CÜHHAL
CÜLAB
OBASTAN VİKİ
Boransız-Cülgə
Boransız-Cülgə - Azərbaycan Respublikasında Qobustan rayonu ərazisində palçıq vulkanı. Boyanata dağından şərqdə yerləşir. Sopka və qrifonlarının paylaşmasına görə beş məntəqədə qruplaşır. Sopka breksiyası əsasən gil və az miqdarda mergel, qumdaşı, əhəngdaşı və dolomitlərdən ibarətdir. Sopkalar Qovundağ və Maykop dəstələrinin suxurları üzərində yerləşir, Boransız-Cülgə antiklinal qırışığına uyğun gəlir. Vulkan qırışıqdakı pozulmalarla əlaqədardır. Sopka və qrifonlardan qaz,, bulanıq su, palçıq və neft çıxır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013. səh.299.
Cüllüt
Adi meşəcüllütü, Meşə çilingdimdiyi (lat. Scolopax rusticola) — çilingdimdik cinsinə aid quş növü. Şimal yarımkürəsində yayılmışdırlar. Sahillər, bataqlıq ve meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən de bitkilərlə qidalanırlar . Dimdikləri fərqli quruluşlarda olur. Çox uzun məsafələrə uçmazlar.
Cülus
Cülus — Osmanlı imperiyasında padşahların taxta oturmasıyla bağlı istifadə edilən termindir. == Cülus sistemi == === Ərəblərdə cülus anlayışı === Cülus sözünün mənşəyi ərəbcə olub, "oturmaq" mənasını verir. Miniatürlərdə Hz. Süleyman bir çox dəfə taxt üzərində oturmuş halda təsvir edilmişdir. İslamiyyətdə gerçək hakimiyyət Allaha aiddir və insan onun Yer üzündəki xəlifəsi hesab edilir. Hz. Məhəmmədin vəfatından sonra Hz. Əbubəkr imam seçilmiş və ona xələf olmuşdur. Hz. Ömər isə Hz.
Cülyan
Cülyan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Cülyan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cülyan kəndi dağətəyi ərazidə yerləşir.Kəndin adı Hun tayfa ittifaqına daxil olan Çullu türklərinin adından qaynaqlanır.Çullu etnonimi sonralar təhrif olunaraq Cülyan kimi formalaşmışdır. Kəndin adı latıncadakı Julian adından gəlir. Mənası "həmişə cavan" deməkdir. == Turizm == Cülyan kəndi həm də əsas turizm mərkəzlərindən biridir. Təkcə kənddə 10-dan yuxarı istirahət mərkəzləri və kafelər var. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıya alınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Cülyan kəndində tatlardan ibarət 49 evdə , 410 nəfər (202 nəfəri kişilər, 208 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 1426 nəfərdir ki onunda 734 nəfəri kişi, 692 nəfəri qadındır. == Təhsil == Cülyan kəndində ilk məktəb (4 illik) 1929-cu ildə açılmışdır. Sonra 9 illik məktəb kimi faəliyyətinə davam edən Cülyan kənd məktəbi 1988-ci ildən etibarən 11 illik kənd tam orta məktəbinə çevrilmişdir.
Cülyan-Müdri bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Cülyan bələdiyyəsi

Cülyen Beyker
Cülyen Rouz Beyker (29 sentyabr 1995, Memfis, Tennessi) — amerikalı müğənni-mahnı yazarı, multi-instrumentalist. O, Fibi Bricers və Lüsi Dakus ilə birlikdə yaratdığı Boygenius qrupunun üzvüdür. == Həyatı == Tennessi ştatının Memfis şəhərində anadan olub böyüyən Beyker, Tennessi Dövlət Universitetində tələbə olarkən debüt albomu Srained Ankle (2015) buraxdı. Albom müsbət rəylər aldı və 2015-ci ilin sonunda bir neçə siyahıda yer tutdu. Sonradan Beyker, Matador Records ilə müqavilə imzaladı və daha çox kritik uğur əldə etmək üçün 2017-ci ildə Turn Out the Lights adlı ikinci studiya albomunu dərc etdi. Onun üçüncü albomu, Little Oblivions (2021) daha dolğun səsi əhatə etdi və onun Billboard 200 hit-paradında ilk 40-da yer alan ən yaxşı albomu oldu.
