Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cillik
Cillik — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Cillik Balakən r-nunun Qazma i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi Cillik adlanan yerin yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Cil bataqlıqda, rütubətli yerdə bitən bitkinin adıdır. Ərazi bu bitki ilə örtüldüyü üçün belə adlandırılmışdır.
Cılfır
Cılfır — Azərbaycan Respublikasının Qubadlı rayonunun Göyərcik kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunub. == Toponimikası == Cılfır kəndi Bərgüşad silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyərcik kəndindən köçmüş ailələr tərəfindən Cılfır meşəsi adlanan ərazidə salınmışdır. Kənd həmin meşənin adını daşıyır. Azərbaycan dilinin dialektlərində cılfır "cəngəllik, kol-koslu yer" deməkdir. == Coğrafiyası və iqlimi == Cılfır kəndi Bərgüşad silsiləsinin yamaclarında yerləşir. == Mənbə == Akif Muradverdiyev. Zəngəzur.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Çılğır
Çılğır (əvvəlki adı: Çiləgir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Xaçmaz rayonunun Aşağı Zeyid kənd inzibati ərazi dairəsi tərkibindəki Çiləgir kəndi Çılğır kəndi adlandırılmışdır.
Çırçır
Çırçır (Sevan)
Dilçi
Dilçi, dilşünas və ya linqvist – insanların danışdıqları dillərin mənşəyi, quruluşu, konkret dillərin formal və qrammatik nəzəriyyələrinin qurulması, dillərin izahlı lüğətlərinin, dillərarası və digər xüsusi təyinatlı lüğətlərin hazırlanması ilə məşğul olan şəxs. == Dilçi alimlər == 8-ci əsrdə Xəlil ibn Əhməd ərəb dilinin qrammatikasını və izahlı lüğətini yazmış (Kitabu`l-Ayn), ərəb dilinin bu günə qədər də bənzəri olmayan ensiklopediyasını yaratmışdı. Mahmud Qaşqarlı "Divanü Luğat-it-Türk" əsəri ilə türk dilçiliyinin və ümumiyyətlə türkşünaslığın əsasını qoydu (1073-1077-ci illər arasında yazıldığı güman edilir). Ərəb dilçiliyinin görkəmli nümayəndələri sırasında Xətib Təbrizi nin (1030-1146) xüsusi yeri var. 13-cü əsrdə yaşayıb yaratmış İbni Mühənna türk-fars-monqol lüğəti yazmış, mütəxəssislərin fikrincə sonralar Azərbaycan türkcəsi adlanacaq dilin xüsusiyyətlərini də öz əsərində göstərmişdir. Hinduşah Naxçıvani (1275-1329) də ərəb və fars dillərini cəlb etməklə Azərbaycan türkcəsinin izahlı lüğəti sahəsində maraqlı lüğətin müəllifi kimi tanınmışdır. Kazan və Peterburq universitetlərinin professoru, görkəmli şərqşünas Mirzə Kazım bəy (1802-1870) "Türk-tatar dilinin ümumi qrammatikası" kitabı (1839, 1848) Avropa üsullu ilk dolğun dərslik olmuş, eyni zamanda türkologiyanın ən dəyərli əsərlərindən biri olaraq qəbul edilmişdir. Müasir dövr türk xalqları dilçiləri arasında Azərbaycandan Türkiyəyə köç etmiş Əhməd Cəfəroğlunun xüsisi yeri var. Avropada dilçilk elmi 18-ci əsrdə ciddi inkişaf yoluna qədəm qoymuşdur. Məhz bu dövrdə dilçiliyin nəzəri əsasları üzərində tədqiqatlar başlanılmış, böyük lüğətçilik ənənəsinin əsası qoyulmuşdur.
