ŞTAT₂

[ alm. Staad] Bir idarə və ya müəssisədə çalışan işçilərin sabit heyəti. Ştatları ixtisar etmək. Ştat cədvəli. Ştatda on işçi var.

Omonimlər

  • ŞTAT ŞTAT I is. [ alm. ] Bir idarə işçilərinin sabit heyəti. ŞTAT II is. [ alm. ] Bir sıra ölkələrdə ərazi bölgüsü
ŞTÁPEL
ŞTAT₁
OBASTAN VİKİ
Malakka (ştat)
Malakka (Jawi: ملاك; Malayca: Melaka) — Malayziyada bir ştatdır. Malay yarımadasının cənubunda yerləşir. Paytaxtı Malakka şəhəridir. Şimalında Neqeri Sembilan, şərqində isə Cohor ştatları yerləşir. Malaziyanın 3 ən kiçik əyalətidir. Sahəsi 1,650 km², əhalisinin sayı 713,000 nəfərdir.
Miçiqan (ştat)
Miçiqan (ing. Michigan) - Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Lensinq şəhəridir. ABŞ-nin Midwest bölgəsindəki əyalətlərində biridir. Michiqan adı, bölgənin ilk sakinləri olan doğma Amerika dillərindən Ojibwe, "böyük su" və ya "böyük göl" mənasını verən mişigama sözündən yaranmışdır Michigan ABŞ-də əhali sayına görə 8-ci ən böyük əyalətdir. Ştat həm də Böyük Gölləri ilə məşhurdur. Dünyadakı ən böyük şirin su sahili var. Qeydiyyata alınan su gəmilərinə görə ABŞ ştatları baxımından 3-cü yeri tutur.
Miçiqan Ştat Universiteti
Miçiqan Ştat Universiteti (ing. Michigan State University) — Amerika Birləşmiş Ştatlarının Miçiqan ştatında yerləşən ali təhsil müəssisəsi. Universitetin BƏƏ-nin Dubay Əmirliyində filialı fəaliyyət göstərir.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Sabah (ştat)
Sabah — Malayziyanın şərqi ştatı və Kalimantan adasında yerləşən iki Malayziya ştatından biri. Ştat həmçinin Saravak, Sinqapur (1965-ci ildə Malayziyadan ayrılıb) və Malaya Federasiyası ilə yanaşı Malayziya federasiyasının yaradıcılarından biridir. Böyük Britaniyanın müstəmləkəsi olarkən «Şimali Borneo» adı ilə tanınırdı. Saravak kimi, bu ştatın da Malayziya yarımadasının ştatlarından kənarda qalmasına görə, ərazisinin xüsusi muxtariyyəti haqqında qanun var. Ştat Kalimantan adasının şimal hissəsində yerləşir və cənub-qərbdən sərhədə malik olduğu Saravak ştatından sonra ölkənin ikinci ən böyük ştatı kimi tanınır. Ştat həmçinin şimal və şimal-şərqdən Filippinlə, qərbdən isə Labuan federal ərazisi ilə dəniz sərhədlərinə malikdir. Sabah ştatı yalnız cənubdan İndoneziyanın Şimali Kalimantan əyaləti ilə beynəlxalq sərhədlərə malikdir. Ştatın inzibati mərkəzi Kota Kinabaludur (keçmiş adı Cesselton).
Vaşinqton (ştat)
Vaşinqton (ing. Washington) – Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Olimpiya şəhəridir. Ərazisi 184 673 km. Əhalisi 5,9 mln nəfərdir. İri şəhərləri Sietl, Spokein və Takomadır. Ştat statusunu 11 noyabr 1889-cu ildən alıb. Qubernatoru Kristin Qrequardır. Ştatın şüarı "Həmişəyaşıl ştat"dır. Şimalda Kanadanın Britaniya Kolumbiyası əyaləti ilə, cənubda Oreqon, şərqdə Aydaho ştatı ilə həmsərhəddir.
