Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Harel Skaat
Harel Skaat (yəhudicə:הראל סקעת) — İsrail müğənnisi. İsraili 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib. Harel Skaatın ifa etdiyi mahnı "Milim" adlanırdı. O bu mahnı ilə 2010 Avroviziya Mahnı Müsabiqəsində 14-cü oldu. Harel Skaat İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb.
Travis Skatt
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. Trevis 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis Skott 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb. 2013-cü ildə "Owl Pharaoh" adlı debüt miksteypini çıxarıb. Onun sayca ikinci miksteypi olan "Days Before Rodeo" sonrakı il 2014-cü ildə işıq üzü görüb. Trevis Skott 2015-ci ildə debüt studiya albomu olan "Rodeo"-nu yayımlayıb. Bu albom ona geniş tanınma qazandırıb. Albomun trek siyahısında yer alan sinql "Antidote", Billboard Hot 100 cərgəsində 16-cı mövqeni tutub. Trevisin ikinci studiya albomu olan "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Skate Kitchen
Skate Kitchen (azərb. Skeyt mətbəxi‎) — Kristal Mozellin 2018-ci ildə ssenarisi və rejissorluğu ilə çəkilmiş ABŞ filmi. Bu onun qısametrajlı filmi "That One Day" əsasında çəkilib. Film Nyu-Yorkda bir qrup qadın skeytbordçu ilə dostlaşan Kamil (Reyçel Vinberq) adlı yeniyetmə qızın hekayəsindən bəhs edir. Real həyatda da var olan "Skate Kitchen" qrupunun üzvləri bu filmdə özlərinin uydurma versiyalarını canlandırıblar. Skate Kitchen — Internet Movie Database saytında.
Mikoyan Skat
Mikoyan Skat (rus. Микоян Скат) — MiG şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.
Travis Skat
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. Trevis 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis Skott 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb. 2013-cü ildə "Owl Pharaoh" adlı debüt miksteypini çıxarıb. Onun sayca ikinci miksteypi olan "Days Before Rodeo" sonrakı il 2014-cü ildə işıq üzü görüb. Trevis Skott 2015-ci ildə debüt studiya albomu olan "Rodeo"-nu yayımlayıb. Bu albom ona geniş tanınma qazandırıb. Albomun trek siyahısında yer alan sinql "Antidote", Billboard Hot 100 cərgəsində 16-cı mövqeni tutub. Trevisin ikinci studiya albomu olan "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb.
Skat (PUA)
Skat (rus. Скат) — MiQ şirkəti tərəfindən Rusiya Müdafiə Nazirliyi üçün 2005-ci ildən bəri Stels texnologiyası əsasında yaradılmış pilotsuz uçuş aparatıdır. == Dizayn və inkişaf == Skat pilotsuz uçuş aparatının kökü 2005-ci ildə Mikoyan şirkətinin layihə üzərində işə başlamasına kimi gedir. Radarlara mümkün qədər az tutulması ehtimalı xüsusilə vurgulanmış və buna görə də, aparat uçan qanad konfiqurasiyasında, üçbucaq şəklində, kompozit materiallardan istifadə edilməklə və iki daxili silah çuxurunda gizlənmiş silahlanma yuvaları ilə hazırlanmışdır. Yalnız tam ölçülü maketi ilk dəfə MAKS 2007 beynəlxalq hava şousunda təqdim edilmişdir. Bununla birlikdə, pilotsuz təyyarə istehsal mərhələsindən keçmədi və maliyyə çatışmazlığı səbəbindən layihə üzərində iş daha sonra 2012-ci ildə dayandırıldı. Skat, Klimov RD-93 mühərrikinin bir variantı olan Klimov RD-5000B turbofan mühərriki ilə işləyən Kh-31 kimi raketlər üçün kifayət qədər böyük olan iki ventral silah bölməsində silah aparmaq üçün nəzərdə tutulmuş, radarlara tutulma ehtimalı aşağı olan səs sürətindən aşağı sürətlə (subsonik) uçan PUA-dır. Tək mühərrikli subsonik dizaynı 11.5 metr (37.7 fut) qanad sahəsinə malikdir və uzunluğu 10.25 metr (33.6 fut) təşkil edir. PUA maksimum hündürlük ağırlığında saatda maksimum 800 kilometr (497 mil) sürətə və 10 ton ağırlığında qalxma ağırlığına (yəni maksimum 10 tonluq yük ilə havaya qalxa bilər) malikdir. Döyüş radiusu 2000 km (1240 mil) təşkil edir və iki tona qədər döyüş yükünün daşınması nəzərdə tutulmuşdur.