Cülyen Lamerti
Cülyen Ofre de Lametri (12 dekabr 1709 və ya 25 dekabr 1709, Sen-Malo – 11 noyabr 1751[…], Potsdam) — fransız teoloq-alim. == Həyatı == O, əvvəlcə Parisdə, sonra isə Leydendə tibb təhsili almışdır. Lametri ləqəbi ilə yaşadığı məlum olduqdan sonra onu Hollandiyadan da çıxarırlar. II Fridrixin dəvəti ilə o, Berlinə gəlir və Berlin Universitetində elmi fəaliyyətini davam etdirir. Lametri sensualizmi Dekartın insan davranışının maşınabənzər olması ideyası ilə birləşdirir. O hesab edirdi ki, Dekartın iki substansiya ilə bağlı ideyası ilahiyyatşıları aldatmaq üçün işlənilmiş “stilistik hiylədir”. Lametri materialist olaraq göstərirdi ki, ruh və bədən ayrılmazdır. O, bir həkim kimi müəyyənləşdirmişdi ki, güclü qızdırma nəticəsində qan dövranı onun ruhi vəziyyətinə və fikri fəaliyyətinə təsir göstərir. Lametriyə görə, ruh mövcuddur, lakin o, bədəndən ayrılmazdır. İnsanın fəallığının mənbəyi tələbatlardır.
Cülyen Lametri

Cülyen Ofre de Lametri

Otluq cüllütü
Otluq ilbizcüllütü (lat. Tringa totanus) — i̇lbizcüllüt cinsinə aid quş növü. Nisbətən gödək dimdiyi və uzun ayaqları olan kifayət qədər iri cüllütdür. Bədəninin uzunluğu 28 sm, qanadları 144 – 170 mm, çəkisi 120 q-a yaxındır. Üstü qonurumtul – boz, qara çilli, altı ağ, sıx çilli, quyruqüstü ağdır. Başqa trinqalardan fərqli olaraq qanadının iç kənarı boyunca uçuş zamanı yaxşı görünən enli ağ zolaq uzanır. Qırmızı ayaqları və dimdiyinin qırmızı əsası ilə seçilir. Qara və boz cüllütlərdən fərqli olaraq Azərbaycanda yuvalayır, həm də qışlayır. Sayına görə kifayət qədər adidir. Yuvalama arealı Sibirin böyük hissəsi və Rusiyanın şimal-şərqi istisna olmaqla demək olar ki, bütün Palearktikanı əhatə edir.
Qum cüllütü
Romeo və Cülyetta
Romeo və Cülyetta (ing. The Most Excellent and Lemantable Tragedy of Romeo and Juliet) — İngilis dramaturqu Vilyam Şekspirin yazdığı bir əsərdir.İngilis ədəbiyyatının klassiklərindən biri olan əsər, müəllifin ən məşhur pyeslərindən biridir. Əsərin 1591–1596-cı illərdə yazıldığı güman edilir. Dünya ədəbiyyatında klassik bir mövzu olan bir -birini sevən iki düşmən ailənin gənclərinin sevgi macərasından bəhs edir.Hekayənin mənbəyi İngilis şairi Artur Broukun 1562-ci ildə nəşr olunan "Romeo və Cülyettanın faciəli hekayəsi" uzun şeirinə əsaslanır. Şekspir bir çox köməkçi personajla hekayəni inkişaf etdirdi, onu orijinal bir əsər halına gətirdi. Əsər ilk dəfə 1594-cü ildə səhnələşdirilmişdir. Opera, balet və kino üçün dəfələrlə uyğunlaşdırılmışdır. Veronadakı monarx ailəsi Şahzadə Eskal: Şahzadə (Verona şəhər-dövlətinin hökmdarı) Count Count: Şahzadə Eskalın yaxın qohumu (Cülyetta ilə evlənmək istəyir) Merkusio: Romeonun dostu Şahzadə Eskalın yaxın qohumu Kapuletti sülaləsi Lord Kapulet: Capulet sülaləsinin başçısı Lord Kapuletin Arvadı: Capulet sülaləsinin başçısı Cülyetta: Kapuletin 13 yaşlı qızı (Əsərin 2 vacib rolundan biri) Tibalt: Cülyettanın əmisi oğlu və Lord Capuletin həyat yoldaşının qardaşı oğlu Vali: Cülyettanın gəlini və sirdaşı