Viktoriya (ştat)
Viktoriya – Avstraliyanın cənub-şərqində yerləşən əyalət. Viktoriya Avstraliyanın ən kiçik əyaləti olmasına baxmayaraq, ən çox əhalinin yaşadığı əyalətdir. Viktoriyanın əsası 1800-cü illərdə qoyulmuşdur. Kəndlilər bu ərazidə kənd təsərrüfatı ilə məşğul olurdular. Əyalətdə qızılın kəşf olunması, qızıl həyəcanına səbəb olmuş və Viktoriyanın əhalisi sürətlə artmağa başlamışdır. 2005-ci ilə olan məlumata görə Viktoriya əyalətində 5 milyon nəfər yaşayır. Əyalətin mərkəzi olan Melburn şəhərində Viktoriya əhalisinin 70% yaşayır. Melburn Avstraliyanın ən böyük və ən inkişaf etmiş bir neçə şəhərindən biridr.
Ştat (ABŞ)
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Jujuy (ştat)
Jujuy — Argentinanın şimal-qərb sərhəd bölgəsində yerləşən bir ştat. Qərbdə Çili və şimalda Boliviya ilə həmsərhəd olan əyalətin ərazisi 53,219 km²-dir.
Arizona Ştat Universiteti
Arizona Ştat Universiteti (ing. Arizona State University) və ya qısaldılmış ASU — Dövlət idarəetməsi altında olan ABŞ-nin ən böyük ictimai təhsil və tədqiqat universiteti. Tələbələrin ümumi sayı 80 mindən çoxdur. Universitet binaları Böyük Finiks ərazisində yerləşən 4 şəhərcik üzərində paylanır. == Tarixçə == Universitet, 1885-ci ildə, Arizona ştatının Tempe şəhərində Tempe məktəbi adı ilə quruldu. 1945-ci ildə məktəb Arizona İdarə Heyətinin nəzarəti altına keçdi və Arizona Dövlət Kolleci adlandırıldı. 1958-ci ildə ştatda səsvermə nəticəsində məktəbin adı Arizona Dövlət Universiteti olaraq dəyişdirildi. Beləliklə, ABŞ-də populyar səsvermə yolu ilə universitet statusunu əldə edən yeganə ali təhsil müəssisəsidir. 1984-cü ildə universitet genişləndi. Tempe şəhərciyi əlavə olaraq, Finiks əyalətinin paytaxtında Qərb şəhərciyi meydana gəldi, bundan sonra 1996-cı ildə Mesa'nın şərqindəki Politexnik şəhərciyi əlavə edildi və 2006-cı ildə Finiks şəhərətrafı bölgələrində bir kampus meydana gəldi.
Nyu-York (ştat)
Nyu-York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu-York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu-York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır. Nyu-York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbani şəhəridir.
Nyu York (ştat)
Nyu-York ştatı — Amerika Birləşmiş Ştatlarının şimal-şərqində yerləşən ştatdır. Ştat əhalisinin sıxlığına görə üçüncüdür. Nyu-York cənubdan Nyu Cersi və Pensilvaniya, şərqdən isə Konnektikut, Vermont və Massaçusetts ştatları ilə əhatələnib. Şimaldan və qərbdən Kanada ilə sərhəddir. Ştatda yerləşən Nyu-York şəhəri 8 milyonluq əhalisi ilə Birləşmiş Ştatlardakı ən çox əhalisi olan şəhərdir. Ştat ən çox maliyyə və mədəniyyət mərkəzi, eyni zamanda immiqrantlar üçün qapı kimi tanınır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox üstünlük verilən ştatdır. Ştat İngiltərə hersoqu Yorkun şərəfinə Nyu-York adlandırılmışdır. Nyu-York yaranma tarixinə görə on birinci ştatdır. Mərkəzi Olbani şəhəridir.
Pensilvaniya Ştat Universiteti
Pensilvaniya Ştat Universiteti (ing. Pennsylvania State University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında yerləşən ali təhsil müəssisəsi.
