həndəsi ornament zənginliyinə nail ola bilər. Zonasından və ənənəsindən asılı olaraq belə ornamentlər gah iri, gah da xırda formalı olurlar. Bəzən toxucu bir məmulatın toxunuşunda həm palaz, həm də kilim texnikasından istifadə edir. Bu da öz növbəsində toxunulan məhsulun bədii keyfiyyətlərini artırırdı. Kilim texnikasında toxunan məmulat içərisində qədirqə xüsusilə qeyd olunmalıdır.
Çulım
Çulım (qətim türkcə. «qaçan qar») — Rusiya ərazisindən axan çay Obun sağ qolunu təşkil edir. Xakasiya ərazisindən başlayan çay Krasnoyarsk diyarı və Tomsk vilayəti ərszisindən axaraq mənsəbinə tökülür. == Coğrafiyası == Çayın uzunluğu 1799 km, hövzəsinin sahəsi 134 min km² təşkil edir. Çulım çayı. Ağ İyos və Qara İyos çayalının birləşməsindən yaranır. Başlanğıcını Xakasiya ərazisindən Kuzneski Alatau silsiləsindən Malıy Syotik qəsəbəsindən 40 km cənubdan başlayır. Mənbədən Açinsk şəhərinə qədər çay dağlıq ərazilərdən axır. Leqostayevo qəsəbəsi yaxınlığında (Krasnoyarsk diyarı, Novoselskaya rayonu) Lena çayı ilə Çulım arasında məsafə cəmi 7,5 km təşkil edir. Yuxarı axarlarda çayın eni az olsada aşağı axarlarda onun eni 10 km-i keçir.
Şilim
Şilim — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 388 nəfərdir. == Toponimiyası == Bəzi tədqiqatçıları görə, oykonim talış dilindəki sillim (dənizin döyəclədiyi yer) sözünün təhrifə uğramış formasıdır. Yaşayış məntəqəsi ləpədöyəndə yerləşdiyi üçün belə adlandırılmışdır. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kənarmeşə, Seyidəkəran və Şilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. == Etimologiyası == Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Neptunxarici cisim
Transneptun obyektlər — Transneptun obyektlər (TNO) - Günəş sistemində Neptunun orbitinin xaricində yerləşən hər hansı bir kiçik göy cismidir. Bura OORT buludundakı cisimlər, eləcə də Pluton və digər cisimlər daxildir. OORT buludu Günəşdən 50-100 min a.v. uzaqlığında yerləşən kürə şəklində komet bulududur. Elmə məlum ilk Transneptun obyekt olan Pluton 1930-cu ildə aşkar edilib. Kəşf edildiyi gündən 2006-cı ilədək Günəş sisteminin doqquzuncu planeti hesab edilmişdir. Pluton Günəşdən ən uzaqda olan (orbitin böyük yarım oxu 39.5 a.v. –dir) böyük planet hesab edilirdi. Orbiti olduqca sıxılmış olduğuna görə bəzən o Günəşə Neptundan yaxın yerləşir. Ekliptika ilə əmələ gətirdiyi meyl bucağına və kütləsinin kiçikliyinə görə Planet statusu "əlindən alınmışdır".
Yılım (Baymak)
Yılım (başq. Йылым, rus. Зелимово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd İşbirzə kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 57 km, kənd sovetliyindən (İşbirzə): 13 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 98 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99%) üstünlük təşkil edir.
Çulım dili
Çulım dili (Çulım dilində: Ось тили, Ös tili ; rusca: Чулымский язык), Altay dil ailəsinin Türk dilləri qrupuna mənsub dildir. == Təsnifat == Çulım dili xakas, şor və sarı-yuğur dillərini də əhatə edən türk dillərinin Sibir türk qrupuna aid edilirr. Rusiyalı dilşünas Noqorodov Leypsiq-Cakarta siyahısına əsaslanaraq Çulımın qıpçaq mənşəli olduğunu iddia edir. Bu müqayisə göstərir ki, 100 əşyadan 87-si qıpçaq əşyalarına uyğundur, yalnız 67-si oğuz türkcəsi ilə qohumdur. == Tarix == Çulım dili bir vaxtlar Altay dağlarında çox geniş yayılmış bir dil olub, lakin müstəmləkəçilik və linqvistik assimilyasiya dalğalarına məruz qalan bu dilin daşıyıcıları zamanla ana dili kimi rus dilindən istifadə etməyə başlamışlar. Bu yerdəyişmə digər Sibir türk dillərindən fərqlənən dilin quruluşunu öyrəndikdə daha aydın görünür. İndi Orta Çulım XX əsrin ortalarında baş verən rus dilinin təsirləri səbəbindən təhlükə altındadır. Məhz 1940-cı illərdə, İosif Stalinin hakimiyyətdə olduğu dövrdə “ikinci ana dili siyasəti” adlı proqram yaradıldı. Bu, uşaqların bir yerə toplanması və onların rus dilini öyrəndikləri və öz ana dillərində danışmamağa məcbur olduqları internat məktəblərinə göndərilməsini əhatə edirdi. Proqram tez bir zamanda cəmiyyətin çulim dilini tərk etməsinə səbəb oldu.