Rosalin: Lord Capulet'in qardaşı qızı və əvvəlcə Romeonun böyük sevgisi Piter, Samson və Qreqori: Lord Capuletin evindəki xidmətçilər Montekki sülaləsi Lord Montekki: Montague sülaləsinin başçısı Lord Montekkinin həyat yoldaşı: Montague sülaləsinin başçısı Romeo: Lord Montaqanın 17 yaşlı oğlu. (Əsərin ən vacib 2 rolundan biri) Benvolio: Romeonun əmisi oğlu və ən yaxın dostu Abram və Baltazar: Lord Montegue'nin evindəki xidmətçilər Digərləri Keşiş Lorenso: Franciscan məzhəbi keşişi. Romeonun sirdaşı Keşiş Covanni: Keşiş Laurence -in Romeoya məktubunu çatdıran Əczaçı: Romeoya zəhər satan Xor: 1-ci və 2-ci hissə girişlərində "giriş" mətnlərini oxuyanlar İtaliyanın Verona şəhər dövlətinin zəngin və zadəgan ailələrindən olan Montekki və Kapuletti ailələri arasında keçmiş illərə aid bir düşmənçilik var.
Romeo və Cülyetta (1968)
"Romeo və Cülyetta" (ing. Romeo and Juliet) — rejissor Franko Zeffirellinin filmi. Bu məşhur əhvalat orta əsrlər Veronasında baş verir. Düşmən ailələrdən olan iki gənc bir-birilərinə aşiq olurlar. Tale onları birləşdirmir və onların birgə olmasına bir neçə amil öz təsirini göstərir. Təkcə ölüm onları bu acı taleyin əlindən qurtarır. Və beləcə bu məhəbbət əsrlər boyu yaşayır.
Romeo və Cülyetta (Prokofyev)
Romeo və Cülyetta (ing. Romeo and Juliet , rus. Ромео и Джульетта) – rus bəstəkarı Sergey Prokofiyev tərəfindən ingilis şairi Uilyam Şekspirin "Romeo və Cülyetta" pyesinin motivləri əsasında bəstələnmiş balet. Bu balet dünyada ən çox səhnələşdirilən və əksər böyük balet şirkət və teatrlarının repertuarına daxil olan əsərlərdəndir. Prokofiyev baletin musiqisini orkestr üçün üç süitası və bəzi pianino işləri əsasında formalaşdırmışdır. Balet Sergey Radlov və Adrian Piotrovski tərəfindən (o əvvəlcə Romeo və Cülyetta mövzusunun Prokofiyevin özü tərəfindən işlənməsini məsləhət görmüşdür) yaradılmış libretto əsasında, Prokofiyev tərəfindən 1935-ci ilin sentyabrında, Kirov Baletinin (indiki Mariinski teatrı) sifarişi ilə tamamlanmışdır. Orijinal halında balet "xoşbəxt" sonluqlu olsa da, iki tanınmış tənqidçi – "Pravda" qəzetinin tənqidçilərindən biri olan Şostakoviç və "azmış modernistlər"dən olan Piotrovskinin də aralarına daxil olduğu bir çox tənqidçilərin mənfi rəylərindən sonra əsərə bir az diqqət çəkiçi və həyəcanlandırıcı səhnələr əlavə edilmişdir. Baletin musiqisinin yaradılmasında istifadə edilmiş süitalar əvvəlcədən Moskvada və ABŞ – da dinlənilmiş olsa da, tam halda balet 30 dekabr, 1938-ci ildə Çexoslovakiyanın Brno şəhərində ictimayətə təqdim edilmişdir. Əsərin bu gün daha çox istifadə olunan önəmli versiyası isə Leonid Lavrovskinin xareoqrafik quruluşunda, baş rollarda Qalina Ulyanova və Konstantin Sergeyev olmaqla 11 yanvar, 1940-cı ildə Sankt-Peterburq (o zamankı Leninqrad) şəhərindəki Mariinski teatrında (o zamankı Kirov teatrı) təqdim edilmişdir. 1962-ci ildə Ştutqart Baletində "Romeo və Cülyetta" baletinin Con Krankonun təqdimatında təqdim edilməsi ilə şirkət dünya şöhrəti qazanmışdır.