Cillis sezalpiniyası
Erythrostemon gilliesii (lat. Erythrostemon gilliesii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin erythrostemon cinsinə aid bitki növü. == Təbii yayılması == Cənubi Amerika, Suriya, Fələstin və Kiçik Asiya, Aralıq dənizi sahillərinin şərq və qərbində dəniz səthindən 400-1600 m yüksəklikdə, daşlı-qayalı, kirəcli yamaclarda, çılpaq qumluqlarda, çox zaman həmişəyaşıl ağaclardan ibarət meşələrində bitən ağac və ya kol bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 6-10 m-ə çatır. Mühit amillərindən asılı olaraq yarpaqlarını tökən və ya həmişəyaşıl koldur, qabığı açıq boz, tikansızdır. Yarpaqları qalın, üstdən tünd yaşıl, mürəkkəb, tək və ya cütlələkvari, 12-18 ədəd yarpaqcıqdan ibarət, uzunluğu 6-8 sm, eni 3-4 sm-dir. Yarpaq altlıqları yumurtavari, üçkünclü və qısadır. Çiçəkləri boz rəngli, budaqların üzərində yerləşir. Erkəkciyi 10, dişiciyi oturan, 10-12 sm uzunluğunda qırmızı, aşağıdan enlənmiş, açıq qırmızı, ikiyuvalı tozluqlara malikdir. Kasacığı 1,5-2,5 sm uzunluqda neştərvaridir.
Cığcığ (Kəleybər)
Cığcığ (fars. جيغ جيغ‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 79 nəfər yaşayır (16 ailə).
Os calcis
Daban sümüy (lat. calcaneus), (lat. os calcis) — ayaq daraqarxası sümüklərinin ən böyüyü olub ayağın dal və alt hissəsində boylama istiqamətdə yerləşmişdir. Bunun geriyə çıxan hissəsinə daban qabarı — lat. tuber calcanei deyilir. Daban sümüyünün üstündə aşıq sümüyü ilə birləşməyə məxsus üç oynaq səthi vardır: ön oynaq aşıq səthi — lat. facies talaris anterior (facies articularis anterior — BNA) ən kiçiyidir; orta oynaq aşıq səthi — lat. facies articularis talaris media (facies articularis media — BNA) əvvəlincidən bir az böyük olub aşıq sümüyü dayağı — lat. sustentaculum tali adlanan və içəri doğru çıxmış çıxıntı üzərində yerləşmişdir. Bu çıxıntının altında baş barmağı bükən uzun əzələnin vətərinə məxsus şırım — lat.
Çalçıq (Əbhər)
Çalçıq (fars. چالچوق‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (24 ailə).
Çirçik çayı
Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay. == Adının etimslogiyası == Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)» mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır. Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)» olaraq adlandırırdılar. == Ümumi məlumat == Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min.
Çıldır döyüşü
Çıldır döyüşü (farsca:نبرد چلدر; türkcə: Çıldır Muharebesi) — Səfəvi-Osmanlı müharibəsinin (1578–1590) gedişində baş vermiş ilk döyüş. 1578-ci ilin 8 və ya 9 avqust günündə Çıldır gölünün yaxınlığındakı düzdə baş vermişdir. Osmanlı tarixçisi və yürüşün iştirakçısı İbrahim Rəhimizadə bu döyüşü müharibənin ilk döyüşü, İbrahim Peçevi isə "Çıldır düzündəki böyük döyüş" deyə adlandırmışdır. Osmanlı imperiyası bu döyüşdə Səfəvi ordusu üzərində qələbə qazanmış və beləliklə onlar üçün Gürcüstana gedən yollar açılmışdır. == Arxa plan == Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasındakı sərhəd 1555-ci ildə imzalanmış Amasya sülhü ilə təmzimlənirdi. 1576-cı ildə I Təhmasibin ölümündən sonra Səfəvi imperiyası daxilində taxt uğrunda mübarizə kəskinləşdi. Onun varisləri olan Heydər Mirzə ilə İsmayıl Mirzə arasındakı mübarizə nəticəsində İsmayıl qalib gələrək şah oldu. İki il sonra III Murad (1574–1589) Qafqaza müdaxilə edib orada öz hakimiyyətini qurmaq üçün ideal zamanın yetişdiyi qərarına gəldi. Baş vəzir Sokollu Mehmed Paşa yürüşə qarşı olsa da, onun təsir dairəsi artıq çox daralmışdı. III Murad Səfəvilərlə müharibəyə ciddi hazırlıq görmüşdü.