Əzgiləbənzər cisim
Əzgiləbənzər cisim ya Epifiz (lat. corpus pineale s. epiphysis cerebri) — beyinin üst artımı olub, daxili sekresiya vəzisidir. Epitalamusun bir hissəsi olan bu vəzinin əsas funksiyası bioloji ritmi tənzimləməklə orqanizmin "saatı" rolunu oynayır. Eyni zamanda timusla birlikdə uşaqlarda cinsiyyət sisteminin inkişafını ləngidir. Melatonin, Serotonin və Adrenoqlomerulotropin hormonlarını sintez edir. == Yerləşmə == Epifiz yuxarıdan aşağıya doğru yastılaşmış oval şəkildə, qırmızı-boz rəngdə, xarici səthi qabarıqlı tək üzvdür; beynin daxilində yarımkürələrin altında orta beyin qapağının yuxarı təpəcikləri üzərində orta xətdə yerləşmişdir. Epifizin enli ucu – əsası önə doğru baxaraq yüyən – lat. habenula adlanan ağ dəstələr vasitəsilə görmə qabarına rəbt olunmuşdur; ensiz ucu – zirvəsi azaddır və arxaya doğru baxır. Əzgiləbənzər cisimin uzunluğu 7–10 mm, eni 5–7 mm, qalınlığı 4 mm və çəkisi 0,2 q-dır.
Benyamino Cili
Cili Benyamino (20 mart 1890[…] – 30 noyabr 1957[…], Roma) — italyan müğənnisi. 20-ci əsrin ən məşhur lirik tenorlarından biri. == Həyatı == Çəkməçi ailəsində anadan olmuşdur. 1908–10-cu illərdə Romada A. Boanuççidən, 1911–14-cü illərdə isə "Santa- Çeçilia" Roma konservatoriyasında A. Kotonyi və E. Rozatinidən dərs almışdır.1914-cü ildə vokalçiların Parmada keçirilən Beynəlxalq müsabiqəsinin 1-ci mükafatına layiq görülmüş Cilinin həmin ildə opera səhnəsində debütü olmuşdur (A. Ponkyellinin "Cokonda" tamaşasında Ensonun partiyası, Roviqo ş. teatrı), sonralar İtaliyanın müxtəlif teatrlarında çıxış etmişdir. 1920–32-ci illərdə "Metropoliten- opera" (Nyu-York) teatrının solisti olmuşdur. == Fəaliyyəti == 1932-ci ildə İtaliyaya qayıtmış, əsasən, Roma səhnəsində (o cümlədən 2-ci dünya müharibəsi illərində) oxumuşdur. Avropa və Amerikada qastrolda olmuşdur (1930-cu ildən dəfələrlə "Kovent-Qarden" teatrında çıxış etmişdir). 1954-cü ildə opera səhnəsini tərk etmişdir.19–20-ci əsrin əvvələrinin romantik və verist operalarından (V. Bellini, Q. Donisetti, C. Ver di, C. Puççini, J. Bize, J. Massne və b.) partiyalar (cəmi təqribən 60) repertuarının əsasını təşkil etmişdir. Neapol mahnılarının ifası müğənniyə geniş populyarlıq qazandırmışdır.
Cañete (Çili)
Kanyete — Çili şəhəri. Əhalisi 31.270 nəfərdir (2002). Ərazi — 760,4 km², əhali sıxlığı — 41,12 nəfər/km²-dir.
Cili Benyamino

Florida (Çili)
Florida — Çilidə şəhər.
Kanyete (Çili)
Kanyete — Çili şəhəri. Əhalisi 31.270 nəfərdir (2002). Ərazi — 760,4 km², əhali sıxlığı — 41,12 nəfər/km²-dir.
Koronel (Çili)
Koronel — Çili şəhəri. Ərazisi 279 km². 95.527 nəfərdir (2002).
Mikeli cili
Mikeli cili (lat. Carex michelii) - cil cinsinə aid bitki növü.
Parv cili
Parv cili (lat. Carex brevicollis) - cil cinsinə aid bitki növü.
Qumluq cili
Qumluq cili (lat. Carex arenaria) - cil cinsinə aid bitki növü.
Salamanka (Çili)
Salamanka — Çili şəhəri.
Su cili
Su cili (lat. Carex aquatilis) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Çili Respublikası
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. == Etimologiyası == Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Çili Universiteti
Çili Universiteti - (isp. Universidad de Chile) — Çili dövlət universiteti, Santyaqo şəhərində yerləşir. Çilinin ən iri və qədim ali məktəbi, Latın Amerikasının da ən qədim universitetləri siyahısındadır. 17 sentyabr 1842-ci ildə San-Felipe müstəmləkə kral universiteti əsasında yaradılıb. Məzunları arasında iki Çili prezidenti və ədəbiyyat üzrə Nobel mükafatı laureatları Qabriel Mistral və Pablo Neruda vardır. == Həmçinin bax == == Ədəbiyyat == "La Privatización de las Universidades", María Olivia Mönckeberg, Ed. Copa Rota, ISBN 956-8523-00-6.