Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Surikat
Surikat — Herpestidae fəsiləsinə aid olan heyvan cinsi. Cənubi Afrikada (Kalaxari səhrası ərazisində: Anqola, Namibiya, Botsvana, CAR-ın şimal-qərbində) geniş yayılmışdır. Əvvəllər Madaqaskarda da rast gəlinib. Manqustlar fəsiləsinə aid olan surikatlar əsasən ağacların bitmədiyi daha açıq və boş torpaqlarda yaşayırlar. Onları savannalarda və açıq düzənliklərdə tapmaq olar. Surikatlar kiçik manqustlara aid olduğundan onların çəkisi 700-750 qramdır. Surikatın başı ilə birlikdə bədəninin uzunluğu 25-35 sm, quyruğunun uzunluğu isə 17,5-25 sm olur. Surikatların diş formulu belədir: I 3 3 C 1 1 P 3 3 M 2 2 , {\displaystyle I{3 \over 3}C{1 \over 1}P{3 \over 3}M{2 \over 2}\,\,,} (burada I {\displaystyle I} - kəsici dişlər, C {\displaystyle C} - köpək dişləri, P {\displaystyle P} - kökaltı dişləri M {\displaystyle M} - azı dişləri) onların sayı 36-dır. Tüklərinin rəngi adətən narıncı-qəhvəyi rəngdə olur. Bütün surikatlarda xarakterik olaraq qara zolaq vardır.