Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Cul
Cul, Artavan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə, Arpaçayın sağ qolu olan Culçayın yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Tarixi mənbələrdə XIII əsrdən xatırlanır. Toponim çul türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 19. IV. 1950-ci il fərmanı ilə adı dəyişdirilib Artavan qoyulmuşdur.
Çaul döyüşü
Çaul döyüşü — bir tərəfdən Portuqaliya donanması ilə digər tərəfdən Misir Məmlükləri, Qucarat sultanlığı və Kaliküt şəhərinin birləşmiş donanması arasında dəniz döyüşü. Döyüş 1508-ci ilin martında Hindistanın şimal-qərbindəki Çaul körfəzində baş verib. Döyüş 8 gəmidən 6-nı itirən portuqalların tam məğlubiyyəti ilə başa çatdı. Portuqaliyalı komandan, Hindistanın ilk portuqaliyalı canişini Fransisko de Almeydanın oğlu Lourenço de Almeyda da döyüşdə həlak oldu. Döyüş portuqalların Hind okeanında ilk məğlubiyyəti idi. == Tarixi == Hindistandan gələn ədviyyat ticarətinə fəal şəkildə müdaxilə edən portuqallar Hindistanın cənubunda Kerala sahillərində özlərinə istinad mövqesi qurdular. Ədviyyat yolunu ələ keçirməyə çalışan portəgizlər bölgədəki mühüm strateji məntəqələri tutmağa başladılar. Tədricən onlar İndoneziya, Moluk adaları və Çindən ticarət yollarının kəsişdiyi Qücərata nəzarət etməyin vacibliyini dərk etdilər. Portuqallara bölgədəki ədviyyat ticarətinə nəzarət edən qüvvələr koalisiyası müqavimət göstərməyə başladı. Bu koalisiyaya Kaliküt, Qücərat, Misir və Venesiya daxil idi.
Ceyms Preskott Coul
Ceyms Preskott Coul (ing. James Prescott Joule d. 24 dekabr 1818, Solford, Lankaşir qraflığı (indiki böyük Mançester); ö. 11 oktyabr 1889, Seyl, Çeşir qraflığı) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1850). İlk Termodinamika qanunu - Enerjinin Saxlanması Qanununu təsvir edib. == Haqqında == Ceyms Preskott Coul ev təhsili almışdı. Müəllimi C. Daltonun təsiri altında fizikaya böyük maraq göstərərək, fiziki eksperimentlər aparmağa başlayan Coul elektromaqnit hadisələrinin öyrənilməsinə, alçaq temperaturlar fizikasına, enerjinin saxlanması qanununun əsaslandırılmasına böyük töhfə vermişdir. 1840-cı ildə Ferromaqnetiklərin maqnitlənməsi zamanı doyma effektini və 1842-ci ildə maqnito striksiyanı aşkar etmişdir. Coul E.X.Lentsdən asılı olmayaraq, 1841-ci ildə naqildən cərəyan keçərkən ayrılan istilik miqdarının naqilin müqavimətindən və cərəyan şiddətindən asılılığını müəyyən etmişdir və bu, 1843-cü ildə nəşr olunmuşdur. Həmin qanun Coul-Lents qanunu adlandırılır.
Lyu Kvanq-çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Lyu Kvanq Çul
Lyu Kvanq Çul (kor. 류광철 / 柳光哲) - Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lyu Kvanq Çul 1954-cü il iyunun 10-da anadan olmuşdur. 1978-ci ilin fevralında Seul Milli Universitetini Alman dili və ədəbiyyatı ixtisası üzrə (Koreya, Seul), 1987-ci ilin mayında İndiana Universitetini (ABŞ, İndiana, Bluminqton) bitirmişdir. 1981-ci ilin mayında Ali Diplomatiya Xidməti üzrə imtahandan keçmişdir. 1981-ci ilin dekabr ayından Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. 1987-ci ilin dekabrından Koreyanın Keniya Respublikasındakı Səfirliyində ikinci katib, 1990-cı ilin iyun ayından Koreyanın Avstriya Respublikasındakı Səfirliyində və Koreyanın Vyanadakı Beynəlxalq Təşkilatlar üzrə Daimi Nümayəndəliyində birinci katib, 1995-ci ilin dekabrından Koreyanın Almaniya Federativ Respublikasındakı Səfirliyində məsləhətçi, 1999-cu ilin iyulundan Koreyanın İraq Respublikasındakı Səfirliyində məsləhətçi, 2001-ci ilin yanvarından Xarici İşlər və Ticarət Nazirliyinin Siyasi Planlaşdırma və Beynəlxalq Təşkilatlar İdarəsində Tərk-silah və atom enerjisi şöbəsində direktor, 2002-ci ilin dekabrından Koreyanın BMT-dəki Daimi Nümayəndəliyində (Nyu-York, ABŞ) nazir-məsləhətçi, 2006-cı ilin martından Koreyanın Azərbaycan Respublikasındakı Səfirliyində müvəqqəti işlər vəkili vəzifələrində çalışmışdır. 2007-ci ilin yanvarından Koreyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiridir. Ailəlidir, iki övladı var.