San-Paulo (ştat)
San Paulu (port. São Paulo) — Braziliyanın əhali və iqtisadi baxımından ən baxımından böyük ştatı. Ştat ölkənin cənub-şərqində qərarlaşır. İnzibati mərkəzi Sau Paulu şəhəridir. Üstəlik şəhər nəyinki, Braziliyanın həm də Cənubi Amerikanın ən böyük şəhəridir. Portuqalca Müqəddəs Pavel adlanır. Braziliyanın cənub-şərqində yerləşir və şimaldan Minas-Jerays, şərqdən Rio-de-Janeyro, cənubdan Parana, qərbdən Matu-Qrosu-du-Sul ştatları sərhədə malikdir. Cənub-şərqdən Atlantik okeana çıxışı vardır. Ən hündür nöqtəsi Jaraqua dağıdır (1135 m). 1.
51-ci ştat
Amerika siyasi diskursunda 51-ci ştat, Birləşmiş Ştatların ərazilərindən birinə dövlətçiliyin verilməsi, yeni bir dövlət yaratmaq üçün mövcud ştatların bir və ya bir neçəsinin parçalanması və ya Kolumbiya Dairəsinə dövlətçiliyin verilməsi və bununla da dövlətçiliyin artırılması konsepsiyasına istinad edir. 1959-cu ildə Havay adalarından bəri yeni bir ştat qəbul edilməmişdir və bu günkü günə kimi ştatların sayı dəyişməyib 50 olaraq qalmışdır. Kolumbiya və Puerto-Riko dairələrində seçicilər referendumda dövlətçiliyə səs veriblər. Dövlətçiliyə namizədlər kimi onların Birliyə (Birləşmiş Ştatlara) qəbul edilməsi Konqresin təsdiqini tələb edir. Amerika Samoası, Quam, Şimali Marian adaları və Birləşmiş Ştatların Virgin adaları ABŞ-ın potensial olaraq ABŞ ştatlarına çevrilə biləcək digər əraziləridir . İfadə müsbət mənada istifadə oluna bilər, yəni bir bölgə və ya ərazi Birləşmiş Ştatlarla o qədər uyğunlaşdırılmış, dəstəklənmiş və əlverişlidir ki, o, ABŞ ştatına bənzəyir və ya əksinə, alçaldıcı mənada, bir ərazi və ya bölgə həddindən artıq Amerika mədəni və ya hərbi təsiri və ya nəzarəti altındadır. Yerli və ya milli mədəniyyətlərinin həddən artıq amerikanlaşdığına inanan insanlar bəzən bu termini öz ölkələrinə münasibətdə istifadə edirlər. 1959-cu ildə Alyaska və Havay ABŞ-ın ştatlarına çevrilməzdən əvvəl ekvivalent ifadə "49-cu ştat" idi.
ABŞ ştat himnlərinin siyahısı
ABŞ ştatları simvollarının siyahısı (mahnılar) - ABŞ ştatlarının qanunverici orqanlarının və ya qubernatorlarının qərarı ilə ştatların simvolları seçilmiş mahnılar (State songs, State anthem, State historical song, State cantata, Official ceremonial march, Official rock song, himnlər və s.). Bəzi ştatların rəsmi mahnıları yoxdur (Nyu-Cersi), bəzilərinin isə bir neçə mahnı simvolu vardır (Arkanzas, Arizona). == Siyahı == == Mənbə == Official State Songs, NetState.com.
San-Dieqo Ştat Universiteti
San-Dieqo Ştat Universiteti (ing. San Diego State University) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San-Dieqo şəhərində yerləşən ali təhsil müəssisəsi.
San-Xose Ştat Universiteti
San-Xose Ştat Universiteti (ing. San José State University) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının San-Xose şəhərində yerləşən ali təhsil müəssisəsi.
Uildket Den Ştat Parkı
Uildket Den Ştat Parkı (ing. Wildcat Den State Park) — ABŞ-nin Ayova ştatının Maskatin qraflığında yerləşən ştat parkı. Ştat parkında 75 metr hündürlüyündə sıldırım qayalar, qaya quruluşları və bir neçə tarixi tikili yerləşir. 1848-ci ildə tikilən Payn Krik un dəyirmanı və Payn Mill körpüsü ABŞ-də tarixi abidə kimi qeydiyyata alınmışdırlar. Kempinqdə 28 düşərgə yeri yerləşir, lakin müasir ayaqyoluna sahib deyillər.
