Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çadtsa
Çadtsa (slovak. Čadca, pol. Czaca, mac. Csaca) — Slovakiyanın şimal-qərbinda şəhər. Jilina bölgəsində yerləşir. Əhalisi 27 min nəfərdir. Şəhər Polşa ilə Çexiyanın sərhəddində, Kisuttsa çayının sahilində yerləşir.
Kuştrim Muşitsa
Kuştrim Muşitsa (alb. Kushtrim Mushica; 1 may 1985 və ya 1 may 1983, Priştina) — qapıçı mövqeyində oynayan Kosovo futbolçusu. Hazırda Kosovonun Vuştrria klubunun şərəfini qoruyur. == Karyerası == Kuştrim Muşitsa Yuqoslaviyanın Priştina şəhərində anadan olub. Futbol oynamağı 1991-ci ildə 6 yaşında yerli "Ramiz Sadiku" komandasında başladı. Kosovo müharibəsi başlayanda o, buranı tərk etməli olur və və üç ay Türkiyədəki qohumlarının evində yaşayır, atası və böyük qardaşı isə Priştinada qaldılar. Muşitsa, atası Priştinanı kifayət qədər etibarlı hesab etdikdən sonra məmləkətinə qayıtdı. Müharibə bitdikdən sonra Muşitsa, Kosovanın aparıcı klubu olan Priştina klubuna qatıldı. 2002-ci ildə, 17 yaşında, klubun əsas heyətinin oyunçusu oldu. 2005-ci ilin əvvəlində Ukrayna Borisfen klubuna transfer olundu, lakin ehtiyat heyətin tərkibində 1 oyun keçirtdi.
Cudias Buenoano
Cudias Buenoano (ing. Judias V. “Judy” Buenoano; d. 4 aprel 1943, ABŞ, Texas, Kuana — ö. 30 mart 1998, ABŞ, Florida) — əri Ceyms Qudiyerin 1971-ci ildə öldürülməsinə görə edama məhkum olunan amerikalı bir qatil. O, həmçinin 1980-ci ildə oğlu Maykl Buenoanonun öldürülməsinə və 1983-cü ildə sevgilisi Con Centrini öldürməyə təşəbbüs etdiyinə görə məhkum olundu. Buenoano, həmçinin 1978-ci ildə Koloradoda sevgilisi Bobbi Co Morrisin ölümündən məsuliyyət daşıdığını etiraf etdi. Eyni zamanda hakimiyyət orqanları Buenoano ilə Morris arasında əlaqə yaratdığı vaxt o, artıq Florida ştatında ölüm cəzasına məhkum edilmişdi. Buenoanonun 1974-cü ildə Alabamada baş vermiş cinayətdə və 1980-ci ildə sevgilisi Cerald Dossettin ölümündə də iştirak etdiyi güman edilir. Onun həbsindən sonra Dossettin cəsədi ekshumasiya edildi və arsen zəhərlənməsi əlamətləri üçün analiz edildi. Buenoano 1848-ci ildən bəri Florida ştatında edam edilən ilk qadın idi və 1976-cı ildə edam cəzasının bərpasından sonra ABŞ-də edam edilən üçüncü qadın idi.
Cudit Forsa
Cudit Forsa (d. 7 iyun 1996) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Cudit Forsa, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Cudit Ridli
Cudit Ridli (ing. Judith Ridley; 2 fevral 1946, Pitssburq, Pensilvaniya) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu Yaşayan ölülərin gecəsi filmində "Cudi" roludur. Bu filmdə iştirak edən Rassell Ştrayner ilə evlilikdən sonra filmlərdə adı Cudit Ştrayner (ing. Judith Streiner) kimi səslənirdi. Film karyerası boyu cəmi iki filmdə rol almışdır.
Cudit O'Di
Cudit O'Di (ing. Judith O'Dea; 20 aprel 1945) — ABŞ aktrisasıdır. Ən yaxşı rolu "Yaşayan ölülərin gecəsi" filmində Barbara roludur. Cudit O'Di şifahi kommunikasiyalar tədrisi ilə məşğul olan "O'Dea Communications" firmasının sahibəsidir. == Seçilmiş filmoqrafiya == 1968: Yaşayan ölülərin gecəsi == İstinadlar == == Xarici keçidlər == Cudit O'Di — IMDb səhifəsi. O'Dea Communications.