Amul
Amül, Amul və ya Amol — İran İslam Respublikasının Mazandaran ostanının şəhərlərindən və Amül şəhristanının mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 197,470 nəfər və 55,183 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və Mazandaran dilində danışırlar.
CTOL
CTOL (ing. Conventional Take-Off and Landing), Ənənəvi enmə-qalxma sözlərinin qısaldılmış formasıdır. Sərnişin təyyarəsi kimi normal hava texnikaları enmə-qalxma meydanından istifadə edərək enmə-qalxma həyata keçirirlər. Ənənəvi enmə-qalxma sisteminə alternativ olan bir sistem də, Şaquli şəkildə enmə-qalxma hesab olunur. Dəniz təyyarələri enmə-qalxma meydanının əvəzinə sudan istifadə edirlər.
Caml
Caml(Categorical Abstract Machine Language)- 1985-ci ildə Fransız bir qurum olan İNRİA tərəfindən yaradılmış funksional və obyektyönümlü proqramlaşdırma dilidir. Digər adı ilə də Objective Camlda adlanır.
Coult.
Tomas Koulter (ing. Thomas Coulter; 28 sentyabr 1793 – 28 noyabr 1843) — İrlandiya botaniki. == Əsərləri == == Şərəfinə adlandırmalar == Coulterophytum B.L.Rob. bitki cinsi Coulterella Vasey et Rose bitki cinsi == İstinadlar == == Ədəbiyyat == Frederick V. Coville. The Botanical Explorations of Thomas Coulter in Mexico and California. Botanical Gazette, Vol. 20, No. 12 (Dec., 1895), pp. 519–531 Hadfield, Miles, et al. 1980.
Drül
Drül (fr. Drulhe, oks. Drulha) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12091. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 38 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 401 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 233 yaşda olan (15-64 yaş arasında) 175 nəfər iqtisadi fəal, 58 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,1%, 1999-cu ildə 69.4%).
Oğul
Oğul sözünün bir neçə mənası ola bilər : Kişi cinsindən olan övlad; Yaşlı adamın gənc oğlana nəvazişlə müraciəti; Əlindən iş gələn, iş bacaran adam haqqında (misal üçün: oğul ona deyərəm ki, bu işi görsün).
Puul
Pul (ing. Poole) — Böyük Britaniyada, İngiltərədə şəhər.
İyul
İyul— Qriqorian təqvimi ilə ilin yeddinci ayıdır. 31 gündən ibarətdir.
CURL
cURL — müxtəlif şəbəkə protokollarından istifadə edərək məlumatların ötürülməsi üçün kitabxana (libcurl) və komanda sətri aləti (curl) təmin edən kompüter proqram təminatı layihəsi. Adın açılışı "Client for URL"-dir. == Tarixi == curl ilk dəfə 1996-cı ildə buraxılıb. O, əvvəlcə httpget, daha sonra urlget, sonda isə curl adlandırılıb. Orijinal müəllif və aparıcı tərtibatçı isveçli Daniel Stenberqdir. O, IRC istifadəçiləri üçün valyuta məzənnələrinin alınmasını avtomatlaşdırmaq istədiyi üçün curl-i yaratmışdı. == Nümunə == Curl-un əsas istifadəsi əmr sətrində sadəcə curl yazmağı, sonra isə URL-ni ehtiva edir. == İstinadlar == == Xarici keçidlər == curl.se — CURL rəsmi saytı Comparison of curl vs other open source download tools Stenberg, Daniel. "Comparison of curl vs wget". Nov 9, 2021 [2007].
Paul
Paul — kişi adı.
10 iyul
10 iyul — Qriqorian təqvimində ilin 191-ci günü. (uzun ildə 192-ci) Bu tarixdə ilin sonuna 174 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1890 — Vayominq ABŞ-nin 44-cü ştatı olub. === 1901–cari === 1960 — SSRİ milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 1991 — Boris Yeltsin ilk seçilmiş Rusiya prezidenti kimi vəzifəyə başlayıb. 2016 — Portuqaliya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb. 2019 — Sonuncu Volkswagen Beetle Meksikanın Puebla şəhərində istehsal edilib. 5961 "Xüsusi buraxılış" avtomobilindən sonuncusu muzeydə sərgilənib. 2021 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.
11 iyul
11 iyul — Qriqorian təqvimində ilin 192-ci günü. (uzun ildə 193-cü) Bu tarixdə ilin sonuna 173 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1804 — ABŞ-nin vitse-prezidenti Aaron Burr dueldə keçmiş maliyyə naziri Aleksandr Hamiltonu ölümcül yaralayıb. === 1901–cari === 1960 — ABŞ-də ilk dəfə Harper Linin "Bülbülü öldürmək" romanı nəşr olunub. 1979 — Paraqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1982 — İtaliya milli futbol komandası 1982 FİFA Dünya Kubokunu qazanıb. 2010 — İspaniya milli futbol komandası 2010 FİFA Dünya Kubokunu qazanıb. 2021 — İtaliya milli futbol komandası UEFA Avropa Çempionatını qazanıb.