Şimali Karolina Ştat Universiteti
Şimali Karolina Ştat Universiteti (ing. North Carolina State University) — ABŞ-nin Şimali Karolina ştatının Roli şəhərində yerləşən ali təhsil müəssisələrindən biri.
Riketts Dərəsi Ştat Parkının şəlalələri
ABŞ-nin Pensilvaniya ştatında yerləşən Riketts Dərəsi Ştat Parkında 24 adlandırılmış şəlalə yerləşir. Bu şəlalələr üç uçurumdan və ya dar dərədən tökülür. Şəlalələrin hündürlüyü 2,7 metrdən 29 metrə qədər (Qanoqa şəlaləsi) dəyişir. Riketts Dərəsi Ştat Parkı XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu bölgədə 32.000 hektar əraziyə malik olan, lakin dərələrdə yerləşən qədim meşələri qırmaqdan imtina edən, ABŞ Vətəndaş müharibəsində polkovnik kimi xidmət vermiş Brüs Rikettsin adını daşıyır. 1944-cü ildə açılmış park Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosu tərəfindən nəzarət olunur. Parkdakı bütün şəlalələrin demək olar ki, hamısını 1889–1893-cü illərdə Riketts tərəfindən tikilmiş, 1940-cı illərdə və 1990-cı illərin sonlarında ştat parkı tərəfindən yenidən tikilən Folz cığırından görmək mümkündür. Bu cığırda çıxılan gəzinti "ştatdakı ən möhtəşəm gəzinti" və ya "Şərqdə ən yaxşı gəzintilərdən biri" adlandırılır. Üzərində 10 şəlalənin yerləşdiyi Kitçen çayı Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç bölgəsini bir-birindən ayıran Alleqani cəbhəsi boyunca üzüaşağı axır. Ştat parkındakı dərələr Devon və Daş kömür dövrlərində 370 milyon il əvvəl yaranmış Hantli dağ strukturunun və Ketskil strukturunun süxurlarından əmələ gəlmişdir. Şəlalələr sonuncu buzlaşma dövründə çay hövzəsinin buzlaqlar əriməsi səbəbilə su səviyyəsinin artması nəticəsində əmələ gəlmişdir.
Ebonyi ştatı
Ebonyi ştatı (ing. Ebonyi State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. == Adı == Ştatın adı onun ərazisində axan Aboine çayından gəlir.
Edo ştatı
Edo ştatı (ing. Edo State) — Nigeriyanın Orta-qərbi geosiyasi zonasında ştat. == Adı == Edo Benin Krallığının bütün klanlarının adıdır.
Ekiti ştatı
Ekiti ştatı (ing. Ekiti State) — Nigeriyanın Cənub-qərbi geosiyasi zonasında ştat. == Adı == Ştatın adı bu ərazidə yaşayan Ekiti tayfasından gəlir. Onların adı isə daha öncəki Okiti sözdən gəlib. Okiti sözü təpəli mənasını daşıyır. Bu tayfa yaşayış üçün istifadə etdiyi ərazilər təpələr və düzənliklərdən ibarətdir.
Enuqu ştatı
Enuqu ştatı (ing. Enugu State) — Nigeriyanın Cənub-şərgi geosiyasi zonasında ştat. == Adı == Enuqu ştatı öz adını onun paytaxtından alıb. İqbo dilində Énú Ụ́gwụ́ təpə zirvəsi demək.
Florida ştatı
Florida — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Tallahassi şəhəridir.
Kaduna ştatı
Kaduna ştatı (ing. Kaduna State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat. == Adı == Kaduna sözü Qvari dilində Odna sözündən/adından gəlir. Onun mənası çaydır (coğrafi).
