Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağbuğda-13
Ağbuğda-13 — payızlıq bərk buğda sortu. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun Mirbəşir Zona Təcrübə stansiyasında Apulikum 82/1 və Xoranka sortlarının çarpazlaşdırılmasından alınmışdır. Ağbuğda-13-ün sünbülü, dəni və qılçığı ağdır; ağ dənləri iri, şəffaf, uzunsov olur. 1000 dənin çəkisi 49–59 qram gəlir. Su və gübrəyə tələbkardır. Yerə yatmır, quraqlığa davamlıdır. Suvarılan sahələrdə 1 hektardan 30–35 sentner məhsul yığılır. Ağbuğda-13 oktyabrın birinci yarısında səpilir. Vegetasiya dövrü 210–220 gündür. Dağətəyi və suvarılan düzən zonalar üçün rayonlaşdırılmış buğda sortu olmuşdur.
Ağbuğa
II Ağbuğa
II Ağbuğa (1407 – 1451) — Mesxetiyanın 9-cu atabəyi idi. 1446-cı ildə IV Vaxtanqa Cahanşah qarşısında yardım etmiş, onun ölümündən sonra isə atasının başladığı üsyançı siyasəti davam etdirmiş. Yenicə gürcü taxtına çıxmış olan VIII Georgiyə qarşı mübarizəyə başlamışdı. Hətta öz müstəqil kilsəsini qurmuşdu. 1451-ci ildə yerinə onun siyasətini davam etdirən II Kvarkvare gəldi.
I Ağbuğa
I Ağbuğa — Əmir Teymurun Gürcüstana yürüşü zamanı yaranan xaos vaxtı hakimiyyətə gəlmişdi. Babası II Bekanın qanunlarına öz qanunlarını da əlavə etmişdi. 1394-cü ildə Əmir Teymurun ordusuna qarşı vuruşmuş, sonrakı il ölmüşdü.