Romeo və Cülyetta (dəqiqləşdirmə)
Romeo və Cülyetta — Uilyam Şekspirin pyesi. Romeo və Cülyetta (film, 1968) — film. Romeo və Cülyetta (Prokofyev) — musiqi əsəri.
Romeo və Cülyetta (film, 1968)
"Romeo və Cülyetta" (ing. Romeo and Juliet) — rejissor Franko Zeffirellinin filmi. Bu məşhur əhvalat orta əsrlər Veronasında baş verir. Düşmən ailələrdən olan iki gənc bir-birilərinə aşiq olurlar. Tale onları birləşdirmir və onların birgə olmasına bir neçə amil öz təsirini göstərir. Təkcə ölüm onları bu acı taleyin əlindən qurtarır. Və beləcə bu məhəbbət əsrlər boyu yaşayır.
Yuxarı Cülyan
Yuxarı Cülyan, Cülyan (?-2015) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun Müdri kənd inzibati ərazi dairəsində kənd. 29 may 2015-ci ildə Müdri kənd inzibati ərazi dairəsi tərkibindəki Cülyan kəndi Yuxarı Cülyan kəndi adlandırılmışdır.
Zəngiçay (Cülyan) kanyonu
Zəngiçay (Cülyan) kanyonu Girdimançay kanyonunun çıxışında ona qovuşur və özlüyündə Girdimançayın eyniadlı qolunun ensiz (bəzi yerlərdə bir neçə metr) və dərin (400-450m) girintili-çıxıntılı dərəsi ilə təmsil olunur; o, şimaldan cənuba Namazgah sinklinalının qeyd olunan qanadını kəsir və şimalda bənzərsiz gözəlliyi ilə göz oxşayan və ölçüsünün böyüklüyünə görə (sahəsi təxminən 100 kv.km, dərinliyi 1300-) güclü təsir bağışlayan həlqəvi formalı Müdrəsə çuxurunun bütün su axınını özündən keçirir.
Çığırğan cüllüt
Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. Nadirdir. (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Cüli Delpi
Cüli Delpi (ing. Julie Delpy; 21 dekabr 1969, XIV arondisman) — fransız-amerikalı aktrisa, rejissor, bəstəkar və müğənni. O, Nyu-York Universitetinin nəzdində olan Tiş İncəsənət Məktəbində kino təhsili alıb. Cüli o vaxtdan bəri 30-dan çox filmə çəkilib. Onun diqqətəlayiq əsərlərindən bəziləri "Europa Europa", "Voyager", "Three Colours: White", "Əvvəl" trilogiyası, "An American Werewolf in Paris" və "2 Days in Paris" filmləridir. Cüli üç "Sezar", iki "Onlayn Film Tənqidçiləri Cəmiyyəti" və iki "Oskar" mükafatına namizəd olub. O, 1990-cı ildə ABŞ-a köçmüşdür. 2001-ci ildə ABŞ vətəndaşı olmuşdur. == Həyatı == Cüli Delpi Parisdə anadan olub. Albert Delpi və Mari Pilletin yeganə övladıdır.