Kaliforniya ştatı
Kaliforniya (ing. California) – Amerika Birləşmiş Ştatlarının qərbində yerləşən ştat. Əhali sayına görə ABŞ-nin ən böyük və nüfuzlu ştatıdır. Ərazisinə görə Alyaska və Texasdan sonra 3-cü ən böyük ştatdır. Şimal tərəfdən Oreqon ştatı, şərqdən Nevada və Arizona ştatları, cənubdan Meksikanın Baxa Kaliforniya ştatı, qərbdən isə Sakit Okeanla əhatə olunur. Kaliforniyanın mərkəzi Sakramento, ən böyük şəhərləri isə Los-Anceles, San-Dieqo, San-Xose və San-Fransiskodur. Kaliforniya müxtəlif iqlim zonaları, zəngin coğrafiyası və əhali tərkibinə malikdir. Əlavə olaraq Kaliforniyanın Los-Anceles şəhərində yerləşən Hollivud dünya kinematoqrafiyasının mərkəzi kimi tanınır. İqtisadiyyatında vacib yerləri aerokosmik sənayesi, neft hasilatı və neftin emalı, informasiya texnologiyaları tutur. Ümumi Daxili Məhsulun həcminə görə Kaliforniya bütün ştatları qabaqlayır.
Kano ştatı
Kano ştatı (ing. Kano State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Katsina ştatı
Katsina ştatı (ing. Katsina State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kebbi ştatı
Kebbi ştatı (ing. Kebbi State) — Nigeriyanın Şimal-qərbi geosiyasi zonasında ştat.
Kogi ştatı
Kogi ştatı (ing. Kogi State) — Nigeriyanın Mərkəzi geosiyasi zonasında ştat.
Konfederativ Ştatlar
Amerika Konfederativ Ştatları (həmçinin Konfederativ Ştatlar, Konfederasiya, AKŞ, ing. Confederate States of America, The Confederacy, CSA) — de-fakto müstəqil, tanınmamış dövlət. 1861–1865-ci illərdə ABŞ-nin quldarlıq tərəfdarı olan 11 cənub ştatının ABŞ-nin tərkibindən çıxdıqlarını elan edərək (sesessiya) yeni dövlətdə birləşmələri nəticəsində yaranmışdır. Həmin illəri əhatə edən vətəndaş müharibəsi nəticəsində məğlub olan Konfederativ Ştatların ərazisi ABŞ tərəfindən ələ keçirilərək 10 ildən artıq davam edən Cənubun rekonstruksiyası prosesindən sonra təkrarən ABŞ-nin tərkibinə qatılmışdır. == Tarixi == === Yaranması === Amerika Konfederativ Ştatları 1860-cı il prezident seçkilərində quldarlığın qatı əleyhdarı Avraam Linkolnun ABŞ prezidenti seçilməsinin təsdiqlənməsindən dərhal sonra, yəni 4 fevral 1861-ci ildə 6 cənub ştatı (Cənubi Karolina, Missisipi, Florida, Alabama, Corciya və Luiziana) tərəfindən elan olunmuşdur. Bu 6 ştat və martın 2-də onlara qoşulan Texas ABŞ-nin tərkibindən çıxdıqlarını və 1787-ci il Konstitusiyası ilə federal hökumətə həvalə edilən hüquqların ştatların öhdəsinə geri qaytarıldığını elan etdilər. Bu hüquqlara ştatların ərazisindəki hərbi obyektlər, limanlar və gömrüklər üzərində nəzarət, vergi və rüsumların yığılması daxil idi. AKŞ-nin yaranmasından bir ay sonra, martın 4-də ABŞ-nin 16-cı prezidenti Avraam Linkoln səlahiyyətlərinin icrasına başladı. Öz inauqurasiya çıxışında o, sesessiyanı hüquqi cəhətdən əsassız adlandırdı və cənub ştatlarına qarşı hərbi əməliyyatlara başlanmayacağını, lakin federal mülkiyyətin qorunması və vergi yığımı üzərindəki nəzarətin qorunması üçün güc tətbiq edilə biləcəyini bildirdi. 12 aprel 1861-ci ildə Cənubi Karolina ştatının qoşunları general Pyer Boreqarın rəhbərliyi altında ştatın ərazisindəki Çarlston limanında yerləşən Samter hərbi istehkamını bombalayaraq, buradakı qarnizonu təslim olmağa məcbur etdi.
