AĞUZ

Bu sözün mənası “yeni doğmuş heyvanın məmələrinin ağzına yığılmış sarı və yüksək kolorili süd, mayalanmaq südü” deməkdir. Bir ehtimala görə, məmənin ağzına yığıldığı üçün ağuz adlanır. Ağuzu bişirdikdə kətəməz adlanan yemək alınır. Kət sözünün mənası “birinci” deməkdir, “ilk süd” anlamını əks etdirir. Bi­lə­suvar rayonunda ağuz yerinə, “kələkə” deyirlər. Kəlbəcərdə, Şahbuzda da kələkə sözü “kətəməz” mənasında işlədilir. Bu baxımdan kətəməzkələkə sözlərini qohum hesab etmək mümkündür. İki gündən sonra ağuz yerinə, bulama əmələ gəlir, sonra isə adi süd meydana çıxır. İkinci və daha inandırıcı ehtimala görə, ağuz monqol sözüdür, mənası “sarı” deməkdir. Yumurta sarısına da “ağuz” (ovuz, ouz) deyiblər. “Saralmaq” mənasında ağuz olmaq tərkibi feili də qeydə alınıb. Qu­badlıda ağuz olmaq feili “saralmaq” mənasında işlədilir. 

AĞUŞ
AĞZIGÖYÇƏK
OBASTAN VİKİ
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.

Digər lüğətlərdə