Çıldır gölü
Çıldır gölü — Araz hövzəsinin ən böyük gölü. == Ümumi məlumat == Şərqi Anadoluda 1959 m yüksəklikdə yerləşir və Qərbi Arpa çayın mənbəyini təşkil edir. Sahəsi 123 kvadrat kilometrdir.Kısır və Akbaba dağları arasında vulkan mənşəli çuxurda yerləşən gölün uzunluğu 18,3 kilometr, maksimal eni isə 16,2 kilometrdir. Əsasən qar suları, bulaqlar, kiçik çaylarla qidalanan Çıldır gölünün orta dərinliyi 30 metrə,ən dərin yeri 130 metrə, həcmi isə təxminən 1,2 kub kilometrə çatır. Çıldır hövzəsinin illik orta temperaturu təxminən 3,5 dərəcədir.
Çıldır əyaləti
Çıldır əyaləti — veya Çıldır Beylerbeyliği (Osmanlıca: ایالت چلدر , "Eyalet-i Çıldır") Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Adı Çıldır gölüündəndir. 1574 ci ildə Çıldır əyalətinin bölgüsü. 1. Ahısqa sancağı 2. Axalkələk sancağı 3. Çıldır sancağı 4. Posho sancağı 5. Bedre sancağı 6. Penek sancağı 7.
Çırçır (Meşkinşəhr)
Çırçır (fars. چرچر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (12 ailə).
Çırçır (Mərənd)
Çırçır (fars. چرچر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (77 ailə).
Çırçır (Sevan)
Çırçır, Varser — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə, Göyçə gölünün sahilində, Zəngi çayının yanında yerləşir. Sevan rayonu təşkil edilənədək, yəni 31 dekabr 1931-ci ilə kimi Axta (Razdan) rayonunun tərkibində olmuşdur. Kəndin digər adı Sutökülən olmuşdur. Erməni mənbələrində, Qafqazın 5 verstlik xəritəsində Çirçir formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasını ifadə edən şırşır sözünün dialekt variantı olan çırçır (çirçir) sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin dialekt və şivələrində, türk dillərində ş~ç səs əvəzlənmələri qanunauyğun haldır. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.
Çili
Çili (isp. Chile) və ya rəsmi adı ilə Çili Respublikası (isp. República de Chile) – Cənubi Amerikada dövlət. Çili şərqdə And dağları ilə qərbdə Sakit okean arasında qalan, şimaldan cənuba 4300 km boyunca uzanan ərazidə yerləşir. Şimalda Peru, şimal-şərqdə Boliviya, şərqdə Argentina ilə həmsərhəddir. Cənubda Dreyk boğazı, qərbdə isə Sakit okeanla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Santyaqo, ümumi sahəsi 756,096.3 kvadrat kilometr, əhalisinin sayı 18 milyon nəfərdən çoxdur. Çili BMT (1945), BVF (1945), BYİB (1945), ADT (1948), ÜTT (1995),Merkosur (1996, assosiativ üzv) üzvüdür. == Etimologiyası == Ölkənin adı Aymara dilində "dünyanın sonu" mənasını verən "chilli" sözündən gəlir. Tarixçi Xose de Akostanın göstərdiyi kimi, "Chile" sözü keçua dilində "soyuq" və ya "hədd" mənasını verirdi.
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. == Coğrafiyası == Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Cilli Kleyberq
Cilli Kleyberq ing. Jill Clayburgh; 30 aprel 1944[…], Nyu-York, Nyu-York ştatı – 5 noyabr 2010[…]) — ABŞ aktrisasıdır. == Həyatı == 5 noyabr 2010-cu ildə, 66 yaşında dünyasını dəyişib. O, 20 il idi xroniki limfoleykozdan əziyyət çəkirmiş. == Mükafatları == "Oskar", "Qızıl qlobus" kimi mükafatların laureatı idi.