Kross River ştatı
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Kvara ştatı
Kvara ştatı (ing. Kwara State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. == Adı == Kvara sözü Hausa dilində ştatın ərazisində axan Niger çayının adıdır.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Massaçusets ştatı
Massaçusets (ing. Commonwealth of Massachusetts) — Amerika Birləşmiş Ştatlarının şimal-şərqindəki Yeni İngiltərə regionunda yerləşən ştat. Ştat şərqdən Atlantik Okeanı, cənubdan Konnektikut və Rod-Aylend, şimaldan Nyu-Hempşir və Vermont, qərbdən Nyu-York ştatı ilə əhatələnib. Paytaxtı Boston şəhəridir.
Meksika Birləşmiş Ştatları
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Men ştatındakı dik atılan fransız sindromu
Men ştatındakı dik atılan fransız sindromu (ing. Jumping Frenchmen of Maine) - 1878-ci ildə amerikalı nevropatoloq Georq Börd tərəfindən aşkarlanmış müəmmalı xəstəlik. Nevropatoloq müşahidə edib ki, Men ştatında meşələrdə ağac qıran və odun tədarükü görən kanadalı fransızlar belə xəstəliyin daşıyıcılarıdır. Onlar Men ştatının şimalındakı Mushed gölünün yanındakı meşələrdə çalışırdılar. Yekəpər, cüssəli kanadalılar qəflətən yerlərində dik atılır və bərk qorxmuş adamlar kimi qışqırırdılar. Həkimlər hesab edirlər ki, indi də yüzlərlə adamın mübtəla olduğu bu xəstəlik ifrat qorxu refleksi ilə bağlıdır. Üstəlik, xəstəlik yalnız kanadalılar arasında müşahidə olunub. Xəstələrdən bəzilərində eşidilən söz və ifadələrin avtomatik təkrarı olan exolalliya sindromu da var. Amerikalı psixiatrların fikrincə, xəstəlik Turett sindromunun xüsusi forması ilə bağlıdır. Bu sindrom xəstələrində mərkəzi əsəb sistemində ciddi fəsadlar müşahidə olunur.
Men ştatının səhrası
Men ştatının səhrası (ing. Desert of Maine) — meşələrlə əhatələnmiş olan və qumluqlardan ibarət olan ABŞ-nin Men ştatı Kamberlend dairəsində yerləşən səhra. Men şəhərindən 4 km qərbdə yerləşir. 1783-ci ildə Vilyam Tattl ərazidə 300 ha torpaq sahəsi alır. 10 illərlə o, öz heyvanlarını normal şəkildə otarırdı. Onun törəmələri qoyuna sahib olaraq heyvanlarının sayını artırırlar. Heyvanların sayı artdiqca intensiv otarılma torpaqların eroziyaya məruz qalmasına səbəb olur. Səbəb isə sonuncu buzlaşma zamanı, buzlar əraziyə 27 metr qalınlığında qum toplanışdır. İlk əvvəllər kiçik bir ərazi səhralaşmışdı. Son əsrlər zamanı isə əraziyə avropadan çoxlu sayda insan köçürülmüşdür.
Mikroneziya Federativ Ştatları
Mikroneziya Federativ Ştatları, bəzən yalnız Mikroneziya (ing. Federated States of Micronesia) — Yeni Qvineya sahillərinin şimalında, Karolin adalarında, Mikroneziyada yerləşən Okeaniyada dövlət. 3 noyabr 1986-cı ildən bəri rəsmi olaraq müstəqil olan bu ölkə ABŞ-la sıx əlaqədə qalır (ABŞ-la sərbəst birləşmə) və Amerikanın iqtisadi yardımından çox asılıdır. Assosiasiya Razılaşmasına əsasən, ABŞ-dən müdafiə və maliyyə subsidiyaları təmin etmək tələb olunur Mikronezya adı — "kiçik ada" qədim yunan sözlərindən "mikro" — "kiçik" və "nesos" — "ada"-dan gəlir, sonu ümumiyyətlə ölkələrin və ərazilərin adları üçündür; okeanın bu hissəsindəki kiçik adaların motivasiyasındadır. 19-cu əsrin birinci yarısından bəri istifadə edilmişdir. Mikronezya Federativ Dövlətləri Mikroneziyada yer alır və Okeaniyanın şimal-qərb hissəsində, Karolin adaları arxipelaqında, 0 ilə 14 ° N arasındadır. ş. və 136 və 166 ° E. d., Havay adalarından təxminən 4.000 km cənub-qərbdə. Yalnız 40-ı böyük ölçüdə olan 607 kiçik adadan ibarət bir dövlətdir. 607 adadan 65-də yaşayış var.
