Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şükar
Şükar kəndi — Qərbi Azərbaycanın Qarakilsə (indiki Sisian) rayonunda Ərikli dağının ətəyində yerləşirdi. == Tarixi == Şükar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisian rayonu ərazisində kənd olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1918-cı ildə Şükar ermənilər tərəfindən ermənilər tərəfindən darmadağın edilmiş, əhalisinin bir qismi Naxçıvana qaçmış, qalanları isə məhv edilmişdir. Kəndin yalnız xarabalıqları qalır.
Aleksey Stukas
Aleksey Stukas (17 fevral 1979, Odessa – 2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi. == Klub karyerası == Odessa futbolunun yetirməsi. On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi. 1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu. Sonradan Azərbaycan vətəndaşlığını aldı. Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. == Həyatı == 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Sevkar
Sevkar - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.
Snuker
Snuker (snooker), əsasən İngiltərədə populyar olan bilyard növü. 22 bilyard şarı'nın olduqu stolda 1 açılış və əsas şar olan Ağ, 15 qırmızı və 6 digər rəng (Sarı, Yaşıl, Qəhvəyi, Göy, Çəhrayı, Qara) şar mövcuddur. Oyunda məqsəd oyunun qaydalarına uyğun şəkildə şarları dəliklərə göndərərək xal qazanmaqdan və hədəf şarları, rəqibin qaydalara uyğun olaraq digər şarlara toxundura bilməməsi üçün gizlədərək xal toplamaqdan ibarətdir. Oyunun sonunda xal tablosuna baxılır və qalib müəyyən olunur. == Tarixi == Snuker oyunu 19-cu əsr'in ikinci yarısı oynanılmaqa başlanmışdır. O zamanlarda bilyard Hindistan'da olan Britaniya ordusunda populyar idi. Snukerə bənzəyən Blek Pool oyununda dəyişikliklər ideyasını təklif edən Britaniya Ordusu zabiti, polkovnik Neville Francis Fitzgerald Chamberlain oldu. Beləliklə 15 qırmızı topa Sarı, Yaşıl, Çəhrayı və Qara rəng əlavə olundu. Digər iki rəng isə sonradan əlavə edildi. 1885-ci ildə Britaniya bilyard çempionu Con Roberts Hindistan'a gəldi və Polkovnik Chamberlain ilə tanış oldu.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Stüard
Stüard, stüardessa (ing. stewardess, flight attendant) — təyyarə və gəmilərdə sərnişinlərə qulluq etmək üçün ekipajın sıravi üzvü. Sərnişinlərə yemək və su verir, təhlükəsizlik qaydalarını izah və təmin edir, bortda və gəmidə səliqə yaradır.. Hərbi aviasiyada bu vəzifəni ekipaj üzvlərindən biri: borttexnik, bortmexanik və ya operator yerinə yetirir. == Təyyarələrdə stüard və stüardessaların istifadə tarixi == İlk dövrdə təyyarələrdə sərnişinlərə qulluqla ikinci pilot məşğul olurdu, ancaq bu uçuş üçün təhlükəli idi. 1928-ci ildə Almaniyada ekipaja xüsusi işçi – stüard əlavə etdilər. 1930-cu ildə ABŞ-də stüard kimi qızları cəlb etməyi təklif etdilər. Birincisi, qızlar özlərinin xarici görünüşləri ilə təyyarələri reklam edə bilirdilər. İkincisi isə, qızlar çəkicə az olurdular ki, bu isə təyyarənin az yük götürməsinə şərait yaradırdı. Aviasiya tarixində ilk dəfə 15 may 1930-cu ildə San-Fransiskodan Ellen Çerç qadın stüard kimi uçuş etdi.
Stəkan
Stəkan — adətən qulpsuz olan, silindr və ya kəsik konus formasına bənzəyən, isti və soyuq içkilər içilməsi üçün nəzərdə tutulan əsasən şüşədən hazırlanan qabdır.
Sərkar
Sərkar (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Sərkar (Samux) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd.
Tukzar
Tuzkar — Əfqanıstanda şəhər.
Tuzkar
Tuzkar — Əfqanıstanda şəhər.
SOKAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — Azərbaycanın milli neft şirkəti. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Sukur
Sukur və ya Sukur Mədəni Landşaftı — Nigeriyanın Adamava ştatındakı Sukur kəndinin üstündəki bir təpədə yerləşən UNESCO-nun Ümumdünya irsi ərazisidir. Mandara dağlarında, Kamerun ilə sərhədə yaxın ərazidə yerləşir. Ərazinin Ümumdünya irsi statusu onun mədəni irsi, maddi mədəniyyəti və təbii ərazilərinə əsaslanmışdır. Sukur, Afrikada Ümumdünya irsi statusu alan ilk mədəni landşaftdır. == Etimologiya == "Sukur" Marqi və Libi dillərində "qisas" deməkdir. Bu söz həmçinin Sukur xalqı arasında meydana gələn Bura dilində "dava" mənasını da verir. == Tarix == Ərazidə sobalar, filizlər və itiləyici daşlar şəklində tapılan dəmir dövrünə aid əşyalar Sukurdan əvvəl mövcud olmuşdur. Sukurda Neolit dövrünə aid bəzi tapıntılar da tapılmışdır. Yaxın tarix 17-ci əsrin Dur sülaləsinə aiddir. Durlar, bölgəni Nigeriyanın şimal-şərqinə dəmir istehsalı üçün əsas xammal tədarükçüsü olaraq təsis etmişdi və bu 20-ci əsrin ilk onilliyinə qədər dəvam etdi.