Cilyi mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Circi Zeydan
Cürci Zeydan (ərəb. جرجي زيدان‎ Jurjī Zaydān; 14 dekabr 1861[…], Beyrut – 21 iyul 1914[…], Qahirə) — ərəb yazıçısı və tarixçisi, maarifçisi və publisisti. Ərəb ədəbiyyatında tarixi roman janrının yaranıb geniş yayılması birinci növbədə onun adı ilə bağlıdır. Onun romanları hələ müəllifin sağlığında fars, türk, Azərbaycan, hind, urdu və bəzi Avropa dillərinə tərcümə olunmuşdur. Cürci Zeydanın ərəb ədəbiyyatının və elminin inkişafındakı xidmətləri, istər ərəb alimləri, istərsə də Qərbi Avropa və rus şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir. Ərəb alimlərindən Məhəmməd Hüseyn Heykəl, Abbas Mahmud əl-Aqqad, Mutran Xəlil Mutran, Əbdüləziz əl-Bəşəri, Yusif Həcm və başqaları Cürci Zeydana elmi məqalələr və məruzələr həsr etmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişlər. == Həyatı == Cürci Zeydan 14 dekabr 1861-ci ildə Beyrutda xristian ailəsində dünyaya gəlmişdir. Onun atası Həbib Zeydan xırda tacir idi. İlk təhsilini Beyrutda müxtəlif məktəblərdə almış, 6 ildə 3 məktəb dəyişmişdir. Ailəsinin ağır maddi vəziyyəti atasını Zeydanı çəkməçi yanına şagird verməyə məcbur edir.
Cılız koramal
Cılız koramal (lat. Anguis fragilis) — Pulcuqlular dəstəsinin koramallar fəsiləsinə aid növ. Bu, ayaqsız kərtənkələdir. Kərtənkələnin uzunluğu 50 sm-ə çatır ki, bunun da 30 sm-i bədəninin uzunluğudur. Erkəklərin quyruğu dişilərə nisbətən uzun olur. Erkəkləri qəhvəyi, boz və ya bürünc rəngində olur. Dişilərin rəngi erkəklərə nisbətən solğun olur. Dişilərdən fərqli olaraq, erkəklərin qarnında tünd ləkə və zolaqlar olur.
Tuncay Dilci
Tuncay Dilci (15 iyun 1969, Pınarbaşı, Kayseri ili) — Türkiyə akademiki, pedaqoqu, yazıçısı və redaktoru. Bundan əlavə, o, davranışşünas alim və Rəqəmsal Asılılıqla Mübarizə Assosiasiyasının prezidentidir. Dilci 2019-cu ildə professor doktor adını almışdır. == Həyat və təhsili == Tuncay Dilçi 15 iyun 1969-cu ildə Türkiyədə, Kayseri vilayətinin Pınarbaşı rayonunda anadan olmuşdur. O, ibtidai təhsilini Pınarbaşı rayonunda, orta təhsilini isə Kadı Bürhanəddin Orta Məktəbində almışdır. Dilci 1989-cu ildə Kayseri Liseyindən, 1994-cü ildə Dəclə Universiteti və 19 May Universitetindən məzun olmuşdur. O, 1994–2003-cü illərdə Türkiyənin Təhsil Nazirliyinə tabe olan məktəblərdə müəllim və direktor vəzifələrində çalışmışdır. Dilci 2001-ci ildə Fərat Universitetinin Sosial Elmlər İnstitutunda təhsilin idarə edilməsi və nəzarəti üzrə magistr dərəcəsi almışdır. O, 2003-cü ildə Qaziantep Universiteti Müəllim Rüfət Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində müəllim işləmiş, 2009-cu ildə Fərat Universiteti Sosial Elmlər İnstitutu Təhsil Proqramları və Tədris Bölməsində doktorluq dərəcəsi almışdır. Dilci 2010-cu ilin yanvar ayından Sivas Cümhuriyyət Universiteti Təhsil Fakültəsi Təhsil Elmləri Bölməsində dosent doktoru adı ilə işə başlamışdır.
Yelena Cilyi
Yelena Cilyi (9 iyul 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Yelena Cilyi, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Yelena Cilyi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. Yelena Cilyi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.