Missisipi ştatı
Missisipi ştatı (ing. Mississippi) — Amerika Birləşmiş Ştatlarında ştat. Mərkəzi Cekson şəhəridir.
Nasarava ştatı
Kasarava ştatı (ing. Nasarawa State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat.
Əhalisinə görə ABŞ-ın ştat və ərazilərinin siyahısı
Ərazisinə görə ABŞ-ın ştat və mülklərinin siyahısı
Bu siyahıda ABŞ və ərazilərinin ümumi ərazisi, quru və su ərazisinə görə sıralanmışdır. Su sahəsinə daxili sular, sahil suları, Böyük göllər və məhəlli sular daxildir. Buzlaqlar və daimi olmayan sular quru ərazisi kimi hesablanmışdır. ABŞ-nin ən böyük ştatı olan Alyaska ümumi ərazisinə, quru ərazisinə və su ərazisinə görə birinci yerdə dayanır. Alyaskanın ümumi ABŞ ərazisinin 18%-ni, və qitə ərazisinin 21%-ini təşkil edir. İkinci böyük ştat olan Texas, Alyaskanın 40%-i qədər əraziyə malikdir. Su ərazisinə görə isə ikinci yerdə Miçiqan dayanır. Rod-Aylend ümumi və quru ərazisinə görə ən kiçik ştatdır. Su ərazisinə görə isə axırıncı yeri Qərbi Virciniya tutur. San Bernardino qraflığı kontinental ərazisində ən böyük qraflıqdır.
Ərazisinə görə ABŞ-ın ştat və ərazilərinin siyahısı
Bu siyahıda ABŞ və ərazilərinin ümumi ərazisi, quru və su ərazisinə görə sıralanmışdır. Su sahəsinə daxili sular, sahil suları, Böyük göllər və məhəlli sular daxildir. Buzlaqlar və daimi olmayan sular quru ərazisi kimi hesablanmışdır. ABŞ-nin ən böyük ştatı olan Alyaska ümumi ərazisinə, quru ərazisinə və su ərazisinə görə birinci yerdə dayanır. Alyaskanın ümumi ABŞ ərazisinin 18%-ni, və qitə ərazisinin 21%-ini təşkil edir. İkinci böyük ştat olan Texas, Alyaskanın 40%-i qədər əraziyə malikdir. Su ərazisinə görə isə ikinci yerdə Miçiqan dayanır. Rod-Aylend ümumi və quru ərazisinə görə ən kiçik ştatdır. Su ərazisinə görə isə axırıncı yeri Qərbi Virciniya tutur. San Bernardino qraflığı kontinental ərazisində ən böyük qraflıqdır.
Ərazisinə görə ABŞ-nin ştat və ərazilərinin siyahısı
Bu siyahıda ABŞ və ərazilərinin ümumi ərazisi, quru və su ərazisinə görə sıralanmışdır. Su sahəsinə daxili sular, sahil suları, Böyük göllər və məhəlli sular daxildir. Buzlaqlar və daimi olmayan sular quru ərazisi kimi hesablanmışdır. ABŞ-nin ən böyük ştatı olan Alyaska ümumi ərazisinə, quru ərazisinə və su ərazisinə görə birinci yerdə dayanır. Alyaskanın ümumi ABŞ ərazisinin 18%-ni, və qitə ərazisinin 21%-ini təşkil edir. İkinci böyük ştat olan Texas, Alyaskanın 40%-i qədər əraziyə malikdir. Su ərazisinə görə isə ikinci yerdə Miçiqan dayanır. Rod-Aylend ümumi və quru ərazisinə görə ən kiçik ştatdır. Su ərazisinə görə isə axırıncı yeri Qərbi Virciniya tutur. San Bernardino qraflığı kontinental ərazisində ən böyük qraflıqdır.

Digər lüğətlərdə