Sumar
Sumar — İranın Kirmanşah ostanının Qəsri Şirin şəhristanının Sumar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20 nəfər və 15 ailədən ibarət idi ki bu cəhətdən İranın ən az əhalisi olan yaşayış məntəqəsi oldu ki şəhər statusu var.
Sutka
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Tudar
Tudar — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tudar kəndi Ağdərə kənd Sovetinin tərkibinə verilmişdir.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Şubar
Şubar - türk və altay dastanlarında adı çəkilən əfsanəvi at. Çubar şəklində də deyilər. Bayşubar və ya Kökşubar olaraq da bilinər. Alpamış Xanın atıdır. Qeyri-adi xüsusiyyətləri vardır. Türk əfsanələrindəki fövqəladə atların xüsusiyyətlərinin hamısını daşıyar. Uça bilər, danışar, sahibini əvvəldən xəbərdar edər, tək buraxmaz, bir aylıq yolu bir gündə gedər, sahibinin nə vəziyyətdə olduğunu hiss edərək ona görə davranar. Qızıl yallı, gümüş üzengili, quyruğu doqquz hörgülü, doqquz qolanlı olaraq təsvir olunur. Atası sudan çıxmadır. Çox rənglidir.
Alectoris chukar
Xınalı kəklik (lat. Alectoris chukar) — Qırqovullar fəsiləsinin dağ kəkliyi cinsinə aid quş növü. == Görünüşü == Ölçüsü qarğadan biraz daha böyükdür. Bədən uzunluğu 35 sm, kütləsi 350-dən 800 q-dır, qanad açıqlığı 47-52 sm-dir. Boz rəngdədir. Alnından və boyunun ön ətrafından qara zolaq keçir. Dişilər kiçik ölçülərinə görə erkəklərdən fərqlənir. == Yayılması == Qərbdə Balkan yarımadasından şərqdə Çinin Himalay dağlarına qədər ərazidə yayılmışdır. Uğurlu şəkildə Nevada və Nyu-Meksiko ştatları ərazisinə uyğunlaşmışdır. Üstəlik Yenizelandiya, Havay adaları və Cənubi Afrikaya köçürülmüşdür.
Aleksandr Stüart
Aleksandr Stüart (30 aprel 1514, Stirlinq – 18 dekabr 1515) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən kiçik oğlu.
Anna Stüart
Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665 və ya 6 fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] və ya London – 1 (12) avqust 1714 və ya 1 avqust 1714, Kensinqton, Midlseks[d] və ya London) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası. Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar.
Armudu stəkan
Armudu stəkan — Azərbaycanda çay dəstgahının tərkib hissəsi Azərbaycanda çay mədəniyyətinin əsas və vacib elementi armudu stəkan olaraq qalsa da, digər stəkan və fincanlara üstünlük verənlər də yetəri qədər var. Çox insan armudu stəkanın digər stəkan və fincanlardan üstün olan cəhətini bilmir. Düzdür, çoxları belə xırdalıqlara fikir vermir, amma armudu stəkanın quruluşu və həcmi məhz çayın optimal hərarətdə və optimal həcmdə içilməsini təmin edir. Armudu quruluş çayın stəkanda gec və termomübadilə baxımından mütənasib qaydada soyuması üçündür. Belə quruluşda çay səthdən başlayaraq, stəkanın dibinə qədər proporsional şəkildə artan qaydada soyuyur - stəkanın dibindəki kütlə daha isti saxlanır. Adi stəkanda isə süzüləndən bir neçə dəqiqə sonra mayenin bütün kütləsi eyni səviyyədə temperatur itirir, çay birdən-birə tamamilə soyuyur. Bundan başqa, armudu stəkanın bəlli həcmi təsadüfən seçilməyib. Bu, çayın orqanizmə effektiv və mütənasib porsiyalarla qəbul edilməsinə xidmət edən həcmdir. İri stəkanlarda çay içiləndə isə həddən artıq maye qəbulu şişkinlik və ağırlıq yaradır. Bu, həm də çayın tərkibindəki təzyiqi artıran maddələrin artıq qəbul edilməsi deməkdir ki, nəticədə də sağlamlığa ziyan dəyir.
Brem Stoker
Abraham "Brem" Stoker (ing. Abraham «Bram» Stoker, 8 noyabr 1847[…] – 20 aprel 1912[…]) — İrlandiyanın yazıçılarından biridir. Brem Stokerin yaradıcılığında Drakula əsəri mühüm yer tutur. == Həyatı == Əsl adı Abraham olan İrlandiya yazıçısı Brem Stoker 1847-ci ildə Dublində anadan olmuşdur. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olmuş, səkkiz yaşına çatdıqda isə, qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdur. Həyatının sonrakı illərində Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı belə olmuşdur. Atası, teatra böyük marağı olan orta səviyyəli bir dövlət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olmuşdur. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Dracula" romanını yazmağa başlamışdır. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində atasının marağına uyğun şəkildə heç bir haqq tələb etmədən təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazmışdır.