Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sehun İbrahimzadə
Sehun Rafiq oğlu İbrahimzadə (28 yanvar 1997; Tatarlı, Şəmkir rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehun İbrahimzadə 1997-ci il yanvarın 28-də Şəmkir rayonunun Tatarlı kəndində anadan olub. 2003–2014-cü illərdə R. Gülməmmədov adına Tatarlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Sehun İbrahimzadə 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sehun İbrahimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Sehun İbrahimzadə oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şəmkir rayonunun Tatarlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehun İbrahimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehun İbrahimzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Seyhun
Sırdərya (özb. Sirdaryo, tac. Сирдарё, qaz. Сырдария, q.yun. Ἰαξάρτης, Якса́ртес) — Mərkəzi Asiyada uzunluğuna və bol sululuğuna görə ikinci çay (Amudəryadan sonra). == Təsvir == Sırdərya çayı Fərqanə vadisinin şərq hissəsində Narın çayının və Qaradərya çayının qovuşmasıyla yaranır. Sırdərya çayının mənbəyi dağlıq hissədə formalaşır. Əsasən qar suları ilə, qismən də yağış, yeraltı sular ilə qidalanır. Çay Fərqanə vadisindən və Fərhad dağlarından (dib eroziya) keçdikdən sonra enli (düzənliklərdə yan eroziya üstün olduğu üçün) axır. Ac çöl sahəsində 14.7 km eninə genişlənir.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Sehen xan
Sehen xan — türk, monqol və altay mifologiyasında müdriklik ilahı. Müdrikliyi və öyrətməyi təmsil edir. İnsanlara nəsihət edər verər və keçmişdə yaşanan hadisələri izah edir. == Etimologiya == (Çeç/Çes/Seh/Ses) kökündən törəmişdir. Yakutcada izah edən deməkdir. Çeçen sözü digər Türk dillərində natiq mənasını verər. Monqolcada Sehe (köhnə monqol Sekege) sözü zəka, anlayış, Çeçen/Sesen/Sise/Titen isə müdrik mənası daşıyır.
Sequn Toriola
Sequn Toriola (18 sentyabr 1974) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Sequn Toriola Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Sequn Toriola Nigeriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Sequn Toriola Nigeriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Yuyçzülyü Şelun
Şelun (IV əsr – 410) — qəbilə başçısı olan kimi hərbi dəyişiklər etdi. Hunların hərbi sistemini qəbul etdi. Minlik, yüzlük yaradıb, onlara minbaşı, yüzbaşı təyin elədi.Bu dəstələrin bayrağı vardı.Kim birinci düşmən dəstəsinə girib məğlub edərdisə onlara qənimət və qullardan pay ayırardı. Qorxaqları dəyənəklə döydürərdi. 399-ci ildə Vey ordularına məğlub oldu. Hun qəbilələrini məğlub edib başçıları Şibaetsini öldürən Şelun 402-ci ildə özünü xanlar xanı - xaqan elan etdi. Özünü Çyudufa xaqan adlandıran Şelun həm də Douday xan adı ilə tanınırdı. Douday sienbi dilində "düzgün ox atan" mənasına gəlir. O tarixdə ilk dəfə xaqan titulu istifadə edən insandır. 410-cu ildə Şimal Vey orduları tərəfindən öldürüldü.
Şəhub Mürsəlov
Şəhub oğlu Mürsəlov (1896, Pensər, Lənkəran qəzası – 7 may 1943, İlski[d], Krasnodar diyarı) — talış əsilli Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı. == Həyatı == Mürsəlov Şəhub Osman oğlu 1896-cı ildə Bakı quberniyasının Lənkəran qəzasının Pensər kəndində mülkədar, dövrünün xeyriyyəçisi Hacı Osmanın ailəsində anadan olub. Şəhubun atası Hacı Osman 1912-ci ildə Pensər kəndində yalnız dünyəvi elmlərin tədris edildiyi ilk məktəbi açır. Məktəb açılana qədər kənddə ancaq Hacı Osmanın atası Hacı Teymurun inşa etdirdiyi Hacı Teymur məscidinin nəzdində mədrəsə var idi. Sovet dövründə, 1930-cu illərdən məktəb "Sovet işçiləri məktəbi" kimi açıldı və artıq qızlar orada təhsil alırdılar. Mürsəlov atası tərəfindən yaradılmış bu məktəbi bitirib. Mürsəlov Bakı şəhərində Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsilini davam etdirdikdən sonra, Mürsəlov 1930-cu illərə qədər Astaranın mərkəzində o vaxtlar "Daş məktəbi" adlanan məktəbdə dərs deyirib. == Yaradıcılığı == 1920-ci illərdən milli diyarşünaslıq siyasəti dövrü başladı, talışlar üçün sosial və mədəni qurumlar yaradıldı və inkişaf etdirildi. Talışlar arasında savadsızlığı aradan qaldırmaq üçün 1928-ci ildə latın qrafikası əsasında talış dili əlifbası yaradıldı. Bu dövrdə talış dilində məktəblər açıldı, Lənkəran şəhərində Talış Pedaqoji Texnikumu təşkil edildi.
Şəhrun Yusifova
Şəhrun Yusifova (23 mart 1984) — Azərbaycanı təmsil edən taekvondoçu. == Həyatı == Şəhrun Yusifova 1984-cü il martın 23-də anadan olub. == Karyerası == Şəhrun Yusifova 2005-ci ildə Riqa şəhərində (Latviya) baş tutan Avropa Çempionatının bürünc, 2006-cı ildə Bonn şəhərində (Almaniya) baş tutan Avropa Çempionatının isə gümüş medalına sahib olub.
Şehu Abdullahi
Şehu Abdullahi (12 mart 1993-cü ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Bursaspor klubunda müdafiəçi kimi çıxış edən peşəkar Nigeriyalı futbolçudur. == Klub karyerası == === Qadsiya === 2014-cü ilin iyul ayında Abdullahi $480,000 qarşılığında Kano Pillars klubundan Küveyt Premyer Liqası təmsilçilərindən olan Qadsiya klubuna transfer olmuşdur. Transferdən Abdullahi $330,000, Kano Pillars isə $150,000 gəlir əldə etmişdir. === Yuniao da Madeyra === 6 iyun 2015-ci ildə Şehu Primeyra liqa təmsilçilərindən olan Yuniao da Madeyra klubu ilə iki illik müqavilə imzalamışdır. === Anortosis Famaqusta === 2 sentyabr 2016-cı ildə Şehu Kipr təmsilçilərindən olan Anortosis Famaqusta klubu ilə iki illik müqavilə imzalamışdır. Transfer qiymətinin 20%-i digər Avropa ölkəsinə ödənmişdir. == Milli karyerası == 2014-cü ilin yanvar ayında komandanın baş məşqçisi Stefen Keşi Şehunu 2014 Afrika Millətlər Çempionatında iştirak etmək üçün Nigeriya milli futbol komandasına dəvət etmişdir. O, Zimbabve millisi ilə üçüncü yer uğrunda qarşılaşmada komandasının qələbə qolunu vurmuşdur. Şehu 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Nigeriya millisinin 35 nəfərlik heyətinə daxil edilmişdir.
Ryu Seun-Min
Ryu Seun-Min (5 avqust 1982) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ryu Seun-Min Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Ryu Seun-Min Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə qızıl medalın, cüt turnirdə isə 5-ci pillənin sahibi olub. Ryu Seun-Min Cənubi Koreyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Daha sonra Ryu Seun-Min Cənubi Koreyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində gümüş medalın sahibi olub.
Behen
Ceyhun
Ceyhun — kişi adı. Mənası valeh olmaq anlamına gəlir. Ceyhun Mirzəyev — Azərbaycan aktyoru, rejissor, rejissor assistenti. Ceyhun Mollazadə — AzQTel MMC-nin prezdenti, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri (1992-1993). Ceyhun Məmmədov Ceyhun Məmmədov (idmançı) — sambo üzrə 9 dəfə dünya çempionu, Azərbaycan Sambo Federsiyasının prezidenti Ceyhun Məmmədov (aktyor) (d.21 iyun 1982-ci il) — aktyor Ceyhun Kərimov — şəhid Ceyhun Nağı — Azərbaycanlı jurnalist. Ceyhun Həmidova — Ceyhun Əşrəfov Digər Ceyhun — Amudəryanın başqa adı. Ceyhuni — Azərbaycanın milli rəqsi.
Dəhük
Dəhük — İraqın Dəhuk mühafəzəsində şəhər. Əhalisi 300,000-dir. Dəclə çayı üzərində yerləşir.
Melun
Melön (fr. Melun) — Sena və Marna departamentinin ən böyük şəhərlərindən biridir. Şimaldan Fontenblo meşəsi ilə əhatələnib. Parisdən 45 km cənub-şərqdə yerləşir. Əhalisi 40503 nəfərdir (2012). == Tarixi == Sena çayı sahilində yerləşir. Sent-Əten adasıda bura daxildir. Ada da Notr-Dam qalasının divarları yerləşir. 1016-1031-ci illərdə II Robert tərəfindən yaardılmışdır. Orta əsrlərdə Melön romalılar tərəfindən işğal olunub.
Məmun
Əbu Əl-Abbas Abdullah ibn Harun Ər-Rəşid (ərəb. أبو العباس عبد الله بن هارون الرشيد‎) (13 sentyabr 786, Bağdad – 9 avqust 833, Tarsus, Mersin ili) — 7. Abbasi xəlifəsi. == Həyatı == Harun ər-Rəşidin oğlu Məmun (813–833) atasının siyasətlərini davam etdirdi. Məmunun türklərdən ibarət ordu qurmasının ən böyük səbəblərindən biri dövlətdəki Fars (İran) təsirini qırmaqdı. Mərvdə ikən baş verən olaylar Məmunun farslara və ərəblərə olan güvənini sarsdı. Məmun sadəcə İran ünsürünə dayanmanın yanlışlığını anlamışdı. Atası Harun dönəmindəki Bərməkilər olayında İran əhlinə olan güvəni azalmışdı. Ərəblərin Əmini dəstəkləməsiylə də onlara güvəni qalmamışdı. O qardaşı Əmin ilə xilafət mübarizəsində — xəzinənin və ordunun Əminin tərəfində qalmasından çəkinərək- dayıları olan Türk xaqanlarına sığınmaq istəmişdi.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. == Slavyan bütpərəst tanrıları == Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Sabun
Sabun — ali karbon turşularının natrium və kalium duzlarıdır. Natrium duzları bərk sabun, kalium duzları isə maye sabun əmələ gətirir. Kimyada, sabun yağ turşusunun duzudur. Sabunlar qalıb ya da maye şəklində əsasən yumaq, hamam etmə və təmizləmə üçün surfektant kimi istifadə olunur və həm də tekstil əyirməsində istifadə olunur və yağlayıcı maddələrində mühüm komponentlərindəndir. == Alınması == Əvvəllər sabun hidrogenləşdirilmiş bitki yağlarının və heyvan mənşəli piylərin qələvi və ya sodanın iştirakı ilə hidrolizindən alınırdı. Ona görə də yağların qələvi iştirakında hidrolizi sabunlaşma adlanır. Hazırda sabun istehsalında lazım olan karbon turşuları neft parafinlərini (alkanları) oksidləşdirməklə alınır. == Sözün mənşəyi == Azərbaycan dilində işlənən "Sabun" sözünün Avropa dillərindən gəldiyi bilinir. Latın dilində sāpō, qədim İngilis dilində sāpe; Qədim Yuxarı German dilində seipfa, qədim Fransız dilində savon kimi bilinir. == Kimyəvi tərkibi == Sabunun ümumi kimyəvi formulu C17H35OOM şəklindədir.
Sahur
Sahur (ərəb. سحور‎‎ / saḥūr) — oruc tutmadan öncə, səhər açılmamışdan yeyilən yemək. Məhəmməd peyğəmbər "Sahurda oyanın, sahurda bərəkət vardır" deyə buyurmuşdur. Sahur kəliməsi ərəb dilindədir. Sahurun azərbaycan dilindəki əsl adı obaşdanlıqdır.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Schur
Filipp İohann Ferdinand Şur (alm. Philipp Johann Ferdinand Schur‎ və ya alm. Ferdinand Schur‎, 18 fevral 1799, Köniqsberq, Prussiya – 27 may 1878, Belsko-Byala[d], Sileziya[d], Prussiya) — Alman və Avstriya botaniki, farmasepti, kimyaçısı və fabrik sahibi. == Elmi işləri == Enumeratio plantarum Transsilvaniae. Sertum florae Transsilvaniae. 1853. == Ədəbiyyat == Franz Speta: Dr. Ferdinand Schur. Leben und Werk von F. Schur. Stapfia 1994.
Seben
Seben (türk. Seben) — Bolu ilinin ilçəsi.
Secan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Secon
Böyük Kral Secon (Devanq) (10 aprel 1397 – 17 fevral 1450), Coson sülaləsinə hökmranlıq etmiş kraldır. Koreya əlifbası olan Hanqıl, onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım (Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. == Taxta gəlişi == Böyük Secon (Sejong The Great) (6 may 1397–18 may 1450) Coson sülaləsinin dördüncü kralıdır. Koreya əlifbası olan Hanqıl onun əmri ilə 1444-cü ildə hazırlanmış və 1446-cı ildə HunminConqım ( Xalqa doğruları öyrədən səs) adlı kitabla birliktə xalqa təqdim edilmişdir. Bundan əvvəl isə yazı dil çətin olduğuna görə əhalinin çox az hissəsi Çin hərflərini (simvollarını) öyrənə bilirdi. Koreya dilində yazı sistemi yaratmaq istəyən Kral Secon və dil müdrikləri bu fikri möhkəmləndirmək üçün Çin, Uyğur, Monqol dillərini və hərflərini araşdırmışdılar. Secon "Böyük" adına layiq görülmüş iki idarəçidir biridir. Öldükdən sonra bu ada təltif edilmişdir. Bu ada layiq görülən digər idarəçi də Qoquryo Kralı Qvanqqetodur. Kral Secon Teconun üçüncü oğludur.
Öelün
Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı. == Həyatı == Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan Bekter və Belgütey adında iki oğlu vardır. == Yesugey bahadurın ölümündən sonra == Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.