12 iyul
12 iyul — Qriqorian təqvimində ilin 193-cü günü. (uzun ildə 194-cü) Bu tarixdə ilin sonuna 172 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1975 — San-Tome və Prinsipi Portuqaliyadan müstəqilliyini elan edib. 1987 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 2020 — Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Tovuz döyüşləri baş vermişdir. == Doğumlar == === 1600-cü ildən əvvəl === E.ə.
13 iyul
13 iyul — Qriqorian təqvimində ilin 194-cü günü. (uzun ildə 195-ci) Bu tarixdə ilin sonuna 171 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 30 iyun tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1977 — Somali Efiopiyaya müharibə elan edərək Oqaden müharibəsinə başlayıb. 2014 — Almaniya milli futbol komandası 2014 FİFA Dünya Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 2012 — ASAN xidmət təsis edilib.
14 iyul
14 iyul — Qriqorian təqvimində ilin 195-ci günü. (uzun ildə 196-cı) Bu tarixdə ilin sonuna 170 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1950 — Koreya müharibəsi: Taecon döyüşünün başlanması. 2002 — Yeni Zelandiya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 2015 — NASA-nın Yeni Üfüqlər zondu Plutona ilk uçuşunu həyata keçirir və bununla da Günəş Sisteminin ilkin tədqiqatını tamamlayır. 2016 — Fransanın Nitsa şəhərində Bastiliya Günü münasibətilə keçirilən mərasimdə terrorçu yük maşını kütlənin üstünə sürüb və avtomobildən enərək insanlara atəş açıblar. Terror hücumu nəticəsində 867 nəfər ölüb, 434 nəfər yaralanıb.
15 iyul
15 iyul — Qriqorian təqvimində ilin 196-cı günü. (uzun ildə 197-ci) Bu tarixdə ilin sonuna 169 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1799 — Rozetta daşı Misirin Rosetta kəndində Napoleonun Misir yürüşü zamanı fransız kapitan Pyer-Fransua Buşard tərəfindən tapılıb. === 1901–cari === 1983 — ASALA Parisin Orli beynəlxalq hava limanında terror aktı törətmişdir. 2007 — Braziliya milli futbol komandası Amerika Kubokunu qazanıb. 2015 — Çili milli futbol komandası Amerika Kubokunu qazanıb. 2018 — Fransa milli futbol komandası 2018 FİFA Dünya Kubokunu qazanıb. === Azərbaycana aid hadisələr === 1997 — "Azpetrol" neft-qaz şirkəti təsis edilib.
16 iyul
16 iyul — Qriqorian təqvimində ilin 197-ci günü. (uzun ildə 198-ci) Bu tarixdə ilin sonuna 168 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 622 — Məhəmməd və onunla birlikdə ilk müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər. Bu hadisə hicri təqviminin başlanğıcı kimi qəbul edilir. 1212 — Las Navas de Tolosa döyüşü: Rekonkista zamanı, Papa III. İnnokentin çağırışı ilə İspaniyadakı Xristian krallıqları bir araya gələrək Məhəmməd Nasirin rəhbərliyi altında müsəlman Əl-Mühədlərini məğlub etdilər. 1377 — II Riçardın tacqoyma mərasimi keçirilmişdir. === 1601–1900 === 1661 — Avropada ilk əskinas "Stockholms Banco" adlı İsveç bankı tərəfindən çap edilib və dövriyyəyə buraxılıb. 1782 — Volfqanq Amadey Motsartın "Saraydan qaçırılma" operası ilk dəfə səhnəyə qoyuldu. 1880 — Emily Stowe Kanadada ilk lisenziyalı qadın həkim olur.
17 iyul
17 iyul — Qriqorian təqvimində ilin 198-ci günü. (uzun ildə 199-cu) Bu tarixdə ilin sonuna 167 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1916 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 1942 — Tarixdə ən qanlı döyüş olan Stalinqrad döyüşü başlayıb. 1955 — Anahaymda ilk Disneyland Uolt Disneyə həsr olunmuş və onun tərəfindən açılmışdır. 1976 — XXI Yay Olimpiya Oyunları Monrealda keçirilib. 1989 — B-2 Spirit ilk uçuşunu edib. 1994 — Braziliya milli futbol komandası 1994 FİFA Dünya Kubokunu qazanıb. 2014 — Donetsk vilayətində "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzaya uğramışdır.
18 iyul
18 iyul — Qriqorian təqvimində ilin 199-cu günü. (uzun ildə 200-cü) Bu tarixdə ilin sonuna 166 gün qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 iyul tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1925 — Adolf Hitler "Mein Kampf" kitabını nəşr edib. 1968 — Kaliforniya ştatının Mauntin Vyu şəhərində Intel təsis olunub. 1999 — Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb. 2013 — 20 milyard dollara qədər borcu olan Detroyt hökuməti ABŞ tarixində ən böyük bələdiyyə iflasını elan edib. === Azərbaycana aid hadisələr === 1988 — SSRİ Ali Sovetinin Prezidiumu Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmasına qərar verir.